Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

 
 
 
80 
sıf  «ağ  balıq»  (Sal.),  sılfant  «balıq  torunda  olan  qurğuşun  halqa» 
(Ln.), soli//sol «xırda, körpə balıq» (Ln., Sal.). 
 
3.4.10. Gəmiçiliklə bağlı söz və terminlər  
 
kolaz  «qayıq»  (Ln.),  payan  «avar»  (Ln.),  ləvəsə  «avar»  (Ln.), 
çöp «avar» (Ln., Sal.), çəpkeş «avarçəkən» (Sal.), pəlvənd «gəmidə 
dor  ağacını  saxlayan  iplər»  (Ln.),  pəlvəndər  «yelkəni  çəkən  iplər» 
(Ln.). 
 
3.4.11. Geyim əĢyalarının adlarını bildirən sözlər 
 
 məndil «ləçək» (Q.), zərəndaz «zərli baş örtüyü» (Ln.), nimtənə 
«qadın  libası»  (B.,  Ln.),  setrə  «astarsız  pencək»  (C.),  safut 
«küləş(dən  düzəldilən)  papaq»  (Q.),  tasküla  «araqçın»  (B.), 
şəbküla//şəpkülə//şəpkülah  «keçəpapağı»  (B.,  M.,  C.),  şətəl  «yun 
corab» (Q., Ş.). 
 
3.4.12. Zinət və bəzək əĢyalarının adlarını bildirən sözlər 
 
qilində//qilindənə//qılındov  «boyunbağı»  (B.,  Q.),  dəstə-
nə//destinə//dəsinə  «qolbaq,  bilərzik»  (B.,  Ln.),  kərdənnik 
«boyunbağı  növü»  (Sal.),  səngisitarə  «boyunbağıya  keçirilən 
qiymətli  qaş-daşın  bir  növü,  ulduz  başı»  (Lk.),  həxıx  «gümüşlə 
işlənmiş boyunbağı» (Lk.). 
 
3.4.13. Meyvə adları 
 
bəli//bəhli  «gilas»  (Q.),  dambul  «cır  gavalı»  (B.),  dammılı 
«gavalının  iri  növü»  (Sal.),  goarmıdı  «iri  armud  növü»  (Q.), 
nənəbizi//məməbüzi//məməbizi 
«çiyələyin 
və 
böyürtkənin 
keçiəmcəyinə  oxşar  bir  növü»  (Q.),  panakun  «armud  növü»  (Q.), 
hındıl  «böyürtkən»  (Ln.,  M.),  hüllə  «armud»  (A.,  Lk.,  Ln.,  M.), 
bəğəli «moruğ» (Q., Ş.). 
 


 
 
 
81 
3.4.14. Bitki adları: 
 
3.4.14.1. Dərman bitkilərinin adlarını bildirən sözlər 
 
 vişdənə  «küncütə  oxşar  bitki,  yaranı  deşmək  üçün  istifadə 
olunur»  (Ln.),  purna//pürni  «yarpız»  (Q.),  pünə  «yarpız»  (Ln.), 
gərməkiyo//gərməgiyo  «mədədəki  qurdu  tökmək  üçün  qaynadılıb 
suyu içilən ot» (Q.), şingilə «itburnu» (Ln., M.). 
 
3.4.14.2. Yabanı bitki adlarını bildirən sözlər 
 
 bır  «tikan»  (Ln.,  M.,  C.),  vel  «qıjıotu»  (A.,  Ln.,  M.), 
qəzənə//geznə//gəzənə//gəznə «gicitkən» (B., İ., Ln., M.), dala//dalə 
«qamışın  bir  növü»  (Ln.,  S.,  Sal.),  zərgend//zənget  «yabanı  bitki 
adı» (Y., Ln., M., C.), ker «alaq otu» (Y.), lığ//liğ «bataqlığda sucaq 
yerdə  bitən  bitki  növü  adı»  (Q.,  Ln.),  qənəptum  «kəndir  toxumu» 
(Q.),  pizə//püzə  «həsir  toxumaq  üçün  bitki  növü»  (Ln.,  M.),  sir 
«yabanı  sarımsaq»  (İ.),  vəcələ  «yabanı  soğan»  (Ln., Y.), xərəçohri 
«yovşan» (İ.), tılakeşniş «yabanı keşniş» (Ln.), şing «yemlik» (İ). 
 
3.4.15. Yemək, içki, ağartı və s. ilə bağlı söz və terminlər 
 
 ardava  «undan  hazırlanan  yemək  növü»  (Q.),  bürüşdə 
«qızarmış,  yaxşı  bişmiş  çörək»  (B.),  dancə//dancənə  «doğramac» 
(Ln.), dastana// dəsdana «təndir çörəyi» (B.), lülə  «qoğal içi» (B.), 
yağlıpiyaz  «soğan  qovurması»  (Q.),  ləvəngi  «xörək  adı»  (A.,  Lk., 
Ln.,  M.),  lökü  «düyü  unundan  bişirilən  çörək»  (Ln.),  noxarış 
«yavanlıq» (Ab., B.), nümri «yağda bişirilmiş, lakin qarışdırılmamış 
yumurta»  (B.),  ovşala//öhşələ  «şərbət»  (B.,  Q.),  mədd  «meyvə 
şirəsi» (A., Lk., M.), ovduğ «qatığ və suyun qarışığından hazırlanan 
içki» (Y.,  Ln., M., Br.), pencəkeş  «təndir çörəyi; lavaş» (Br., ƏB., 
S.),  pətə  «yağda  qızardılmış  müxtəlif  bişmiş»  (Ln.),  tarava 
«göyərtidən hazırlanan yemək» (Q.), xırş «ağız, heyvanın ilk südü» 
(İ.),  şıtni  «unu  südlə  qarışdırıb  yağda  bişirilən  nazik  kökə»  (Ln., 
M.), şirava «südlü sıyıq» (B.), cır «kəsmik» (Ln.). 
 


 
 
 
82 
3.4.16. Xəstəlik adlarını bildirən sözlər 
 
qandımə «it dirsəyi» (A., Lk., Ln., M.), qəmijə «səpki (isitidən)» 
(Ln., M.), əno//ənov «yetişməmiş meyvə, yemək nəticəsində əmələ 
gələn xəstəlik» (B., Ln.), zərdi «sarılıq» (B., Q., Ln.), isbirə «boğaz 
xəstəliyi»  (C.),  isbirə  «ağız  nahiyəsinin  kənarlarında  ağ  rəngli 
uçuqların  olması  ilə  müşayiət  olunan  xəstəlik»  (Q.),  oulə//ovələ 
«çiçək»  (Q.,  Ln.,  M.),  xanəzir  //  xanəzil  «boğaz  uru»  (İ.,  Y.,  Ln., 
M.), çəşpilə «gözün altının şişməsi» (ƏA., Ln., M.). 
 
3.4.17. Kənd təsərrüfatında istifadə olunan alət və onların 
hissələrini bildirən   söz və terminlər 
 
 bazı//bazu//bozi  «xışın  kötüyünü  boyunduruqla  birləşdirən 
hissə»  (A.,  B.,  Q.,  Ln.,  Lk.,  Sal.,  C.,  Ş.),  ban  «arabanın  yük  yeri» 
(Y., M., Sal., C.), əvəndə//əvəndənə «boyunduruğa bağlanan qayış» 
(Ln.,  Ş.),  dəndə  «araba  təkərinin  barmaqlıqları»  (B.,  Q.,  Ln.), 
giv//givə «boyunduruq» (Ln., Sal., C.), gosun «xışın ucuna keçirilən 
iti  dəmir»  (Q.),  kərdənəməd  «xamut»  (Sal.),  müjdü//mıştə  «xışın 
dəstəyi» (ƏB., Ln., Sal.), kiozən «otu təmizləmək üçün iti alət» (B., 
Q.), sinəbənd «samıbağı» (Q., İ.), sinəçülə//sinəçi «samı» (büt.d.). 
 
3.4.18. Ev, digər tikililər və onların hissələrinin 
adlarını bildirən söz və  terminlər 
 
 ban «baca, nəfəslik» (Sal.), biruni «bayır imarət» (B.), balaxana 
«yayda  istirahət  üçün  yer,  külafirəngi»  (A.,  Ln.,  M.),  dərxanə 
«saray» (C.), dərosər «qapı və pəncərə üstünə atılan taxta» (A., Ln., 
M.),  go
-u
dan  //  godan  «tövlə»  (B.),  kəşivan  «eyvanın  kənarları» 
(Q.), kürünc «buğda saxlamaq üçün anbar» (Y.), serdabə «zirzəmi» 
(Q.),  sərəqət//sərəqit  «damla  divarın  və  pərdilərin  arasında  qalan 
boşluq»  (Q.),  tənəbi  «böyük  otaq,  qonaq  otağı»  (Ln.,  M.,  Y.),  to
-
u
//tov «divarın içində olan ocaq, buxarı» (B.), səryan «mətbəx» (Ş.), 
təndirəsər  «təndir  qoyulan  yer»  (L.,  M.,  C.),  comoxu-
dun//camaxatan//cəməxudun  «yük  yeri,  yorğan-döşək  yığılan  yer» 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə