Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə17/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   13   14   15   16   17   18   19   20   ...   44

 
 
 
47 
2.2.3.1. Düzəltmə fellər 
 
Dialekt və şivələrdə düzəltmə fellər müxtəlif nitq hissələrindən 
fel  düzəldən  şəkilçilər  vasitəsilə  yaranır.  Həmin  şəkilçilər 
aşağıdakılardır: 
-la,  -lə  şəkilçiləri  və  onun  fonetik  variantları  ilə  düzələn 
düzəltmə  fellər.  Bu  şəkilçilərlə  düzələn  fellərin  mənası,  əsasən 
qoşulduğu  ismin  mənası  ilə  bağlı  olur.  Düzəltmə  felin  mənaları 
həmin  felin  əsasında  duran  ismin  tək  və  ya  çoxmənalılığı  ilə 
şərtlənir;  məsələn:  biliqümələmək  «biliqümə  ilə  tutmaq»  (Ln.), 
kəmləmək  «torpağı,  qumu  xəlbirdən  keçirmək»  (Ab.,  B.), 
micələmək  «ovuclamaq»  (Ln.),  sərəkləmək  «ağzına  gələni 
danışmaq»  (Ş.),  hərələmək  «mişarla  kəsmək»  (M.),  həşələmək 
«danmaq, gizlətmək» (B., Y., Ln.),  çəpləmək  «avar çəkmək» (Ln., 
Sal.),  lığlamaq//liğləmək  «lığ  ilə  örtmək»  (Q.,  Ln.),  bətdəmək 
«tikmək, bağlamaq»  (B.),  mazatdamaq  «hörmətə mindirmək» (Y.) 
və s. 
-lan,  -lən  şəkilçiləri  ilə  düzələn  fellər:  səmələnmək  «boş-boş 
gəzmək,  işsiz  gəzmək»  (Y.,  Ş.),  xuylanmaq  «dəli  olmaq,  özündən 
çıxmaq» (Q., Y.) və s. 
-laş,  -ləş  və  onun  fonetik  variantları  ilə  düzələnlər: 
pəndəmləşmək «şişmək, çox yemək nəticəsində çətin nəfəs almaq» 
(B.),  pelemürtdəşmək  «ölgünləşmək,  solmaq»  (Ab.),  gərmləşmək 
«qızışmaq» (B., M.) və s. 
Başqa  şəkilçilərlə  düzələn  fellərə  misallar:  tijəmək  «yarmaq» 
(Y.), ləsəltmək «boşaltmaq, boşalmaq» (A., Ln., M., Y.) və s. 
 
2.2.3.2.  Mürəkkəb fellər 
 
Dialekt  və  şivələrdə  İran  mənşəli  sözlərlə  olmaq,  eləmək
tutmaq və s. köməkçi fellərin birləşməsi ilə mürəkkəb fellər yaranır.  
«Eləmək»  köməkçi  feli  ilə  düzələnlər:  Eləmək  köməkçi  feli, 
əsasən isimlərə, bəzən də sifətlərə qoşulur. Belə  mürəkkəb fellərin 
birinci  tərəfini  təşkil  edən  adlar  ismin  qeyri-müəyyən  təsirlik 


 
 
 
48 
halında  işlənir;  məsələn:  dəngəsəray  eləmək  «başını  ağrıtmaq» 
(Sal.),  dır  eləmək  «aralamaq»
109
    (A.,  Ln.,  M.),  lüpüst  eləmək 
«dərisini  soymaq»  (Y.),  kütah  eləmək  «qısaltmaq»  (Q.),  pesdeyi 
eləmək  «ehtiyata  saxlamaq»  (Ab.,  B.),  sərdəsi  eləmək 
«başdansovdu  etmək»  (B.),  vagirlik//vangirlik  eləmək  «dəm  tutmaq, 
səsinə səs vermək» (Ln.) və s. 
«Olmaq» köməkçi  feli ilə düzələnlər. Dialekt və  şivələrdə  İran 
mənşəli  sözlərlə  köməkçi  «olmaq»  felinin  birləşməsindən  əsasən 
təsirsiz fellər əmələ gəlir. «Olmaq» feli həm isim, həm də sifətlərlə 
birləşmək  mürəkkəb  fel  yaradır;  məsələn:  binişt  olmaq  «məskən 
salmaq, yurd salmaq, oturaq həyata keçmək» (Y.), dəngəsər olmaq 
«başı  ağrımaq»  (Sal.),  gərm  olmaq  «qızışmaq»  (B.), 
pelemürt//peləmird  olmaq  «ölgünləşmək,  solğunlaşmaq»  (Ab.), 
papi  olmamaq  «əhəmiyyət  verməmək,  fikir  verməmək»  (Ab.,  B., 
Y.,  Ln.,  M.),  pəndəm//pəndüm  olmaq  «şişmək,  çox  yemək 
nəticəsində çətin nəfəs almaq» (B., Y.) və s. 
Başqa  fellərlə  düzələn  mürəkkəb  fellərə  misallar:  küşti  tutmaq 
«güləşmək, qurşaq tutmaq» (A., Ln., M.), bin tutmaq 1. «oturmaq, 
oturaq  həyata  keçmək»;  2.  «kök  tutmaq»  (Y.),  mas  vermək  «ələ 
salmaq»  (S.),  yek  getmək  «mübahisə  etmək,  dalaşmaq»  (B.),  cü 
birəxmağ  «şaiyə  buraxmaq»  (B.),  mazata  salmaq//mindirmək 
«hörmətə mindirmək» (B., S., Y.) və s. 
 
2.2.4.  Zərf 
 
Şərq  qrupu  dialekt  və  şivələrinə  keçmiş  İran  mənşəli  sözlər 
arasında zərflər də müəyyən yer tutur. Alınma sözlərdə ən çox tərz-
hərəkət  zərflərinə  rast  gəlinir.  Struktur  baxımından  onlar  sadə  və 
mürəkkəb  olaraq  iki  qrupa  ayrılır.  Əldə  olan  materiallara  əsasən 
demək  olar  ki,  Azərbaycan  dilinin  öz  zərf  düzəldən  şəkilçiləri 
vasitəsilə  alınma  sözlərdən  zərf  əmələ  gəlməsi  müşahidə 
olunmamışdır. 
                                                 
109
 Меджидова А.Б. Ленкоранский говор азербайджанского языка. АКД, стр.21 


 
 
 
49 
2.2.4.1.  Sadə zərflər 
 
kəm  «az»,  «kirt»,  «tamam»  (C.,  Ln.,  M.,  A.),  dır  «aralı»  (A., 
Ln.,  M.),  sərdəsi  «başdansovdu»  (Ab.,  B.),  xəvəki  «qəflətən, 
birdən». 
 
2.2.4.2.  Mürəkkəb zərflər 
 
Dialekt və şivələrdə müşahidə edilən mürəkkəb zərflər  müxtəlif 
yollarla  düzəlir. 
1) Eyni sözün təkrarı ilə; məsələn: qədə-qədə «gizli» (C.), rizə-
rizə «zolaq-zolaq» (A., Ln., M.) və s. 
2) Sözlərin birləşməsi ilə; məsələn: peydəri «fasiləsiz» (Ab., B.), 
peydərpey  «dalbadal»  (B.),  səsməkün  «səssiz»  (B.),  tələtədili 
«tələsik» (Q.).  
3)  -a,  ,  -ba,  -bə  bitişdirici  ünsürlərin  köməyi  ilə  düzələnlər: 
dübədü «təkbətək» (B.), ruberu «üzbəüz» (Y., C.), ləbələb//lebələb 
«çox  dolu»  (B.,  Ln.),  peşdəpeşt  «fasiləsiz»  (C.),  sərasər  «başdan-
başa» (B.) və s. 
Şərq  qrupu  dialekt  və  şivələrində  işlənən  İran  mənşəli  sözlər 
arasında  bir  bağlayıcı  (şayət  «əgər»  (B.,  Y.),  iki  modal  söz 
(gavar//gavər «deyəsən» (Q., Y., Ln.), gəsi «bəlkə» (B., Ln.) qeydə 
alınmışdır. 
Dialekt  və  şivələrdə  alınma  sözlərin  morfoloji  mənimsənilməsi 
ilə bağlı yuxarıda qeyd edilmiş faktlar və kifayət qədər misallar belə 
bir  nəticəyə  gəlməyə  əsas  verir  ki,  onların  Azərbaycan  dilinə 
keçməsi  sistemsiz  və  xaotik  proses  deyil,  həmin  dilin  fonetik-
morfoloji  qayda-qanunlarına  tabe  olması,  onun  sisteminə  daxil 
olaraq  başqa  sözlərlə  bərabərhüquqlu  şəkildə  bütün  səviyyələrdə 
aktiv iştirak edə bilməsi yolu ilə baş verir. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə