32
Texnokrat nəzəriyyəsinə görə hakimiyyətdə, rəhbərlikdə
olan korporativ sistemin əsas məqsədi yalnız maksimal mənfəət
əldə olunmasına yönəlməməlidir, o həm də mikro və makro sə-
viyyədə inkişafa xidmət etməklə, iqtisadiyyatda baş verən neqa-
tiv təsirlərin (böhran, inflyasiya, işsizlik və s.) aradan qaldırıl-
masında müvafiq dövlət institutları ilə birgə vahid proqram çər-
çivəsində çalışmalıdır. Eyni zamanda, dövlətin iqtisadi tənzim-
lənməsində belə müəssisə və şirkətlərin fəaliyyətinə münbit zə-
min yaradılmaqla, onların daha məhsuldar çalışmasına dəstək
verilməlidir (17,s.61). Bu nəzəriyyəyə əsasən, məhz belə müəs-
sisələr istehsalın genişləndirilməsinə, yeni və müasir tələblərə
cavab verən məhsullar istehsalına, məqsədli investisiya qoyuluş-
larına, qabaqcıl innovasiya tədbirlərini həyata keçirməyə, yük-
sək ixtisaslı və peşəkar kadr, işçi heyəti hazırlamağa qadir olur-
lar. Ümumilikdə, artıq dünyada mövcud olan iri və transmilli
şirkətlər bu əsaslara yaxın olmaqla fəaliyyət göstərirlər. Müvafiq
müəssisə və şirkətlərin bir mühüm səciyyəvi cəhəti də ondadır
ki, burada ayrı-ayrı sahibkarlara məxsus kapitala sahiblik hüqu-
qu çox yüksək deyildir (məsələn, BP, Ford, Microsoft-Word
və s.), əksinə, adi vətəndaşlara və xırda səhmdarlara məxsus
səhm paketi 60-70% olmaqla öz yüksək üstünlüyi ilə fərqlənir
(17, s 63). Bu amil bir növ, artıq iqtisadçı və alimlər tərəfindən
etiraf edildiyi kimi, xüsusi kapitalın böyük hissəsinin bazar
münasibətləri şəraitinə uyğun olmaqla ictimailəşməsinə doğru
getdiyini göstərir. Xüsusilə, son illərdə dünyada baş verən ma-
liyyə böhranı nəticəsində müflisləşmə şəraitində olan iri və qa-
baqcıl müəssisələrin fəaliyyətini davam etdirməsini təmin etmək
məqsə-dilə, onlara dövlət tərəfindən verilən irihəcmli maliyyə
yardımları nəticəsində, həmin subyektlərə məxsus kapitala sa-
hiblik hüququnun, səhm paketinin dövlətin nəzarətinə keçməsi
bu prosesi bir qədər də sürətləndirir. Texnokrat nəzəriyyəsinin
müasir davamçıları dünyada baş verən proseslərin iqtisa-
diyyatın inkişafında bazar münasibətlərinin səmərəli və zəruri
prinsipləri saxlanılmaqla, idarəetmə, iqtisadiyyat və istehsal
33
sahələrində sosializmə xas xüsusiyyətlərin formalaşmasını sübut
etməyə çalışırlar.
Bazar münasibətləri şəraitində iqtisadi inkişafın planlaş-
dırılması və proqnozlaşdırılması ilə bağlı nəzəri-konseptual ya-
naşmalar XX əsrdə daha aktuallığı ilə çıxış etməkdədir. Müvafiq
konseptual yanaşma sosializmdə mövcud olan planlı təsərrüfat
və idarəetmə sistemindən əsaslı şəkildə fərqlənməklə, özünün
tövsiyəvi xarakteri, iqtisadiyyat sahələrinin və təsərrüfat müəs-
sisələrinin fəaliyyətinin uzlaşdırılması, sağlam bazar və rəqabət
mühitinin yaradılması, milli iqtisadiyyatın səmərəliliyinin artırıl-
ması və prioritet istiqamətlərinin müəyyən edilməsi kimi mü-
hüm cəhətləri ilə əhəmiyyət kəsb edir. Belə təcrübə geniş şəkil-
də ilk dəfə İkinci Dünya müharibəsindən sonra Almaniya və Ya-
poniyada (10-25 illik iqtisadi plan və proqramlar şəklində) tətbiq
edilmiş və bu ölkələrin iqtisadiyyat sahələrinin, sənaye və digər
təsərrüfat subyektlərinin dünyada qabaqcıl yerlərə çıxmasında
önəmli rol oynamışdır (18,s.39-40). Artıq inkişaf etmiş ölkələ-
rin təcrübəsində belə orta və uzun müddətli plan və proqramla-
rın tətbiqi dövlət və bazar subyektləri səviyyəsində əsaslandırıl-
maqla qəbul edilir. Belə konsepsiyalar ölkə və beynəlxalq aləm-
də baş verən əhəmiyyətli amillərin təsirini nəzərə almaqla daim
təkmilləşməkdədir. Müasir iqtisadi inkişaf planları, proqramları
və proqnozları hazırlanarkən müəssisə və təsərrüfat subyektlə-
rinin perspektiv imkanları, iqtisadiyyat sahələrinin inkişaf istiqa-
mətləri və onun zəruriliyi, əldə olunacaq nəticələrin iqtisadi və
maliyyə baxımından qiymətləndirilməsi və digər bu kimi mü-
hüm amillər əsas götürülür. Hazırkı dövrdə iqtisadi inkişaf plan-
ları və proqnozları dövlətin milli və iqtisadi təhlükəsizliyi ilə
birbaşa bağlı olduğu üçün onun tərtibi nəzəri və praktik baxım-
dan ciddi şəkildə əsaslandırılmaqla, zərurət olduqda ona əlavə
və dəyişikliklər edilir. Müvafiq plan və proqnozların əsas məq-
sədi – iqtisadiyyatın optimal inkişaf səviyyəsinə nail olmaq,
məşğulluq problemini həll etmək, inflyasiyanın qarşısını almaq
və digər bu kimi mühüm məsələlərin həllinə nail olmaqdır
34
(18,s.47). Qeyd edilən proqram və proqnozların tərtibi müəssisə,
təsərrüfat subyektləri, iqtisadiyyat sahələri tərəfindən hazırlanan
iqtisadi inkişaf proqram və proqnozları ilə bağlı olub, onlar ara-
sında ciddi əlaqəlilik yaradır. XX əsrin II yarısından başlayaraq
bir çox iqtisadçı və alimlər, institutlar artıq dövlət və müəssisə
səviyyəsində iqtisadi inkişaf proqramlarının, planlarının və
proqnozlarının hazırlanmasına xüsusi üstünlük verməklə, bu
prosesdə fəal iştirak etməyə başlamışlar. Xüsusilə, texnokrat, in-
stitutsional nəzəriyyələrin nümayəndələri müəssisənin fəaliyyət
dairəsinin genişlənməsi məsələlərinə xüsusi diqqət yetirməklə,
burada müəssisə daxili və xarici amilləri nəzərə alıb, təsərrüfat
fəaliyyətinin elmi və praktik əsaslara uyğun planlaşdırılmasını
önəmli sayırlar (19, s. 234).
Müvafiq plan və proqnozlar hər iki səviyyədə (istər dövlət,
istərsə də müəssisə) hazırlanarkən, onların üç növü əsas diqqət
mərkəzində götürülür:
1. Uzun müddətli (10-25 illik);
2. Orta müddətli (3-5 illik);
3. Qısa müddətli (1 illik).
Bazar münasibətləri şəraitində planlaşdırmaya daha çox
mikro, müəssisə səviyyəsində yanaşmaya üstünlük verilir və bu
amil istehsal fəaliyyətinin, qoyulan investisiyaların, tətbiq edilən
innovasiyaların bazarın dəyişən tələblərlə uzlaşması, subyektin
mənfəətlilik imkanlarının artırılması, bazarda rəqabət qabiliy-
yətinin gücləndirilməsi ilə sıx bağlıdır. Belə ki, istehsal olunan
məhsulun həcminin, keyfiyyətinin artırılması və ya yeni, təkmil
məhsul növünün istehsalı, müəssisədə struktur dəyişikliklərinin
həyata keçirilməsi, bazarda marketinq tədqiqatlarının aparılma-
sını, nəzəri və praktiki cəhətdən əsaslandırılmış plan və proq-
nozların hazırlanmasını, fəaliyyət sahələrinin piroritet istiqa-
mətləri üzrə elmi-texniki tərəqqinin müəyyən edilməsini zəruri-
ləşdirir. Müvafiq əsaslara uyğun olaraq istehsal fəaliyyətinin ge-
nişləndirilməsi, yeni investisiya qoyuluşları və innovasiya təd-
birlərinin konkret və məqsədli tətbiqi ilə bağlı ciddi qərarlar qə-
Dostları ilə paylaş: |