160
keçərkən şahzadə rus qoşunlarının sərhəddi keçdiyini və Abaranda qala
tikmələri haqqında İrəvan sərdarından məlumat aldı. Bu xəbərdən təsirlənən
şahzadə o saat polkovnik Bartolomeyi yanına çağırıraraq deyir ki, ruslar bir
tərəfdən nümayəndə, digər tərəfdən isə qoşun göndərirlər. Buna görə cənab
Bartolomey
işi dayandırmaq üçün geri qaytarıldı. O, Araz çayı yanında
knyaz
Menşikovla qarşılaşır və ondan qalanın tikintisini dayandırmaq üçün
kağız alaraq Tiflisə gəlir. Lakin artıq bütün qoşunlar Göyçə sahilində da-
y
anmışdı. Müharibə başlayır və bizimkilər (ruslar-E.Q.) 300 nəfər itki
v
erərək geri çəkilir» (11,140-142).
O, ikinci
məktubda isə həm P.D.Sisyanov, həm də A.P.Yermolov
haqqında maraqlı məlumat verilmişdi. Məktubda yazırdı: «Buradakı
başçıların (Qafqazdakı rus qoşunlarının baş komandanları-E.Q.)
şöhrətpərəstliyi Rusiyaya baha başa gəlmişdi. Sisianovun şöhrətpərəstliyi,
böyük qabliyy
ətlə, qələbə və hiylələrlə himayəçiliyə keçirdiyi dörd xanlıq
Rusiyaya 10 il
müharibəyə başa gəlmişdi. İndiki başçının (Yermolov-E.Q.)
şöhrətpərəçtliyi isə yeni müharibəyə gətirib çıxarmışdı. Bunu əsirlərin
dəyişilməsi üçün razılıq əsasında yanına adam göndərdiyim Abbas Mirzə də
təsdiq edir. …Mənim fikirimcə burada müharibənin başlanmasında Yer-
molovun
müxtəlif hiylələri səbəb olmasilə hamı razıdır. Döyüşdə əsir
alınmış gəncəli Uğurlu xan qorxudan bunu təsdiq etmiş və sonra məxfi ifadə
v
ermişdi… Digər iranlılar və azərbaycanlılar indiki qızışan müharibə
haqqında belə izahat verirdilər: Düzdür müharibəni biz (şah hökuməti-E.Q.)
başlamışıq. Lakin Yermolovun bizə münasibətini görərək müharibəyə on
ildir ki, haz
ırlaşırıq. Bizi silahlı olmağa məcbur edirdilər, sizin dayanmadan
hücumunuzdan qorxaraq
qoşun saxlamağa məcbur idik…(11,16-17).
Müharibənin başlanmasında rus qoşunlarının baş komandanı Yermolovun
mənfi keyfiyyətlərinin böyük rolundan bəhs edən bu sənədlərdən əlavə, had-
isələrin canlı şahidləri də bu haqda məlumat vermişlər. Belə şahidlərdən biri
yaz
ır ki, «Sülh münasibətlərinin olduğu vaxt iranlılar müharibə elan
etmədən İrəvan tərəfdən qəflətən bizim torpaqlara yürüş etdilər. Çoxları bu
müharibənin səbəbını şöhrət qazanmaq arzusunda olan Yermolovun fit-
nəkarlığında görürdü… O, şah sarayı ilə ədəbsiz rəftar edirdi, tez-tez onlara
sataşır və hər cəhətdən ingilislərin İranda nüfuzuna mane olmağa çalışırdı.
Şübhəsiz o, bizə lazım olan İrəvan xanlığına paxıllıqla baxırdı. Bundan
əlavə, o dövrdə sərhəd xəttində yaşayan və İrəvan xanı tərəfindən müdafiə
olunuan
köçəri tatarlara (Azəri türkləri-E.Q.) və qarapapaqlılara həddini
bildirmək istəyirdi» (173,9-10). Beləliklə, qeyd edilən sənədlərdən görünür
ki,
müharibənin başlanmasında Rusiya tərəfinin də az günahı olmamışdı.
161
İrəvan torpaqlarını geri qaytarmaq üçün Hüseynqulu xan Rusiya ilə
Qacar
İranı arasında başlayan hərbi əməliyyatlardan yararlanmaq qərarına
gəldi. 1826-cı il iyulun ortalarında İrəvan qoşunu dörd istiqamətdə Şuragöl
v
ə Pəmbəyə yürüşə başladı. Bu zaman İrəvan qoşunlarının sərhəddə
düzümü
belə idi: Hüseynqulu xanın başçılığı ilə 6 topa malik 2 batalion,
3000 süvari
dəstə Mirəkdə, İrəvan xanının qardaşı Həsən xanın başçılığı ilə
5000
nəfərlik qoşun Gümrü istiqamətində, 1000 nəfərə yaxın digər dəstə isə
Göy
çə gölü ətrafında cəmləşmişdi (5,470).
İlk yürüş 1826-cı il iyulun 16-da səhər tezdən başladı. Hüseyinqulu
xanın başçılığı ilə 5 min nəfərlik İrəvan qoşunu Mirək kəndində yerləşən rus
göz
ətçi məntəqəsinə hücum etdi. Həmin vaxt kənddə polkovnik knyaz Se-
varsamidzenin
başçılığı ilə 3 topa malik 650 nəfərdən ibarət rus qoşunu var
idi.
İrəvanlıların qəfl hücumu polkovniki çaşdırdı. O, vaxt qazanmaq üçün
bir
ermənini məktubla xanın yanına göndərərək, ondan bu hücumu da-
y
andırmağı xahiş etdi. Lakin elçiyə xəbər verilir ki, xan knyazla danışıq
aparmağa ehtiyac bilmir və onun özünü məhv etmək niyyətindədir.
Hüseynqulu xan Sevarsamidzeni
öldürənə 3 min çervon miqdarında
mükafat
təyin etmişdi. İrəli atılan İrəvan süvariləri ilk hücumda 9 kazakı
əsir götürdü. Hüseyinqulu xan rusların Gümrü ilə əlaqəsini kəsməklə onları
məhv etmək niyyətində idi. Lakin knyaz xanın bu niyyətini başa düşərək
düşərgəni tərk etmək qərarına gəldi. Beləliklə, o, İrəvan qoşununun təqibi
altında qoşunla Gümrüyə gəlib çatdı (110,355; 304,34-37). Bu hücumda
xeyli rus
əsgəri öldürüldü, rus alayına məxsus 450 at və ruslara sığınmış 200
erməni ailəsi irəvanlılar tərəfindən ələ keçirildi (5,470).
İkinci İrəvan qoşunu Həsən xanın başçılığı ilə Şuragöl sərhəddində
cəmləşmişdi. Onun süvari dəstəsi eyni vaxtda Kiçik Qarakilsə kəndində yer-
ləşən rus gözətçi məntəqəsinə hücum etdi. Bu əməliyyatda İrəvan qoşunu
kəndi ələ keçirərək onu yandırmış, 150 nəfər əsir almış, çoxlu mal-qara və
ruslara
məxsus ilıxını qənimət götürmüşdü. Digər tərəfdən xan şuragöllüləri
İrəvana köçürmək üçün hiyləyə əl atdı. Xanın adamları əyalətin ruslar
tərəfindən guya İrəvana güzəşt ediləcəyi şayəsini yaymağa başladı. Şuragöl
hakimi Budaq Sultan bu
çağrışa müsbət cavab verdi. Əhalini köçürmək
üçün
Həsən xan sultanın yanına Hamo və Qafar xanın başçılığı ilə 300-ə
qədər atlı dəstəsi göndərdi. Lakin İrəvan xanı əhalini öz tərəfinə çəkə
bilmədi. Yalnız Budaq Sultana yaxın altı ailə İrəvana köçürüldü (215,353-
354; 110,355).
İyulun 16-da İrəvan xanlığının min nəfərdən ibarət digər dəstəsi
Böyük
Qarakilsə kəndindən 18 verst aralıda, Qəmzəçəmən çayı kənarında
y
erləşən rus gözətçi məntəqəsinə hücum etdi. Burada yerləşən məntəqə ta-
Dostları ilə paylaş: |