73
saldı. Gəmisi də Ordubadın Nəsirvaz kəndi yaxınlığındakı
Gəmiqayada qaldı.
Cincili bulaq **
Sədərəyin yaxınlığında Əjdəkom dağı var. Dağın altında
bir bulaq çıxır, adına Cincili bulaq deyillər. Rəvayətə görə,
bulaq yeddi ildən bir çıxır. Deyirlər, bu bulaq çox suluymuş.
Əkini, bağ – bağatı onun suyuyla suvarırmışlar. Bir əjdaha
gəlib suyun qabağını kəsir, əvəzində gündə bir adam qurban
istəyir. Qurban vermirlər. O vaxtdan bulağın suyu kəsilir.
Əjdaha yeddi il bir tərəfi üstə yatır, yeddi il də o biri tərəfi üstə.
Yeddi ildən bir tərpənib yerini dəyişəndə su gəlir, sonra kəsilir.
74
Dağyunus necə Dağyunus
oldu
75
O vaxt Təmleyxa adında çoban olur, bir də Yunus
adında. Onda Yunusuydu , Dağyunus dəyildi. Bınnar qoyun–
quzu otarıllar. Bir gün yenillər bulax başına. Təmleyxanı yuxu
aparır. Bı yatır. Yunus da qoyunu sağır, südü də qoyur bulağa
sərinnəsin. Yunus görür ki, Təmleyxanın burnunnan bir milçək
çıxdı. Bı milçək getdi, dolandı, gəldi. Onnarın yanında 3 dənə
kələk varmış daşdan. Milçək gəlip girir o kələylərin içinə bir
xeyləm. Təzədən uçur, girir Təmleyxanın burnuna. Yunus
oyadır bını ki, dur e. Temleyxa der məni niyə durquzdun, belə
yaxşı yuxu görürdüm. Düşmüşdüm süd gölünə, göldən çıxdım,
gördüm bı daşın altında qızıl var.
Axşam hər kistə gedir öz evinə. Yunus yatmır, durur
gedir Təmleyxa deyən yerə. Həmən daşın yanını qazır, görür
nəkqədər qızıl var. Səhər də gəlip der ki, mən day çobannığa
getmirəm. Təmleyxa der, bu der, bir şey çıxmır. Təmleyxa tək
geer çobannığa.
Sora da eşidir ki, Yunusun var–dövləti yer batırır.
Təmleyxa barmağın dişdiyir ki, hay–hay, görən bı Yunus
çoban ola–ola, bı qədər var–dövləti hardan alıp. Bir günnəri də
76
Temleyxaya dellər ki, Yunus padşahın qızın alır, Temleyxanı
da toya çağırır. Temleyxa da der ki, ay canım, mən hara, Yunus
hara. Mən çoban, Yunus da padşahın giyəvi. Qonşular bını
eşidip dellər ki, sən get toya.
Nəsə, Təmleyxa da gedir toya. O vaxt Yunus mərfətdi–
qanacaxlı oğlan imiş. Padşah da toyda der ki, bınnan sora
Yunus onun oğludu, varisidi. Yunus da Təmleyxanı day
buraxmır yanınnan, saxlıyır özüynən. Padşah birdən ölür, hamı
da elə bilir bı əzrayılın işidi. Əmə padşahı Yunus zəhərləmişdi
ki, taxt–taca sahip olsun.
Yunus olur şah, vəkili də Təmleyxa. Yunusun yavaş–
yavaş gözünü qan örtür, isdəhləri çoxalır. Çoxlarının ürəyinə
dağ çəkir. Ona Dağ Yunus, yanı ürəhlərə dağ çəkən Yunus
derlər. Bı ta hamıdan gücdüdü, torpaxları da ucsuz–bucaxsızdı,
Allahlıx iddası eliyir. Der ki, bırda yaşıyannarın bir Allahı var,
o də elə mənəm. Kim desə yox, boynu vırılacax. Yüzlərlə
adamı öldürüllər hər gün. Temleyxa görür Yunusun iddası çox
böyühdü, özü də ürəyində razı dəyil Dağyunusnan. Der, axı
mən gül kimi qoynumu otarıp, Allahıma duva eliyirdim. Niyə
gəlip çıxdım bura? Dağyunus bir günnəri mənim də boynumu
vuracax.
Axırı özü kimi altı nəfəri də yanına alıp qaçdı Asafkəfə
sığındı.
78
Rəvayətə görə, Nuhun gəmisi Gəmiqayada quruya
oturmuşdu. Oğlanları bir gün gördülər ki, uca dağlar od tutub
yanır. Gəmi oturan dağ da tüstüsüz alova bürünüb. Özləri də od
– alovun içindədilər. Qorxudan bilmədilər neyləsinlər. Haray –
həşir salıb bağırdılar.
– Aman tanrı! Günahımız nədi ki, indiyədək tufanda
qaldıq, indi də od – alova düşmüşük.
Amma bu qorxu çox çəkmədi, gördülər ki, od – alov
onları yandırmır. Yaşıl çəmənə, gülə, çiçəyə də toxunmur.
– Bu nə sirrdir? – dedilər. – Dağ da yanar?
Onlar atalarının yanına gedib bu sirri soruşdular.
Nuh Nəbi dedi:
– Gördüyünüz elə belə od deyil. Sirli, möczəli oddur.
Bu torpağın mayası oddan yoğrulub. Burda hər şey öz qidasını
oddan – alovdan alır. Yanan dağların biri Gəmiqaya, biri
Ilandağ, biri Ağrı dağıdır. Bu arada yurd salın. Dediyim üç dağ
sizə qüvvət, bərəkət verəcək. Bərkdə şərdən, yağıdan
qoruyacaq.
Nuh Nəbi sözünü qurtardı. Dayandığı yerdən bir addım
irəli atdı, ayağı torpağa gələndə pəncəsi yox, dabanı yerə dəydi.
Oğulları həmin yerdə yurd saldılar, adına da "Nuhdabanı"
dedilər.
Dostları ilə paylaş: |