Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   28   29   30   31   32   33   34   35   ...   44

 
 
 
86 
Dozəpocə  (Yardımlı,  Bürzünbul  kəndi).  Bu  mikrotoponimin 
izahını  M.Məmmədov  belə  verir:  «dozə  talış  donzə  «on  iki»,  pocə 
«təpə»
222
.  Belə  çıxır  ki,  Dozəpocə  «on  iki  təpə»  deməkdir.  Bizim 
fikrimizcə,  mikrotoponimin  mənası  düz  açılmayıb.  Hər  şeydən 
əvvəl, qeyd edilməlidir ki, pocə sözü «təpə» mənasında nə talış, nə 
də başqa İran dillərində işlənmir. Bu söz talış po «ayaq» və  «yer» 
sözlərinin  birləşməsindən  yaranan  mürəkkəb  leksik  vahid  olub 
«yamac» mənasını ifadə edir və həmin mənada Azərbaycan dilinin 
Yardımlı  rayonu  şivələrinə  keçmişdir.  Mikrotoponimin  birinci 
hissəsindəki  dozə  isə  doz  <  düz  sözündən  və  talış  dilində  sifət 
düzəldən    şəkilçisindən  ibarətdir.  Beləliklə  aydın  olur  ki, 
Dozəpocə «düz yamac, hamar yamac» deməkdir. 
Böyük pocə (Yardımlı) – böyük yamac deməkdir. 
Lümə pocə (Yardımlı,  Vərgədüz kəndi)  – talış  lümə  «qısa»  və 
pocə «yamac» sözlərindən yaranmışdır. 
Serəpocə  (Yardımlı,  Hamarkənd  kəndi)  –  talış  ser  «əzgil»,  ə-
şəkilçi,  «əzgilli yamac» mənasını ifadə edir. 
Quba-Dəvəçi  zonasında  tatların  kompakt  yaşadığı  ərazidə  isə 
coğrafi  adların  tərkibində  kələ  sözünə  rast  gəlinir.  Tat  dilində 
«böyük,  uca»  mənasında  işlənən  kədə  sözü  Azərbaycan  dilinin 
Quba  dialektinə  keçmiş  sözlərin  tərkibində  də  eyni  mənanı  ifadə 
edir.  Həmin  zonada  mikrotoponimlərin  yaranmasında  fəal  iştirak 
edir. 
Kələzimi  (Xaşı  kəndi)  –  kələ  və  zimi  «zəmi»  sözlərindən 
yaranmışdır. Böyük əkin sahəsinin adıdır. 
Kələku//Kələkuh – Quba rayonu Puçuq kəndinin yaxınlığındakı 
uca dağın adı. 
Kələüşə  –  Qonaqkənddə  nəhəng  ağacları  olan  meşə  sahəsinin 
adı, «Böyük meşə» mənasını ifadə edir. 
Kələdəhnə – Dəvəçi rayonunda çay adıdır. 
Azərbaycanın  şərq  zonasında  yuxarıda  qeyd  edilənlərdən  əlavə 
dərə,  kəl,  bataqlıq  və  s.  adları  bildirən  çoxlu  sayda 
mikrotoponimlərə  rast  gəlinir  ki,  onların  izahında  dialekt  və 
şivələrimizin  materialları  mühüm  rol  oynayır.  İki  və  daha  çox 
sözdən  yaranan,  mürəkkəb  quruluşlu  belə  toponim  və  mikrotopo-
                                                 
222
 Yenə orada, s.284 


 
 
 
87 
nimlərin bəzən hər iki komponenti İran mənşəli sözlərdən, bəzən isə 
bir  tərəfi  Azərbaycan,  digər  tərəfi  isə  İran  mənşəli  leksik 
vahidlərdən  ibarət  olur.  Aşağıda  bu  qəbildən  olan  bəzi  toponimlər 
nəzərdən keçirilir. 
1.  Hər  iki  komponenti  İran  mənşəli  sözlərlə  ifadə  olunan  yer 
adları. 
Velədi (Lənkəran rayonu) – talış vel  «ayıdöşəyi  «   şəkilçi, di 
«kənd». 
Biyəru (Astara rayonu) – talış  bi//biyə «buz», ru «çay». 
Bırsüt  (Astara  rayonu)  –  talış  bır  «tikanlı  kol»,  süt  <  süte 
«yanmaq» felinin kökü. 
Qədərü  (Astara  rayonu)  –  talış  qədə  «kiçik,  balaca»  və   
«çay». 
Yoləhi  (Yardımlı rayonu) – talış yol «böyük»  şəkilçi, hi «yer, 
sahə». 
Kanəkumon  (Yardımlı  rayonu)  –  talış  kanə  «köhnə»,  kümə 
«tövlə», -on cəm şəkilçisi. «Köhnə tovlələr olan yer» deməkdir. 
Subrədahar (Quba rayonu) – tat sübi «ağ» -rə bitişdirici ünsür, 
dahar «qaya, təpə». 
Kündahar//Kundahar (Quba rayonu) – tat kün//kun «dib, aşağı 
hissə» və dahar «qayanın aşağı hissəsi, dibi» mənasını bildirir. 
Kələsənq  (Quba  rayonu)  –  tat  kələ  «böyük,  uca»,  sənq  «daş». 
«Böyük daş» deməkdir. 
Qamov  (Astara  rayonu)  –  talış  qam  «isti»,  ov  «su».  «İstisu» 
mənasını ifadə edir. 
Yoləmarzon (Lerik rayonu) – talış yol «böyük»,  şəkilçi, marz 
«ayırıcı  sərhəd,  mərz»,  -on  cəm  şəkilçisidir.  «Böyük  mərzlər» 
mənasında işlənir. 
Bəleton (Lənkəran rayonu) – talış bəlet «həyət qapısı, alaqapı», 
-on cəm şəkilçisi. 
2.  Komponentləri  Azərbaycan  və  İran  mənşəli  sözlərlə  ifadə 
olunan yer adları. 
Qədədik  (Astara rayonu)  – talış  qədə  «balaca, kiçik»  və  azərb. 
dik «zirvə, hündür yer». «Kiçik zirvə» mənasında işlənir. 
Bandiki (Yardımlı) – talış band «dağ», azərb. dik
Duruzəbaxça  (Quba  rayonu)  –  tat  duruz  «uzun»  və  baxça
«Uzun baxça» mənasını ifadə edir. 


 
 
 
88 
Ləjlər (Yardımlı rayonu) – talış ləj «sucaq yer» azərb. -lər cəm 
şəkilçisi. 
Sitalçay  (Quba)  –  tat  sital  «nadinc»  və  azərb.  çay.  «Dəli  çay» 
mənasında işlənir. 
Köhnədahar  (Abşeron  rayonu)  –  azərb.  köhnə  və  tat  dahar 
«qaya, təpə». 
Mərzlər (Yardımlı rayonu) – mərz və azərb. -lər cəm şəkilçisi. 
Kerlik  (Lerik  rayonu)  –  talş  ker  «daş»  və  azərb.  -lik  məkan 
bildirən şəkilçi. 
Mijnəyurd (Yardımlı  rayonu)  – talış  müjnə  mijnə  «qarışqa» 
və azərb. yurd. 
Yuxarıda sadalanan yer adlarını nəzərdən keçirdikdə aydın olur 
ki, onların komponentlərini təşkil edən bu və ya digər İran mənşəli 
söz Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrində ya müstəqil 
leksik vahid kimi, ya da sözlərin tərkibində işlənir. Bu da həmin yer 
adlarının  öyrənilməsində  dialekt  və  şivələrimizin  materiallarından 
istifadə edilməsinə geniş imkanlar açır. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə