Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə10/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   6   7   8   9   10   11   12   13   ...   44

 
 
 
27 
söz  alınması  prosesində  mütləq  baş  verir.  «Əcnəbi  sözün  onun 
bütün  səs  cildi,  formaları  və  mənaları  ilə  dəyişilməz  şəkildə 
alınması  faktik  olaraq  çox  nadir  hadisədir,  əks  halda  bu,  söz  alan 
dilin sisteminin tamam dəyişilməsinə səbəb olardı, ona görə də dilin 
daşıyıcıları  alınma  sözlərdəki  bəzi  məqamları  öz  dillərindəki  adət 
edilmiş  elementlərlə  əvəzetmə  vasitəsilə  yan  keçirlər»
85
.  Məsələ 
bundadır ki, alınma sözün «xarici forması»
86
 nəinki dəyişir (belə hal 
müxtəlif  fonetik  sistemli  dillər  üçün  tamamilə  təbiidir),  eyni 
zamanda fonetik əvəzlənmənin müəyyən qanunlarına uyğun olaraq 
dəyişikliyə  məruz  qalır.  B.A.Serebrennikov  bu  məsələni  daha 
konkret  şəkildə  izah  edərək  göstərir  ki,  «səslər  müxtəlif  dillərdə 
qarmaqarışıq  və  nizamsız  şəkildə  deyil,  qanunauyğun  olaraq 
dəyişilir.  Hər  hansı  bir  dilin,  yerli  dialektin  və  hətta  şivənin 
özünəxas fonetik qanunları vardır. Bunun nəticəsində əgər eyni bir 
söz bir neçə dilə keçibsə, o söz həmin dillərin hər birində müxtəlif 
fonetik dəyişmələrə uğraya bilər»
87

Sözlərin  bir  dildən  digərinə  keçməsi,  həmin  dilin  fonem 
vasitələri  ilə  ifadə  olunması,  o  dildə  uzun  müddət  yaşayaraq  onun 
sisteminə  daxil  olması  iki  mərhələdən  ibarət  prosesdir.  Dilçilik 
ədəbiyyatında  bu  prosesin  mərhələlərinin  terminoloji  ifadəsində 
müxtəliflik  diqqəti  cəlb  edir.  Rus  dilçiliyində  bu  hadisə 
―фонетическая  адаптация‖,  ―фонетическая  ассимиляция‖, 
―фонетическоеприспособление‖
88
,  ―фонетическая  субститу-
ция‖,  ―фонематическая  субституция‖,  ―фонетическое  освое-
ние‖
89
  və  s.  terminlərlə  adlandırılır.  Azərbaycan  dilçiliyində  də  bu 
məqsədlə  ―fonetik  adaptasiya‖,  ―fonetik  uyğunlaşma‖,  ―fonetik 
mənimsənilmə‖
90
 terminləri işlədilir. Bizə elə gəlir ki, leksik alınma 
prosesinin  mərhələlərinin  ―fonematik  əvəzlənmə‖  və  ―fonetik 
                                                 
85
  Э.Хауген.  Процесс  заимствования  //  Новое  в  лингвистике,  вып.II,  М.,  1972, 
стр.349 
86
 H.Zərinəzadə. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.62 
87
 Sitat üçün bax: H.Zərinəzadə. Göstərilən əsəri, s.77 
88
  Еремина  К.Н.  К  проблеме  языковых  контактов  (европеизмы  в  современ-
ном персидском языке). М., 1980, стр.8 
89
 Крысин Л.П.Иноязычные слова в современном русском языке. М., 1968, стр.36 
90
  Həsənov  H.Ə.  Müasir  Azərbaycan  dilinin  leksikası.  Bakı,  1988,  s.141-142; 
Qarayev  A.  Azərbaycan  dilində  Avropa  dillərindən  alınma  sözlər  (tarixi-
linqvistik tədqiqat). Doktorluq diss., Bakı, 1990, s.21,120 


 
 
 
28 
mənimsənilmə‖  terminləri  ilə  adlandırmaq  daha  məqsədəuyğun 
olardı.  Belə  bir  hal  haq  qında  danışdığımız  hadisənin  terminoloji 
ifadəsində  də  müəyyən  aydınlıq  yaradardı.  Biz  fonematik 
əvəzlənmə  dedik  də,  əcnəbi  sözün  daxil  olduğu  dilin  fonem 
vasitələri  ilə  ifadəsini  nəzərdə  tuturuq.  Fonetik  mənimsənilmə  isə 
alınma  sözün  keçdiyi  dildə  fəaliyyət  göstərdiyi  müddətdə  məruz 
qaldığı  dəyişmələrdir.  Beləliklə,  fonematik  əvəzlənmə  ilə  fonetik 
mənimsənilmə  bir-birindən  fərqləndirilməlidir.  Belə  fərqləndirmə-
nin əsasında müəyyən fonetik hadisənin sinxron və diaxron planda 
tədqiqi  dayanmalıdır.  Əgər  fonematik  əvəzlənmə  eyni  vaxtda  baş 
verən  aktdırsa,  fonetik  mənimsənilmə  uzun  tarixi  prosesdir.  Bu-
nunla  yanaşı  «həm  fonematik  əvəzlənmə,  həm  də  fonetik  mənim-
sənilmə leksik alınma prosesinin ayrılmaz tərkib hissələrindən olan 
sıx əlaqəli hadisələrdir»
91
. Deməli, leksik alınma bir prosesdirsə, bu 
prosesin birinci fazasını fonematik əvəzlənmə, ikincisini isə fonetik 
mənimsənilmə təşkil edir. 
Məhz  bu  səbəbdən  şərq  qrupu  dialekt  və  şivələrində  işlənən 
İran  mənşəli  alınma  sözlərin  fonetik  xüsusiyyətlərindən  bəhs 
edərkən onları iki cəhətdən nəzərdən keçirmək gərəkdir. 
1)  Azərbaycan  və  İran  dillərinin  fonetik  sistemlərindəki 
fərqlərlə  bağlı  alınma  sözlərdə  baş  verən  dəyişikliklər,  yəni 
fonematik əvəzlənmələr. 
2) Azərbaycan dilinin və onun müvafiq dialekt və şivələrinin 
fonetik  xüsusiyyətləri  ilə  əlaqədər  alınma  sözlərdə  baş  verən 
müxtəlif tipli kombinator dəyişmələr. 
 
2.1.1. Fonematik əvəzlənmələr 
 
Öncə  Azərbaycan  və  İran  dillərinin  fonetik  sistemlərindəki 
fərqlərlə  bağlı  alınma  sözlərdə  baş  verən  dəyişiklikləri,  yəni 
fonematik əvəzlənmələri nəzərdən keçirək. 
 
 
 
                                                 
91
 Астемирова Б.Б. Фонетическое освоение русских заимствований в кумык-
ском языке // СТ, 1974, № 2, стр.44 


 
 
 
29 
2.1.1.1. Saitlər sistemində 
 
Azərbaycan  dilinin  dialekt  və  şivələrində  işlənən  variantları 
nəzərə almasaq, ədəbi dildə 9 sait səs vardır. Tədqiqat obyektimizə 
daxil  olan  İran  dillərində  isə  sait  səslərin  miqdarı  müxtəlifdir 
92

Azərbaycan  və  İran  dillərinin  saitlərinin  müqayisəsi  1-ci  cədvəldə 
verilir. 
Cədvəldən  göründüyü  kimi,  müqayisə  edilən  dillərin  saitlər 
sistemində  səslərin  miqdarına  görə  fərqlər  böyükdür.  Azərbaycan 
dilinin saitlər sistemindəki ö İran dillərində yoxdur*. Fars dilində ı, 
ü  saitləri,  Talış  dilində  isə  u  saiti  yoxdur.  İran  dilləri  üçün 
xarakterik  olmayan  ı  saiti  fars  dilindən  fərqli  olaraq  tat  və  talış 
dillərində  özünə  möhkəm  yer  tutmuşdur.  Bəzi  tədqiqatçılar  İran 
dillərində  ı  səsinin  olmasına  türk  dilləri  ilə  qarşılıqlı  əlaqələrinin 
nəticəsi kimi baxırlar
93

Fars dilindən Azərbaycan dilinə keçmiş sözlərdə sait səslərdə 
baş  verən  fonematik  əvəzlənmələr  barədə  prof.  A.Axundov  ətraflı 
bəhs  etmişdir 
94
.  Şərq  qrupu  dialekt  və  şivələrində  işlənən  fars 
sözlərində  də  həmin  səs  əvəzlənmələri  baş  verir.  Ona  görə  də  fars 
dilindən  Azərbaycan  dilinə  keçən  sözlərdəki  fonematik 
əvəzlənmələrdən ətraflı bəhs etməyə ehtiyac yoxdur. Lakin bununla 
belə bəzi fonematik əvzələnmələri qeyd etməyi lazım bilirik. 
Məlumdur  ki,  Azərbaycan  dilindən  fərqli  olaraq,  fars  dilində 
a, i, u saitləri – həmişə uzun tələffüz edilir. Tərkibində həmin saitlər 
                                                 
92
  İran  dillərinin  fonetik  sistemlərindən  bəhs  edərkən  aşağıdakı  əsərlərə 
əsaslanırıq: Гаприндашвили Ш.Г., Гиунашвили Д.Ш. Фонетика персидского 
языка. Тбилиси, 1964; Расторгуева В.С. Краткий очерк грамматики персид-
ского языка // Миллер Б.В. Персидско-русский словарь. М., 1960; Соколова 
В.С.  Очерки  по  фонетике  иранских  языков.  Ч.I,  М.-Л.,  1953;  Миллер  Б.В. 
Талышский язык. М., 1953; Hatəmi N.G. Fars dili. I hissə, Bakı, 1984 
*  Tat  dilində  ö  saitinin  olmasını  Azərbaycan  dilinin  təsiri  ilə  izah  edirlər.  Bax: 
Hacıyev M. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, s.39  
93
 Bax: Zərinəzadə H. Fars dilində Azərbaycan sözləri. Bakı, 1962, s.91; Hacıyev 
M. Tat dilinin Qonaqkənd ləhcəsi. Bakı, 1971, s.99  
94
 Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, 1984, s.77-79 
**  Fars  dilindəki  sözlərin  tələffüzündə  aşağıdakı  lüğətlərə  istinad  edilmişdir: 
Б.В.Миллер.  Персидско-русский  словарь.  3-е  изд.  М.,  1960;  Персидско-
русский словарь (под ред.А.Рубинчика), т.I, II, 2-е изд. М., 1983 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə