48
tsiklində, demək olar ki, mütəmadi iştirak etmirlər. Bu baxımdan
qeyd etmək lazımdır ki, bir sıra hallarda oxşar fərqlilik və qeyri-
dəqiqlik son nəticədə idarəetmə prosesini çətinləşdirə də bilər.
İdarəetmə funksiyalarının təhlil və qiymətləndirmə baxı-
mından uzlaşdırılması idarəetmə funksiyalarının tamlığının
təmin edilməsinə təsir göstərir. Mövcud şəraitin təhlili və qiy-
mətləndirilməsi, həm də qəbul edilən planların yerinə yetiril-
məsinə nəzarət və digər bu kimi amillər son nəticədə idarəetmə
proseslərinin reallaşdırılmasında xüsusi əhəmiyyət kəsb edir.
Qeyd etmək lazımdır ki, təhlil və qiymətləndirmə idarəetmənin
ümumiləşdirilmiş funksiyaları olmaqla, digər idarəetmə funk-
siyalarının səmərəli icrasını təmin edir. Məhz bu baxımdan, təh-
lil və qiymətləndirmə planlaşdırma, proqnozlaşdırma, nəzarət,
motivləşdirmə və digər funksiyalarla, demək olar ki, paralel şə-
kildə reallaşdırılmalıdır. İdarəetmə sistemində qeyd edilən funk-
siyalardan əlavə, bütövlükdə obyektin fəaliyyət tsiklinin mərhə-
lələri üzrə ayrı-ayrı konkret əməliyyatların yerinə yetirilməsi
üçün zəruri olan digər funksiyaların da real-laşdırılması vacib-
dir. Bunlara marketinq tədqiqatlarını, tətbiqi tədqiqatları, maddi-
texniki resurslarla istehsalçıların təchizatını və digər bu kimi
funksiyaları da aid etmək olar. İdarəetmə sisteminin digər kon-
kret funksiyaları da mövcuddur ki, bu da onların daha çox xü-
susi xarakter daşıması şərtlərindən irəli gəlir. Beləliklə, ümumi
yekunlaşdırma aparıb, idarəetmə sisteminin funksiyalarını aşa-
ğıdakı kimi təsnifləşdirmək də mükündür:
- idarəetmə ilə bağlı bütün
funksiyalar;
- idarəetmənin ümumi funksiyaları;
- idarəetmənin xüsusi funksiyaları.
Hər bir obyektin fəaliyyət tsiklinin mərhələləri üzrə ida-rə-
etmə sisteminin bütün, ümumi və xüsusi funksiyalarının qarşı-
lıqlı əlaqəsini aşağıdakı sxemdəki kimi əks etdirmək məqsə-
dəuyğundur ( 1).
49
Sxem 1.
Obyektin fəaliyyət tsiklinin mərhələləri
üzrə bütün ümumi və
xüsusi funksiyaların qarşılıqlı əlaqəsi
OFTM- obyektin fəaliyyət
tsiklinin mərhələləri
BF- bütün
funksiyalar
ÜF- ümumi funksiyalar
Sxemdən göründüyü kimi obyektin, fəaliyyət tsiklinin hər
hansı bir mərhələsində bu və ya digər prosesin həyata keçiril-
məsi üçün idarəetmənin bütün funksiyalarının yerinə yetirilmə-
si zəruridir. Eyni zamanda idarəetmənin hər bir ümumi funksi-
yasının yerinə yetirilməsi üçün də idarəetmənin bütün funksiya-
larından istifadə edilməsi obyektiv zərurətə çevrilir. Obyektin
fəaliyyət tsiklinin hər bir mərhələsində qarşıya çıxan problem-
lərin həlli üçün idarəetmənin aşağıdakı ümumi funksiyalarının
yerinə yetirilməsi vacibdir:
- strateji marketinq və normallaşdırma (rəqabətin kəskin-
ləşdiyi şəraitdə resurslara qənaətin gücləndirilməsi normallaş-
dırma prosesində əhəmiyyətli rol oynayır);
- planlaşdırma;
- proseslərin təşkili;
BF
ОFТМ
ÜF
51
idarəetmə funksiyalarının ierarxiyasını aşağıdakı sxem üzrə əks
etdirmək məqsədəuyğundur.
Sxem 2.
İdarəetmə funksiyalarının ierarxiyası (müəllifin təklifi)
I
II
III
IV
V
İdarəetmənin bütün funksiyaları (BF)
A
B
J
D
E
F
G
İdarəetmənin ümumi funksiyaları (ÜF)
1
2
3
4
5
6
7
8
Obyektin fəaliyyət tsiklinin mərhələləri (OFTM)
İdarəetmə sistemi ilə bağlı fəaliyyətin daha geniş müstə-
vidə tədqiq etmək üçün aşağıdakı cədvəldə idarəetmənin ümumi
və bütün funksiyalarının elementləri əks edilmişdir. Qeyd
olunan funksiyalar xüsusilə strateji marketinq mərhələsinin
yerinə yetirilməsi üçün zəruridir.
Cədvəl 1.
Marketinq strategiyası mərhələlərinin yerinə yetirilməsi üçün
zəruri olan ümumi və bütün funksiyalar
Ümumi
funksiyalar
Bütün funksiyalar
Normallaşdırma
I.Normallaşdırma üzrə fəaliyyətin təşkili (əmrin
verilməsi, icraçıların formalaşdırılması və s.)
II.Obyektin rəqabət qabiliyyətinin yüksəldil-məsi
problemlərinin təhlili və sintezi
III.Rəqabət qabiliyyəti parametrlərinin proq-
nozlaşdırılması
IV.Rəqabət qabiliyyətinin norma və normativ-
lərinin optimallaşdırılması və qiymətləndiril-məsi
V.Müəssisənin obyektlərinin rəqabət qabiliy-
yətinin norma və normativləri üzrə sənədlərin
qeydiyyatı