Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə20/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   16   17   18   19   20   21   22   23   ...   51

61
Adil tez divara vurduğu cədvəl və sxemlərin qabağına keçib dedi:
– Bəli, hər şey hazırdır.
Müəllim stolun üstünə düzülmüş cihazlara və sxemlərə 
nəzər saldı
, sonra 
üzünü uşaqlara* tutub dedi:
– Hə, demək, bugünkü məşğələmiz mexaniki enerjinin elektrik enerjisinə 
çevrilməsi haqqındadır. Bu barədə Adil danışacaqdır.
Bu  sözü  eşitdikdə  Vəli  ilə  Nadir  təəccüblə*  bir-birinə  baxdılar.  Adil 
sxemlərin qabağında durub danışmağa başladı. O danışdıqca əlindəki ağacla* 
divara vurulmuş sxemləri göstərir, dediklərini cihazlar vasitəsilə 
nümayiş et-
dirirdi.
Ramazan müəllim hündürboylu, arıq və bir şey düşündüyü zaman həmişə 
gözlərini qıyan Adilə diqqətlə qulaq asırdı. Adil sözünü qurtardığı zaman o 
gülümsəyərək dedi:
– Çox sağ ol, yaxşı danışdın.
Vəli ilə Nadir dinməzcə oturub baxırdılar. Adilin çəkinmədən, çaşmadan 
danışması onları 
heyrətə salmışdı
. “Doğrudan da, fizikdir”, – deyə Nadir öz-
özünə fikirləşdi*.
Dərnəyin məşğələsi bir saatdan artıq* çəkdi.  
SÞZLÖK
  cihaz – аппарат
cədvəl – burada: таблица
qıymaq – burada: жмурить
ilıq – теплый
çəkinmək – стесняться
çaşmaq – растеряться

 Temp və fasiləni gözləməklə mətni oxuyun. Sonra  giriş, əsas hissə və 
nəticəni bir-biri ilə bağlayan cümlələri müəyyənləşdirib səsləndirin.

 Mətn üzrə beş elə sual tərtib edib  yazın ki, onlara mətndə cavab tap-
maq mümkün olmasın.

 Üzərində ulduz işarəsi qoyulmuş sözlərdən üçü qoşasaitli sözdür. Bu 
sözlərdən hər biri tələffüzünə görə digərlərindən fərqlənir. Bu fərqlər nədən 
ibarətdir?  Qoşasaitli  sözlərin  tələffüzü  ilə  əlaqədar  öyrəndiyiniz  qaydaları 
yadınıza salın və hər bir sözün tələffüzünü əlavə misallar söyləməklə izah edin.

  Mətndə göy rəngdə verilmiş ifadələri  hansı sözlərlə əvəz etmək olar? 
Cümlələri  tapdığınız  sözlərlə  yenidən  oxuyun  və  hər  iki  variantı  müqayisə  
edin.  Necə  bilirsiniz,  bu  ifadələrin  içərisində  “göz  gəzdirmək”  ifadəsinin  
sinonimi varmı? Fikrinizi əsaslandırın.

  Mətndə  altından  xətt  çəkilmiş  sözlərin  quruluşunu  müəyyənləşdirib 
qrammatik mənalarını izah edin. Sonra həmin sözləri uyğun sözlərlə əla qə lən-
dirərək birləşmələr düzəldib yazın.
xalidə Hasilova
Çap üçün deyil


62

 Mətndə qara şriftlə verilmiş sözləri dəftərinizə köçürün və hər birinin 
qarşısında suallarını yazın. Bu sözlərin hansı nitq hissəsinə aid olduğunu və 
hər birinin hərəkəti hansı cəhətdən izah etdiyini müəyyənləşdirməyə çalışın.
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Əziz uşaqlar, siz zərflərin hərəkəti müxtəlif cəhətdən izah etdiyini bilirsiniz. Bu 
baxımdan zərflərin müxtəlif  məna növləri vardır: 
Tərzi-hərəkət zərfi – yavaş yeriyir, hündürdən danışır, taybatay açıldı...
zaman zərfi – bayaq dedi, günorta yedi, əvvəl yazdı, hələ bilmir ...
Yer zərfi – irəli yeridim, burada razılaşdım, üzüyuxarı qalxdım...
Kəmiyyət zərfi – çox gözlədik, azca yığdıq, xeyli dincəldik, birə-beş artdı... 

 Müəllimin təqdim etdiyi cümlələri Azərbaycan  dilinə tərcümə edin, 
sonra onları ardıcıllıqla elə düzün ki, mətn alınsın.

  Aşağıdakı  sözlərin  sualını  müəyyənləşdirin  və  onlardan  hər  birini 
uyğun hərəkət bildirən sözlərlə əlaqələndirib yazın. Necə düşünürsünüz, bu 
sözləri zərfin hansı məna növünə aid etmək lazımdır?
sağa, sola, ora, aşağı, uzaqda, yuxarı, içəri, geri, üzüaşağı, dala-qabağa,  
ora-bura, o yan-bu yana, irəlidə, yaxından, ortalıqda, kənarda

 Aşağıdakı atalar sözlərini oxuyun və zərfləri tapıb səsləndirin. Sonra 
onlardan hər birinin zərfin hansı məna növünə aid olduğunu müəyyənləşdirin.
1) Çox yaşayan çox bilməz, çox gəzən çox bilər. 2) Çox yemək adamı 
az yeməkdən də qoyar. 3) Ağac bar verəndə başını aşağı əyər. 4) Cücəni 
payızda sayarlar. 5) Dəmiri isti-isti döyərlər. 6) Dəvə ağır gedər, çox gedər.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

 Aşağıdakı sözləri elə dəyişin ki, “haraya?, harada?, haradan?” suallarına 
cavab olsun. Sonra həmin sözləri cümlələrdə işlədin.
yaxın, aşağı, bura, içəri, geri, yuxarı, uzaq
Köməkçi:
 bayır – bayıra, bayırda, bayırdan

  Necə  düşünürsünüz,  Adilin  çıxışını  dinləyəndən  sonra  Vəli  fizika 
dərnəyinə üzv yazılmaq istəyəcəkmi? Bəs dərnəyə yazılmaq üçün Vəli hansı 
məzmunda ərizə yazmalıdır?  Bu ərizəni yazmaqda ona kömək edə bilərsinizmi? 
Özünüzü yoxlayın və rus dilindəki biliklərinizdən istifadə edərək Vəli üçün bir 
ərizə nümunəsi yazın.

 Aşağıdakı  sözlər  üzərində  müşahidə  aparın,  onların  hansı  sözlərdən 
düzəldiyini və hər birinin hansı nitq hissəsinə aid olduğunu müəyyənləşdirin.
Çap üçün deyil


63
çəkmək – çəki – çəkici – çəkilmək – çəkinmək – çəkingən – çəkindirmək 
– çəkişmək – çəkdirmək 
çaşmaq – çaşqın – çaşqınlıq – çaşdırmaq – çaşdırıcı – çaşbaş, çaşıb-qalmaq
|
  Bu  sözlərdən  bir  neçəsini  cümlələrdə  işlədin.  Başa  düşmədiyiniz  
sözlərin mənasını lüğətdən tapıb öyrənin.

  Aşağıdakı  sözlərin  sualını  müəyyənləşdirin  və  zərfin  hansı  məna 
növünə  aid  olduğunu  deyin.  Onlardan  bir  neçəsini  uyğun  hərəkət  bildirən 
sözlərlə əlaqələndirib yazın.
indi,  bildir,  srağagün,  inişil,  axşamüstü,  axşamçağı,  axşamtərəfi,  səhər-
axşam,  gecəyarı,  gecə-gündüz,  yenə,  arabir,  hərdənbir,  əvvəl-axır,  ara-sıra, 
hərdən-birdən, hərdən-hərdən, o zaman, bu vaxt, tezdən, tezliklə, onda, dərhal, 
qabaqlar, daim,  tez-tez, sonradan-sonraya, yenicə, təzəcə
|
 Bu sözlərin quruluşunu müəyyənləşdirib ayrı-ayrı sütunlarda yazın.

  Qruplara  bölünün  və  hərəniz  aşağıdakı  aforizmlərdən  biri  ətrafında 
fikir lərinizi  əsaslandırmaqla  danışın.  Danışarkən  səs  tonunuzu  düzgün  tən-
zimləməyə səy göstərin.
HИKMЯT XЯZИNЯSИNDЯN
1) Nursuz göz kimidir elmsiz ürək.  Marağalı Əvhədi 
2) Biliyin ağası olmaq üçün zəhmətin köləsi olmaq gərəkdir. Onore de Balzak 
3) Ancaq elm bəşəriyyəti həqiqətə, ədalətə və xoşbəxtliyə apara bilər. Emil zolya
4) Pis müəllim biliyin özünü, yaxşı müəllim onu tapmağı öyrədir. Adolf Disterveq 
5) Elm həm bildiklərinizi, həm də bilmədiklərinizi bildirmək üçündür. çin atalar sözü
|
 4-cü aforizm üzrə debat təşkil edin:
    1) Pis müəllim biliyin özünü öyrədir.
    2) Yaxşı müəllim biliyi tapmağı öyrədir.

  Aşağıda  hissələri  bir-biri  ilə  qarışıq  düşmüş  dörd  tapmaca  verilib. 
Əvvəlcə mənaca uyğun hissələri birləşdirib tapmacaların ilkin şəklini bərpa 
edin, sonra  onları cavablandırın.
Gəlirdim adam ilə,            
Düzülüb arpa kimi,
Bir xəlbir badam ilə,                 Danışır adam ilə. 
Şəhəri var, evi yox.                   Dənizi var, suyu yox. 
Meşəsi var, ağacı yox.
Yerciyi ağdı,                             Əllərdə yeriyər,
Toxumu qara,                           Əllə əkərlər,
Buraxsan, dayanar.                   Dillə biçərlər. 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə