Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə18/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   14   15   16   17   18   19   20   21   ...   44

 
 
 
50 
III FƏSĠL 
 
ALINMA SÖZLƏRĠN LEKSĠK-SEMANTĠK 
XÜSUSĠYYƏTLƏRĠ
 
 
Hər  bir  alınma  söz  ya  alınma  prosesində,  ya  da  ondan  sonra 
müəyyən  semantik  dəyişikliklərə  məruz  qalır.  Sözlərdə  semantik 
dəyişikliklər  dünyanın  bütün  dillərində  baş  verir.  Bu  hadisə  dilin 
inkişaf prosesi ilə bağlıdır. 
Ümumi  dilçilik  ədəbiyyatında  sözlərdə  baş  verən  semantik 
proseslərin təhlilinə aid çox sayda əsərlər yazılmışdır
110
. Hansı dildə 
yazılmasından  asılı  olmayaraq  bu  əsərləri  nəzərdən  keçirdikdə 
məlum  olur  ki,  sözlər  dünyanın  bütün  dillərində  semantik 
dəyişikliklərə  məruz  qalır.  Dünya  dillərində  baş  verən  semantik 
hadisələr  ən  çox  məna  daralması,  məna  genişlənməsi,  mənada 
ümumiləşmə və ya konkretləşmə, metafora və metonimiya əsasında 
mənanın  keçirilməsi,  müsbət  məna  qazanılması,  mənfi  məna  kəsb 
etməsi  və  s.  kimi  təsnif edilir.  Bu  təsnifatlar  da  məntiqi,  psixoloji, 
sosioloji  əsaslarla  aparılmışdır.  Sözlərdə  baş  verən  semantik 
dəyişikliyi  psixoloji  cəhətdən  şərtlənən  məntiqi  proses  kimi  başa 
düşən  fransız  Arsen  Darmesteter  (Ars
è
ne  Darmesteter),  sözdəki 
semantik  dəyişmələrə  aid  təsnifatını  məntiqi  prinsiplər  üzərində 
quran  alman  Henrix  Paul,  bir  sıra  qədim  rus  sözlərindəki  dəyi 
şikliklərin  tarixi  və  kulturoloji  səbəblərini  tədqiq  edən  rus 
F.İ.Buslayev,  sözlərin  semantik  inkişafını  dilin  morfoloji 
xüsusiyyətləri  və  dildəki  sözlər  arasında  fəaliyyət  göstərən 
morfoloji münasibətlərlə şərtləndiyini qeyd edən A.A.Poteb- nya və 
s. müəlliflərin hamısı sözdə baş verən semantik proseslərin yuxarıda 
adları çəkilən formalarda getdiyini qeyd etmişdir. 
                                                 
110
L.Bloomfield.  Language.  New  York,  1933;  B.Groom.  A.  Short  History  in 
English Words. London, 1934; R.Carnap. İntroduction to Semantics. Cambridge, 
1942; Г.Пауль. Принципы истории языка. М., 1960; S.Ulmann. The Principles 
of Semantics. Glasgow, 1959 və s.  


 
 
 
51 
H.Paul  semantik  dəyişmələrin  ən  mühüm  növlərindən  məna 
daralması və məna genişlənməsini göstərərək, onların bir-birinə əks 
proseslər olmasını qeyd etmişdir
111

B.Qrum  da  məna  genişlənməsi  və  daralmasına  böyük  diqqət 
verərək qeyd edir ki,  məna daralması  mənanın  genişlənməsinə əks 
prosesdir.  «Mənanın  daralması  müəyyən  zaman  daxilində  bütöv 
əşyalar, predmetlər sinfini  ifadə edən sözün sonradan həmin sinfin 
ancaq  bir  hissəsini  ifadə  etməsi,  adlandırılması  prosesidir.  Dildə 
eyni bir əşyanın adlandırılması üçün iki söz mövcuddursa, nə qədər 
ki  onların  funksiyaları  ayrılmayıb,  onlardan  biri  ümumi  məfhumu, 
digəri isə onun hissəsini bildirmirsə, həmin sözlərin yanaşı fəaliyyət 
göstərməsi çətindir»
112

Sözlərin  semantik  inkişafı  məsələləri  xalqın  tarixi  ilə  qırılmaz 
əlaqədə  öyrənilməlidir,  «çünki  tarixi  hadisə  və  dəyişikliklər  əyani 
şəkildə  dilin  lüğət  tərkibində,  daha  dəqiq  desək,  sözün  leksik 
mənasında əks olunur»
113
. Bu halı semantik inkişaf baxımından hər 
bir  sözdə  izləmək  olar.  Məsələn,  L.N.Qumilyev  qeyd  edir  ki,  indi 
türk dillərinin əksəriyyətində işlənən qul sözü ilkin olaraq «vassal», 
«rəiyyət»,  «başqasına  tabe  olan»  mənalarını  ifadə  etmişdir  və 
bunlardan  sonuncusu  XIX  əsrə  qədər  mühafizə  edilmişdir.  Lakin 
sonralar türklər müsəlman mədəniyyəti sisteminə daxil olmuşlar ki, 
burada qul ticarəti xarakterik idi, onda qul termini satılmış adamlara 
da aid edilməyə başlandı
114

Dilin əsil sözlərinin funksionallığının nəticəsi  kimi  onlarda baş 
verən  semantik  dəyişikliklərlə  alınma  sözlərin  məruz  qaldığı 
semantik  dəyişikliklərin  fərqləndirilməsi  vacibdir.  Ancaq  bu  yolla 
alınma  sözlərdəki  semantik  proseslərin  xarakterini  öyrənmək 
mümkündür
115

Nəzəri  ədəbiyyatdan  məlumdur  ki,  alınma  prosesində  sözlərdə 
ən çox məna daralması, məna genişlənməsi, sözün yeni məna kəsb 
                                                 
111
 Г.Пауль. Принципы истории языка. М., 1960, стр.106 
112
 B.Groom. A Short History in English Words. London, 1934, p.132 
113
 Звегинцев В.А. Семасиология. M., 1957, стр.156 
114
 Гумилев Л.Н. Древние тюрки. M., 1967, str.54-55 
115
 Bu barədə bax: Г.Пауль. Принципы истории языка, стр.465; Ефремов Л.П. 
Сущность  лексического  заимствования  и  основные  признаки  заимствован-
ных слов. АКД, Алма-Ата, 1957 


 
 
 
52 
etməsi  və  s.  kimi  semantik  hadisələr  baş  verir.  Bu  semantik 
proseslər alınma söz üçün də xarakterikdir. Qeyd etmək lazımdır ki, 
alınma  söz  keçdiyi  dildə  fonetik,  morfoloji,  üslubi  və  s.  cəhətdən 
mənimsənilir. Həmin dilin  tam hüquqlu  vahidi olandan sonra dilin 
əsl sözlərinin məruz qaldığı dəyişikliklər onda da baş verir. Bu uzun 
prosesdir.  Alınma  sözlərdəki  semantik  dəyişikliklər  üçün  xeyli 
müddət lazımdır, çünki «bu dəyişmələr tədricən baş verir»
116
. Dilin 
əsil və alınma sözləri arasında qarşılıqlı əlaqələr onların mənalarının 
tarixi  inkişafında  ciddi  sistemli  şəkildə  baş  verir.  Bu  əlaqələr  dilin 
ehtiyacından doğur. 
Dialekt  və  şivələrimizdə  işlənən  İran  mənşəli  sözlərdə  baş 
vermiş  semantik  dəyişikliklər  onların  Azərbaycan  və  İran 
dillərindəki  mənalarının  müqayisə  edilməsi,  qarşılaşdırılması  yolu 
ilə  öyrənilə  bilər.  Toplanılan  materiallara  əsasən,  dialekt  və 
şivələrimizdə  işlənən  İran  mənşəli  sözlərin  müəyyən  qismi  öz 
mənasını dəyişmir, yəni alınma sözün mənbə dildəki semantik yükü 
eyni ilə qalır. Bununla yanaşı, elə sözlərə rast gəlinir ki, Azərbaycan 
dilində onlar semantik cəhətdən dəyişmələrə uğrayır. Belə sözlərdə 
mənanın  daralması,  genişlənməsi,  eləcə  də  yeni  məna  kəsb  etməsi 
halları müşahidə edilir. 
Mənbə  dildəki  mənasında  heç  bir  dəyişiklik  olmayan  İran 
mənşəli  sözlər  əsasən  təkmənalıdır.  Onlar  məişətdə  işlənən 
əşyaların, yemək və içki növlərinin adlarını, meyvə və bitki adlarını, 
balıqçılıqla  bağlı  sözləri,  kənd  təsərrüfatının  müxtəlif  sahələrində 
istifadə olunan alət və onların  hissələrinin adları, ev, digər tikililər 
və onların hissələrini bildirən sözləri əhatə edir**. 
Gərmək-  (B.,  Ln.,  C.).  Qeyd  edilən  dialekt  və  şivələrdə 
«yemişin bir növü» mənasını ifadə edir. Gərmək çox şirin olur (C.); 
Bu üç gərməyü və nə verim? (Ln.). 
Gərmək  tezyetişən  yemiş  növüdür.  Yuxarıda  qeyd  edilən 
mənada  klassik  fars  dilində  işlənmişdir.  Bu  sözə  Azərbaycan 
klassiklərinin  əsərlərində  rast  gəlinir
117
.  Azərbaycan  dilində  fars 
                                                 
116
 
Arnold İ.V. The English Word. M.-L., 1966, p.152
  
** 
Sözlərin tematik qruplar üzrə bölgüsünə bax 
 
117
 Ərəb və fars sözləri lüğəti. Bakı, 1966, s.300 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə