37
işçi heyəti arasındakı ixtilaflar, ciddi fikir ayrılıqlarının tədricən
aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
1.2. Təsərrüfat subyektlərinin fəaliyyətində
təĢkilati - idarəetmə sisteminin formalaĢmasının
elmi əsasları və onun funksiyaları
Müasir şəraitdə təsərrüfat subyektlərində təşkilati-idarə-
etmənin ən mühüm dayaqlarını onun
elmi-praktik cəhətdən əsas-
landırılmış sistemi və yarımsistemi təşkil edir. Təşkilati-idarəet-
mə sisteminin səviyyəsi müəssisə və təsərrüfat
subyektlərinin rə-
qabət qabiliyyətinin və səmərəli fəaliyyətinin nəticələrinə görə
müəyyən edilir. Aparılan tədqiqatlar göstərir ki, bazar münasi-
bətlərinə keçid iqtisadiyyatlı ölkələrdə idarəetmə sisteminin elmi
cəhətdən əsaslandırılmasına və bu sistemin formalaşdırılmasına
istiqamətlənmiş tədbirlər təxmi-nən müəssisədə ümumi fəaliyyət
həcminin 10 % - dən azını təşkil edir. Eyni zamanda, bu ölkələr-
də resurslardan istifadənin səmərəliliyi inkişaf etmiş ölkələrlə
müqayisədə təxminən 2-3 dəfəyə qədər aşağıdır. Təbii ki, bu za-
man ilk növbədə istehlakçılara çatdırılmış son məhsul vahidinə
düşən resurs məsrəfləri nəzərdə tutulur. Qeyd olunan göstərici-
nin səviyyəsinə görə müvafiq ölkələr, o cümlədən, MDB-yə da-
xil olan dövlətlər Qərbi Avropa, Yaponiya və ABŞ-dan təxmi-
nən üç dəfəyə qədər geri qalmaqdadır (22, s. 130-131) .
Təşkilatı idarəetmə sisteminin elmi-praktik cəhətdən sə-
viyyəsinin yüksəldilməsi fikri, ilk növbədə yüksək ixtisaslı mü-
təxəssislər, alimlər və menecerlər tərəfindən sərf edilən əməyin
səmərəliliyi ilə sıx bağlıdır. Qeyd etmək lazımdır ki,
belə yüksək
intellektual səviyyəli və peşəkar mütəxəssislərin, kadr heyətinin
əməyi fiziki əməyin səmərəliliyi ilə müqayisədə çox yüksək
olub, xüsusi yaradıcılıq imkanları ilə fərqlənir. Məhz bu baxım-
dan məhsulun istehsalı və emalı mərhələsinə çəkilən xərclərlə
yanaşı, peşəkar idarəetmə, strateji marketinq və planlaşdırma