28
mənimsənilmə‖ terminləri ilə adlandırmaq daha məqsədəuyğun
olardı. Belə bir hal haq qında danışdığımız hadisənin terminoloji
ifadəsində də müəyyən aydınlıq yaradardı. Biz
fonematik
əvəzlənmə dedik də, əcnəbi sözün daxil olduğu dilin fonem
vasitələri ilə ifadəsini nəzərdə tuturuq.
Fonetik mənimsənilmə isə
alınma sözün keçdiyi dildə fəaliyyət göstərdiyi müddətdə məruz
qaldığı dəyişmələrdir. Beləliklə, fonematik əvəzlənmə ilə fonetik
mənimsənilmə bir-birindən fərqləndirilməlidir. Belə fərqləndirmə-
nin əsasında müəyyən fonetik hadisənin sinxron və diaxron planda
tədqiqi dayanmalıdır. Əgər fonematik əvəzlənmə eyni vaxtda baş
verən aktdırsa, fonetik mənimsənilmə uzun tarixi prosesdir. Bu-
nunla yanaşı «həm fonematik əvəzlənmə, həm də fonetik mənim-
sənilmə leksik alınma prosesinin ayrılmaz tərkib hissələrindən olan
sıx əlaqəli hadisələrdir»
91
. Deməli, leksik alınma bir prosesdirsə, bu
prosesin birinci fazasını fonematik əvəzlənmə, ikincisini isə fonetik
mənimsənilmə təşkil edir.
Məhz bu səbəbdən şərq qrupu dialekt və şivələrində işlənən
İran mənşəli alınma sözlərin fonetik xüsusiyyətlərindən bəhs
edərkən onları iki cəhətdən nəzərdən keçirmək gərəkdir.
1) Azərbaycan və İran dillərinin fonetik sistemlərindəki
fərqlərlə bağlı alınma sözlərdə baş verən dəyişikliklər, yəni
fonematik əvəzlənmələr.
2) Azərbaycan dilinin və onun müvafiq dialekt və şivələrinin
fonetik xüsusiyyətləri ilə əlaqədər alınma sözlərdə baş verən
müxtəlif tipli kombinator dəyişmələr.
2.1.1. Fonematik əvəzlənmələr
Öncə Azərbaycan və İran dillərinin fonetik sistemlərindəki
fərqlərlə bağlı alınma sözlərdə baş verən dəyişiklikləri, yəni
fonematik əvəzlənmələri nəzərdən keçirək.
91
Астемирова Б.Б. Фонетическое освоение русских заимствований в кумык-
ском языке // СТ, 1974, № 2, стр.44
29
2.1.1.1. Saitlər sistemində
Azərbaycan dilinin dialekt və şivələrində işlənən variantları
nəzərə almasaq, ədəbi dildə 9 sait səs vardır. Tədqiqat obyektimizə
daxil olan İran dillərində isə sait səslərin miqdarı müxtəlifdir
92
.
Azərbaycan və İran dillərinin saitlərinin müqayisəsi 1-ci cədvəldə
verilir.
Cədvəldən göründüyü kimi, müqayisə edilən dillərin saitlər
sistemində səslərin miqdarına görə fərqlər böyükdür. Azərbaycan
dilinin saitlər sistemindəki
ö İran dillərində yoxdur*. Fars dilində
ı,
ü saitləri, Talış dilində isə
u saiti yoxdur. İran dilləri üçün
xarakterik olmayan
ı saiti fars dilindən fərqli olaraq tat və talış
dillərində özünə möhkəm yer tutmuşdur. Bəzi tədqiqatçılar İran
dillərində
ı səsinin olmasına türk dilləri ilə qarşılıqlı əlaqələrinin
nəticəsi kimi baxırlar
93
.
Fars dilindən Azərbaycan dilinə keçmiş sözlərdə sait səslərdə
baş verən fonematik əvəzlənmələr barədə prof. A.Axundov ətraflı
bəhs etmişdir
94
. Şərq qrupu dialekt və şivələrində işlənən fars
sözlərində də həmin səs əvəzlənmələri baş verir. Ona görə də fars
dilindən Azərbaycan dilinə keçən sözlərdəki fonematik
əvəzlənmələrdən ətraflı bəhs etməyə ehtiyac yoxdur. Lakin bununla
belə bəzi fonematik əvzələnmələri qeyd etməyi lazım bilirik.
Məlumdur ki, Azərbaycan dilindən fərqli olaraq, fars dilində
a, i, u saitləri – həmişə uzun tələffüz edilir. Tərkibində həmin saitlər
92
İran dillərinin fonetik sistemlərindən bəhs edərkən aşağıdakı əsərlərə
əsaslanırıq: Гаприндашвили Ш.Г., Гиунашвили Д.Ш. Фонетика персидского
языка. Тбилиси, 1964; Расторгуева В.С. Краткий очерк грамматики персид-
ского языка // Миллер Б.В. Персидско-русский словарь. М., 1960; Соколова
В.С. Очерки по фонетике иранских языков. Ч.I, М.-Л., 1953; Миллер Б.В.
Талышский язык. М., 1953; Hatəmi N.G. Fars dili. I hissə, Bakı, 1984
* Tat dilində
ö saitinin olmasını Azərbaycan dilinin təsiri ilə izah edirlər. Bax:
Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, s.39
93
Bax: Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.91; Hacıyev
M. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, s.99
94
Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, 1984, s.77-79
** Fars dilindəki sözlərin tələffüzündə aşağıdakı lüğətlərə istinad edilmişdir:
Б.В.Миллер. Персидско-русский словарь. 3-е изд. М., 1960; Персидско-
русский словарь (под ред.А.Рубинчика), т.I, II, 2-е изд. М., 1983