21
dövrləşdirmələr çərçivəsinə sığışmır. Bu əlaqələrin tarixi daha
qədimdir. Ona görə də N.X.Məmmədov və İ.T.Məmmədovun təklif
etdiyi «türk-İran dil əlaqələri təkcə ayrı-ayrı türk və İran dilləri
səviyyəsində ancaq müasir dövr üçün deyil, oğuz-türk-İran, qıpçaq-
türk-İran, daha sonra ümumtürk-ümumiran və ya ümumtürk-Hind-
İran əlaqələri səviyyəsində xronoloji ardıcıllıqla öyrənilməlidir»
fikri tamamilə orijinal
və təbii görünür
68
.
Türk-İran əlaqələri nəinki bu xalqların dillərində, siyasi-ictimai,
iqtisadi həyatında, eyni zamanda onların xalq poeziyasında,
folklorunda da əks olunmuşdur. Xalqların tarixi əlaqələri təkcə
onların dilində deyil, maddi və mənəvi mədəniyyətlərində də iz
qoyur. «Xalqların mənəvi mədəniyyətindəki əlaqələr onların
dilində, folklorunda, musiqisində, mifologiyasında ümumi
elementlər şəklində bugünümüzə gəlib çatır»
69
. Orta Asiya, İran və
Azərbaycan xalqlarının eposlarının, folklorunun qarşılıqlı
əlaqələrinə bir neçə sanballı əsər həsr etmiş X.Q.Koroğlu iranlıların
və türklərin qədim və sonrakı epik abidələrində çoxlu paralellərin
olduğunu qeyd edir. O, Mitraya (Günəşə) sitayiş edən Turan
əhalisinin tərkibinə daxil olan hunlarla, Zərdüşt təlimini qəbul etmiş
iranlılar arasındakı münasibətləri, hadisələri əks etdirən «Ayatkar
Zareran» («Zarer haqqında kitab») adlı parfiya eposunda türk-
hunların yerli irandilli əhali ilə qarşılıqlı əlaqələrinin tarixi haqqında
çox qiymətli məlumat olduğunu konkret faktlarla göstərir
70
. Həmin
eposun mətni bəzi dəyişikliklər edilməklə Firdövsinin «Şah-
namə»sində əks edilmişdir. Müəllif həmin parfiya eposunda
hunlarla bağlı bəzi detallara analoji olaraq Azərbaycan «Koroğlu»
dastanında rast gəldiyini göstərir. Məsələn: «Ayatkar Zareran»da
hunların başçısı Arcasp öz döyüşçülərini Zarerlə döyüşə çağırır,
qələbə çalana qızı Zarstanı verəcəyini vəd edir. Müqayisə et:
«Koroğlu» eposunda türk sultanı Koroğlunu öldürənə və ya əsir
68
Мамедов Н.Х., Мамедов И.Т. Об относительной хронологизации
тюркско-иранских языковых контактов // СТ, 1987, № 3, стр.46.
69
Мусаев К.М. Алтайская гипотеза в свете контактов тюркских языков с
языками мира // СТ, 1987, № 4, стр.54.
70
Короглы Х.Г. Древнетюркские элементы в парфянском эпосе «Аяткар
Зареран» (К проблеме ирано-тюркских взаимоотношений) // СТ, 1981, № 1,
стр.49-53.