472
tökdülər, olmadı ki, olmadı. Aşığı yola gətirə bilmədilər.
Yığılıb, qayınlı, qardaşlı Şıxmahmud kəndinə gəldi.
Yəni 1927 – ci ildə. Xatın da böyümüşdü, elə bu
kətdə getdi məhtəbə. Aşıq Cəfər burada da qardaşı – qaynı
ilə birlikdə işlədilər. Özü də Tərlan xanımı götürüb çıxdılar
dağa. Naxçıvan rayonunda olan Keçəl dağa. Yenə dəvələr
yükləndi, farmaşlar qablandı, çatıldı dəvələrə. Aşıq Cəfər
dağda özünə bir qırmızı at aldı. Xurcunu atdı atın tərkinə.
Xatım da aldı qucağına, karvana baş çəkə – çəkə, mənzil
düşə – düşə Qızılboğaza, Şahbuza, Arınca, Küküyə baş
çəkdilər. Gördülər ki, yoldan iki nəfər yenib gəlir, dedilər:
– Aşıq Cəfər, çiyinlərində saz da var. Aşıq Cəfər
dedi:
– Gözüm üstə yerləri var.
Gəlhagəl gəlib çatdılar məclisə, aşıq Cəfər aşıqla
görüşdü. Adını dedi, aşıq dedi eşitmişəm. Mən də Çullu aşıq
Haşımam, yanımdakı da balamançıdı, adı da Aydındı.
Cəbrayıl
rayonundandı.
Aşıqla
balamançı
oturdular
məclisdə.
– Aşıq Haşım, məclis mənimdi, verirəm sana. Bir az
oxu, qulax asağ. Aşıq Haşım nə qədər dil tökdü, gördü ki,
yox, Cəfər əl çəkmir, başladı oxumağa, bir az oxuyannan
sonra sazını qoydu köynəyinə, dedi:
– Aşıq Cəfər, indi məclis sənindi. Aşıq Cəfər sazı
köynəkdən çıxardı, "Dilqəmi" kökü verib sazı dilləndirdi.
Haşımla balamançının ağzı açıq qalmşdı. Aşıq Haşım ayağa
qalxdı, getmək üçün hazırlaşdı. Aşıq Cəfər aşıqla
balamançını evə təklif elədi. Onlar süfrə başında oturdular,
yedilər, içdilər. Getmək vaxtı çatanda aşıq Haşım dedi:
– Cəfər, Aydını sənin yanında qoyub gedirəm, özü də
qalmax istiyir. Aşıq Haşım getdi. Balamançı qaldı aşıq
Cəfərin yanında. Bu tərəfin camahatı çox qonaxpərəst,
hörmətcil olur. Aşıq Cəfərgilin obası Niyazqulular obası ilə
yaxın idi. Cəfərin Xatınnan başqa övladı yox idi. Xatın da
473
nə xatın. Aşıq qızı oynamağa düşəndə on iki hava dəyişərdi,
yorulmax bilməzdi. Yenə də axşamüstü obada məclis
başlanmışdı. Məclis də qonaqsız olmurdu. Niyazqulullar
obasında Cahan xanım adlı bir gəlin var idi. Bir də gördülər
ki, Cahan xanım ağ geyinib, ağ ipəkdən tuman, qarabaşı
paltarı yaşıl ipəkdən, başında qara kəlağayı, ayağında qara
qondara, çiynində mis səhəng, yaşı çox olmasına
baxmıyarax, deyərdin təzə gəlindi. Obabaşı aşığa işarə elədi.
Aşıq çönüb nə görsə yaxşıdı Cahan xanım az qalır yeridiyi
yolu partlada. Aşıq obabaşıya baxıb üçtelli sazı sinəsinə
basdı, aldı görək nə dedi:
Əzəl ilqar verəsiydi ilqarından döndü gəlin
Əlində məzə şərbəti, məclisi dolandı gəlin
Cismimi pərvayiş etdi, atəş tutub yandı gəlin,
Afərin, səd afərin, gör nə gözəl candı gəlin.
Yeriyəndə min naz ilə yerişin qaza bənzətdim,
Uca boylu, mina gərdən, boyun şahbaza bənzətdim,
Bilmirəm yaşın neçədi, baxdıqca qıza bənzətdim,
Bir cüt busə eyləsən elə bil ehsandı, gəlin.
Qüdrətindən çəkilibdi qaşlarının tağı da var.
Irəngi lalə, göz piyalə, buxağının ağı da var.
Könüldən aşiq olmuşam, uzaqdan sorağı da var.
Aşiqini gözdən salma, ölürəm, amandı, gəlin.
Səni sevən kimsənələr necə qəlbindən yanmasın,
Adı gözəl, özü gözəl doğan ana utanmasın.
Danışıban, vədələşib gərək sözündən dönməsin,
Aşıq Cəfər otağında bir gecə mehmandı gəlin.
474
Cəfər qonaqları ilə evə qayıdanda Tərlan xanımı
kefsiz görüb soruşdu ki, nə olub, niyə elə eliyirsən. Tərlan
xanım dedi:
– Aşıq, qıçım sızıldayır. Nə isə aşığın da kefi
pisləşdi. Səhər üzünüzə xeyirliklə açılsın, qaldı səhərə.
Yatdılar, səhəri açdılar, səhər aşıq Cəfər obabaşının yanına
gəlib dedi:
– Tərlan xanımın qıçları ağrayır. Istiyirəm isti suya
aparam. Obabaşı ilxıdan bir at gətirib, yəhərlədi, göndərdi
aşığın qapısına.
Xatını qonşulara tapşırıb getdilər, bir neçə saatdan
sonra çatdılar isti suya. Bir millət var idi ki, gəl görəsən,
hamı düzülmüşdü növbüyə. Aşıq Cəfər atdan düşüb, atın
qıçını çıdarladı, irəli yeridi, salam verib, salamın aldılar,
görüşdülər. Aşığa olmazın hörmət elədilər.
Aşıq dedi:
– Camaat, dağlara 3 – 4 kəlmə sözüm var. Telli sazı
bağrına basdı, görək nə dedi:
Hacılı, mərdanlı bir də ki, Qışlax
Aşıq hər il sizə mehman olacaq.
Tərifin eylərəm sənin "Keçəl dağı"
Dərdlərə dərmandı şəfa bulağı.
Qanlı göldü obaların bəzəyi
Ömr uzadır dağın suyu, çiçəyi
Salvartıdı yaylaqların ürəyi
Gələn olur çəmənliklər qonağı.
Batabata gedən istəmir gəlsin,
Istirahət edib orda dincəlsin.
Saz səsi, mey səsi göyə yüksəlsin,
Məclislər başlansın hər axşamçağı.
475
Hörmət eylədiniz aşıq Cəfərə,
Ayrılmaq istəmir sizdən bir kərə.
Ildə saz götürüb çıxa səfərə,
Necə səfalıdı dağlar qucağı.
Aşıq Cəfərin şagirdləri də çox idi. Onnardan Hidayət
Qocayev, Abdulla Abasov, Bəmullah Allahverdiyev, Qulu
Vəliyev. Onnardan 3 – ü getdi müharibəyə gəlmədi. O, 1890
– cı ildə anadan olmuşdu.1943 – cü ilin mart ayında
gecələrin birində qızı Xatına vəsiyyətini elədi:
Ala göz canan qaldı.
Od tutub yanan qaldı.
Çox çalışdım dünyada,
Kimləri salım yada.
Tərsə saldı işimi,
Bir can borcluyam sana.
Ölürəm yana – yana,
Bir qız nişanam qaldı.
Aşıq Fətullah **
1920 – ci ildə Babək rayonunun Şıxmahmud
kəndində doğulmuş, 1942 – ci ildə Böyük Vətən
müharibəsində həlak olmuşdur.
Aşıq Cəfər Cəfərova şəyirdlik etmişdir. Istedadlı aşıq
kimi tanınmışdır.
Istər könlüm
Baharın xoş fəsli güllər açanda
Nərgiz, bənövşəli yaz istər könlüm.
Tovuz tamaşalı, tərlan duruşlu
Dostları ilə paylaş: |