9
Elmi mənbələrdə Azərbaycan və İran dillərinin əlaqələrini
təsdiqləyən çoxsaylı tarixi faktlara rast gəlmək olar.
Tədqiqatçılar qeyd edirlər ki, irandilli tayfaların şimal-şərqdən
cənub-qərb istiqamətindəki miqrasiyası prosesində Talış zonası
müstəsna rol oynamışdır. İrandilli tayfaların müasir İran ərazisinə
Qafqaz yolu ilə keçməsini iddia edən tarixçilər bu zonanı Qafqaz
(xüsusilə Zaqafqaziya) ilə İran arasında maddi mədəniyyətin qapısı
adlandırırlar. M.N.Poqrebova e.ə. II minilliyin sonu – I minilliyin
əvvəlində Şərqi Zaqafqaziya ilə İranın əlaqələrindən danışarkən
qeyd edir: «Ön Asiyanın İran tipli xəncərləri Zaqafqaziyada Mil
düzü və Naxçıvan ərazisindən tutmuş şimala – Şimali Osetiyaya
qədər yayılmışdır. Onların biri istisna olmaqla hamısı Qafqazın şərq
hissəsində tapılmışdır. Görünür, İran-Qafqaz əlaqələri bu halda
Talış vasitəsilə baş vermişdir. Şərqi Zaqafqaziyada tapılan
Ön Asiya
tipli xəncərlərdən biri bilavasitə talış mənşəlidir».
5
Eramızdan əvvəl VIII-VII əsrlərdən başlayaraq Azərbaycana,
xüsusilə Talış zonası da daxil olmaqla Xəzər sahili bölgələrə
irandilli tayfaların gəlməsi intensiv hal təşkil edir. Azərbaycanın
cənub-qərbindən İran istiqamətində hərəkət edən kimmerilər,
skiflər, saklar Talış zonasından yan keçə bilməzdilər.
Tədqiqatçıların təxmin etdiyinə görə, kimmeri və skiflərdən
başqa, qərbi İran tayfaları – midiyalılar, farslar, saqartilər və b. da
İrana Qafqaz (xüsusilə Azərbaycan) yolu ilə keçmişlər.
6
Midiyada
rəsmi (ola bilsin ki, tayfalararası) dil, şərti olaraq «Midiya dili»
adlandırılan dil olmuşdur. Həmin dildə yazılı abidələr, mətnlər bizə
gəlib çatmamışdır.
7
Midizmlərə – xüsusilə antroponim və
etnonimlərə və eləcə də ayrı-ayrı sözlərə assur, yunan mənbələrində
və qədim fars qayaüstü yazılarında rast gəlinir. Buna baxmayaraq
5
Погребова М.Н. К вопросу о связях Восточного Закавказья и Ирана в кон-
це II – начале I тыс. до н.э. // История Иранского государства и культуры.
М., 1971, стр.191.
6
Грантовский Э.Р. Ранняя история иранских племен Передней Азии. М.,
1970, стр.340.
7
İran dillərinin gözəl mütəxəssisi V.B.Henninqə görə, Msxetdə arami yazılı
kitabələrin biri Midiya dilində, daha dəqiq desək, orta Midiya dilində yazılmış
mətndən ibarətdir. –Bu barədə bax: Алиев И.Г. Очерк истории Атропатены.
Баку, 1989, стр.29.