Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə15/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   11   12   13   14   15   16   17   18   ...   51

46

 Mətndə qara şriftlə verilmiş sözləri aid olduğu sözlərlə birlikdə seçib 
yazın və onların ifadə etdiyi qrammatik məna üzərində müşahidə aparın. Rus 
dilindəki biliklərinizə əsasən buradakı miqdar saylarının neçə növdə olduğunu 
deyin.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Miqdar saylarının üç növü vardır:
a) müəyyən miqdar sayları – üç, səkkiz, iyirmi dörd, əlli, yüz, beş yüz otuz ...;
b) qeyri-müəyyən miqdar sayları – az, çox, xeyli, bir az, minlərlə, beş-altı... ; 
c) kəsr sayları – onda üç, səkkizdə bir, dörd tam onda iki, yüz tam mində bir... 

  Mətndə  üzərində  qırmızı  ulduz  işarəsi  qoyulmuş  sözləri  dəftərinizə 
köçürün  və  onlarda  cəm  şəkilçilərinin  altından  xətt  çəkin.  Sonra  həmin 
sözlərdəki cəm şəkilçilərinin düzgün tələffüz şəklini qarşılarında qeyd edin.

 Mətndən götürülmüş aşağıdakı sözləri quruluşca növlərinə görə qrup-
laşdırıb yazın və bir neçəsini cümlələrdə işlədin.
böyük,  dərə-təpə,  alaçıq,  uca,  dünyagörmüş,  batmanlıq,  igid,  kafir,  
qarşıdakı, gözucu, sancmaq, öyüd, dilli, süngü, döyüş, yoldaşlarına, ağ-boz, 
yemək-içmək, hazırlıq
|
 Seçdiyiniz mürəkkəb sözlərin yazılış xüsusiyyətini izah edin.

 Mətndəki xüsusi isimləri seçib nə bildirdiyini izah edin.

  Mətndə  adi  kursivlə  verilmiş  frazeoloji  vahidlərin  kontekstə  uyğun 
mənası üzərində müşahidə aparın və onları necə başa düşdüyünüzü izah etməyə 
çalışın. Çətinlik çəksəniz,  “Köməkçi”yə müraciət edin. 
Köməkçi:
 həyəcanlanmaq; kədərlənmək – üzülmək; çox sarsılmaq – çətin 
vəziyyətə düşmək – pərişan olmaq – kədərlənmək; özü ilə aparmamaq; an laş-
ma maq; sataşmaq

 Aşağıdakı  məlumatı  oxuyun  və  yadda  saxlayın.  Sayları  seçib  məna 
növləri üzrə qruplaşdırın və sözlə yazın.  
Uşaq  hüquqlarının  müdafiəsi  ilə  bağlı  ilk  beynəlxalq  sənəd  –  Uşaq 
Hüquqları Haqqında Konvensiya BMT tərəfindən 1949-cu ildə qəbul olunub. 
1950-ci ildən başlayaraq hər ilin 1 iyun tarixi beynəlxalq səviyyədə Uşaqların 
Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycan həmin konvensiyaya 1992-ci 
ildə qoşulub. Dünyanın artıq 190-dan çox dövləti bu konvensiyanı imzalayıb.
|
 Mətndə miqdar saylarının hansı növləri işlənmişdir? Fikrinizi faktlarla 
izah edin.
Çap üçün deyil


47
§ 11. QAzILIQ QOCA OğLU YEYNƏK BOYU 
II hissə 
Sən  demə,  dayısı  Əmən  oraya  yaxın  imiş.  Bütün  bəylərlə  yoldaş  olub 
getdilər. Gedib Düzmürd qalasına çatdılar.  Dayirə* şəklində dayandılar.  Elə 
ki kafirrər*  bunnarı* gördü, Arşın oğlu Dirək təkura  xəbər verdilər. O lənətə 
gəlmiş də qaladan çıxıb bunnara* qarşı gəldi və özünə tay döyüşçü istədi. Qıyan 
Səlcik  oğlu  Dəli  Dondaz  durub  gəldi. Altmış  tutamlıx*  nizəsini  qoltuğuna 
qısıb “o kafiri qabax* tərəfdən vurum”, – deyə fikirrəşdi*, vura bilmədi. Kafir 
təkur onu qamarlayıb zərbə vurdu. Süngüsünü çəkib əlinnən* aldı. O, altmış 
batmannıx* gürz ilə Dondazı
 
bərk
 vurdu. Gen dünya Dondazın başına daraldı. 
Qazlığ* atını döndərdi, qayıdıb gəldi. 
Bundan* sonra Dönəbilməz Tüləkvuran at üstündə altı pərli çomağı ilə 
hücum edib, kafiri yuxarıdan aşağı 
möhkəm 
vurdu, yıxa bilmədi. Təkur onun 
da çomağını qarmalayıb aldı.  Onu da gürzlə vurdu.  O da qazlıq* atını döndərib 
qayıtdı. İyirmi dörd vilayətin bəyi təkurun əlində məğlub oldu.
Sonra cavan, təzəcə igid olan Qazılıq qoca oğlu Yeynək Allaha sığındı.  
Qüdrətli Allahı təriflədi:
Ucalardan ucasan,
Kimsə bilməz necəsən, əziz tanrı!
... Birliyinə sığındım, qadir tanrı!
Qara donlu kafirə qarşı at sürürəm,
İşimi sən başa vur, sən kömək et!
Həmin  dəmdə  atını  irəli  sürdü. Yel  kimi  yetişdi,  yeləm  kimi  yapışdı. 
Kafirin  çiyninə  bir  qılınc  vurdu.    Geyim-kecimini  doğradı. Altı  barmaq* 
dərinliyində* yara vurdu. Qara  qanı  şoruldayıb axdı. Qara inək gönündən* 
tikilmiş çəkmələri qanla doldu.  Qara başı dumanlandı*, fırlandı*. Dərhal 
döndü,  qalaya  qaçdı.  Yeynək  arxasından  çatdı.  Hasar  qapısından*  girən 
yerdə böyük, iti  polad* qılıncını ənsəsinə elə vurdu ki, başı top kimi yerə 
düşdü.  Ondan* sonra Yeynək atını döndərib qoşunun içinə gəldi. 
Qazılıq qocanı dustaqlıqdan* çıxartdılar.  
Yeynək atası ilə görüşdü. Ondan sonra qalan bəylər görüşdülər. Bəylər bir 
anda hasara hücum etdilər, düşmən malını çalıb-çapdılar. 
Dədəm Qorqud gəlib boy boyladı, soy soyladı. “Bu oğuznamə Yeynəyin 
olsun!” – dedi.
Yeynək  və  atası  bir-birinə  həsrət  qaldıqları*  üçün  xeyli  qucaqlaşıb-
öpüşdülər. Allaha  çox  şükür  etdilər.  Qalanın  kilsəsini  yıxıb  yerində  məscid 
tikdilər. Şahinlərin* ən yaxşısını, qumaşın gözəlini, qızların* göyçəyini, doq-
quz* cərgə zər naxışlı çuxanı Bayındır xana hədiyyə ayırdılar. Qalan şeyləri 
döyüşçü igidlərə* bağışladılar.  Dönüb evlərinə gəldilər. 
Çap üçün deyil


48
SЮZ EHTИYATI
qumaş – кумач                                  
lənətə gəlmiş – проклятый
qadir tanrı – всевышний
altı pərli çomaq – дубинка с   
 
                 лопастями
qamarlamaq –  схватить                                                                

 Mətnin məzmunu üzrə beş bənddən ibarət plan tərtib edib yazın və 
bu plan əsasında dastanın məzmununu danışın. Nitqinizdə yeri gəldikcə oğuz 
igidlərinin adları, silahları və s. bağlı faktlardan istifadə etməyə çalışın.  

  Siz  dastanın  bu  “boy”unda  müxtəlif  oğuz  qəhrəmanlarının  adını 
eşitdiniz. Yeynək də bu qəhrəmanlardan biridir.  Oxuduğunuz hissələr əsasında 
Yeynəyi xarakterizə edən xüsusiyyətlər barədə danışın. 

 Necə düşünürsünüz, təzəcə igid olan Yeynəyin Arşın oğlu Dirək təkura  
qalib gəlməsinin səbəbi hansı bənddə düzgün göstərilib? Cavabınızı mətndəki 
faktlarla əsaslandırın.
A) Dayısı Əmənin “Məndən igid ola bilməzsən, Yeynəyim, dön!” – deməsi 
ona təsir etmişdi.
B) Dayısı Əmənin yeddi dəfə getsə də, qalanı ala bilməyib geri dönməsi 
onu əsəbiləşdirmişdi.
C)  Yeynək Dirək təkurla döyüşə Dədəm Qorqudun xeyir-duası ilə getmişdi.
D)  Yeynək Dirək təkurun qabağına iyirmi dörd vilayətin pəhləvan  bəyləri 
ilə çıxmışdı.
E) Yeynək igidliyi və Allaha sığınaraq ondan kömək istəməsi sayəsində 
Dirək təkura qalib gəldi.

 Necə düşünürsünüz, aşağıdakı fikirlərdən hansını Yeynəyə aid etmək 
olmaz? Fikrinizi mətnin məzmunu əsasında faktlarla əsaslandırın.
A) Allahın qüdrətinə inanır, çətin məqamda ona sığınır, ondan kömək istəyir.
B) 16 yaşlı cavan igid olsa da, cəsarətlidir, qorxu bilmir.
C) Dayısı Əmənin sözü ilə qorxub Düzmürd qalasına getmək fikrindən dönür.  
D) İyirmi dörd vilayətin bəyi təkurun əlində məğlub olsa da, Yeynək geri 
çəkilmir.
E) Atasının dustaq olduğunu eşidən kimi onu qurtarmaq haqqında fikirləşir.

 Oxuduğunuz “boy”un əsas hissəsi hansı cümlə ilə başlanır? Əsaslandırın.
A) Bayındır xan yerindən durmuşdu.   
B) Qazılıq qoca deyilən bir kişi var idi.
C) Qazılıq qoca dünyagörmüş, işə yarayan adam idi.
D) Qazılıq qoca düz on altı il qalada dustaq oldu.
E) Qazılıq qocanı dustaqlıqdan çıxartdılar.  
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə