24
adlar»
79
və «Lənkəran şivələri qrupunda saitləri əvəzlənməsinə
dair»
80
məqalələrində Azərbaycan və talış dillərinin qarşılıqlı
əlaqələrindən bəhs edən M.Talışlı qohum olmayan dillərin əlaqələri
nəticəsində Lənkəran şivəsində baş verən bəzi fonetik hadisələri
qeyd edir, bir neçə toponimik adın mənşəyinə dair öz mülahizələrini
irəli sürür.
Azərbaycan və talış dillərinin qarşılıqlı əlaqələrinə həsr etdiyi
iki məqaləsində İ.H.Abdullayev Lənkəran şivəsində talış dilinin
təsiri ilə baş verən fonetik, morfoloji və leksik hadisələri şərh edir.
Məqalədə
talış (tolış), qolış etnik terminlərinin mənşəyinə dair
müəllifin
mülahizələri söylənilir
81
.
Azərbaycan və talış dillərinin qarşılıqlı əlaqələri probleminə
N.X.Məmmədovun bir sıra araşdırmaları həsr edilmişdir. Müəllif bu
araşdırmalarında əsasən talış dilinin leksik sistemində Azərbaycan-
türk layının aşkar edilməsinə səy etmişdir. Bununla belə,
Azərbaycan dialekt və şivələrində bəzi İran alınma sözlərinə aid
araşdırmaları maraq doğurmaya bilməz. Müəllifin talış-Azərbaycan
əlaqələrinin ictimai-tarixi köklərinin üzə çıxarılmasına həsr
olunmuş «Talışca-Azərbaycanca ikidilliliyin ictimai kökləri barədə
bəzi qeydlər» məqaləsi xüsusi maraq doğurur. Dilxarici və dildaxili
amilləri və bunlarla bağlı əldə etdiyi faktik materialları təhlil edən
müəllif bu ikidilliliyin yaranmasında və inkişafında mühüm rol
oynamış üç mərhələni qeyd edir: 1) Səfəvilərin
hakimiyyəti dövrünə
qədər olan mərhələ; 2) Səfəvilərin hakimiyyəti dövründən oktyabr
inqilabına qədər olan mərhələ; 3) Oktyabr inqilabından müasir
dövrə qədər olan mərhələ
82
. Şübhəsiz, bu mərhələlər şərti
götürülməlidir, çünki hər bir mərhələnin özündə ictimai-siyasi
79
Talışlı M. Lənkəran şivəsində toponimik adlar // ADU-nun «Elmi Əsərləri», dil
və ədəbiyyat seriyası, 1966, № 6, с.61-66.
80
Talışlı M. Lənkəran şivələri qrupunda saitlərin əvəzlənməsinə dair // ADU-nun
«Elmi Əsərləri», dil və ədəbiyyat seriyası, 1971, № 2, s.62-67.
81
Abdullayev İ.H. Azərbaycan dilinin Lənkəran şivəsinə talış dilinin təsiri
haqqında: Fonetik və morfoloji təsir // Azərb.SSR EA «Xəbərləri», ədəbiyyat, dil
və incəsənət seriyası, 1967, № 2, s.57-64; Yenə onun. Lnəkəran şivəsinə talış
dilinin leksik təsiri // Azərb.SSR EA «Xəbərləri», ədəbiyyat, dil və incəsənət
seriyası, 1968, № 1, s.38-44.
82
Məmmədov N.X. Talışca-Azərbaycanca ikidilliliyin ictimai kökləri barədə bəzi
qeydlər //
Nitq mədəniyyəti məsələləri, II buraxılış, Bakı, 1992, s.70.
26
II FƏSĠL
ALINMA SÖZLƏRĠN FONETĠK-MORFOLOJĠ
XÜSUSĠYYƏTLƏRĠ
Hər bir dilin özünəməxsus fonetik sistemi və qrammatik
strukturu var. Fonetik sistemin və qrammatik strukturun özünəməx-
susluğu, sabitliyi hesabına hər birdil ona kənardan olan təsirlərə
müqavimət göstərir. Alınma sözlər də həmin müqavimətə rast
gələrək keçdiyi dilin daxili qanunauyğunluqlarına uyuşur. Başqa
sözlə desək, alınma sözün keçdiyi dildə mənimsənilməsi prosesi
gedir. A.İ.Smirnitskinin obrazlı ifadəsi ilə desək, alınma söz «söz
alan dilin sistemində və onun vasitələri ilə yeni forma alan leksik
materialın formasız parçasıdır»
84
. Sözalan dildə bu «formasız
parça» az və ya çox dərəcədə mənimsənilmə hadisəsinə məruz qalır.
Bir qayda olaraq, alınma söz dilin fonetik, morfoloji, leksik-
semantik, qrafik, normativ-stilistik və b. səviyyələrində mənim-
sənilir. Onların mənimsənilmə dərəcələri dilin müxtəlif səviyyə-
lərində eyni deyildir. Məsələn, dildə fonetik səviyyədə mənimsə-
nilmə ilə leksik-semantik səviyyədəki uyğunlaşma müxtəlif şəkildə
ola bilər və ya morfoloji mənimsənilmə ilə normativ-stilistik
səviyyədə dəyişikliyə uğrama eyni dərəcədə ola bilməz.
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində işlənən İran
mənşəli alınma sözlər də bu dilə keçdikdə, təbii olaraq dilimizin daxili
qanunauyğunluqlarına müvafiq surətdə mənimsənilmə prosesinə
məruz qalır. İran mənşəli alınma sözlərin forma və məzmunca
dəyişməsi Azərbaycan dilinin daxili inkişaf qanunları ilə müəyyən
olunur və leksik-semantik səciyyəsi həmin dilin qanunlarına əsasən
dəyişir.
2.1. Alınma sözlərin fonetik mənimsənilməsi
Dil əlaqələrinin əsas aspektlərindən biri alınma sözlərin fonetik
cəhətdən mənimsənilməsi məsələsidir. Bu hadisə bir dildən digərinə
84
Sitat üçün bax: Пейсиков. Л.С. Лексикология современного персидского языка.
М., 1975, стр.60