Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə31/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

 
 
 
83 
(B.,  Q.),  şiləsər  «eyvan»  (Q.),  bıxı  «buxarı»  (Ln.,  M.), 
züvərdar//zəvərdar «qapı üstü» (Ab., B.). 
 
3.4.19. MəiĢətdə iĢlənən əĢyaların adlarını bildirən söz və 
terminlər 
 
 ambur «kəlbətin» (B.), beybut «iri bıçaq» (B.), bəsdi «kiçik gil 
qab»  (Ab.,  Ln.),  biləng  «yaba»  (M.),  bürgöz//bürgəz  «tikandan 
düzəlmiş süpürgə» (Y., Ln., M., Sal.), vərdənə «yoğun oxlov» (Lk., 
Sal.),  dəmkeş  «qazan,  samovar  və  b.  seylərin  ağzına  qoyulan  mis 
qapaq»  (B.),  dasdar  //dassar  //səngdasdar  «əl  dəyirmanı»  (A.,  Q., 
Ln.,  M.,  Y.,  C.),  dəngənə  «saxsı  boşqab»  (Q.,  Ln.,  Ş.),  dəmər-
də//dəhmərdə  «saxsı  dərin  boşqab»  (B.,  ƏB.,  Ln.,  S.),  dəsgirə 
«səbət»  (B.,  Q.,  Ln.),  düsəri  «hər  iki  tərəfi  iki  mismar»  (B.), 
ərə//hərə//hərrə  «mişar»  (B.,  ƏB.,  Ln.,  M.,  Sal.,  C.),  gasi  «təndir 
ağzına qoyulan qapaq» (Q.), gərdə//gorda//kort//kiləğurt «iri bıçaq» 
(B., Br., Q., Ln., M., C.), ləbgərdən «abgərdən» (Ş.), masqur //mas-
qura  «balaca  saxsı  kasa»  (B.,  Q.,  İ.,  Y.,  Ln.,  M.,  Sal.,  C.), 
məməkdan  «duzqabı» (İ., Sal.), nimdar//mindər  «döşəkcə» (A., B., 
İ., Ln., M., Sal., Ş.), abxur//oxır «su qabı, bardaq» (A., Ln., M., S., 
C.),  pəltə  «isti  şeyləri  götürmək  üçün  əski,  qabgötürən»  (Ln.,  M.), 
picənə «başda yük aparmaq üçün burulmuş dairəvi parça» (Ln., M.), 
sərdig «qazan qapağı» (Q.), sil «həsir toxumaq üçün ağac alət» (Ln., 
Sal.), silim//sülüm//sırd «nərdivan» (B., Q., İ., M.), siəzi // sigəzi //  
siyəzi  «kisə»  (büt.d.), sıpaya  «sacayağı»  (S.), kinarə  «ocaq»  (Ln.), 
suxura «çini qab» (Q., Ln.), çiben «asmalıq» (Ln.), çin «oraq» (Q., 
Y.,  Ln.,  M.),  şitqur  «süd  qabı»  (Ln.),  şirəpus//şirəpuz  «divarı 
ağartmaq  üçün  istifadə  edilən  bir  parça  dəri»  (B.,  Ln.,  Ş.),  şıp 
«uzunsov səbət» (Ln.) . 
 
3.4.20. Toy adətləri ilə bağlı sözlər 
 
olatəbırın «paltarkəsdi» (A., Ln., M.), sərtaxti «toyun 7-ci günü 
gəlini  görməyə  gələnlərin gətirdikləri xonça və  ya hədiyyə»  (Ab.), 
xüvarvara «gəlinin sağdış-soldışı» (Ab.), hırdabı//hırdaboy «toydan 


 
 
 
84 
qabaq oğlan evindən qız evinə göndərilən düyü, yağ və s. aparılması 
mərasimi» (A., Ln., M.). 
 
3.4.21. Əlamət və keyfiyyət bildirən sözlər 
 
 kütün//kütin  «qozbel»  (Y.),  təlh//təlx  «acı»  (M.),  tü-
nik//tünük//tənik  «nazik,  həssas»  (B.,  Q.,  Y.,  Ln.,  M.),  saxt//səxt 
«bərk»  (M.),  səlitə  «avara,  işsiz»  (M.),  siyapur//siyapır//siyafur 
«həyasız»  (B.,  Q.,  ƏB.,  M.,  Sal.,  C.,  Ş.),  sital  «nadinc,  sözə 
baxmayan»  (B.,  Q.,  İ.,  Y.),  xərəngə  «ədəbsizlik  edən»  (Ab.),  xül 
«qarınqulu» (Ab.), cəlidə «kimsəsiz» (Sal.), canəzir//canəzil «xəstə» 
(Ab., Lk., Ş.), şətəl «sözə baxmayan, nadinc» (B., L., M.) . 
 
3. 5. Toponimlər 
 
 Azərbaycan  dilinin  bir  sıra  problemlərinin  işıqlandırılmasında 
əvəzsiz  əhəmiyyət  kəsb  edən  dialekt  və  şivə  leksikasının 
toponimlərin  öyrənilməsində  də  rolu  böyükdür.  Azərbaycan 
toponimlərinin  linqvistik  təhlili  göstərir  ki,  onların  yaranmasında 
alınma  sözlər  fəal  iştirak  edir.  «Azərbaycan  toponimiyasında  elə 
coğrafi  adlara  rast  gəlinir  ki,  onlar  Azərbaycan  dili  ilə  qədimdən 
əlaqə  və  münasibətdə  olmuş  ərəb,  fars,  eləcə  də  dialekt  və 
şivələrimiz  səviyyəsində  Qafqaz,  İran  dillərindən  alınan  sözlərdən 
düzəlmişlər»
220

Azərbaycan  və  İran  dillərinin  qarşılıqlı  əlaqələri  Azərbaycan 
toponimiyasında da müşahidə olunur. 
Araşdırmalardan  aydın  olur  ki,  Azərbaycanın  şərq  zonasının 
toponimiyasında mühafizə olunmuş və eyni zamanda həmin dialekt 
və şivələrdə işlənən İran mənşəli leksik vahidlər ya konkret coğrafi 
obyekt  adlarını  bildirməyə,  ya  da  müəyyən  coğrafi  adı 
formalaşdırmağa xidmət edən apelyativ sözlərdən ibarətdir. 
Azərbaycanın 
İran 
mənşəli 
toponimlərinin 
xarakterik 
xüsusiyyəti  mürəkkəb  quruluşlu  olmasıdır.  Belə  toponimlərin 
formalaşmasında ab, vel, dahar, di, peştə, ru, sər, tanq//təng  və s. 
söz  və  terminlər  fəal  iştirak  edir.  Qeyd  edilən  sözlər  Azərbaycan 
                                                 
220
 Əhmədov T. Azərbaycan toponimikasının əsasları. Bakı, 1991, s.73 


 
 
 
85 
dilinin  dialekt  və  şivələrində  ya  müstəqil  leksik  vahid  kimi,  ya  da 
sözlərin tərkibində işlənir. 
Azərbaycan  toponimiyasında  İran  layına  aid  olan  toponimlərin 
formalaşmasında  fəal  surətdə  iştirak  edən  leksik  vahidlərdən  biri 
«ab»  sözüdür.  Tərkibində  ab  sözü  işlənən  coğrafi  adlar  əsasən 
hidronimlərlə bağlıdır. Bununla yanaşı, bəzi hallarda o, hidronimik 
oykonimləri  də  bildirməyə  xidmət  edir.  Dialekt  və  şivələrimizin 
leksikasında ab sözünün ab//ov//o//u fonetik variantlarda işləndiyini 
görmək olur. Maraqlı cəhət bundan ibarətdir ki,  ab sözünün həmin 
fonetik  variantlarını  Azərbaycan  toponimiyasında  da  müşahidə 
edirik:  Gəndab  (Dəvəçi  rayonunda  bataqlıq  adı),  Vərov  (Yardımlı 
rayonunda  kənd  adı),  Siyov  (Lənkəran  rayonunda  çay),  Gəndo 
(Abşeron  rayonunda  çay),  Mürdo  (Quba  rayonunda  bataqlıq  adı), 
Ugah (Dəvəçi rayonunda kənd adı). 
Azərbaycanın  şərq  zonasının  toponimiyasında  Təngə  //  Təngi 
(Quba  rayonunda  dərə  adı),  Təng  (Yardımlı  rayonunda  sıldırım 
dağların arasından keçən dar keçid), Təngəaltı (Quba rayonunda yer 
adı),  Təngərud  //  Təngəru  (Astara  rayonunda  çay)  kimi  toponimik 
adlarda mühafizə olunmuş təng sözü dialekt və şivələrimizdə «dar, 
darısqal,  ensiz»  mənalarında  qeydə  alınmışdır.  Misal  göstərilən 
coğrafi  adlarda  da  təng  sözü  həmin  anlamda  çıxış  edir.  Bu  söz 
əsasən oronimlərin yaranmasında iştirak edir. 
Məhdud ərazidə coğrafi adların yaranmasında iştirak edən leksik 
vahidlərdən biri poçə sözüdür. Bu söz Yardımlı rayonu şivələrində 
«yamac»  mənasında  qeydə  alınmışdır.  Poçə  sözü  həmin  rayonun 
ərazisində  mikrotoponimlərin  formalaşmasına  xidmət  edir. 
Aşağıdakı mikrotoponimlər diqqəti cəlb edir. 
Armudlu  poçə  (Yardımlı,  Hamarkənd)  «armudlu  yamac» 
mənasını  bildirir.  Bənəpocə  (Yardımlı,  Hamarkənd)  –  talış  vən 
«ağac növü adı»,  şəkilçisidir, «vən ağacının çox olduğu yamac» 
anlamını bildirir. 
Aborə  poçə  (Yardımlı,  Odurağaran  kəndi).  M.Məmmədov  bu 
mikrotoponimin  birinci  hissəsindəki  aborə  sözünü  talış  dilindəki 
ambur «cır armud» ilə izah edir
221

                                                 
221
Мамедов М.А. Лингвистический анализ географических названий Азербайджана 
(на материале Ленкоранской низменности). Докт. дисс., Джизак, 1984, с.249 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə