Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   21   22   23   24   25   26   27   28   ...   44

 
 
 
67 
anqlosak.  thunni  «nazik,  seyrək»,  ing.  thin  «nazik,  seyrək,  açıq, 
duru»
194
. Və nəhayət slavyan dillərinin faktlarına nəzər salaq: qədim 
slavyan. tьnьk, serb-xorvat. t
ä
nak, rus. тонкий «nazik» və s. 
Göründüyü  kimi,  İran  və  eləcə  də  Hind-Avropa  dillərinin  çox 
böyük  bir  arealında  işlənən  bu  sözün  Hind-Avropa  mənşəli 
olmasına  şübhə  ola  bilməz  və  dialektlərimizin  leksikasına  İran 
dillərindən keçməsi şübhəsizdir. 
Dialekt  və  şivələrimizdə  mənanın  keyfiyyətcə  genişlənməsinin 
şahidi  oluruq,  yəni  Azəbaycan  dili  mühitində  alınma  söz  mənbə 
dildə ifadə etdiyi mənasının həcm dairəsini genişləndirir. Fikrimizi 
misallarla  izah  edək.  Talış  dilində  «tumurcuq,  zoğ»  mənasını 
çipə//çüpə  sözü  bildirir.  Yardımlı  rayonu  şivələrində  həmin  söz 
«kol»  mənasında  qeydə  alınmışdır.  -O  yerdə  çoxlu  çüpə  var,  qır, 
qoy  göy  ot  gəlsün;  Qoyin çüpəlikdə otdey; Çüpəlikə  girə bilmərəm, 
üstüm cırıley
195

Şərq  qrupu  dialekt  və  şivələrinin  çoxunda  «piyalə,  kiçik  kasa, 
kiçik  qab»  mənasında  masqu  r//  masqura  sözü  işlənir.  Bu  söz 
fars تسام  (mast) və 
روخ
 (xor)                  «yemək» felinin kökü) 
sözlərindən  yaranmışdır.  Hərfi  tərcüməsi  «qatıq  yeyilən  qab» 
deməkdir
196

Amma 
dialektlərimizdə 
bu 
sözün 
mənası 
genişlənmişdir.  Bunun  nəticəsində  masqur  //  masqura  dedikdə 
təkcə  «qatıq  yeyilən  qab»  deyil,  ümumiyyətlə,  məişətdə  istifadə 
olunan  kiçik  kasa  nəzərdə  tutulur.  -Bir  masqura  yağ  daşıb  pamal 
oldu (M.); Anam qaymaqları masxuralara tökdü (Sal.). 
Məna  genişlənməsi  dəmərdə  //  dəhmərdə  «dərin  boşqab»  (Ə., 
ƏB.,  Ln.,  S.)  sözündə  də  müşahidə  edilir.  «Ərəb  və  fars  sözləri 
lüğəti»ndə  onun  «ikiadamlıq  qab»  mənası  göstərilir
197
.  Görünür, 
sonralar  dəhmərdə  «dərin  boşqab»,  «dərin  qab»  mənasını  kəsb 
etmişdir. 
Dialekt  və  şivələrimizdə  işlənən  İran  mənşəli  alınma  sözlərdə 
bəzən yeni məna kəsb etməsi halı da müşahidə edilmişdir. 
                                                 
194
 Müller V.K. English-Russian Dictionary. Moscow, 1982, p.762 
195
  Həmzayev  T.B.  Yardımlı  rayonu  şivələrinin  lüğətinə  dair  bəzi  qeydlər  // 
Azərb.SSR EA Xəbərləri, ədəbiyyat dil və incəsənət seriyası, 1969, № 2, s.102 
196
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II, стр.440 
197
 Ərəb və fars sözləri lüğəti, s.159 


 
 
 
68 
Fəriştə//fərişdə  (Q.)  firiştə  (Ln.,  M.)  «körpə,  qırxı  çıxmayan 
uşaq»  -  Ümumiran  mənşəli  sözdür.  Avestada  fra
ēš
ta  «elçi,  xəbər 
gətirən,  mələk»  mənasını  ifadə  etmişdir
198
.  Fonetik  cəhətdən 
müəyyən  dəyişikliyə  uğrayan  həmin  sözə  orta  fars  dilində  fr
ē
stag 
(erkən  orta  fars  fre
š
tak)
199
,  klassik  fars  dilində  firi
š
ta//fire
š
ta 
formasında  rast  gəlinir
200
.  Müasir  İran  dillərinin  faktlarına  nəzər 
salaq: m.f. 
وندوپ
 (fere
š
te«mələk» (eyni zamanda xüsusi isim kimi 
Fere
š
te)
201
,  tac.  fari
š
ta  «mələk»,  puştu  firixtə  «mələk»,  tat.  fari
š
ta 
«mələk», tal. firi
š
t
ä
 «mələk», «körpə uşaq» və s. 
Fəriştə//firiştə  sözü  klassik  ədəbiyyatda,  yazılı  abidələrdə 
«mələk» mənasını ifadə etmişdir
202

Radlov  türk  dillərində  həmin  sözün  п
ä
рiшт
ä
//  ф
ä
рiшт
ä
  fonetik 
variantlarında işləndiyini göstərir
203
. «Qədim türk sözləri lüğəti»ndə 
«mələk»  mənasında  f
ä
ri
š
ta//firi
š
t
ä
  sözünə  ayrıca  məqalə  həsr 
olunmuş və onun fars mənşəli olması qeyd edilmişdir
204
. S.Malov
205
  
və A.Borovkov
206
 da bu sözü fars mənşəli hesab edirlər. 
Məsələ  bundadır  ki,  şərq  qrupu  dialekt  və  şivələrində 
fəriştə//firiştə  sözləri  klassik  ədəbiyyatda,  yazılı  abidələrdə  rast 
gəlinən  mənada  işlənmir.  Həmin  söz  dialekt  və  şivələrdə  yeni  – 
«körpə uşaq» mənası kəsb etmişdir. 
Mələk – körpə uşaq semantikası heç də təəccüblü deyildir. Dini 
təsəvvürə  görə,  mələklər  günahı,  səhvi  olmayan  məxluqdur  və  hər 
bir  insanın  çiynində  iki  mələk  onun  elədiyi  yaxşılıq  və  pislikləri 
qeydə  alır.  Bu  da  aydındir  ki,  körpə  də  dünyaya  heç  bir  günahı, 
təqsiri olmadan gəlir. Mələk – körpə uşaq mənaları arasında əlaqə, 
bağlılıq özünü belə göstərir. Bundan əlavə, həmin mənanın inkişafı 
                                                 
198
 Оранский И.М. Иранские языки в историческом освещении, стр.67 
199
 Mackenzie D.N. A Concise Pahlavi Dictionary. London, 1971, p.34 
200
 Расторгуева В.С. Сравнительно-историческая грамматика западно- иран-
ских языков (фонология). М., 1990, стр.150 
201
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), т.II, стр.410 
202
  Məsələn:  Qəhrəmanov  C.  Əsrarnamə.  Bakı,  1964,  s.89;  Qəhrəmanov  C., 
Hacıyeva  Z.T.  Yusif  Məddah.  «Vərqa  və  Gülşah».  Bakı,  1988,  s.32;  Султанов 
Б.Х. Арабско-персидские заимствования в «Кутадгу билик» Ю.Баласагуни // 
СТ, 1981, № 4, с.18 
203
Радлов В.В. Опыт словаря тюркских наречий. T.IV, Спб., 1911, стр.1232, 1922  
204
 Древнетюркский словарь. Л., 1969, стр.193, 194 
205
 Малов С.Е. Памятники древнетюркской письменности. М.-Л., 1951, стр.378 
206
 Боровков А.К. Лексика среднеазиатского тефсира XII-XIII вв. М., 1963, стр.344 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə