Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
87
Şair kainat kitabının heç bir səhifəsində bir hərf xətasının
belə olmadığını bildirir, Günəşi nümunə gətirir:
Baxdım süturi-səfheyi-afaqə sərbəsər
Bir hərf nəbaqaidə yox bu kitabda.
Bu karxanada hər şey öz yerindədir. Kainat kitabında qeyd
olunmamış heç nə yoxdur. Hər şey yazılıb, sadəcə oxuya bilmək
lazımdır. Dünyəvi sevgisinin üzündəki xətti-xalın sirrini anlayan
yoxdur. Onu anlayan aşiqin eşqi Müshəfinin (Quran səhifələrinin)
də mütərcimi olmuşdur.
Yüzündə xalü-xətin sirrini anliyən yox idi,
O müshəfin də mütərcim edib mənim eşqim.
203
“Surəti fərmani-həq, fərmanə bax, can gözün ac, surəti-yəz–
danə bax” deyən sələfi Nəsimi kimi “Baxanda hər yerə, hər yana
surətin görür”, – deyə fəlsəfi görüşlərini dilə gətirir. Əslində isə
hürufilərin əsas fikirləri də bu idi ki, yaradılanın hər biri xaliqindən
xəbər verir. Bu sirri anlamaq üçün hürufat ən yaxşı açardır, vasi-
tədir. Sənətkar yaratdığına imzasını qoymamış deyil. (Bu gün çox
şeydə, o cümlədən insan orqanlarında Allah sözünü oxumağa
cəhd geniş yayılıb və nəticələrə dair çoxlu faktlar aşkara çıxır.)
Yaradılanların ən mükəmməli insan olduğundan ən çox ona tə-
vəccöh edilir.
Bir qaranlıq gecədir yarın saçı
Surətində ol mahi-tabana bax.
Nigari-səfheyi-ruyun nəzarəsi xət ilə
Aparır göz işığın ruzixət kitab kimi.
Hay – həyat, daim diri olan, yaşayan və yaşadan anlamına
gəlir. Külli kainat bu sözü zikr edir. Mövləvi dərvişlərin dilində
“Hay-hay”, “hey-hey” şəklində virdi-zəban olmuşdur. Hətta xalq
ifadəsi kimi, hay-huy, hay-küy şəklində daşlaşmışdır:
203
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 8, 17, 20
Sədrəddin Hüseyn
88
Gəlir bu “hay-huy”, Raci, bu dəm meyxanə səmtindən,
Ki, huşum uçdu başımdan, bu nə qovğa, bu nə səsdir.
Şair bəzən bu səsi haraya çağırır: ”Yetişsin nəreyi “hey-hey”
fələkdən mahi pərvinə”. Haq nurunun hər yerdə təcəllasını Raci
də qəbul edir:
Eylədi ayineyi-aləmdə nuru-haq zühur,
Tapdı ayətində surət məniyi-əllahi-nur,
Bundan artıq çeşmi-həqbinə degil ayət zərur,
Sərasər bu ənfusi afaqi-ayətdür qərəz.
204
Bu xüsusilə insan surətində görünür, yaradılanların ən mü-
kəmməli olduğundan.
“Baxıram, vəchi budur daim o rüxsarüvə,
Var səvabı baxa hər kimsənə Quran yüzünə”
– deyə hürufanə bir fikir yürüdür və bunun dalınca çox qəribə və
orijinal bir təşbih işlədir:
Dəstə-dəstə tökülüb gül yüzə bu zülf siyah,
Deyəsən əbr düşübdür mahi-təban üzünə.
205
Səni görən bilü tarını cəmalunda
Yazubla bəs deyəsən la ilahə illəllah.
Bu yazılanları oxumaq, Nəsiminin ifadəsilə, “quş dili” oldu-
ğundan heç də asan deyil.
Dedi, bir daneyi-xalilə könül vəsfi-ruxun,
Kimdi bu nöqtədə təfsir edə Quranı dürüst.
Bir xal dənəli ruxu vəsf etmək olar, amma bu nöqtədə Qu-
ranı kimsə dürüst təfsir edə bilməz. Bu çətinliyi etiraf etsə də, şair
bacardığı qədər “xət”dən danışır, təşbihlər işlədir, sifətdə “Qul hu
vəllahi əhəd” surəsinin yazıldığını deyir. Ayrıca “Xətün” rədifli qə-
zəl də yazır.
204
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).
Bakı: Sabah,1992, səh.64,36, 29, 180
205
Raci.Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh. 175
Azərbaycan mərsiyə ədəbiyyatı və Əbülhəsən Racinin poetik dünyası
89
Belə ki, eylədi gəlməkliyə təcil xətün,
Dutacax səfheyi-rüxsarüvi bu il xətün.
…Müshəfi-surətivə surəbəsurə məktub
Bəiyinnat ayəsinə yazdilə təvil-xətün.
Xəm qaşun səcdəgah eyləllə mələksimalər və s.
və ya
Nə deyim, xalü xətün vəsfini mundan artux,
Oxur eşq əhli onu sureyi-Quran yerinə.
-deyərək bu fikri davam etdirib elə bir həddə çatır ki, Tövhid (Al-
lahın birliyi) nöqtəsini nigarın xalında görür.
Axtarma sirri-nöqteyi-tohidi, zahida,
Xali nigara bax, elə pərvərdigara şükr.
Özünü dənə və suya həsrət qəfəs küncündə qalan bülbülə
bənzədərək yalvarır ki,
Həm xalü həm ləbə de bu künci qəfəsdə
Biabü danə mürği-dili-zari saxlasın.
206
Burada Nəsiminin
“Ey bülbüli-qüdsi, nə giriftari qəfəssən,
Sındır qəfəsi tazə ğülüstan tələb eylə.”
207
beytini əlavə etmədən keçə bilmədik. Sələfi kimi Raci hərdən Qu-
ran ayələrindəki bəzi beytlərini elə bəzəyir ki, fikirlərin bundan
gözəl ifadəsi təsəvvürə gəlmir:
Cameyi-səbz ilə göstərdi ruxi-alini yar,
Zahir oldu mənə sirri-şəcəri-əxdəri nar.
Yasin surəsinin 80-ci ayəsinin məalı belədir: “O yaradan ki,
sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur siz indi ondan
206
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz).
Bakı: Sabah,1992, səh. 24, 26, 27, 40, 83, 25
207
Klassik Aərbaycan ədəbiyyatı kitabxanası. V c., Bakı: Elm, 1985, səh. 230
Sədrəddin Hüseyn
90
od alırsınız.” Beytdə hər şey aydındır, bircə “cameyi-səbz”dən baş-
qa. Əvvəlcə ayənin rəmzlərinə nəzər salaq. Ərəbistanda yaşıl hal-
da sındırılarkən od saçan ağacın mövcudluğu bu yaxınlarda bəlli
olub. Quran qissələrindən bilindiyi kimi, İbrahimi (əs) Nəmrud oda
atdırarkən od yandırmaq xislətinin ziddinə olaraq genişlənib bir
yaşıllıq əmələ gətirir və Xəlilullah yanmır. Yaşıl ağacın xislətində
od və ya odun içərisində yaşıllıq (yəni yanmamaqlıq), bunun hə-
yatdakı əlaməti: 40, bəzən də 50-60 dərəcə istidə yarpaqların
yaşıl qalması sirri. “Cameyi-səbzə” gəldikdə isə çox güman ki,
cam (şam) ağacının yaşıllığı içərisindən odun-qızartının zühuru
Allahın ğizli sifətlərindən biridir. Və bunu bir tərəfdən yaşıl örpə-
yə bürünən, üzündə yaşıl niqab olan və bunların altından “ruxi-
ali”nin zühuruna təşbeh edirsə, diğər tərəfdən də içərisində ya-
şıllaq olan Nəmrudun yandırdığı tonqala təşbeh edir:
Həmişə xaneyi ümmid qalmaz, Raci, dərbəstə
Olur bir gün ki, lütf ilə Yədullahi fəthi-bab eylər.
208
Fəth surəsinin 10-cu ayəsi belədir: “Ey peyğəmbər, (s.ə.s.)
Hüdeybiyyə səfəri zamanı bir ağacın (ridvan) altında sənə beyət
edənlər şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət)
əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz
əleyhinə pozmuş olur. Allaha etdiyi əhdi yetrinə yetirsə, Allah
ona mükafat verər”
209
. Ayətdə Məkkənin fəthinə işarə edilir:
Hübb ayəsi, zahid, sənə Quranda tapıldı,
Mistaği mənə arizi-cananda tapıldı.
210
Hübb ayəsinin məalı belədir: “Vəzirin övrəti cavan qızımızı
tovlayıb yoldan çıxarmaq istəyir. Yusifin məhəbbəti onun bağrını
qan etmişdir. Biz onun açıq-aşkar (doğru yoldan) çıxdığını görü-
rük.”
211
208
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.69, 62
209
Bünyadov Z., Məmmədəliyev V. Qur’an (tərcüməsi).Bakı, 1992. səh.510
210
Raci. Seçilmiş əsərləri. (tərtibçi Abıyev Hafiz). Bakı: Sabah,1992, səh.71
211
Bünyadov Z., Məmmədəliyev V. Qur’an (tərcüməsi).Bakı, 1992. səh.204
Dostları ilə paylaş: |