Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

 
 
 
89 
NƏTĠCƏ 
 
1.Azərbaycan  və  İran  dillərinin  qarşılıqlı  əlaqələrinin  dərin 
tarixi  kökləri  var.  Bu  tarixi  əlaqələr  türk  və  irandilli  xalqların 
ictimai, iqtisadi və mədəni həyatının bütün sahələrində olduğu kimi 
onların  dillərində  də  öz  əksini  tapmışdır.  Bu  müddəa  tarixi  və 
linqvistik  faktlarla  təsdiqlənir.  Həmin  faktlara  əsasən  türk-
Azərbaycan  və  İran  dil  əlaqələri  elmi  ədəbiyyatda  artıq  təsbit 
olunmuş kanonik dövrləşdirmələr çərçivəsinə sığışmır və xronoloji 
cəhətdən daha qədim dövrlərdən başlayaraq öyrənilməlidir. 
2.Azərbaycan  dilinin  şərq  qrupu  dialekt  və  şivələrində  işlənən 
İran mənşəli sözlər üzərində aparılan araşdırmalar Azərbaycan-İran 
dil  əlaqələrinin  ictimai  faktorlarla  bağlı  olduğunu  da  göstərir. 
Azərbaycan-İran  ikidilliliyi  bu  ərazidə  yaşayan  irandilli  xalqların 
sosial  keyfiyyətlərindən  biridir  və  onların  siyasi-ictimai  tarixi 
vəziyyətindən asılı olaraq həmişə mövcüd olmuşdur. 
3.Əldə  olan  və  araşdırılan  material  belə  bir  faktı  qeyd  etməyə 
imkan verir ki, şərq qrupu dialekt və şivələrinə İran dillərindən söz 
alınması  prosesi  eyni  formada  baş  vermir.  Bu  qeyri-bərabərlik 
alınma  sözlərin  mənimsənilməsinin  müxtəlif  səviyyələrində  nəzərə 
çarpır. Dialekt leksikasına daxil olmasının mənbəyinə görə də  İran 
mənşəli  sözlərdə  müxtəliflik  özünü  göstərir.  Şərq  qrupu  dialekt  və 
şivələrində  işlənən  İran  mənşəli  sözlər  tələffüz  normalarını  əks 
etdirdiyindən,  yəni  gündəlik  ünsiyyət  əsasında  şifahi  yolla 
keçdiyinə görə tədqiq olunan zonanın müxtəlif ərazilərində onların 
çoxvariantlılığı  müşahidə  olunur.  Fars  dilindən  Azərbaycan  ədəbi 
dilinə keçmiş (və ya nə vaxtsa ədəbi dildə işlənmiş) sözlər üçün belə 
variantlılıq  xarakterik  deyil,  yaxud  ola  bilər  ki,  həmin  sözlərin 
Azərbaycan dilində işlənməsinin ilk dövrlərində mövcud olmuşdur. 
Bir çox hallarda isə alınma sözlərin çoxvariantlılığına müxtəlif İran 
dillərinin əlaqələrinin nəticəsi kimi yanaşılmalıdır. 
4.Şərq  qrupu  dialekt  və  şivələrində  alınma  sözlər  müəyyən 
fonetik  dəyişikliklərə  məruz  qalır.  Onları  1)  Azərbaycan  və  İran 
dillərinin  fonetik  strukturca  fərqlərinə  əsaslanan  sistem 
dəyişiklikləri  və 2) Azərbaycan dilinin, onun dialekt  və şivələrinin 
daxili  fonetik  qanunauyğunluqları  əsasında  baş  verən  sistemdaxili 
dəyişikliklər 
kimi 
qruplaşdırmaq 
olar. 
Alınma 
sözlərin 


 
 
 
90 
mənimsənilməsi  Azərbaycan  dilinin,  onun  şərq  qrupu  dialekt  və 
şivələrinin  fonetik  qanunlarına  uyğun  olaraq  baş  verir.  Bununla 
yanaşı  tədqiq  olunan  ərazidə  İran  dillərinin  təsiri  ilə  müəyyən 
fonetik hadisələr müşahidə olunur. 
5.Şərq  qrupu  dialekt  və  şivələrində  İran  mənşəli  sözlərin 
morfoloji  mənimsənilməsi  prosesi  Azərbaycan  dilinin  qrammatik 
strukturunun  təsiri  ilə  baş  verir.  Onlar  Azərbay-  can  dilinin 
morfoloji  sisteminin  qanunlarına  əsasən  dəyişir,  yəni  flektivlikdən 
aqlütinativliyə  keçir;  sözün  forması  fleksiya  yolu  ilə  deyil,  kökə 
müəyyən şəkilçilərin (kəmiyyət, hal, mənsubiyyət və s.) artırılması 
yolu  ilə  baş  verir.  Azərbaycan  dilində  şəkilçilərin  təkmənalılığı 
alınma sözlərin tez mənimsənilməsinin şərtlərindən biridir. Alınma 
sözlərin əksəriyyəti isimlərdən ibarətdir. Buna səbəb təkcə dilxarici 
faktor  deyil  (çünki  əsasən  nominantlar  alınır),  eyni  zamanda  dilin 
xarakteri  də  rol  oynayır.  Azərbaycan  dilində  ad  (isim)  əsası  başqa 
nitq  hissələri  üçün  sözyaratma  bazası  kimi  çıxış  edir.  Dialekt  və 
şivələrimizdəki İran mənşəli sözlər əsasən konkret anlayış, predmet 
və hadisələri bildirir. Bunlardan əlavə əlamət və keyfiyyət bildirən 
sözlərə, zərflərə, modal sözlərə rast gəlmək olur. Şərq qrupu dialekt 
və  şivələrinə  İran  dillərindən  fel  alınması  müşahidə  edilməmişdir, 
lakin  Azərbaycan  dilinin  şəkilçiləri  vasitəsilə  alınma  sözlərdən 
düzəltmə və mürəkkəb fellər düzəlir. 
6.Tədqiq  olunan  dialekt  və  şivələrdə  alınma  sözlər  fonetik-
morfoloji  cəhətdən  olduğu  kimi,  leksik-semantik  səviyyədə  də 
müəyyən  dəyişikliklərə  məruz  qalır.  Lakin  semantik  dəyişikliklər 
fonetik  dəyişikliklər  kimi  sistem  xarakterli  deyildir.  İran  mənşəli 
alınma sözlərin leksik-semantik xüsusiyyətlərinin təhlili göstərir ki, 
onlarda  məna  dəyişmələrinin  4  növü  haqqında  danışmaq  olar:  1) 
mənanın  saxlanması;  2)  mənanın  daralması;  3)  mənanın  genişlən-
məsi; 4) yeni məna kəsb etmə. Bu məna dəyişmələri həm tək, həm 
də çoxmənalı sözlərdə müşahidə olunmuşdur. 
Alınma  sözlərin  əksəriyyəti  özünün  mənbə  dildəki  nominativ 
mənasında  çıxış  edən,  konkret  məfhumları  bildirən  leksik 
vahidlərdir.  Belə  sözlərdə  semantik  dəyişikliklər  az  nəzərə  çarpır. 
Belə hal,  fikrimizcə, sosial faktorla bağlıdır. Bu  sosial  faktor,  yəni 
ikidillilik  dialekt  nümayəndələrinə  imkan  verir  ki,  daşıyıcıları 


 
 
 
91 
olduğu  hər  iki  dildə  sözlərin  mənalarının  eyniliyini  nəzarət  altında 
saxlasınlar. 
Şərq  qrupu  dialekt  və  şivələrində  işlənən  İran  mənşəli  alınma 
sözlər  21  tematik  bölgü  üzrə  qruplaşdırılır.  «Məişətdə  işlənən 
əşyaların adlarını bildirən söz və terminlər», «Yemək, içki, ağartı və 
s.  ilə  bağlı  sözlər»,  «Kənd  təsərrüfatında  istifadə  olunan  alət  və 
onların hissələrini bildirən söz və terminlər», «Ev, digər tikililər və 
onların  hissələrinin  adlarını  bildirən  sözlər»,  «Bitki  adları», 
«Geyim,  zinət  və  bəzək  əşyalarının  adlarını  bildirən  sözlər»,  «Quş 
adları» qruplarında sözlər daha üstünlük təşkil edir. 
 
Yanvar 1991-dekabr 1993 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə