Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə16/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   12   13   14   15   16   17   18   19   ...   86

48 
 
tsiklində, demək olar ki, mütəmadi iştirak etmirlər. Bu baxımdan 
qeyd etmək lazımdır ki, bir sıra hallarda oxşar fərqlilik və qeyri-
dəqiqlik son nəticədə idarəetmə prosesini çətinləşdirə də bilər. 
İdarəetmə  funksiyalarının  təhlil  və  qiymətləndirmə  baxı-
mından  uzlaşdırılması  idarəetmə  funksiyalarının  tamlığının 
təmin  edilməsinə  təsir  göstərir.  Mövcud  şəraitin  təhlili  və  qiy-
mətləndirilməsi,  həm  də  qəbul  edilən  planların  yerinə  yetiril-
məsinə nəzarət və digər bu kimi amillər son nəticədə idarəetmə 
proseslərinin  reallaşdırılmasında  xüsusi  əhəmiyyət  kəsb  edir. 
Qeyd  etmək  lazımdır  ki,  təhlil  və  qiymətləndirmə  idarəetmənin 
ümumiləşdirilmiş  funksiyaları  olmaqla,  digər  idarəetmə  funk-
siyalarının səmərəli icrasını təmin edir. Məhz bu baxımdan, təh-
lil  və  qiymətləndirmə  planlaşdırma,  proqnozlaşdırma,  nəzarət, 
motivləşdirmə və digər funksiyalarla, demək olar ki, paralel şə-
kildə reallaşdırılmalıdır. İdarəetmə sistemində qeyd edilən funk-
siyalardan əlavə, bütövlükdə obyektin fəaliyyət tsiklinin mərhə-
lələri  üzrə  ayrı-ayrı  konkret  əməliyyatların  yerinə  yetirilməsi 
üçün  zəruri  olan  digər  funksiyaların  da  real-laşdırılması  vacib-
dir. Bunlara marketinq tədqiqatlarını, tətbiqi tədqiqatları, maddi-
texniki  resurslarla  istehsalçıların  təchizatını  və  digər  bu  kimi 
funksiyaları da aid  etmək olar. İdarəetmə sisteminin digər kon-
kret  funksiyaları  da  mövcuddur  ki,  bu  da  onların  daha  çox  xü-
susi xarakter daşıması  şərtlərindən irəli  gəlir. Beləliklə, ümumi 
yekunlaşdırma  aparıb,  idarəetmə  sisteminin  funksiyalarını  aşa-
ğıdakı kimi təsnifləşdirmək də mükündür: 
- idarəetmə ilə bağlı bütün funksiyalar
- idarəetmənin ümumi funksiyaları; 
- idarəetmənin xüsusi funksiyaları. 
Hər bir obyektin fəaliyyət  tsiklinin  mərhələləri üzrə ida-rə-
etmə  sisteminin  bütün,  ümumi  və  xüsusi  funksiyalarının  qarşı-
lıqlı  əlaqəsini  aşağıdakı  sxemdəki  kimi  əks  etdirmək  məqsə-
dəuyğundur ( 1).  
 
 


49 
 
Sxem 1.                                                                                              
Obyektin fəaliyyət tsiklinin mərhələləri üzrə bütün ümumi və 
xüsusi  funksiyaların qarşılıqlı əlaqəsi 
 
OFTM- obyektin fəaliyyət tsiklinin mərhələləri 
BF- bütün funksiyalar 
ÜF- ümumi funksiyalar 
Sxemdən  göründüyü  kimi  obyektin,  fəaliyyət  tsiklinin  hər 
hansı  bir  mərhələsində  bu  və  ya  digər  prosesin  həyata  keçiril-
məsi  üçün  idarəetmənin  bütün  funksiyalarının  yerinə  yetirilmə-
si  zəruridir.  Eyni  zamanda  idarəetmənin  hər  bir  ümumi  funksi-
yasının yerinə yetirilməsi üçün də idarəetmənin bütün funksiya-
larından  istifadə  edilməsi  obyektiv  zərurətə  çevrilir.  Obyektin 
fəaliyyət  tsiklinin  hər  bir  mərhələsində  qarşıya  çıxan  problem-
lərin  həlli  üçün  idarəetmənin  aşağıdakı  ümumi  funksiyalarının 
yerinə yetirilməsi vacibdir:  
-  strateji  marketinq  və  normallaşdırma  (rəqabətin  kəskin-
ləşdiyi  şəraitdə  resurslara  qənaətin  gücləndirilməsi  normallaş-
dırma prosesində əhəmiyyətli rol oynayır); 
-  planlaşdırma; 
-  proseslərin təşkili; 
BF 
ОFТМ 
ÜF 


50 
 
-  uçot  (mühasibat  uçotunun  və  maliyyə  hesabatının  bey-
nəlxalq  standartlara  uyğunlaşdırılması    ilə  əlaqədar  bu  funksi-
yanın rolu artmaqdadır); 
-  nəzarət; 
-  motivləşdirmə; 
- koordinasiya.  
Aparılan tədqiqatlar  göstərir ki, idarəetmənin keyfiyyətinin 
yüksəldilməsi  üçün,  ilk  növbədə  idarəetmə  sisteminin  onurğa 
sütununu  təşkil  edən  idarəetmə  qərarlarının  qəbul  edilməsi  ilə 
bağlı  proseslərin  reallaşdırılması  xüsusi  əhəmiyyət  kəsb  edir. 
İdarəetmənin  ümumi  funksiyalarının  yerinə  yetirilməsi  (nor-
mallaşdırma, planlaşdırma və s.) məqsədilə bu funksiyalar üzrə 
idarəetmə  qərarlarının  qəbul  edilməsinə  istiqamətlənmiş  tədbir-
lərin  təşkili  vacibdir,  bu  da  son  nəticədə  idarəetmə  qərarlarının 
qeydiyyatdan  keçirilməsi  ilə  yekunlaşır.  Beləliklə, hər  bir ümu-
mi  funksiya  üzrə  idarəetmə  qərarlarının  qəbul  edilmə  mərhələ-
sinə  əslində  bütün  funksiyaların  reallaşdırılmasından  başlanma-
lıdır  ki,  bu  da  idarəetmə  qərarlarının  səmərəliliyinin  yüksəldil-
məsində  əhəmiyyətli  rol  oynayır.  Zənnimizcə,  idarəetmə  qərar-
larının  qəbul  edilməsi  mərhələsini  aşağıdakı  kimi  təsnifləşdir-
mək mümkündür:  
-  idarəetmənin  hər  bir  ümumi  funksiyası  üzrə  idarəetmə 
qərarlarının qəbul edilməsi ilə bağlı işin təşkili; 
- idarəetmənin  ümumi funksiyaları  ilə bağlı  problemin  təh-
lili və sintezi; 
-  idarəetmənin  ümumi  funksiyalarının  yerinə  yetirilməsi 
üçün  zəruri  olan  proseslərin,  fəaliyyətin  parametrlərinin  proq-
nozlaşdırılması; 
- idarəetmənin ümumi funksiyaları ilə bağlı məlumatlar əsa-
sında qərarların optimallaşdırılması və qiymətləndirilməsi; 
-  idarəetmənin  ümumi  funksiyaları  üzrə  məlumatlar  əsa-
sında idarəetmə qərarlarının qeydiyyatdan keçirilməsi .  
Məhsulun  rəqabət  qabiliyyətinin  idarə  edilməsi  və  onun  is-
tehsalının  iqtisadi  səmərəliliyinin  təmin  edilməsi  baxımından 


51 
 
idarəetmə  funksiyalarının  ierarxiyasını  aşağıdakı sxem  üzrə  əks 
etdirmək məqsədəuyğundur. 
Sxem 2. 
İdarəetmə funksiyalarının ierarxiyası (müəllifin təklifi) 

II 
III 
IV 

İdarəetmənin bütün funksiyaları (BF) 
 







İdarəetmənin ümumi funksiyaları (ÜF) 
 








Obyektin fəaliyyət tsiklinin mərhələləri (OFTM) 
İdarəetmə sistemi ilə bağlı fəaliyyətin daha geniş müstə-
vidə tədqiq etmək üçün aşağıdakı cədvəldə idarəetmənin ümumi 
və  bütün  funksiyalarının  elementləri  əks  edilmişdir.  Qeyd 
olunan  funksiyalar  xüsusilə  strateji  marketinq  mərhələsinin 
yerinə yetirilməsi üçün zəruridir. 
Cədvəl 1
Marketinq strategiyası mərhələlərinin yerinə yetirilməsi üçün 
zəruri olan ümumi və bütün funksiyalar 
Ümumi 
funksiyalar 
Bütün funksiyalar 
Normallaşdırma 
I.Normallaşdırma üzrə fəaliyyətin təşkili (əmrin 
verilməsi, icraçıların formalaşdırılması və s.) 
II.Obyektin rəqabət qabiliyyətinin yüksəldil-məsi 
problemlərinin təhlili və sintezi 
III.Rəqabət qabiliyyəti parametrlərinin proq-
nozlaşdırılması 
IV.Rəqabət qabiliyyətinin norma və normativ-
lərinin optimallaşdırılması və qiymətləndiril-məsi 
V.Müəssisənin obyektlərinin rəqabət qabiliy-
yətinin norma və normativləri üzrə sənədlərin 
qeydiyyatı  


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə