Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə24/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   20   21   22   23   24   25   26   27   ...   86

76 
 
Ölkədə özəlləşdirilən və ya dövlət mülkiyyətində olan əksər 
təsərrüfat  subyektlərinin  fəaliyyətindəki  problemləri  aşağıdakı 
kimi təsnifləşdirmək məqsədəuyğundur: 

 
İdarəetmə  sisteminin  formalaşmasında  olan  nöqsanlar. 
İdarəetmənin  idarəetmə  orqanının  rəhbərliyinin  əlində  cəmlən-
məsi  və  idarəetmə  üzrə  korporativ  məsuliyyət  yükünün  qeyri-
düzgün bölgüsü; 

 
Təsərrüfat  subyektlərində  müasir  bazar  münasibətlərinin 
tələblərinə  cavab  verəcək,  yüksək  ixtisaslı,  peşəkar  mütəxəssis-
lərin çatışmaması, olanların axınının mövcudluğu; 

 
Peşəkar struktur fəaliyyət bölmələrinin yaradılmaması, 
yaradılan müvafiq bölmələrin formal fəaliyyəti

 
Təsərrüfat  subyektlərinin  maliyyə  vəziyyətinin  qeyri-
qənaətbəxşliyi; 

 
Təsərrüfat  subyektlərinin  əsas  fəaliyyətinin  bazarın  tə-
ləb  və  təklifinə  uyğun  olub  -  olmamasını  (qısa  və  perspektiv 
dövr  üzrə)  lazımi  qədər  qiymətləndirmədən,  son  məhsulunun 
həcminin genişləndirilməsində maraqlı olması.  
Təsərrüfat subyektlərində strateji planlaşdırma sisteminin və 
strukturunun yaradılmasına qeyri-ciddi baxılması onların müasir 
bazar şəraitində səmərəli, çevik və məqsədəuyğun fəaliyyətində 
mühüm  problemlər  yaradır.  Xüsusilə,  bu  strukturun  fəaliyyəti 
üçün  zəruri  olan  əsas  şərtlərdən  biri  burada  çalışacaq  mütəxəs-
sislərin  yüksək  peşə-ixtisas  səviyyəsinə  malik  olub,  təsərrüfat 
subyektinin fəaliyyəti ilə bağlı tam və dolğun informasiya baza-
sını formalaşdırmaq iqtidarında olmasıdır. Lakin, ölkədə fəaliy-
yət  göstərən  əksər  təsərrüfat  subyektlərində,  xüsusən  də  yerli 
müəssisələrdə  müvafiq  struktur  bölmənin  yaradılmasına  ciddi 
səy  göstərilmir, bəzən isə  yaradılan belə bölmələr keçmiş  plan-
maliyyə  bölmələrində  çalışmış  mütəxəssislərdən,  iqtisadçılar-
dan, texniki biliklərə  malik  şəxslərdən ibarət  olmaqla formalaş-
dırılır.  Tədqiqatlar  göstərir  ki,  belə  yönümlü  heyət  fəaliyyətin 
təşkili və inkişafı ilə bağlı ən yaxşı halda cari və yaxın perspek-
tivi  qiymətləndirə  bilir.  Ölkədə  innovasiya  fəaliyyətinə  yönələn 


77 
 
qoyuluşların  həcmi  çox  yüksək  səviyyədə  deyildir.  Bəzi  təsər-
rüfat subyektlərinin, əsasən də xarici və müştərək kapitallı sub-
yektlərin  bu  yönümlü  fəaliyyətə  meylliliyi  artsa  da,  yerli  təsər-
rüfat  subyektlərinin  əksəriyyətinin  bu  sahədə  yüksək  nəticələr 
əldə etməməsi ciddi problem kimi gündəmdə durmaqdadır. Və-
ziyyətin gərginliyi eyni zamanda strateji planlaşdırma sisteminin 
zəif və qeyri-səmərəli təşkili ilə daha çox bağlıdır.   
     Keçmiş SSRİ və Şərqi Avropa ölkələrinin əksəriyyətində so-
na yetən bir prosesin - özəlləşdirmənin Azərbaycan reallıqları ilə 
həyata  keçirilən  birinci  mərhələsindən  ikinciyə  keçid  fasiləsi 
davam  etməkdədir.  Əbədi  özəlləşdirmə  sükutu  təhlükəsi  müm-
kün deyildir və ən müxtəlif amillərin təsiri altında təxirə salınan 
belə  fasiləsiz,  zəruri  proses  gec-tez  davam  etməlidir.  Hələliksə, 
müəyyən fasilədən səmərəli istifadə etmək daha məqsədəuyğun 
olardı. Özəlləşdirmə prosesinin II mərhələsində mövcud olan ça-
tışmazlıqları  aradan  qaldırmaq,  məsafəni  “rahat”  başa  vurmaq 
üçün keçilən  yolu  -  I mərhələni  ətraflı araşdırmaq xüsusi zəru-
rətdən  irəli  gəlməkdədir.  Bütün  bu  proseslərdə  özəlləşdirmənin 
əsas  məqsədlərindən  biri  olan  -  səmərəli  təsərrüfat  sisteminin 
yaradılması,  istifadə  olunmayan  və  ya  zəif  istifadə  olunan  re-
sursların effektiv istismara cəlb edilməsi kimi problemlər kifayət 
qədər öz həllini tapmamışdır.  
       Şərqi Avropa ölkələrində xarici və daxili investisiyalar özəl-
ləşdirmə  prosesi  ilə  sıx  əlaqələndirilib,  belə  ki,  Polşa,  Macarıs-
tan, Çexiyada 1993 - 2000-ci illərdə bu sahəyə yönəldilən məc-
mu  investisiyaların  40-50  %  -nin  müasir  texnika  və  avadanlıq-
ların alınmasına sərf olunması bu amili sübut edir. Yəni bu ölkə-
lərdə mülkiyyətin vaxtında sahibkarını tapması texniki-texnoloji 
cəhətdən  yeniləşməyə  geniş  imkanlar  yaratmışdır  (39,  s.  78). 
Azərbaycanda  isə  son  illər  ümumi  investisiya  və  kapital  qo-
yuluşlarının 60-70 %-i əsasən dövlət və sosial əhəmiyyətli tikin-
ti-quraşdırma işlərinə yönəldilib ki, bu da özəlləşdirilən və  yeni 
yaradılan  yerli  təsərrüfat  subyektlərinin  inkişafı  üçün  zəruri  əl-
verişli mühiti yaratmamışdır.  Nəticədə Şərqi Avropa ölkələrinin 


78 
 
1990-cı  il  istehsal  səviyyəsini  bərpa  etməsi  kimi  meyllər  Azər-
baycanda müşahidə olunmayıb. Çexiya, Macarıstan 1997-ci ilin 
əvvəlinə 1989-cu ilin  85-90 %-i  səviyyəsində ÜDM istehsalına 
nail ola bilmişlər. Polşada isə tam irəliləyiş baş vermiş və bu öl-
kə 1989-cu il istehsal səviyyəsindən  yuxarı qalxan ilk postsosi-
alist dövləti olmuşdur (39, s. 123).  
      Azərbaycan  Respublikasında  sosial-iqtisadi  inkişaf  səviy-
yəsini,  təsərrüfat  subyektlərinin  perspektiv  imkanlarını  və  digər 
bu  yönümlü  məsələləri  qiymətləndirmək üçün nüfuzlu  beynəl-
xalq qurumlar, məşhur xarici reytinq təşkilatları və  yerli qeyri - 
hökumət  təşkilatları  tərəfindən  keçirilən  sorğu  və  araşdırmalar, 
aparılan tədqiqatlar bu sahədə hələ də bir çox ciddi problemlərin 
qaldığını  göstərir.  Müvafiq  təşkilatların  sorğu  və  tədqiqatları 
nəticəsində  qarşıya  çıxan  problemləri  aşağıdakı  kimi  təsnifləş-
dirmək mümkündür: bir çox məmurların vəzifə səlahiyyətlərinin 
öhdəsindən layiqincə gəlməməsi və özbaşınalığı; maliyyə-kredit 
və vergi sistemində təsərrüfat fəaliyyətinin inkişafı üçün kifayət 
qədər  stimulların  olmaması;  maliyyə-kredit  resurslarının  çatış-
maması  və  bu  sahədə  vəziyyətin  mürəkkəb  olaraq  qalması;  son 
dövrdə dövlət orqanlarının inzibatı-nəzarət sisteminin güclənmə-
si;  hüquqi-normativ  bazanın  qeyri-mükəmməlliyi  (bir  çox  qa-
nunlarda  olan  ziddiyyətlər,  qanunların  icra  mexanizminin  mü-
kəmməl  səviyyədə  olmaması,  bir çox zəruri  bazar  yönümlü qa-
nunların  qəbul  olunmaması  və  ya  qəbulunun  ləngiməsi  və  s.); 
dövlətin qeyri-neft sektoru və özəl sahələr üzrə məqsədli hima-
yədarlıq  siyasətinin,  təkmil  strategiyasının  olmaması;  istehlak 
tələbinin  aşağı  olması;  ÜTT-yə  daxilolma  ərəfəsində  rəqabət 
mühitinin  zəifliyi;  investisiyaların  cəlbi  və  innovasiya  tədbir-
lərinin  həyata  keçirilməsi  sahəsində  gecikmələrin  mövcudluğu; 
infrastruktur, kommunikasiya, nəqliyyat, məsləhət-konsaltinq və 
servis  xidmətlərinin  lazımi  səviyyədə  inkişaf  etməməsi; 
təsərrüfat  və  sahibkarlıq  subyektlərinin  maddi-texniki bazasının 
və  təminatının  müasir  tələblərlə  müqayisədə  zəifliyi,  onların 
təşkili  və  idarəetmə  sisteminin,  peşəkar  mütəxəssis  və  kadr  he-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə