Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə15/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   11   12   13   14   15   16   17   18   ...   44
    Bu səhifədəki naviqasiya:
  • -xana

 
 
 
41 
tərkibində  dilimizə  keçən  şəkilçilərin  heç  də  hamısı  söz 
yaradıcılığında fəal iştirak etmir, yəni Azərbaycan dilinin sisteminə 
sözyaradıcı  ünsür  kimi  daxil  ola  bilmir.  Ona  görə  də  həmin 
şəkilçilərlə  birlikdə  İran  dillərində  düzəltmə  quruluşa  malik  olan 
sözlər  Azərbaycan  dilində  sadə  sözlər  kimi  qavranılır.  Bu  haqda 
dissertasiyanın «Sadə isimlər» bəhsində danışılmış və kifayət qədər 
misallar  göstərilmişdir.  Burada  isə  dilimizdə  söz  yaradıcılığında 
iştirak edən İran mənşəli şəkilçilərdən danışılacaq. Dialekt və şivə-
lərdə  düzəltmə  isimlərin  yaranmasında  iştirak  edən  İran  mənşəli 
şəkilçilər Azərbaycan ədəbi dilində də işlənir. Şərq qrupu dialekt və 
şivələrində  düzəltmə  isimlərin  əmələ  gəlməsində  aşağıdakı  İran 
mənşəli alınma şəkilçilərdən istifadə olunur. 
1.  -ban  (-van,  -von).  Alınma  sözlərə  əlavə  edilən  bu  şəkilçi 
müəyyən  bir  işi  görən  adam  məzmunu  ifadə  edir.  Geniş 
yayılmamışdır;  məsələn:  gələvan  «naxırçı»  (Ln.,  M.),  maləvan  // 
moləvon  1.  «tarla  qaravolçusu,  qoruqçu»  (Ln.),  2.  «naxırçı»  (Y.), 
tumcarban «çəltik sahəsinin qarovulçusu» (A., Ln., M.). 
2.  -dan  və  onun  variantları.  Bu  şəkilçi  sözlərə  əlavə  olunaraq 
«yer»,  «qab»  mənasını  ifadə  edir;  məsələn:  goudan  «tövlə»  (Ab., 
B.), cəməxodan «yük yeri» (M.), cumaxatan «yorğan-döşək yığılan 
taxca»  (Ab.,  B.),  nəməkdan  //  məməkdan  «duz  qabı»  (İ.),  ovdan 
«nohur» (Ln.). 
3. -dar. Fars dilində müstəqil mənaya malik olan bu söz şəkilçi 
kimi dilimizə çox əvvəllərdən məlumdur: təsərrüfatçı, müəyyən bir 
peşənin  sahibi  mənalarını  ifadə  edir
102
;  məsələn:  binəkdar 
«keçmişdə  topdansatışla  məşğul  olan  tacir»  (B.),  səğirdar  «yetim 
uşağı  olan  adam»  (Ln.,  M.),  çərəydar  «çəki  ölçən  adam»  (Y.), 
cumadar «hamamda qulluq edən adam» (Ab.) və s. 
4.  -keş.  İran  dillərində  müstəqil  mənaya  malik  sözdür. 
Azərbaycan  dilində  şəkilçiləşmişdir.  Dialekt  və  şivələrdə  sadə 
sözlərə  qoşularaq  onlardan  müxtəlif  məna  ifadə  edən  düzəltmə 
isimlər  əmələ  gətirir;  məsələn:  dəmkeş  «qazan,  samovar  və  s. 
şeylərin  ağzına  qoyulan  qapaq»  (Ab.,  B.,  Q.),  pencəkeş  «təndir 
çörəyi,  lavaş»  (Br.,  ƏB.,  Y.S.),  toukeş  «buxarı  trubası»  (Ab.,  B., 
Q.), çəpkeş «avarçekən» (Sal.) və s. 
                                                 
102
 Mirzəzadə H. Azərbaycan dilinin tarixi qrammatikası. Bakı, 1991, s.67  


 
 
 
42 
5.  -xana.  İran  dillərində  müstəqil  mənalı  sözdür.  Azərbaycan 
dilində şəkilçiləşmişdir. Dialekt və şivələrdə qoşulduğu sözdə «yer» 
məzmunu  ifadə  edir:  otəşxana  «samovarın  odluğu»  (Ln.,  M.), 
ərəxana «taxta çəkilən yer» (Y., Lk.). 
 
II.      KÖK 
İran
 + ŞƏKILÇI
 Azərb.
 
 
Dilimizin  leksik-qrammatik  qanunlarına  tabe  olan  İran  mənşəli 
sözlər  Azərbaycan  dilinin  öz  şəkilçilərini  qəbul  edərək  yeni 
isimlərin yaranmasında fəal iştirak edir. Dialekt və şivələrdə alınma 
sözlər  əsasında  yeni  düzəltmə  isimlərin  yaranmasında  Azərbaycan 
dilinin  məhsuldar  şəkilçiləri  iştirak  edir.  Bu  şəkilçilər 
aşağıdakılardır: 
-lıq,  -lik  və  onun  fonetik  variantları;  məsələn:  biçizdik 
«pulsuzluq»  (B.,  Ln.),  daharrığ  «təpəlik»  (Ab.,  B.,  Q.),  kəmlik 
«əskiklik»  (B.,  Y.),  gərdənnik  «boyunbağı»  (S.),  siyapırrıq  // 
siyafurruq  «utanmazlıq»  (B.,  ƏB.),  tumcarlıq  «çəltik  şitili  əkilən 
sahə» (A., Ln., M.), çüpəlik «kolluq» (Y.), canəzirlik «xəstəlik» (Ş.), 
şətəllik «nadinclik» (B., Ln., M.). 
-çi:  ərəçi  «taxta  çəkən»  (B.,  Lk.,  C.),  miyançi  «ara  düzəldən, 
vasitəçi»  (B.,  Lk.,  Q.),  rədçi  «iz  götürən»  (Y.),  çəpçi  «avarçəkən» 
(Ln., Sal.) və s. 
-ça,  -çə.  Bu  şəkilçi  qoşulduğu  sözdə  kiçiltmə  məzmununu 
yaradır;  məsələn:  dərçə  «balaca  taxça»  (B.),  kəmçə  «kiçik  xəlbir» 
(Q., Sal.), nalça «döşəkçə» (Ln., M., Y.), nimdarçə «döşəkçə» (Q., 
Ln.), səkçə «bardaq» (S., Sal.). 
-cığ,  -cik.  Bu  şəkilçi  də  alınma  sözlərdə  kiçiltmə  mənasını 
bildirir:  domujacıq  «kiçik  əl  toru»  (A.,  Ln.,  M.),  sigezicik  «kiçik 
kisə» (Y.) və s.   
 
2.2.1.3.   Mürəkkəb isimlər 
 
Əgər  alınma  sözlərin  tərkib  hissələri  Azərbaycan  dilində  və 
onun  dialekt  və  şivələrində  müstəqil  leksik  vahid  kimi  işlənirsə, 
onları  mürəkkəb  isimlər  kimi  qəbul  etmək  olar.  Alınma  sözlər 
hesabına  yaranan  mürəkkəb  isimlər  tamamilə  Azərbaycan  dilinin 
qrammatik  qanunlarına  tabe  olur,  yəni  mürəkkəb  sözlərin 


 
 
 
43 
komponentləri arasında sintaktik əlaqələr Azərbaycan dilinin qayda-
qanunlarına  əsaslanır.  Dialekt  və  şivələrimizdə  mürəkkəb  isimləri 
aşağıdakı kimi təsnif etmək olar. 
1.Komponentlərinin  hər  ikisi  alınma  sözlərdən  ibarət  olan 
mürəkkəb  isimlər:  əmbərəcu//əmbərcü  «tağların  arasını  sulamaq 
üçün  kiçik  su  yolu»  (Sal.),  bijən-bijən  «vurhavur»  (Y.,  Ln.,  M.), 
küdülpaça  «gödək»  (Ln.),  püştəbənd  //  püşdəvan//püşdəban 
«divarın  arasına  qoyulan  üfüqi  birləşdirici  taxta»  (Q.),  paçabənd 
«quşların ayağına geydirmək üçün dəri ayaqcıq» (Ln., Ş.). 
2.Komponentlərdən biri alınma sözdən ibarət mürəkkəb isimlər: 
qılıcdüm  «əqrəb»  (B.),  yağlıpiyaz  «soğan  qovurması»  (Q.), 
səbzikükü «döyülmüş ət, yumurta və göyərtidən hazırlanan yemək» 
(B., Ln.), tiləkeşniş // tıləkeşniş «yabanı bitki adı» (A., Ln., M.) və 
s. 
Belə  mürəkkəb  isimlər  arasında  komponentləri  eyni  mənalı 
Azərbaycan  və  İran  sözündən  ibarət  olan  leksik  vahidlərə  də  rast 
gəlinir;  məsələn:  vurmabizən  «qarışıqlıq»  (B.),  vırdıvızan  «hay-
küy» (B.), xəşəyonca «yoncaya oxşar bitki» (Ln.) və s. 
 
2.2.2.   Sifət 
 
Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində işlənən İran 
mənşəli  alınma  sözlər  arasında  xeyli  miqdar  əlamət,  keyfiyyət 
bildirən  leksik  vahidlər  vardır.  Belə  sözlər  işləndiyi  dialekt  və 
şivənin ifadə rəngarəngliyinin daha da zənginləşməsinə xidmət edir. 
İran  mənşəli  alınma  sifətlərin  morfoloji  mənimsənilməsi 
Azərbaycan dilinin qayda-qanunlarına əsasən baş verir. 
Alınma  sifətlər  Azərbaycan  dilində  morfoloji  quruluşuna  görə 
aşağıdakı kimi qruplaşdırılır. 
 
2.2.2.1.  Sadə sifətlər 
 
Həm  Azərbaycan,  həm  də  İran  dillərində  bir  kökdən  ibarət 
sifətlər; məsələn: duraz «uzun» (Ab.), ruma//rımə  «təzə», «körpə» 
(Ab.),  sağır  «yetim»  (A.,  Y.,  Ln.,  Lk.,  C.),  tünik//tənik  «nazik», 
«həssas» (Ab., B., Y.), tic «şiş, dik» (Y., Sal.), xos «qəşəng» (A., L., 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə