29
xüsusi diqqət yetirilir(16, s. 256).
Müasir dövrədək ABŞ, bir çox
Qərbi və Şərqi Avropa ölkələrində, o cümlədən MDB-yə daxil
olan əksər dövlətlərdə (Azərbaycanda da) monetarizm nəzəriy-
yəsi müəyyən düzəlişlər olunmaqla tətbiq edilməkdədir. Xüsu-
silə, son dövrdə dünyada baş verən maliyyə, iqtisadi böhranın-
dan çıxış yolları axtarılarkən bu nəzəriyyədən irəli gələn bir çox
müddəalara üstünlük verilməsi məqsədəuyğun sayılmaqdadır.
Neoliberalizm iqtisadi nəzəriyyədə və praktikada artıq sər-
bəst reqlamentasiyadan uzaq olub, özünü tənzimləmə prinsip-
lərinə əsaslanan ayrıca bir istiqamət kimi səciyyələnir. Müvafiq
nəzəriyyə liberalizm baxışları ilə müəyyən mənada uyğunluq
təşkil etməklə nəzərə çarpır. Müasir iqtisadi liberalizm nəzəriy-
yəsinin nümayəndələri iki əsas prinsipdən çıxış edirlər. Birincisi,
bazar iqtisadi inkişaf üçün daha əlverişli şərait yaratmaqla, sə-
mərəli iqtisadi idarəetmə və istehsal münasibətlərinin fəaliyyə-
tinin formalaşmasına təsir göstərir. İkincisi, iqtisadi və istehsal
fəaliyyətində sərbəstliyi prioritet kimi götürür(16,s.278). Libe-
ralizmdə dövlətin əsasən rəqabət mühitini təmin etmə və iqtisadi
tənzimləmə sistemində mövcud olan
zəif həlqələr üzərində nəza-
rəti həyata keçirmə funksiyaları xüsusi üstünlüklə irəli sürülür.
Lakin, müasir dövrdə iqtisadi şəraitdən və inkişaf səviyyəsindən
asılı olaraq, dövlət iqtisadi tənzimləmə proseslərində müxtəlif
formalarda geniş və aktiv şəkildə iştirak etməkdədir.
Neoliberalizm tərəfdarları bazar subyektlərinin, müəssisə və
təsərrüfat subyektlərinin imkanlarını daha geniş qiymətləndi-
rərək, belə bir fikri əsaslandırırlar ki, məhz bazar iştirakçıları,
xüsusi mülkiyyət iqtisadi inkişafı təmin etməklə, qarşıya çıxan
fəsadları, inflyasiyanı aradan qaldıra bilər. Bu nəzəriyyənin əsa-
sını qoyub, onun başlıca yaradıcılarından olan Fridrix fon Xayek
istehsal və əmək münasibətlərində, xüsusilə də insan fəaliyyə-
tində maksimal sərbəstlik prinsipinin tərəfdarı kimi çıxış etmiş-
dir (16, s. 307). Belə yanaşma bir növ müəssisə və təsərrüfatla-
rın bazarda fəaliyyət və manevretmə imkanlarının artırılması,
insanın intellektual və yaradıcılıq qabiliyyətinin yüksəlməsi ilə