128
Ahın torpağa.
Uфun torpağa,
Tфu, tфu, tфu…
Tфu, tфu, tфu…
Göz ağrısı ovsunu
Sayna üstə
Uфu, uфu,
Ayna üstə
Uфu, Uфu.
Saman düşüb samanın,
Yaman düşüb yamanın.
Tarı durub yoxlasın.
Tutum əldə noxvasın,
Yeldən gəlib qadası.
Gildən gəlib əbası.
Mövlan dedi toxtasın.
Qapağını bağlasın,
Qarasını saxlasın,
Nərzə çapır atını.
Ağrı–uğru qatanı, satanı.
Sayna üstə üфu, üфu
Ayna üstə Uфu, Uфu…
129
IX. ALQIŞLAR
* Allah hər qapıdan su axıtsın.
* Əlinə qoyduğun xına halalın olsun.
* Ayağın altda nimçə halal olsun.
* Səə görüm başıı üsdündə həmişə ağam olsun.
* Nə ki arzun var, o arza çatasan.
* Həmişə şirin olasız.
* Ata–ananın balası olasız.
* Həmişə içinizdə mehribannıx olsun.
* Uruzuzu Allah başınızdan töhsün.
* Yeridihcə Allah başınızdan uruzu töhsün.
* Pis gözdən, pis nəzərdən uzax olasız.
* Allah üstüzə xeyir ələsin.
* Yeddi kimsənə köməyiz olsun.
130
X. QARĞIŞLAR
Çatmasın arzusuna
Mənim kimi xar olsun.
Etdiyi o zülümlər
Qoy tarı–mar olsun.
*
*
*
Ananın ürəyi yaz günü kimi löyünbəlöyün olsun.
*
*
*
Səni it donunda öləsən.
*
*
*
Göydağda yatan yeddi kimsənə sənə qənim olsun.
*
*
*
Axırın itsin.
*
*
*
Get,
Allah bilsin, sən bil.
Köküz kəsilsin.
Səni it damında öləsən elə.
*
*
*
Yannara piltə qoyulsun.
*
*
*
Yeddi il bir tərəfi üstə, yeddi il bir tərəfi üstə qalasan.
*
*
*
Ağza yeyilmə düşsün.
*
*
*
Səni görüm zarıncı qalasan.
*
*
*
Vırğın ciyarıı çıxatsın.
*
*
*
Səsin sal altınnan gəlsin.
*
*
*
131
Eviin dirəyi uçsun.
*
*
*
Kölgən kəsilsin.
*
*
*
Gəlin düyməsin aşmıyasan.
*
*
*
Dədə deyəndə burnun tütsün (göynəsin).
*
*
*
Səni pısım–pısım gedəsən.
*
*
*
Can saxlıyanın canı qara yerdə çürüsün.
*
*
*
Kökün üstündə od qalansın.
Yurdunda soğan – sarımsax əkilsin
Səni görüm qara yaylıx qalasan.
Bir başmağınan yetmiş qapı açasan.
*
*
*
Üza dəvə tüpürsün.
132
XI.NAĞILLAR
Qırx qönçə xanım
Dedim getmə qal,
Sən ol abdal.
Mən olum diləфkar.
Dilimdən nə deyim yarə
Eşq odunu bəyan eylə,
Ya məni öldür, qan eylə,
Ya seyrağıbı gözdən sal.
Bəli, biri varımış, biri yoxumuş, allahdan başqa heç kəs
yoxumuş. Bir padşah varımış. Bu padşahın dövləti-malı, cəh-
cəlalı başdan aşmışdı, amma övlad üzünə həsrət qalmışdı. Bu
padşah çox arvad alır, heç birindən övladı olmurdu.
Münəccimlər bunun taleyinə baxıb deyirlər ki, gərək bir naxırçı
qızı alasan, ondan övladın olsun. Padşah münəccimlərin
sözündən çıxmayıb, фağır bir naxırçı qızı alır.
Padşahdan bu arvadın boynuna uşaq düşür. Bəli, doqquz ay,
doqquz gün, doqquz gecə, doqquz saat, doqquz saniyə
keçdikdən sonra arvad naxoşlayır.
Padşahın baş hərəmi öz vəzirinin bacısı idi. Bu,
arvadları başına toplayıb dedi:
- Necə olsun ki, biz arvadlardan uşaq olmasın, ancaq naxırçı
qızından uşaq olsun? Naxırçı qızı doğandan sonra tay biz heç,
gözdən düşəcəyik.
Baş hərəm bir küpəgirən qarı çağırıb, əhvalatı ona
söylədi. Qarı bunu əvvəl boynuna götürmədi. Bir qədər
qızıldan-zaddan boyun olandan sonra öz üstünə götürdü ki,
mən mamaynan işi düzəldərəm. Baş hərəm dedi:
- Necə düzəldərsən?
Qarı dedi: