Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə19/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   15   16   17   18   19   20   21   22   ...   44

 
 
 
53 
dilindən keçmişdir. Lənkəran şivəsində həmin sözün qaməк forması 
da  işlənir:  Balama,  bu  qaməк  neçədi?  Bu  forma  talış  dilindən 
alınma  olub,  fikrimizcə,  ikidilliliyin  nəticəsidir.  Həmin  zonanın 
türkdilli əhalisinin nitqində isə  «gərmək» şəklində işlənir ki, bu da 
klassik  ədəbi  dil  ənənəsinin  təsiridir,  fars.  gərm  «isti»,  -ək 
sözdüzəldici şəkilçidir. 
Kürünc  «buğda  saxlamaq  üçün  yer,  anbar»  (A.,  Y.,  Lk.,  Ln., 
M.).  Bu  söz  yalnız  Lənkəran-Astara  zonasında  müşahidə  edilir. 
Talışların  nitqində  daha  çox  кırıj,  кırınc  formasında  işlənir. 
Yardımlıda  kürünc  kimi  qeydə  alınmışdır.  Yardımlıda  türkdilli 
əhalinin  nitqində  işlənən  kürünc,  bizə  elə  gəlir  ki,  talış  кırınc 
variantının  türkləşdirilmiş  şəklidir:  Qabaqlar  bığdanı  kürüncdə 
saxleydik (Y.). 
İran dillərinin əldə etdiyimiz tərcümə və izahlı lüğətlərinin heç 
birisində  bu  sözə  rast  gəlmədik.  Bu  sözə  ancaq  «Талышско-
русский  словарь»da
118
  və  B.V.Millerin  «Талыш  ские  тексты» 
əsərində
119
  rast gəlirik. «Ərəb və fars sözləri lüğəti»ndə və 4-cildlik 
«Azərbaycan dilinin izahlı lüğəti»ndə də bu söz yoxdur. 
Kürünc  sözünə  rast  gəldiyimiz  yeganə  yazılı  abidə  «Şeyx  Səfi 
təzkirəsi»dir: Kürüncdə, yəni bir ənbar kim dügi orada zəbt edərlər
dügi  az  qalmış  idi 
120
.  Bu  abidədə  kürünc  sözünün  işlənməsi 
təsadüfi  deyil.  Məlumdur  ki,  Səfəvilər  sülaləsinin  başçısı  şeyx 
Səfiəddin Talışda olmuş, orada müəllimi şeyx Zahidin evində xeyli 
müddət  yaşamış  və  onun  qızına  evlənmişdir.  Çox  qədim 
zamanlardan talış zonasının iqtisadiyyatının əsasını çəltikçilik təşkil 
etmişdir.  Kürünc  də  çəltikçiliklə  bağlı  tikililərdəndir.  Fikrimizcə, 
«Şeyx Səfi» təzkirəsində kürünc sözünün işlənməsi şeyx Səfinin bu 
mahal ilə tanışlığının nəticəsidir.  
Bəli//bəhli  «gilas»  (Q.)  –  Biyil  bəhli  olmadı,  quraxlığ  oldu 
(Q.)
121
.  Türk  dillərinə  aid  tədqiqatlarda  bu  sözün  fars  mənşəli 
olmasını  qeyd  etmişlər.  K.M.Musayev  türk  dillərinin  böyük  bir 
arealında həmin sözün işləndiyini qeyd edərək onu           fars  ولابلا 
                                                 
118
 Пирейко Л.А. Талышско-русский словарь, стр.124 
119
 Миллер Б.В. Талышские тексты. M., 1930, стр.232, 233 
120
 Садыгов А.Ш. Язык азербайджанского письменного памятника XVI века 
– тезкире «Шейх Сефи»: лексика. АКД, Баку, 1972, стр.23 
121
 Azərbaycan dilinin dialektoloji lüğəti. Bakı, 1964, s.73 


 
 
 
54 
«gilas» sözü ilə əlaqələndirir
122
. Qaraçay-balkar balli//bali sözünün 
Azərbaycan  və  noqay  dilləri  ilə  ümumi  mənbəyə  malik  olduğu 
göstərilir
123

Azərbaycan  ədəbi  dilində  gilas  və  albalı  sözləri  işlənir.  Şərq 
qrupu dialekt və şivələrində isə onlardan əlavə bəhli//bəli sözləri də 
qeydə alınmışdır. 
Bəhli sözünə müxtəlif fonetik variantlarda bəhlibiyo // bəhlibilo 
//  bə’libiyu  //  bə٤libiyo  //  ٤libilo  //  ٤libiyu  «sarıköynək» 
sözünün  tərkibində  də  rast  gəlinir
124
.  Bu  isə  tat  dilində  alınma 
sözdür. 
Topladığımız  materiallara  əsasən,  İran  dillərində  çoxmənalı 
sözün  öz  mənalarını  dialekt  və  şivələrimizdə  tamamilə  saxlaması 
hallarına  rast  gəlmirik.  İ.Bajina  yazır:  «Alınma  prosesində 
çoxmənalı  sözün  bütün  semantik  yükü  ilə,  yəni  bütün  mənalarını 
saxlamaqla başqa dilə keçməsi çox nadir halda  olur»
125
.  Bu  fikirlə 
razılaşmaq lazım gəlsə də, bizim araşdırmalarımıza görə, çoxmənalı 
söz mənbə dildəki mənalarının müəyyən qismini alınma prosesində 
saxlaya bilir. 
Fars,  tacik,  dəri,  tat,  talış  və  bir  çox  başqa  İran  dillərində  sər 
sözü  müstəqil leksik  vahid  kimi  çıxış  edir.  Müasir  fars  dilində  sər 
müstəqil  söz  kimi  aşağıdakı  mənaları  ifadə  edir:  1)  baş;  2)  başçı, 
rəis;  3)  təpə,  zirvə;  4)  başlanğıc,  əvvəl;  5)  uc,  kənar,  son;  6)  arzu, 
dilək; 7) həyat, ömür; 8) qapaq
126

Lakin müasir Azərbaycan ədəbi dilində və başqa türk dillərində 
sər müstəqil söz kimi işlənmir və lüğətlərdə ona ayrıca məqalə həsr 
olunmur.  Qeyd  etmək  lazımdır  ki,  klassik  ədəbiyyatda  və  xalq 
yaradıcılığı nümunələrində sər müstəqil söz kimi işlənmişdir. «Ərəb 
və  fars  sözləri  lüğəti»ndə    sər-in  1)  baş,  kəllə;  2)  təpə,  zirvə;  3) 
                                                 
122
 Мусаев К.М. Лексика тюркских языков в сравнительном освещении. М., 
1975, стр.196 
123
 Жаппуев А. Роль соседних языков в развитии земледельческих терминов 
карчаево-балкарского языка // СТ, 1974, стр.64 
124
  Ахмедов  Т.М.  Лексические  взаимоотношения  азербайджанского  и  татс-
кого языков. АКД, стр.26 
125
  Бажина  И.  К  вопросу  о  киргизских  заимствованиях  в  русском  языке  // 
СТ, 1972, № 5, стр.40 
126
 Миллер Б.В. Персидско-русский словарь, стр.276 


 
 
 
55 
başçı,  rəis;  4)  uc,  kənar;  son,  nəhayət;  5)  ibtidai,  əvvəl;  6)  məc. 
həyat, varlıq, can mənaları göstərilir
127

Azərbaycan  dilində,  onun  dialekt  və  şivələrində  sər  ;  -ək;  -
baz;  -ban;  -dar  və  s.  şəkilçilərlə  birləşərək  müxtəlif  mənalar  kəsb 
edir. Bu şəkilçilərin bəziləri Azərbaycan dilinin söz yaradıcılığında 
müstəqil iştirak edir. 
Azərbaycan  dilində,  onun  dialekt  və  şivələrində  tərkibində  sər 
olan  sözlərin  çoxunda  sər  öndə  işlənir.  «Azərbaycan  dilinin  izahlı 
lüğəti»ndə 53 belə söz göstərilir
128
. Bu sözlərin bəziləri ədəbi dildə 
işlənsə  də,  dialekt  və  şivələrimizdə  ya  başqa  fonetik  cilddə  çıxış 
edir, ya da ədəbi dildəkindən fərqli mənalar bildirir. 
Şərq  qrupu  dialekt  və  şivələrində  tərkibində  sər  işlənən  bəzi 
sözlərə diqqət yetirək. 
Sərab «abqora, qora suyu» (Ln.), fars. 
رس
 (sər) və بآ (ab) sözlə-
rinin  birləşməsindən  əmələ  gəlmişdir.  Azərbaycan  dilindən  fərqli 
olaraq  fars  dilində  sərab  sözünün  tərkib  hissələrinin  hər  biri 
müstəqil  leksik  mənaya  malikdir.  Fars  dilinə  aid  lüğətlərdə  sərab 
omonim  sözlər  kimi  I  və  II  rum  rəqəmləri  ilə  verilir  və  aşağıdakı 
mənaları  qeyd  edilir:  sərab  I  1)  ilğım;  2)  boş  vəd;  sərab  II  1) 
çeşmə, suyun başlanğıcı; 2) nadir, ən yaxşı hissə
129

Azərbaycan  ədəbi  dilində  sərab  «ilğım»  mənasını  bildirir.  Bu 
sözə  sərab  olmaq,  səraba  dönmək  mürəkkəb  fellərinin  tərkibində 
rast gəlinir
* (*
Azərbaycan dilinin izahlı lüğəti. I c. Bakı, 1987, s.58). 
Klassik  ədəbiyyatda  isə  sərab  sözünün  1)  bulaq,  çeşmə  və  çayın 
başlanğıcı;  2)  ilğım;  3)  xəyal,  puç  ümid  mənalarında  işləndiyi 
göstərilir. Sərab sözünə başqa türk dillərində də rast gəlinir. Özbək 
dilində sərab 1) ilğım, 2) bulaq çeşməsi; çayın  yuxarı tərəfi; arxın 
başlanğıcı anlamında işlənir
130

Göründüyü  kimi,  Lənkəran  rayonu  şivələrində  işlənən  sərab 
«abqora,  qora  suyu»  sözü  həm  fars,  həm  Azərbaycan  ədəbi 
dillərində, eləcə də başqa türk dillərində və hətta klassik ədəbiyyat 
nümunələrində işlənən sərab sözündən fərqli mənada işlənir. Sərab 
                                                 
127
 Ərəb və fars sözləri lüğəti, s.552 
128
 Azərbaycan dilinin izahlı üğəti. IV cild, Bakı, 1987, с.60-64 
129
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика), II т., стр.37 
130
  Гулямов  Х.  Узбекско-таджикские  языковые  связи  (лексико-этимологи-
ческое исследование). Ташкент, 1983,  стр.41 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə