Азярбайъан елмляр академийасы



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə20/44
tarix01.02.2018
ölçüsü2,8 Kb.
#23401
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

 
 
 
56 
sözü  sələb şəklində Bakı  dialektində müşahidə edilir. Burada  r ~ l 
əvəzlənməsi göz qabağındadır. Sələb «şərbət» anlamını bildirir. 
Sərəк  //  sərəy  «ağılsız,  gic,  axmaq»  (Ş.)  –  Əhməd  çox  sərəy 
adamdır.  Fars 
رس
  və 
ك
  sözdüzəldici  şəkilçisinin  birləşməsindən 
yaranmışdır.  Şamaxı  dialektində  və  Yardımlı  rayonu  şivələrində 
«ağılsız,  gic,  axmaq»  mənasında  səy  sözü  də  işlənir.  –Nə  səy 
adamsan  (Ş.);  Səy-səy  danışma  (Y.)  Demək  lazımdır  ki,  səy  sərəy 
sözündən  hecanın  düşməsi  nəticəsidir.  Heca  düşməsi  Azərbaycan 
dilinin dialekt və şivələri üçün səciyyəvidir. 
Sərək  sözünə  fel  düzəldən  -lə  şəkilçisi  artırmaqla  sərəkləmək 
feli də düzəlmişdir. -İclaslarda sərəkləmək ayıbdı (Ş.). 
Səkəm  «yarıya  qədər  doldurulmuş»  (Ş.)
131
.  Fars  sər  və  кəm 
sözlərinin  birləşməsindən  yaranmışdır.  -Bu  səkəm  çuvalları  hara 
aparırsuz. 
Sərdig  «qazan  qapağı»  (Q.).  Fars 
س
  sər  «qapaq»  və  dig 
«qazan»  sözlərindəndir.  Azərbaycan  dilinin  dialektoloji  lüğətinin 
çapda  olan  yeni  nəşrində  bu  sözün  mənası  «taxtadan  qayrılmış 
qazan qapağı» kimi açıqlanır. 
Şərq  qrupu  dialekt  və  şivələrində  «qazan  qapağı»  mənasında 
başqa  sözlərin  işlənməsi  də  müşahidə  edilir.  Məsələn,  Salyan 
rayonu şivələrində həmin mənada sərduvağ sözü işlənir. - Qazanın 
sərduvağı  yoxdu 
132
.  Şərqi  Abşeron  şivələrində  isə  sərpuş  sözü 
həmin  mənanı  ifadə  edir
133
.  Şamaxıda  piyalə  və  ya  kasa  qapağı 
sərcam adlanır
134
.  
 Sərnigün  (olmaq)  «başı  aşağı  olmaq,  başı  batmaq»  (B.). 
X.Qulyamov  özbək-tacik  dil  əlaqələrindən  bəhs  edərkən  sərnigün 
sözü  haqqında  yazır:  «Bütün  türk  dillərindən  ancaq  özbək  dilinin 
tərkibində  bu  sözə  rast  gəlinir.  A.Nəvai  öz  əsərlərində  sərnigün 
sözünü işlətmişdir və lüğət müəllifləri onun iki mənada işləndiyini 
qeyd  edirlər:  1)  başıaşağı,  devrilmiş,  çevrilmiş;  2)  məc.  rüsvay 
                                                 
131
 Şirəliyev M. Azərbaycan dialektologiyasının əsasları. Bakı, 1962, s.344 
132
  Ramazanov  K.T.  Azərbaycan  dilinin  Salyan  dialekti.  Namizədlik  disserta-
siyası, Bakı, 1956, s.378 
133
  Vəliyeva  G.Q.  Azərbaycan  dili  Şərqi  Abşeron  şivələrinin  leksikası 
(müqayisəli-tarixi tədqiqat). Namizədlik dissertasiyası, s.36 
134
 Azərbaycan dilinin dialektoloji lüğəti. 1964, s.359 


 
 
 
57 
edilmiş,  biabır  olmuş;  bəxti  gətirməyən»
135
.  Sitatın  birinci 
cümləsindəki  fikirlə  razılaşmaq  çətindir.  Çünki  klassiklərimizin 
əsərlərində  sərnigün  sözünə  rast  gəlinir  və  onun  1)  başıaşağı, 
başayaq;  2)  devrilmiş,  yıxılmış,  məhv  edilmiş;  3)  məc.  talesiz, 
bəxtidönük,  bədbəxt  mənaları  göstərilir
136
.  Hazırda  Azərbaycan 
ədəbi  dilində  işlənməsə  də,  Bakı  dialektində  «başıaşağı»  (olmaq
mənasında sərnigün olmaq sözünə rast gəlinir
137

Sərxe//sərxeyir  «toyu  idarə  edən  şəxs»  (ƏB.,  Y.,  M.,  Sal.). 
Sərxeyir  Azərbaycan  dilinin  dialektoloji  lüğətinin  çapda  olan  yeni 
nəşrində  göstərilmiĢdir.  Sərxey//sərxe  variantları  isə  müəllif 
tərəfindən  material  toplanarkən  Yardımlı  və  Masallı  rayonları 
şivələrində  qeydə  alınmışdır.  İlk  baxışdan  elə  görünür  ki,  sərxeyir 
sözü fars sər və ərəb xeyir sözlərinin birləşməsindən yaranıb. Bizə 
elə gəlir ki, həmin söz fars dilindəki  
ليخ رس
 (sərxeyl) sözündəndir. 
Fars dilində bu söz tarixizm hesab olunur və «atlı dəstəsinin başçısı, 
rəisi» mənasını ifadə etmişdir
138
. Güman olunur ki, semantik inkişaf 
nəticəsində həmin söz Azərbaycan dilində «toyu, məclisi idarə edən 
adam»  mənasını  qazanmışdır.  Sözün  sonundakı  r  səsi  r  -  l 
əvəzlənməsinin nəticəsidir. Yardımlı və Masallı rayonu şivələrində 
sözün sonundakı l səsi düşmüş və sərxe//sərxey fonetik variantında 
işlənir. -Məmmədəli toylarda zor sərxeyir olar (Sal.); Bugün toyda 
sərxe kimdi? (M.). 
Şərq  qrupu  dialekt  və  şivələrində  «toyu,  məclisi  idarə  edən 
adam»  mənasında  sərpayi  //  sərpay  //  sərpoy  //  sarpay  sözləri  də 
işlənir.  -  Sərpayi  tuydə,  qunağluğda  qunağlara,  gələnlərə  qulluq 
eliyən adamdu (Q.). 
Azərbaycan  dilinin  izahlı  lüğətində  sərpayı  sözü  ilə  əlaqədar 
yazılır:  «is.  (fars.)  köhnə.  Böyük  məclisi,  toyu  və  s.  idarə  edən 
adam;  ayaqüstü»
139
.  Göründüyü  kimi,  sərpayı  fars  mənşəli  söz 
hesab  olunur.  Müasir  fars  dilində  sərpayi  omonim  söz  kimi 
verilmişdir:  sərpayi  I  «ev  ayaqqabısı»;  sərpayi  II  1)  qulluğa 
göndərilən  oğlan  uşağı;  yüngül  işləri  görmək  üçün  qulluqçu;  2) 
                                                 
135
 Гулямов Х. Göstərilən əsəri, s.48 
136
 Ərəb və fars sözləri lüğəti, s.557 
137
 Şirəliyev M. Bakı dialekti, s.192 
138
 Персидско-русский словарь (под ред. Ю.А.Рубинчика). Пт., стр.48 
139
 Azərbaycan dilinin izahlı lüğəti. IV c., Bakı, 1987, s.62 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə