Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə19/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   15   16   17   18   19   20   21   22   ...   51

58
BUNLARI BÈLÈRSÈNÈZMÈ?
Azərbaycan dilində feilin altı forması (şəkli) var. Bunlar aşağıdakılardır:
1) Əmr forması: heç bir xüsusi şəkilçisi yoxdur – yuyum, yu, yusun, inanaq...
2) xəbər forması: zaman şəkilçiləri ilə düzəlir – dincəl
ir
, üşü

m, gəl
əcək
sən... 
3) arzu forması: 
-a, -ə
 şəkilçisi ilə düzəlir – gərək bax
a
m, ged
ə
sən, kaş dinlə

...
4) lazım forması: 
-ası, -əsi 
şəkilçisi ilə düzəlir – ver
əsi
yəm, qaytar
ası
yıq... 
5) vacib forması: 
-malı, -məli
 şəkilçisi ilə düzəlir – oyan
malı
sınız, sil
məli
sən...
6) şərt forması: 
-sa, -sə
 şəkilçisi ilə düzəlir – soruş
sa
lar, doldur
sa
q, bişir

n...

 Aşağıdakı cümlələrdə altından xətt çəkilmiş sözlərin qrammatik mə-
nasını izah edin. Necə bilirsiniz, bu sözlər eyni, yoxsa fərqli qrammatik mənada 
işlənib? Fikrinizi əlavə misallarla əsaslandırmağa çalışın.
1)  Hüseynqulu  xan  Sisianovun  yerdə  top  kimi  diyirlənən  başına  baxdı. 
2)  Kimi  dedi,  Gəncəyə  aparılıb,  kimi  dedi,  Əhməd  xana  sovqat  göndərildi.  
3) Kimi görmək istəyirsiniz?
Bir kərə yüksələn bayraq, bir daha enməz. 
      
Məmməd Əmin Rəsulzadə
§ 14. BAYRAğIMIz 
Ay-ulduzlu, gur şəfəqli,                   
Tanrı bizi darda qoymaz.
Göz oxşayan, bər-bəzəkli,               
Gözəlliyə fələk qıymaz. 
Göy, qırmızı, yaşıl rəngli,                
Səndən heç vaxt könül doymaz
Dalğalanan bayrağımız.                   
Məğrur dayan, bayrağımız! 
Sən millətin qürurusan,               
Öz yerin var yer üzündə,
Odun şöhrət, sünbülün şan, 
 
Bir bəzəksən el gözündə,
Yenilməzdir Azərbaycan,           
Şuşada, Cıdır düzündə,
Ucal hər an, bayrağımız!               
Qalx, dalğalan, bayrağımız!
   
 
 
 
 
 
       Mahmud Əhməd

 Nitqinizi uyğun səs tonu ilə tənzimləməklə şeiri oxuyun.

 Bayrağımızın təsviri  şeirin hansı bəndində verilmişdir? Əlamət bildirən 
sözlərdən istifadə etməklə həmin təsviri genişləndirib öz sözlərinizlə danışın.

 Nə üçün şair bayrağımızın məhz Şuşada və Cıdır düzündə qalxıb dal-
ğalanmasını arzulayır? Mövzunu genişləndirib danışın, cümlələrin bir-biri ilə 
əlaqələnməsinə diqqət yetirin.

 Şeirin 2-ci bəndində işlənmiş sinonim sözləri tapıb səsləndirin, sonra 
qara şriftlə verilmiş sözlərin sinonimlərini tapıb söz birləşmələri və cümlələrdə 
işlədin.
Çap üçün deyil


59

 Şeirdə işlənmiş “gözəllik” və “bəzək” sözlərinin qrammatik mənasını 
müəyyənləşdirin. Sonra onları kök və şəkilçiyə ayırın və həmin şəkilçilərlə 
yeni sözlər düzəldin.

 Ahəng qanununa uyğun düzgün şəkilçi variantları seçməklə müəllimin 
təqdim etdiyi mətni Azərbaycan  dilinə yazılı tərcümə edin və bayrağımızın 
tarixi haqqında məlumatınızı artırın.
|
  Mətnin məzmunu üzrə suallar tərtib edib yazın.
|
  Bu  məlumatdan  şeirin  hansı  bəndinin  mənasını  izah  etmək  üçün  bir 
nümunə kimi istifadə oluna bilər? Fikrinizi əsaslandırın. 

 Cümlələr arasında  əlaqələri  gözləməklə  “Bayrağımız qürurumuzdur”  
mövzusunda inşa yazın. Tərtib etdiyiniz mətndə müvafiq nümunələrdən, fakt-
lardan istifadə etməyə çalışın.

 Şeirdə mənsubiyyət şəkilçisi ilə işlənmiş sözləri seçib yazın, hər birinin 
qarşısında neçənci şəxsə mənsub olduğunu qeyd edin və aid olduqları sözlərlə 
birlikdə səsləndirin.

  Şeirin 1-ci bəndində işlənən sifətləri seçib yazın, müqayisə dərəcələri 
üzrə dəyişib cümlələrdə işlədin.

 Şeirdə altından xətt çəkilmiş sözlərin feilin hansı formasında olduğunu 
müəyyənləşdirin. Sonra onları həmin formada şəxslər üzrə dəyişib yazın və şəxs 
şəkilçilərinin artırılmasında  ahəng qanununa əməl olunduğunu əsaslandırın.
Köməkçi:
  çağır + ım         
çağır –    
 
çağır + sın      
   
çağır + aq  
 
çağır + ın         
çağır + sınlar 
⓫ 
Qruplara bölünün. Şeirdə altından xətt çəkilmiş sözləri hərəniz feilin 
arzu, lazım, vacib, şərt şəkillərindən birində şəxslərə görə dəyişib yazın. For-
ma və şəxs şəkilçilərini fərqləndirin. 
Köməkçi:  
öyrən
məli
yəm          öyrən
məli
sən   
öyrən
məli
dir 
   
öyrən
məli
yik    
öyrən
məli
siniz            öyrən
məli
dirlər

  Şeirdə  altından  xətt  çəkilmiş  sözləri    feilin  xəbər  şəklində  (keçmiş, 
indiki  və  gələcək  zamanlarda)  şəxslərə  görə  dəyişib  yazın.  Zaman  və  şəxs 
şəkilçilərini müxtəlif işarələrlə fərqləndirin. Şəkilçilərin artırılmasında ahəng 
qanununa əməl olunduğunu əsaslandırın.
⓭ 
Şeirdə işlənmiş aşağıdakı sözlərdən eyniköklü sözlər (biri feil olmaq 
şərti ilə) düzəldib yazın.
bəzə(mək) doy(maq), dalğa, yaşıl, rəng, göy, qürur, od, uca, dar, yer, üz, 
göz, düz, gözəl
|
 Düzəltdiyiniz feilləri əmr, xəbər, arzu, lazım, vacib, şərt şəkillərində 
cümlələrdə işlədin.
Çap üçün deyil


60

 Aşağıdakı cümlələri oxuyun, feilləri seçib dəftərinizə yazın. Onların 
feilin hansı formalarında işləndiyini müəyyənləşdirib, qrammatik mənalarını 
izah edin; forma və şəxs şəkilçilərinin altından xətt çəkin. 
1) Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə – bay-
rağına,  gerbinə  və  himninə  hörmət  etməlidir.  2)  Hər  kəs  tarixi,  mədəni  və 
mənəvi irsə hörmətlə yanaşmalı, ona qayğı göstərməli, tarix və mədəniyyət 
abidələrini qorumalıdır. 3) Hüseynəli xan: ”Yox, xanım, beşiyin dalınca gərək 
özüm gedəm”, – dedi. 4) Hacıəli kişi, əgər yadındadırsa, demişdim ki, Allah-
Təala mənə bir övlad versə, beşiyini sənə düzəltdirəcəyəm. 5) Xan, mən daha 
qocalmışam, gedək, “Böyük çarşı”dan sənə yaxşı bir beşik alaq.

 Şeirdə inkarda işlənən feilləri tapıb səsləndirin və onların feilin hansı 
formasında işləndiyini müəyyənləşdirin. Sonra həmin feilləri eyni formanın 
təsdiqində şəxslər üzrə dəyişib yazın.
Kÿlmÿlÿrin “dili”ni þyrÿnÿk!
şərəf – 1) Fəxr, iftixar ediləcək şey – Sənin kimi bir insanla dost olmağı özüm 
üçün şərəf hesab edirəm; Namus, mənəvi saflıq, təmizlik, bəkarət – şərəfini qoru-
maq; Verdiyimiz sözü vaxtında yerinə yetirmək bizim üçün şərəf işidir. Yaxşı ad, 
etibar – Məktəbimizin şərəfini uca tut malıyıq. 2) Ehtiram, sayğı, hörmət – Bu şərəf 
üçün nəyə borcluyuq? 
şöhrət – 1) Zəhmət, istedad, məharət və s. nəticəsində hamı tərəfindən tanınma; 
məşhur  olma,  ad-san  –  Onun  şöhrəti  bütün  dünyaya  məlumdur; Adı  çıxma,  ad 
qazanma – O, şöhrət üçün yaşamırdı. şöhrət qazanmaq – məşhur olmaq, hamı 
tərəfindən tanınmaq, məşhurlaşmaq – Şöhrət qazanmaq elə də asan deyil. 2) Şan, 
şərəf, iftixar – Alnıaçıq hər kəsə şöhrətdir bayrağımız (S.Rüstəm).
şan – Ad-san, şöhrət, şərəf – Şanın, şöhrətin dünyanı tutub.
§ 15. DOğRUDAN DA, FİzİKDİR ... 
Dərsdən sonra yeddinci 
sinfin
 bütün şagirdləri  məktəbin fizika kabinetinə 
yığışdılar. İlıq* bahar günəşi kabinetin geniş pəncərələrindən* içəri dolmuşdu. 
Vəli ilə Nadir səssiz içəri girib lap qapı 
ağzında
 qoyulmuş stullarda oturdu-
lar. Ramazan müəllim hələ gəlməmişdi. Onun əvəzində isə Adil uzun stolun 
üstünə elektroskop, elektrik maşını, reostat* və başqa cihazlar düzür, divardan 
cədvəllər asırdı.
– Bəs Ramazan müəllim* gəlməyəcək?
– Gələcək. Onsuz olmaz.
Elə  bu  zaman  hündürboylu,  qıvrımsaçlı  Ramazan  müəllim  içəri  girdi. 
Uşaqlara salam verdikdən sonra üzünü Adilə tutub dedi:
– Hə, hazırsınızmı?
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə