38
mərhələsində sərf edilən xərclər daha əhəmiyyətliliyi ilə seçil-
məlidir.
Aparılan tədqiqatlar göstərir ki, keçmiş postsovet məkanın-
da mövcud olmuş ölkələrdə peşəkar idarəetmə və menecment,
marketinq, audit və iqtisadi inkişafın yüksəldilməsi baxımdan
vacib olan digər bu kimi strukturlar yox səviyyəsində olmuş və
iqtisadiyyatla bağlı nəzəri əsaslara kifayət qədər diqqət yetiril-
məmişdir. Müasir şəraitdə inkişaf etmiş ölkələrin təcrübəsi gös-
tərir ki, bütövlükdə adı çəkilən sahələr nəinki bu ölkələrdə inki-
şaf etmiş, eyni zamanda onların fəaliyyəti daha çox informasiya
kommunikasiya texnologiyaları, təkmil proqram təminatı ilə əla-
qələndirilmişdir (23, s. 117). Həmçinin, müvafiq sistemin təşki-
lində və idarə edilməsində iqtisadi qanunlardan, nəzəri-metodo-
loji əsaslardan, müasir metod və modellərdən istifadəyə də xü-
susi əhəmiyyət verilir. Təşkilati idarəetmə sisteminin yarımsis-
temlərinin özünə məxsus tərkib elementləri mövcuddur ki, bun-
lara da aşağıdakıları şamil etmək olar:
- iqtisadi qanunların, həmçinin müəssisə və təsərrüfat sub-
yektlərinin spesifik qanunauyğunluqlarının, mövcud fəaliyyət
mexanizmlərinin tədqiqi;
- idarəetmə sisteminə elmi yanaşmaların tətbiq edilməsi;
- müxtəlif obyektlərin idarə edilmə prinsiplərindən istifa-
dənin məqsədəuyğunluğu;
- müxtəlif obyektlərin idarə edilməsində müasir metod və
modellərin tətbiqi.
Müasir şəraitdə mürəkkəb idarəetmə qərarlarının işlənib ha-
zırlanması və qəbul olunması zamanı həm iqtisadi qanunauy-
ğunluqlara, həm də mövcud təcürbə və tədqiqatların nəticələri-
nə üstünlük verilməlidir, bunlara isə aşağıdakıları şamil etmək
məqsədəuyğundur:
- tələb və qiymət arasındakı asılılıq;
- təklif və qiymət arasındakı asılılıq;
- tələb və təklif arasındakı asılılıq;
39
- rəqabət;
- istehlakçıların ehtiyaclarının artması;
- əşyalaşmış və canlı əməyə qənaət;
- istehsalın miqyasının səmərəliliyi;
- əlavə xərclərin artması;
- gəlirliliyin aşağı düşməsi.
Müasir təsərrüfat subyektində təşkilati-idarəetmə sistemi-
nin elmi əsaslandırılmış yarımsistemlərində keçid iqtisadiy-
yatının mexanizmi əhəmiyyətli rol oynayır. MDB ölkələri, o
cümlədən, Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövrü-
nü yaşayır və bu ilk növbədə inzibati amirlik və planlaşdırma
sisteminin elementlərindən bazar iqtisadiyyatına keçidi özündə
əks etdirir. Tədqiqatlar göstərir ki, bu ölkələr kimi, Azərbay-
canda da bazar iqtisadiyyatı mühiti fəaliyyət sferalarında və sa-
hələrində formalaşmağa başlasa da, lakin iqtisadi, hüquqi və
ənənəvi psixoloji münasibətlər sistemində səmərəli bazar təsər-
rüfatçılıq sisteminin tam təşəkkül tapması üçün əlverişli şərait
təxminən 20-30 ildən sonra mümkün olacaqdır. Təbii ki, bu
müddətə qədər ölkə tam bazar iqtisadiyyatına uyğunlaşma döv-
rünü və bu sahədə qarşıya çıxacaq çətinlikləri yaşamalı, təkmil-
ləşən iqtisadi münasibətlər sistemini formalaşdırmalıdır. Ölkə-
nin bazar iqtisadiyyatına keçidinə təsir edən əsas komponentlərə
aşağıdakıları şamil etmək olar:
- bazarın gözəgörünməz əl qanununun təşəkkül tapması;
-iqtisadiyyatda bazar münasibətlərinin dövlət tənzimlən-
məsinin əsaslandırılması (planlı iqtisadiyyat);
- beynəlxalq inteqrasiya münasibətləri, yeni informasiya
texnologiyaları, standartlaşdırma və sertifikatlaşdırma proseslə-
ri nəzərə alınmaqla beynəlxalq rəqabətin təmin edilməsi.
Ölkədə formalaşan qanunvericilik bazası, aparılan iqtisadi-
elmi tədqiqatlar, bu sahədə əldə olunan nailiyyətlər və həyata
keçirilən bir çox tədbirlər müasir şəraitdə Azərbaycanın tam
bazar iqtisadiyyatı münasibətlərinə keçidin mürəkkəbliyini və
40
istiqamətlərini aydın ifadə etdirmir. Qeyd etmək lazımdır ki,
ölkədə keçid iqtisadiyyatının tənzimlənməsi ilə bağlı qəbul
edilmiş bir çox normativ-hüquqi aktlar yetərincə təkmil xarakter
daşımamış, eləcə də bu proseslərə daha çox dərin və hərtərəfli
yanaşmanı özündə əks etdirməmişdir. Bundan başqa, elmi səviy-
yədə keçid iqtisadiyyatı proseslərinə, demək olar ki, sistemsiz
yanaşma özünü büruzə vermişdir. İqtisadi qanunlar, yanaşmalar
və prinsiplər keçid dövründə formalaşan iqtisadi münasibətlərin
immunal spektrlərini belə kifayət qədər əhatə etməmişdir. Eyni
zamanda, ölkənin iqtisad elmi keçid iqtisadiyyatının fəaliyyət
mexanizmini aydın müəyyənləşdirməmiş, ali məktəblər üçün
hazırlanan iqtisadiyyat, menecment (idarəetmə), marketinq və
digər bu yönümlü tədris vəsaitlərində resursla təminat, rəqabət
qabiliyyətinin təmin edilməsi, həyat şəraitinin yaxşılaşdırılması
və digər bu kimi komponentlər demək olar ki, ölkənin inkişaf
tenden-siyasını, problemlərini özündə zəif əks etdirməklə, daha
çox inkişaf etmiş ölkələrin iqtisadi ədəbiyyatlarına uyğun tərtib
edilmişdir.
Keçid dövründə formalaşan iqtisadi münasibətlərə daha
çox ideallaşdırılmış münasibət öz əksini tapmışdır. Daha doğru-
su, Qərbi Avropa ölkələrində və eləcə də ABŞ-da kifayət qədər
geniş yayılmış ideal münasibətlər bu dövrdə özünü büruzə ver-
mişdir ki, bu da bütövlükdə keçid dövrünün tam mənası ilə ba-
zar iqtisadiyyatı mexanizmi əsasında fəaliyyət göstərməsinə gə-
tirib çıxarmışdır (24, s. 87-88). Ölkənin ali təhsil müəssisələrin-
də tələbələrə verilən biliklər, demək olar ki, Qərb ölkələri şəra-
itində kifayət qədər tətbiqini tapmaq imkanına malikdir və bü-
tövlükdə Azərbaycanın iqtisadi reallıqlarına adaptasiya olunma-
mışdır. Qeyd etmək lazımdır ki, ölkə iqtisadiyyatının real im-
kanları ilə mütəxəssislərə tədris edilən iqtisadi idarəetmə bilik-
lərinin keyfiyyəti arasındakı fərqlilik getdikcə artmaqdadır. Tə-
ləbələrə, menecerlərə və mütəxəssislərə mütərəqqi texnologiya-
ların tətbiqi yolu ilə təşkilati-idarəetmə sistemlərinin elmi əsas-
landırılmış metodlarının tədris edilməsi xüsusi zərurətdən irəli
Dostları ilə paylaş: |