Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
81
Bütün bu istəklərə, nəhayət, vəslinə yetişmək üçün Raci “Eşq
Fərhadı nədir, kuh nədir, tişə nədir? Sinəsini dırnaq ilə şirin-şirin
qazar”, çox şeylərdən keçər, çox şeylərə: ayağının altda döşən-
məyə, toz olmağa hazırdır.
Əgər qoyam yüzimi xaki-payinə bir də
Götürmərəm dəxi mən bəxtiqarə yüz yerdən.
Gər istəsən başun üstə, könül, gələ canan,
Gərək ayağının altında xaki-rah olasan.
Çəkdim əyaği başə, qoyum baş ayağuvə,
Saqi, edüm bu nemətə mən bəxtiqarə şükr.
Bir busə üçün imandan, candan keçsə də, ayağının altına
döşənsə də, bir şey çıxmayanda Raci yalvarışa keçir. Bu vasitə ilə
rəhmə gətirməyə çalışır. Riza rədifli qəzəlində İmam Rzaya and
verir.
Yoxumdu möhnəti-hicranuva mənim tabım,
Gəl indi tərki-səfər et, səni imam Riza.
Nə qədər yalvarum əcz ilə türkü-türkanə,
Tərəhhüm eylə mənə, getmə vəssalam, riza.
Deyin, ol bivafa az bu dili-əfkarı yandırsun,…
194
Raci qəlbə girməyin yolunu bunda gördüyündən könlünə
yumşaq dillə danışmağı məsləhət bilir.
Qeyz ilə az, könül, ruxi-dildarə baxgilən,
Rüxsari-dildarə yalvarə-yalvarə baxgilən.
Və ya
Göstər dili-rüxsarini, canım sənə qurban.
Bu qədər yalvarış, fəryadü nalə qəlbinə təsir eləyir, ahından
“nərm səngi-xarə” olur və buna şükr eləyir. Heç bir təbibin dər-
man tapa bilmədiyi dərdə vüsal dərman olur, çarə olur.
194
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).
Bakı: Sabah,1992, səh. 62, 36, 58, 45, 82, 23, 24
Sədrəddin Hüseyn
82
Könül vüsala yetəndə duyğularını “Bir saət” rədifli qəzəlin-
də belə ifadə edir:
Yetişdi çün könül, ey məh, vüsalə bir saət,
Doyunca qoy baxım ol gül cəmalə bir saət.
Fəraqi-saəti bir ilcədir yanimdə mənim,
Vüsalin illəri gəlməz xəyalə bir saət.
“Ney kimi ləbrizi-nalə olsa da, səsini çıxarmadan ah-nalə
et, bu vüsal gecəsində nigar ilə o qədər əyləş ki, sübhə bircə saət
qalsın”,-deyir “bəxtavər” Raci.
195
Racinin lirikasından söhbət açar-
kən N.Rizvan onun baş qəhrəmanının “İnsan” olduğunu, aparıcı
ideyanın “MƏHƏBBƏT”, lirik mənin ətrafında dolanan üç əsas ob-
razın isə “AŞİQ, MƏŞUQƏ və RƏQİB” obrazlarının olduğunu söy-
ləyir.
196
Bir çox şairlər kimi Raci də rəqibdən gileylidi, rəqibin əlin-
dən göz aça bilmir. Sevgisi də vəfasızlıq edir. Əğyara bel bağlayır.
O hamını atıb yarı tutur, yarı da gedib əğyarı tutur. Rəqibə mər-
həm olandan aşiqinə kəmməhəl olur. Əgər yəqin eləsə ki, yarı
əğyarə yar olub, bu yara ölüncə sinəsindən getməyəcək. Rəqib
bunu bilir, ona görə də yarı Racinin sinəsində görcək (? S. H. )
qəlbinin imanla dolduğunu düşünür.
197
Xəzan yeli hüsnünə əsə-
cək, qəddi əyiləcək, bütün bədnəzərlər üz çevirəcək, Raci də süb-
hi-şam qalan deyil, -deyərək cəfasına dözmür. Ustadı Füzuli daim
qəm və cəfa istədiyi halda, Raci artıq bezir.
Əritdi büteyi-qəmdə bu cismi-natəvan, zalım,
Cəfadur-həddən aşdı, imtəhandur bu əgər-bəsdi.
“Ol cismi-məst gecələr rəqib ilən mey içir, gündüzlər sərkə-
ran keçir”. Raciyə görə nigarın özü şairə yaxşı-yaman deyə bilər,
amma bu sözlərini əğyardan nihan tutsun.
195
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 33, 248, 21
196
Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın
xəbərləri. Ədəbiyyat. Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 35
197
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.129,53,70,4
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
83
Aşiqlərlə rəqib arasında qeylü-qal olur. Bundan Raci təngə
gəlib. O divsurətdən əl çəkməyini istəyir, çünki mələk şeytanla
iltifat edə bilməz. “Yari-vəfadar ilən qərar qoyur ki, Mundan son-
ra əğyar ilən oturmasın”, deyərkən qısqanclıq son həddə çatır:
Göstərmə o rüxsarun hər bisərü bipayə,
Könlüm səni aləmdə hər gözdən iraq istər.
Əğyardan cana doyan şair kafəri ondan üstün tutur. Belə
ki, gündə min dəfə kafər üzünü görməyə razıdı, ancaq ildə bir yol
əğyarı görmək istəmir. Yarı ilə rəqibin aşinalığını görəndə söyüş-
dən belə çəkinmir. “Rəqib ləblərin əmdikcə mən baxıb yandım,
dedim ki, çeşməyi-heyvanı qoyma it yalasın”,-deyə Əğyarın yan-
larında ol- masını istəmir.
Cana, nə deyim, mən sənə əğyar yanında?
Bülbül nə desin öz gülünə xar yanında?
Görmək səni mümkün dögül əğyarın əlindən,
Gəl yanimə bir indi ki biganə yatıbdur.
198
AŞİQ, MƏŞUQ və RƏQİB Raci şeirlərinin də əsas qəhrəma-
nıdır. Onun məşuquna qısqanclığı fərqli şəkildə büruzə verir. ”İn-
sana həyat eşqi aşılayan, şeirlərə canlılıq, həmişəyaşarlıq bəxş
edən qısqanclığın duzlu məzəli ifadəsi Racini demək olar ki,
bütün qəlb və qələm sahiblərindən fərqələndirir. Həm eşqin, həm
də sənətkarlığın ucalıqlarına qaldırır.”
199
Qısqanclıq onda fərqli
bir şəkildə təzahür edir. Yarını qarşısında durduğu ayinəyə, yarın
özünə belə qısqanır.
Raci niğarı vəsf etməkdən belə, ehtiyat edir ki, dilə-dişə dü-
şər, rəqib duyar, dirilik suyu dediyi ağzına tamah salar, başına bə-
la açar. Bu dirilik suyu deyil.
198
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.27
199
Nazim Rizvan. Raci lirikasının bəzi xüsusiyyətləri // Azərbaycan SSR EA-nın
xəbərləri. Ədəbiyyat. Dil və incəsənət seriyası. Bakı, 1990, N-2, səh. 37
Dostları ilə paylaş: |