Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə17/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   13   14   15   16   17   18   19   20   ...   51

52
bəndlərindən birində deyilən fikirlər ətrafında Azərbaycan haqqında danışın. 
Danışarkən  şeirin hissələrinə uyğun müvafiq faktlardan, nümunələrdən istifadə 
edin və nitqinizi  uyğun səs tonu ilə tənzimləyin.

  Şeiri  oxuduqdan  sonra  inşa  yazmalı  olsanız,  aşağıdakı  misralardan 
hansını  ona  başlıq  seçərdiniz?  Seçdiyiniz  başlıq  üzrə  material  toplayın  və 
cümlələr, abzaslar arasında əlaqələri gözləməklə inşa yazın.
1) Od ürəkli, od nəfəsli diyarımsan ...
2) Azadlığın al rəmzi var bayrağında ...
3) Hər millətə, hər məzhəbə isti, açıq ...
4) Ruhuma büt, cismim üçün vətən olan ...
5) Neçə gizli sərvət yatır qucağında ...

  Şeirdən  götürülmüş  aşağıdakı  misralarda  işlənən  “neçə”  sözünün 
qrammatik mənası ilə bağlı debata qoşulun. Qarşı tərəfin izahına münasibət 
bildirməklə fikirlərinizi tutarlı faktlarla əsaslandırın.
1) Neçə gizli sərvət yatır qucağında,
  
          
Neçə ölkə od aparır ocağından.
2) Tarixlərə bağışladın neçə qurban.      
    1) Bu misralarda “neçə” sözü sual əvəzliyidir.
    2) Bu misralarda  “neçə” sözü qeyri-müəyyən saydır.

 Kiçik  qruplara bölünün və hərəniz şeirdə kursivlə verilmiş misralardan 
birində “gizlənən” mənaları necə başa düşdüyünüzü izah edin.
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
Yatmaq 
– 1)Yuxulamaq – Bərk yatmaq; yuxulamaq üçün yatağa girmək – Saat 
12-də yatdıq; 2) Xəstə olmaq, xəstələnmək – Düz iki ay xəstə yatdı; 3) Çökmək, 
enmək – Toz yatdı; 4) Bir işin, hadisənin təsiri azalmaq, zəifləmək, sakitləşmək, 
dayanmaq – Külək yatdı. Hirsi yatdı; 5) Yığılıb qalmaq, satılmamaq – Dükanlarda 
mal yatıb qalıb. 6) Həbsdə olmaq – həbsxanada yatır; 5) məcazi mənada: arxayın 
olmaq, xəbərsiz olmaq – Yatmısan, heç nədən xəbərin yoxdur?  6) məcazi mənada: 
Dayanmaq, işləməmək, fəaliyyətdən qalmaq – Saat yatıb.  

 Verilmiş ifadələri tərcümə edin və cümlələrdə işlədin.  
тёплое дыхание, огненное сердце, скрытое богатство, красное знамя, 
приятное намерение, тёплое объятие, до последнего дыхания 

  Şeirdə  qara  hərflərlə  verilmiş  sözlərin  qrammatik  mənalarını  izah 
edin. Sonra onların içərisindən mənsubiyyət şəkilçili isimləri seçib aid olduğu 
sözlərlə birlikdə səsləndirin, mənsubiyyət şəkilçilərinin hansı şəxsi bildirdiyini 
izah edin.
Çap üçün deyil


53
|
 Bu sözləri  kontekstə uyğun  sinonimləri ilə əvəz edib, misraları yenidən 
oxuyun. 

 Şeirdə işlənmiş sifətləri seçib yazın və onları quruluşca növlərinə görə 
qruplaşdırın. Necə bilirsiniz, həmin sifətlərdən hansıların müqayisə dərəcələri 
üzrə dəyişmək mümkündür. Özünüzü yoxlayın.

 Aşağıdakı  sətirlərdə  sizin  bildiyiniz  altı  atalar  sözü  “gizlənmişdir”.  
Həmin atalar sözlərini tapıb yazın. Necə bilirsiniz, tapdığınız atalar sözlərinin 
içərisində  şeirin məzmunu ilə səsləşməyən varmı? Fikrinizi açıqlayın.
vətənə gəldim, gözlərimə qan gəldi, vətən həsrəti çəkdim, imana gəldim,
qürbətdə xan olunca, öl içində,  köçən yurdun qədrini, gözüm vətəndə, 
el içində, vətənində dilən gəz, özüm qürbətdəyəm, düşən yurdda bilərlər
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

 Şeirdə qırmızı rəngdə verilmiş sözlərin əvəzliyin hansı məna növlərinə 
aid  olduğunu  deyin  və  onları  başqa  cümlələrdə  də  işlədin.  “Bu”  əvəzliyini 
hallandırın.
|
 Şeirin 1-ci bəndində işlənmiş “bu” əvəzliyindən sonra vergül qo yul ma sına 
ehtiyac varmı? Fikrinizi müvafiq nümunələrdən istifadə etməklə əsaslandırın.

 Cütlərlə işləyin: Ahəng qanununa uyğun düzgün şəkilçi variantı seç-
məklə  şeirdən  götürülmüş  aşağıdakı  sözlərdən  birini  mənsubiyyətə  görə 
dəyişin və hallandırın. Sonra müxtəlif şəxslərdə işlənmiş formaları hallandırın.
bayraq, ocaq, ürək, torpaq, qucaq, azadlıq, gələcək, dost

 Şeirdə indiki və keçmiş zamanda işlənmiş feilləri seçib göstərin, onların 
neçənci şəxsdə olduğunu deyin. Həmin feilləri cümlələrdə müxtəlif şəxslərdə 
işlədin. 

 Vətən haqqında aşağıdakı aforizmləri oxuyun, mənsubiyyət şəkilçisi 
ilə işlənmiş sözləri seçib səsləndirin. Seçdiyiniz sözlərdəki şəkilçilərin hansı 
şəxsə aid mənsubluq bildirdiyini izah edin.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Öz vətəninə mənsub olmayan bəşəriyyətə də mənsub deyil. Vissarion Belinski.  
2)  Valideynlərimiz,  övladlarımız,  qohumlarımız  bizə  əzizdir;  lakin  məhəbbət 
haqqında bütün təsəvvürlərimiz bir sözdə – “Vətən” sözündə birləşmişdir. Mark 
Tulli Siseron. 
3)  Torpağı  qorumasan,  əkib-becərməyə  dəyməz;  əkib-becərməsən  –  qorumağa 
dəyməz. Dədə Qorqud
Çap üçün deyil


54
⓯ 
 Şeirin 1-ci bəndində yaşıl rəngdə verilmiş feilin neçənci şəxsdə işlən-
di yi ni deyin. Rus dilindəki biliklərinizə əsasən, onun feilin hansı formasında 
olduğu nu müəyyənləşdirməyə çalışın. Necə bilirsiniz, bu feildə şəxs şəkilçisin-
dən  əvvəl  gələn  şəkilçi  zaman  şəkilçisidir,  yoxsa  forma  düzəldən  şəkilçi? 
Fikrinizi bildirin.

  Vətən  sevgisini  hər  şair  müxtəlif  şəkildə  tərənnüm  edir.  Qruplara 
bölünün və Vətən haqqında  oxuduğunuz şeirlərdən xoşunuza gələn misraları 
xatırlayıb yazın.  Deyə  bilərsinizmi, niyə  məhz  həmin  misralar  yadda  qalır? 
Yoldaşlarınızın fikirlərinə münasibət bildirməklə mövzunu müzakirə edin.
|
  Yadınızda  qalan  misraların  aforizmə  çevrildiyini  söyləmək  olarmı? 
Necə bilirsiniz, belə nümunələrə nə zaman müraciət olunur? Fikirlərinizi əsas-
landırın.
Köməkçi:
 1) Ayrılarmı könül candan?
   
    Azərbaycan, Azərbaycan!   Səməd Vurğun
                 2) Həyat üçün doğulmuşuq,
                     Vətən üçün ölməliyik!  
ülvi Bünyadzadə
§ 13. HüSEYNQULU xAN
Sizə kimdən* deyim, Hüseynqulu xandan*. O Hüseynqulu xan ki, həmişə 
dostu duz-çörəklə, düşməni qılıncla* qarşılamışdı. Bir ucu İran, bir ucu Turan 
– hamı onun ağıl-kamalından*, hünərindən* danışırdı. Amma son vaxtlar* 
nədənsə Hüseynqulu xanın kefi yox idi
1
. Yaxın dostu* – avarların* başçısı Əh-
məd xan rus knyazı Sisianovdan aldığı bir məktubu ona göndərmişdi ki, oxu-
sun, tanış olsun. Rus knyazı Sisianov yazırdı ki, mən hərb meydanını sevirəm.
Hüseynqulu xan belə  götür-qoy etdi ki
1
,  bu gün Avarıstana gedən sabah 
da Badi-Kubəyə gələcək.  Görünür, Gəncəni, Şamaxını işğal edəndən* sonra                
iştahası böyüyüb
1
. Odur ki, boş durmaq* olmaz. Tədbir görmək lazımdır.
Hüseynqulu xan göstəriş* verdi ki, İçərişəhərin qala divarları* 
möh kəm-
ləndirilsin
,  oxlar 
düzəldilsin
, qılınclar 
kəsilsin
, atların*  nalları 
təzələnsin
, ta 
düşmən gələnə bir əyər-əskik qalmasın. Bağçalarda güllər, çiçəklər 
əkilsin
.
İndi sizə kimdən* deyim, rus knyazı Sisianovdan. O, Şamaxı tufanından* 
sonra  bərk  xəstələnmişdi*.  Elə  ağır-ağır  nəfəs  alırdı  ki,  deyirdin  ki,  indicə 
öləcək. Nə qədər dava-dərman eləyirdilərsə də, xeyri olmurdu.  Düz üç gün, 
üç gecə arxası üstə qaldı
1
, boğazına qurtum-qurtum su 
 . Nəhayət, 
dördüncü gün gözünü açdı və yanındakı yavərə dedi:
–  Artıq  hiss  edirəm  ki,  əcəlim  yetib.  Amma  Badi-Kubəni  tutmamış, 
İçərişəhərə  girməmiş  ölmək  istəmirəm.  Mənim  adımdan*  qoşuna  de  ki, 
hazırlaşsın*.
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə