Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə12/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   8   9   10   11   12   13   14   15   ...   44

 
 
 
32 
c)  o  >  ö  əvəzlənməsi  dilarxası  к-nın  dialekt  və  şivələrdə 
dilortası  k  samitinə  keçməsi  ilə  baş  verir:  loк  >  lök,  loкü  >  lökü, 
кosara > kösərə. 
ç) o > ü əvəzlənməsi əsasən sözlərin birinci və ikinci hecasında 
müşahidə  edilir.  Məsələn,  dobare  >  dübarə,  çanqori  >  çəngüri, 
bədsoluк > bədsülük. 
6) Talış dilindən alınma sözlərdə ü səsi dialekt və şivələrdə iü 
səsləri ilə əvəzlənir. 
a) ü i : pülə > pilə, lüləpər > liləpər. 
b) ü > u : qodüş > qoduş, hüşə > huşə, hülü > hulu
7)  Tat  dilindən  alınma  sözlərdəki  o
-u
  diftonqu  dialekt  və 
şivələrdə  ya  ov  səs  birləşməsi  ilə  özünü  göstərir,  ya  da  diftonqun 
ikinci elementinin düşməsi ilə sait uzanması baş verir: to
-u
 > tov, go
-
u
 dan > gōdan, to
-u
 keş > tōkeş.  
 
2.1.1.2.  Samitlər sistemində   
 
Azərbaycan  və  İran  dillərinin  konsonantizmini  müqayisə 
edərkən (2-ci cədvələ bax) onların arasında çox böyük fərq olmadığı 
aşkar  olunur.  Fars  dilindəki  boğaz  [‗]  samiti  istisna  olmaqla  bütün 
digər  samitlərin  Azərbaycan  dilində  fizioloji-akustik  qarşılığı 
vardır
97
.  Tat  dilindəki  boğaz  «ayn»  və  emfatik  «h»  səsləri  onu 
müasir İran dillərinin çoxundan fərqləndirir. Talış dilində dilortası 
və g səsləri yoxdur. 
Fars  dilindən  Azərbaycan  dilinə  keçmiş  sözlərdəki  samit  səs 
əvəzlənmələri  barədə  prof.  A.Axundov  bəhs  etdiyinə  görə
98
,  biz 
dialekt  və  şivələrdə  işlənən  tat  və  talış  sözlərindəki  samit 
əvəzlənmələrinə diqqət yetirəcəyik. 
1.  İran  dillərindən  alınma  sözlərdə  q  səsi  dialekt  və  şivələ-
rimizdə g ilə əvəzlənir. Bu əvəzlənmə söz əvvəlində və ortasında ön 
sıra  sait  səslərindən  əvvəl  və  n  sonorundan  sonra  müşahidə  edilir: 
qırd  >  gird,  qodüş  >  gödüş,  qəzənə  >  gəzənə,  qiv  >  giv,  dənqənə  > 
dəngənə, zınq > zing, çanqori > çəngüri. 
                                                 
97
 Axundov A. Azərbaycan dilinin fonetikası. Bakı, 1984, s.191  
98
 Yenə orada, s.191-192 


 
 
 
33 
2. İran dillərindən alınma sözlərdə səsi dialekt və şivələrimizdə 
bütün vəziyyətlərdə bir qayda olaraq c ilə əvəzlənir, məsələn: jiə > 
ciyə,  joju  >  cəcu,  vəjələ  >  vəcələ,  qəjələ  >  qəcələ,  həjin  >  həcin, 
mijə > micə, tij > tic
3.  İran  dillərindən  alınma  sözlərdə  dilarxası  к  dlialekt  və 
şivələrdə bəzən dilortası k ilə əvəzlənir. Bu hal əsasən söz əvvəlində 
müşahidə olunur. Məsələn: кəjələ > kəcələ, кunə > kunə, кərənay > 
kərənay,  кəşivan  >  kəşivan//kəşəbin,  кəmən  >  kəmən,  кındə  > 
kündə. 
Azərbaycan və İran dillərinin fonetik sistemləri ilə bağlı alınma 
sözlərdə  baş  verən  fonematik  əvəzlənmələr  topladığımız 
materiallara əsasən göstərilən hallardan ibarətdir. 
 
2.1.2. Kombinator əvəzlənmələr    
         
İndi  isə  Azərbaycan  dilinin  və  onun  şərq  qrupu  dialekt  və 
şivələrinin  xüsusiyyətləri  ilə  əlaqədar  olaraq  alınma  sözlərdə  baş 
verən dəyişiklikləri nəzərdən keçirək. 
Şərq  qrupu  dialekt  və  şivələrində  işlənən  İran  mənşəli  alınma 
sözlərdə yuxarıda qeyd edilən fonematik əvəzlənmələrdən başqa bir 
sıra  kombinator  səciyyəli  dəyişikliklər  baş  verir.  Bu  dəyişikliklər 
Azərbaycan  dilinin  və  onun  şərq  qrupu  dialekt  və  şivələrinin 
xüsusiyyətlərini  əks  etdirir.  Aşağıda  haqqında  danışılacaq 
dəyişmələr  alınma  sözlərin  şərq  qrupu  dialekt  və  şivələrində 
mənimsənilməsini daha aşkar göstərir. Həmin dəyişmələri aşağıdakı 
qaydada nəzərdən keçirmək məqsədəuyğundur. 
 
2.1.2.1. Söz əvvəlində baĢ verən kombinator dəyiĢmələr 
 
Sözlərin  əvvəlində  baş  verən  kombinator  dəyişmələr  həm  sait, 
həm də samit səsləri əhatə edir. 
1.  Söz  əvvəlində  saitlərlə  bağlı  baş  verən  kombinator 
dəyişmələrdən biri alınma sözlərə əlavə saitin artırılması  – proteza 
hadisəsidir. Proteza hadisəsi iki halda baş verir. 
a)  Azərbaycan  dilində  (eləcə  də  digər  türk  dillərində)  söz 
əvvəlində  qoşa  kar  samitin  işlənməsi  tələffüz  üçün  çətinlik 


 
 
 
34 
törətdiyinə  görə əlavə sait artırılır. Məsələn:  istil//isdil,  «ölçü qabı, 
ölçü vahidi» (J., Ln), üstel // ustel, «yabanı bitki adı» (M.) və s. 
b)  Azərbaycan  dilində  (eləcə  də  digər  türk  dillərində)  r  ilə 
başlanan  sözlərin  önünə  protetik  sait  əlavə  edilir.  Məsələn:  irəd
«ləpir,  iz»  (J.),  irəşənə  «rişə,  kök»  (Q.),  iriz,  «cığır,  iz,  ləpir»,  irik 
«saxsı ovuntusu» (Q.) və s. 
2.  Söz  əvvəlinə  samit  artırılması.  Şərq  qrupu  dialekt  və 
şivələrində alınma sözlərə aşağıdakı samitlərin artırılması müşahidə 
olunur: 
h  səsinin  artırılması:  Alınma  sözlərə  h  səsinin  artırılması  a,  ə 
saitlərindən əvvəl özünü göstərir; məsələn, hərə «böyük əl mişarı» 
(Ln.),  hərəxana  «taxta  çəkilən  yer»  (C.),  həvəndə  //  həvəndənə 
«xışda  istifadə  edilən  gön  qayış»,  hanqıl  «tor  toxunan  hana»  (Ln.) 
və s. 
l səsinin artırılması: Bu hadisə bir sözdə müşahidə edilmişdir: 
abgərdən > ləbgərdən (Ş.). 
3. Söz əvvəlində samitlərin yerdəyişməsi – metateza hadisəsinə 
alınma sözlərdə iki halda rast gəlinmişdir: 
a) yanaşı samitlərin yerdəyişməsi 
 rübənd > ürbənd, rısa > irsə//ırsa (Q.). 
b) yanaşı olmayan samitlərin yerdəyişməsi 
mindar//mindər  <  nimdar  «döşəkcə»  (Q.,  Ln.)  lamça  <  nalça 
«döşəkcə» (J.) mintənə < nimtənə «qadın geyimi» (B.) və s. 
 
2.1.2.2. Söz ortasında baĢ verən kombinator dəyiĢmələr 
 
Söz əvvəlində olduğu kimi, söz ortasında baş verən kombinator 
dəyişmələr həm saitləri, həm də samitləri əhatə edir. 
1)  Saitlərlə  bağlı  kombinator  dəyişmələrdən  biri  epentezadır. 
Azərbaycan dilində (o cümlədən başqa türk dillərində) söz ortasında 
epentetik  saitin  artırılmasına  səbəb  mahiyyət  etibarı  ilə  samitlərin 
yanaşı işlənməsi zamanı ortaya çıxan tələffüz çətinliyidir. Epentetik 
sait  həmin  tələffüz  çətinliyini  aradan  qaldırır.  Epentetik  saitin 
işlənməsinə söz vurğusu da müəyyən təsir göstərir: məzərə > məzrə 
(< mərz) «sərhəd, nişan» (Q.); süxura suкra // soкrə «badya, çini 
qab» (Ln., Q.), isbirə sibrə  «bitki xəstəliyi» (Ab.);  xışım < xışm 
«hirs, qəzəb; sürət» (Ln.). 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə