Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

 
 
 
69 
üçün, yəni mələk → körpə uşaq semantikası üçün «məsum, günah-
sız» məna çaları da bağlayıcı həlqə ola bilər. Fəriştə sözünün belə 
məna çaları da lüğətlərdə göstərilir
207

Müasir  Azərbaycan  dilində  dost  fars  dilindən  alınma  sözdür. 
Ədəbi  dildə  «dost,  yoldaş»  məfhumunu  ifadə  edən  bu  söz 
Azərbaycan dilinin dialekt və şivələrində yeni məna kəsb etmişdir. 
Bakı  dialektində  və  Lənkəran  şivəsində  əmidosdi,  dayıdosdi 
sözlərinin  tərkibində  və  eləcə  də  ayrılıqda  (dosdi)  işlənərək  «əmi 
arvadı»  və  ya  «dayı  arvadı»  mənasını  bildirir.  -Dosti  bugün  bizə 
gəlmişdir (B.). 
Azərbaycan  dilinin  dialektoloji  lüğətinin  çapda  olan  yeni 
nəşrində  Quba  və  Zərdab  rayonu  şivələrində  «donuz  balası» 
mənasında sıpa sözünün işləndiyi göstərilir. Bu sözün İran mənşəli 
olması  şübhəsizdir.  İranşünaslar  qeyd  edirlər  ki,  Avestada  span- 
«it»,  Midiya  dialektlərində  spaka-  «it»  sözləri  işlənmişdir.  Qədim 
fars dilində bu söz qeydə alınmamışdır. 
İran  dillərinin  tarixi  fonetikasına  dair  aparılmış  tədqiqatlarda 
göstərilir ki, qədim sp birləşməsi orta və yeni İran dillərinin cənub-
qərb  qrupunda  qanunauyğun  olaraq    s-ya  keçmişdir:  orta  fars 
sak//sag, klassik fars. sag, müasir fars s
ä
g, tat. sag, tacik sag 
208
 və 
s. Sp birləşmiəsi İran dillərinin şimal-qərb qrupunda isə sp və ya sb 
şəklində  qalmışdır  (səslərin  arasına  əlavə  sait  artırılması 
mümkündür): talış sьp
ä
 semnan. esba, qurani. sьpa 
209
   və s. 
Göründüyü kimi, Quba dialektində işlənən forma İran dillərinin 
şimal-qərb  qrupuna  xas  olan  xüsusiyyəti  saxlamışdır.  Bəllidir  ki, 
Azərbaycan  dilinin  Quba  dialekti  ilə  İran  dillərinin  şimal-qərb 
qrupuna  daxil  olan  yeni  İran  dilləri  arasında  heç  bir  əlaqə 
olmamışdır. Belə nəticəyə gəlmək olar ki, Azərbaycan dili ilə şimal-
qərb  qrupu  İran  dilləri  arasında  əlaqələr  xronoloji  cəhətdən  daha 
qədim  dövrlərdə  baş  vermiş  və  ya  Quba  dialektinə  həmin  söz 
Azərbaycan  dilinin  başqa  dialekt  və  şivələri  vasitəsilə  keçmişdir. 
Onu  da  qeyd  etmək  lazımdır  ki,  hələlik  başqa  dialekt  və 
                                                 
207
 Ərəb və fars sözləri lüğəti, s.677 
208
  Расторгуева  В.С.  Сравнительно-историческая  грамматика  западноиранс-
ких языков (фонология). М., 1990, стр.128 
209
 Yenə orada, s.128 


 
 
 
70 
şivələrimizdən  Cəlilabad  rayonu  şivələrində  sıpa  sözü  «eşşək 
balası» mənasında qeydə alınmışdır
210
. İran dillərindən fərqli olaraq 
Quba  dialektində  sıpa  sözü  yeni  məna  kəsb  etmişdir.  Burada  o, 
«donuz  balası»  mənasını  ifadə  edir.  -U  qədər  yiyib  kükəlib,  lap 
sıpaya dönüb
Sıpa  sözünə  Əbu  Həyyanın  «Kitab  əl-idrak  li-lisan  əl-ətrak» 
əsərinin  lüğət  hissəsində  rast  gəlinir.  Əsərin  2300  sözü  əhatə  edən 
türkcə-ərəbcə lüğət hissəsində müəllif sıpa sözünün  «eşşək balası» 
mənasını  qeyd  etmişdir
211
.  Əbu  Həyyanın  öz  əsərində  XIII  əsrə 
qədərki  türk  dilinin  qrammatikası,  lüğət  tərkibi  haqqında  bəhs 
etdiyini  nəzərə  alsaq,  onda  sıpa  sözünün  türk  dillərinə  keçməsi 
tarixi haqqında müəyyən təsəvvür əldə olunar. Hətta həmin dövrdə 
belə bu söz yeni məna kəsb etmişdir. Məlumdur ki, alınma söz keç-
diyi  dildə  yeni  məna  qazanana  qədər  müəyyən  inkişaf  yolu  keçir. 
Bu bir daha bizim yuxarıda söylədiyimiz fikri təsdiq edir. 
Alınma  sözlərin  şərq  qrupu  dialekt  və  şivələrdə  müxtəlif  məna 
daşıması  halları  müşahidə  edilir.  Bu  zaman  həmin  alınma  sözlər 
eyni fonetik variantlarda çıxış edir. Misallara diqqət yetirək.  
Lənkəran rayonu şivələrində kolaz sözü işlənir və «quş ovlamaq 
üçün  ikinəfərlik  qayıq»  mənasını  ifadə  edir
212
.    Biz  həmin  sözü 
Yardımlı  rayonu  şivələrində  «qoyunları  yemləmək  üçün  taxtadan 
düzəldilmiş axur» anlamında qeydə almışıq. 
Lənkəran  zonasında  mirdo//mordov  «axmaz,  gəlməcə»  anlamı 
ifadə edir. Şərqi Abşeron şivələrində isə mirdo «kir, çirk» mənasını 
bildirir
213

Səlitə sözü Masallı rayonu şivələrində «avara, işsiz» mənasında 
işlənir
214
.  Həmin  söz  eyni  fonetik  variantda  Yardımlı  rayonu 
şivələrində  «həyasız,  utanmaz»  mənasında  qeydə  alınmışdır.  -Ay 
səlitə, bəsdir, abrıvi bil; Nə səlitə uşağsan (Y.). 
                                                 
210
 Agayev Ə. Azərbaycan dilinin Cəlilabad rayonu şivələri. Nam. diss., Bakı, s. 202 
211
 Əsirəddin Əbu Həyyan Əl-Əndəlusi. Kitab əl-idrak li-lisan əl-ətrak. Bakı, 1992, s.34 
212
 Məcidova A.B. Azərbaycan dilinin Lənkəran şivəsi. Nam. diss., s.204 
213
  Велиева  Г..  Лексика  восточноапшеронских  говоров  азербайджанского 
языка. Канд. дисс., стр.28 
214
 Həmzəyev T.B. Azərbaycan dilinin Masallı rayonu şivələrinin lüğətinə dair // 
ADU-nun Elmi Əsərləri, Dil və ədəbiyyat seriyası, 1976, № 1, s.64 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə