Azßrbaycan dèLÈ HƏvva abdullayeva iradə ƏFƏNDİyeva



Yüklə 3,67 Kb.
Pdf görüntüsü
səhifə23/51
tarix21.06.2018
ölçüsü3,67 Kb.
#50142
1   ...   19   20   21   22   23   24   25   26   ...   51

70

 Aşağıdakı  atalar  sözlərini  oxuyun,  onların  hamısının  mətnlə  əlaqəsi 
olduğunu söyləmək olarmı? Fikrinizi əsaslandırın.
1)  Bacarmadığın  bir  işi  bacarıram  demə!  2)  Gücün  çatmayan  işdən 
yapışma. 3) Çalışqan əl nəyə dəysə, qızıl olar. 4) İşi başlayan yarıda qoymaz. 
5) Zərərin yarısından qayıtmaq da xeyirdir. 6) İş ustasından qorxar. 7) Vura 
bilməyən, daşın böyüyündən yapışar. 8) Çox yaşayan çox bilməz, çox gəzən 
çox bilər.
ATALAR SЮZЦ – AЬLIN GЮZЦ

 Aşağıdakı birləşmələri köçürün və sözlərin sonundakı “q” samitinin 
düzgün tələffüzünü göstərin.
qucaq açmaq, qulaq asmaq, qırıq nəlbəki, ayaq saxlamaq, qaşıq almaq, 
qatıq çalmaq, arıq at, balıq şorbası, toyuq çığırtması, balqabaq şirəsi, dırnaq 
əti, topuq sümüyü, papaq ölçüsü, papaq tikmək, toyuq tükü, cırıq köynək
|
 Bu sözlərin düzgün yazılışı və tələffüzü ilə bağlı qaydaları izah edin.

 Mətnin hissələrini müəyyənləşdirin və hər bir hissəni digərinə bağlayan 
cümlələri tapıb səsləndirin.

 “Elektrik” sözü ilə assosiasiya yaradan sözlər cərgəsini davam etdirin. 
Elektrik – montyor, dirək, avadanlıq, ...
|
 Tapdığınız sözləri işlətməklə söz birləşmələri düzəldib yazın.

 Mətndə qara şriftlə verilmiş sözlərin hansı nitq hissəsinə aid olduğunu 
müəyyənləşdirib, məna növləri üzrə qruplaşdırın.

 Aşağıdakı  sözlərin  düzgün  tələffüzü  və  yazılışı  ilə  bağlı  variantları 
ayrı-ayrı sütunlarda yazın.  
ota(q,  x,  ğ)ımız,  daya(q,  x,  ğ)sız,  dara(q,  x,  ğ)ım,  ota(q,  x,  ğ)dakılar, 
tapşırı(x, q, ğ), buru(x, q, ğ)un, qona(x, q, ğ)lıq, saça(x, q, ğ)lı, qoru(q, x, ğ)çu  
§ 18. KöMƏKçİ    
Şahinlə Ayaz qapıbir qonşu idilər. Səhərdən həyətdə oynayırdılar. Birdən 
Ayaz başını qaldırıb  göyə baxdı.
– Aa, günorta oldu ki... Mən gecikdim. Anama yemək aparacağam.
Şahin ondan* soruşdu:
– Analarımız bir yerdə işləyirlər? 
– Hə, Böyükdüzdə. İstəyirsən*, sən də gedək.
Şahin bir anlığa fikirləşib* dedi:
– Anam qoymur, deyir ki, sən hələ uşaqsan*, tarlaya tək gəlmə, yolda ilana 
rast gələrsən. O gün atam da deyirdi ki, çöldə bir yekə ilan öldürüblər.
Çap üçün deyil


71
– Bəs mən hər gün anama yemək aparıram, niyə ilan görmürəm? Gəl sən 
də mənimlə gedək...
Şahin  sevinə-sevinə  evə  qaçdı.  Köynəyini,  ayaqqabısını*  geyinib 
darvazadan çıxdı. Ayaz əlində bağlama onu gözləyirdi*. Onlar yola düşdülər...
Günortaya az qalmışdı. Bərk isti idi. Uşaqlar* addımlarını yeyinlətdilər. 
Kəndin  qənşərinə  çıxanda  Böyükdüz  göründü.  Başı  ağ  örpəkli  arvadlar* 
kolların arasında əyilə-əyilə pambıq* yığırdılar.
Birdən Ayaz dilləndi: 
– Şahin, niyə əliboş gedirsən, heç olmazsa bir az meyvə yığaydın.
 Şahin, elə bil yuxudan ayıldı.  Peşman oldu.
–  Evdə  niyə  yadıma  salmadın,  gəlib  tarlaya  çatanda  deyirsən?  Onda 
getmirəm, – deyə  Şahin geri döndü.
– Eh, getmirsən, getmə, onda mən getdim...
Bir  azdan  nahar  fasiləsi  başlanacaqdı*.  Cəmilə  xala  əl  saxladı.  Dikəlib 
yaylığının ucu ilə alnının tərini sildi. Əlini gözünün üstünə qoyub kəndə tərəf 
boylandı. Sonra yanındakı Nurxanıma dedi:
– Ay qız, bu Ayaz niyə gəlib çıxmadı? Lap nigaran qalmışam.
Narahat olma, harda olsa, indi gəlib çıxar. 
Elə bu zaman Cəmilə xala sevincək dilləndi:
– Odur ey, qadasını aldığım Ayaz gəlir.
Ayaz gəlib çıxdı. Nurxanım soruşdu:
– Oğlum, bizim Şahindən* xəbərin varmı, bilmədin dərsdən qayıtmışdı, 
ya yox?
– Nurxanım xala, Şahin də mənimlə gəlmək istəyirdi*. Nə fikirləşdisə*, 
yolun yarısından geri qayıtdı.
– Elə yaxşı eləyib qayıdıb, bu istidə tarlada nə işi var. Oturub dərslərini* 
hazırlayar.
Nahar fasiləsi təzəcə başlamışdı ki, tarla yolunun kənarında Şahin göründü. 
Onun  çiynində  böyük  bir  bağlama  vardı.  Bunu  görən  Ayaz  bərk  utandı. 
Fikirləşdi ki*, yəqin, Şahin qayıdıb evdən anası üçün meyvə, qarpız gətirib.
– Oğlum, yaxın gəl görüm, nə gətirmisən?
– Pambıq*, – deyə Şahin gülümsədi.
– Nə pambıq*, onu kim yığıb?
– Özüm yığmışam.
– Kimin tarlasından*?
–  Tarladan  yox.  Maşınlardan*  yolun  qırağına  tökülən  pambıqdır*.  Heç 
bilirsən nə çoxdur! Sabah məktəbimizin bütün fəallarını çağıracağam, yollara 
tökülən pambığı yığacağıq*.
Çox sağ ol, oğlum, indi bildim ki, sən əsl vətənpərvərsən!
 
       İsa Hümmətov                                               
Çap üçün deyil


72
SÞZLÖK
  qapıbir – дверь в дверь
bağlama – свёрток
örpək – головной платок, косынка
əliboş – с пустыми руками
elə bil – кажется
əsl – истинный
SЮZ EHTИYATI
kəndin qənşəri – окраина деревни
nigaran qalmaq – беспокоиться

 Mətndəki əsas fikri müəyyənləşdirin. Bu hadisə ilə səsləşən özünüzlə 
bağlı və ya eşitdiyiniz  bir əhvalat danışa bilərsinizmi?

 Qruplara bölünün və mətn üzrə plan tərtib edin. Sonra tərtib edilmiş 
planları müzakirə edib, ən uyğun variantı müəyyənləşdirin.

 Mətn üzrə aşağıda verilmiş  sualları nəzərdən keçirin. Necə düşü nür-
sünüz, mətn üzrə başqa hansı sualları vermək olardı? “Unudulmuş” sualları da 
siz  tərtib edib yoldaşlarınıza verin. 
1) Ayaz anasına yemək aparacağını niyə birdən xatırladı?
2) Şahinin pambıq tarlasına getməsinə valideynləri  niyə icazə vermirdilər?
3) Şahin yoldan niyə geri qayıtmalı oldu?
4) Cəmilə xala niyə nigaran qalmışdı?
5) Uzaqdan Şahin görünəndə Ayaz nə üçün pərt oldu?
6) Anası nə üçün Şahini əsl vətənpərvər adlandırdı?

 Yerə tökülmüş pambığı yığdığına görə anası Şahini “əsl vətənpərvər” 
adlandırdı. Siz necə düşünürsünüz, kimləri əsl vətənpərvər adlandırmaq olar? 
Müzakirəyə qoşulun və fikirlərinizi yoldaşlarınızla bölüşün. 

 Necə bilirsiniz, “Maşınlardan yolun qırağına tökülən pambıqdır”  cüm-
ləsi mətnin hansı hissəsinə aiddir?
   
A) giriş                    B) əsas hissə                     C) nəticə

 Aşağıdakı tapmacaları oxuyun və cavablandırın. Cavablarda ifadə olu-
nan əşyaları təsvir edin. 
Nədəndi, ay nədəndi             
çiçəkliyər gül deyil,
Dərmə, nazik bədəndi.         
Ağdı, amma qar deyil,
Plov üstə məskəni,               
İstisi var, yun deyil.
Görən, rəngi nədəndi? 
|
 2-ci tapmacada qara şriftlə verilmiş sözdə yol verilmiş orfoqrafik səhvi 
tapın və niyə belə yazılmasının səbəbini  izah edin.

 Aşağıda verilmiş cümlələrdə mətndəki ardıcıllıq pozulmuşdur. Cümlə-
ləri elə sıralayın ki, mətndəki ardıcıllıq bərpa olunsun.
1)  Oğlum,  yaxın  gəl  görüm,  nə  gətirmisən?  2)  Şahin,  elə  bil  yuxudan 
Çap üçün deyil


Yüklə 3,67 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə