Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə25/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   21   22   23   24   25   26   27   28   ...   86

79 
 
yətinin  aşağı  səviyyədə  olması;  təsərrüfat  və  sahibkarlıq  fəaliy-
yəti  ilə  məşğul  olan  şəxslərin  müasir  bazar  praktikası  haqqında 
məlumatlarının  zəifliyi;  Dağlıq  Qarabağla  bağlı  münaqişəli  və-
ziyyətin  aradan  qaldırılmaması;  cəmiyyətdə  bazar  ənənələrinin 
yetərincə  formalaşmaması  və  əhalidə  sahibkarlıq  təşəbbüslə-
rinin aşağı səviyyədə qalması və s.     
 Azərbaycan  Respublikasında  yerli  təsərrüfat  subyektləri-
nin  çox  hissəsi  maliyyələşmə  sahəsində  ciddi  problemlərlə  üz-
ləşməkdədir.  Belə  ki,  bu  subyektlərin  fəaliyyətinin  təkrar  döv-
riyyəsini tam təmin etmək üçün onların maliyyə  vəsaitləri kifa-
yət  etmir,  digər  tərəfdən  isə  maliyyə  resurslarını  cəlb  etməkdə 
bank, maliyyə-kredit  təşkilatlarının  və  digər mənbələrin şərtləri 
təsərrüfat  fəaliyyətini  davam  etdirmək üçün qaneedici sayılmır. 
Xüsusilə,  kreditlərin  istehsal  yönümlü  təsərrüfat  subyektlərinə 
verilməsində  müvafiq  maliyyə  mənbələri  ciddi  səy  göstərmir, 
verilən  kreditlər  qısa  və  orta  müddətliliyi,  ödəniləcək  faizlərin 
yüksəkliyi  ilə  fərqlənir.  Təbii  ki,  belə  vəziyyət  yerli  təsərrüfat 
subyektlərinin  maliyyə  vəziyyətini  mürəkkəbləşdirməklə,  onla-
rın  ödəniş  qabiliyyətliliyini,  likvidliyini  və  gəlirlilik  rentabel-
liyini, demək olar ki, heç səviyyəsinə endirir. 
Ölkənin maliyyə-kredit bazarında son dövrdə özəl bankların 
mövqeyi  dövlət  banklarına  nisbətən  üstün  olmaqla  möhkəmlə-
nərək (1,1 dəfə), onlar tərəfindən verilən kreditlərin həcmi 4319 
milyon  manata  çatmışdır.  Azərbaycanda  43  özəl  və  iki  dövlət 
mülkiyyətində  olan  (Beynəlxalq  Bank  və  Kapital  Bank)  kom-
mersiya bankı fəaliyyət göstərir. Lakin, bu iki dövlət mülkiyyə-
tində  olan  bank  tərəfindən  verilən  kreditlərin  həcminin  (cəmi 
banklar  tərəfindən  verilmiş  kreditlərin  47%-i  bu  bankların  payına 
düşür)  ayrı-ayrılıqda  özəl  banklar  tərəfindən  verilən  kreditlərdən 
çox  yüksək  olması,  maliyyə-kredit  bazarında  dövlət  sektorunun 
həlledici təsir qüvvəsinə malik olduğunu bir daha sübut edir (38). 
       Ölkədə  2000-ci  ildən  başlayaraq,  bank  və  maliyyə-kredit 
təşkilatları  tərəfindən  verilmiş  kreditlərin  tərkibində  ticarət  və 
xidmət,  energetika,  kimya,  təbii  ehtiyatlar,  tikinti,  sənaye,  nəq-


80 
 
liyyat və rabitə sektoruna verilən kreditlərin həcmi orta hesabla 
8-9 dəfə artmışdır. Müvafiq kreditlər büdcə investisiya vəsaitləri 
hesabına  və  həmçinin  yuxarıda  adları  qeyd  edilən  iki  dövlət 
mülkiyyətində olan banklar tərəfindən təmin edilmişdir. Ticarət 
və  xidmət  sektoruna  verilən  kreditlər  qısa  müddətli  və  cari  lik-
vidlik səviyyəsinə malik olduğu üçün bu maliyyələşmədə bütün 
bank  və  maliyyə-kredit  təşkilatları  daha  həvəslə  iştirak  edirlər. 
Lakin,  digər  iqtisadiyyat  sahələrinə  və  onları  təmsil  edən  təsər-
rüfat  subyektlərinə  ayrılan  maliyyə  resursları  və  kreditlər  ya 
dövlət müəssisələrinə, ya da dövlət proqramlarına əsasən həyata 
keçirilməsi  nəzərdə  tutulan  tədbirlərin  icrasını  təmin  edən  tə-
sərrüfat  subyektlərinə  (infrastrukturun  təkmilləşdirilməsinə, 
dövlət və sosial təyinatlı tikinti-inşaat işlərinin aparılmasına, in-
formasiya-kommunikasiya  texnologiyalarının  inkişafına  və  s.) 
yönəldilir. Aparılan tədqiqatlar göstərir ki, belə kreditlər ayrılan 
təsərrüfat  sub-yektləri  dövlət  mülkiyyətində  və  ya  iri  holdinq 
qruplarının tərkibində olmaqla, fəaliyyət göstərirlər. Digər təsər-
rüfat subyektlərinin isə müvafiq kreditləşmədə iştirak imkanları 
qaneedici  səviyyədə  deyildir.  Eyni  zamanda,  tədqiqatlar  göstə-
rir ki,  müvafiq dövr  ərzində bank və maliyyə-kredit təşkilatları 
tərəfindən verilən kreditlərin tərkibində kommersiya və istehlak 
yönümlü kreditlərin xüsusi çəkisi verilmiş ümumi kreditlərin xü-
susi  çəkisinin  yarısını  təşkil  etməklə,  demək  olar  ki,  dəyişməz 
qalmışdır (38).   
       Bank və maliyyə-kredit təşkilatlarının xalis mənfəəti 2000 - 
2009-cu illər ərzində 3,2 dəfə artaraq, 259 milyon manata çatsa 
da,  onların  xalis  mənfəəti  bilavasitə  kredit  faizləri  üzrə  əldə 
edilən gəlirlər hesabına  yaranmasıdır. Bu amil  bir daha göstərir 
ki,  ölkədə  fəaliyyət  göstərən  banklar  geniş  çeşidli  xidmətlər 
göstərmək imkanına hələ ki, malik deyillər. Digər tərəfdən, bank 
kreditlərinin  faiz  dərəcələri  22-25%  arasında  dəyişir  ki,  bu  ten-
densiya  da  artıq  on  ildən  çoxdur  davam  etməkdədir.  Azərbay-
canda iqtisadiyyat sahələri, əksər təsərrüfat subyektləri üzrə orta 
mənfəətlik  normasının  10-13%  nisbətində  dəyişdiyi  bir  şərait 


81 
 
onların maliyyə-kredit bazarından istifadə imkanlarının azalma-
sına ciddi təsir göstərir  (27, 38). 
Bank  və  maliyyə-kredit  təşkilatlarının  problemlərinə  -  həm 
fiziki  mövcudluq,  həm  də  təsərrüfat  subyektlərinə,  əhaliyə  ma-
liyyə xidmətlərinin göstərilməsi baxımından nüfuz etmənin qey-
ri-təkmilliyi;  korporativ  idarəetmənin  və  tənzimləyici  nəzarətin 
zəif  inkişafı;  depozitləri  qəbul  edən  qurumlara  və  investisiya 
imkanlarına  etibarın  zəifliyi;  kreditlərin  geri  qaytarılmasında 
problemlərə  rast  gəlinməsi;  maliyyə  xidmətlərinə  olan  ehtiyacı 
ödəmək üçün yeni xidmətlərin tətbiq edilməməsi aiddir. Faktiki 
olaraq  əksər  bank  və  maliyyə-kredit  təşkilatlarının  xidmətləri 
əsasən Bakı  şəhərində təmərküzləşmiş, paytaxt xaricindəki  əra-
zilərdə  maliyyə  xidmətləri  daha  zəif  təşkil  olunmuşdur.  Regi-
onlarda  təsərrüfat  fəaliyyəti  və  əlaqədar  aqrobizneslərin  maliy-
yələşdirilməsinə diqqət lazımi səviyyədə deyildir. Maliyyə vəsa-
itlərinə  olan  tələb  haqqında  məlumatlar  onu  göstərir  ki,  kənd 
əhalisinin  65%  -nin  çalışdığı  kiçik  və  orta  təsərrüfat  subyekt-
lərinin, fermer təsərrüfatlarının inkişafı üçün orta və uzun müd-
dətli  maliyyə  yatırımlarına,  kredit  və  investisiya  qoyuluşlarına 
real tələbat artmaqdadır (38).  
Müasir şəraitdə vergi sistemi dövlətin əsas və başlıca gəlir 
mənbəyi olmaqla, büdcə gəlirinin 80-85 faizini təmin edir. Xü-
susilə,  vergi  ödənişlərində  hüquqi  şəxslərin,  təsərrüfat  subyekt-
lərinin  payı  digər  vergilərlə  müqyisədə  öz  yüksəkliyi  ilə  fərq-
lənir.  Aparılan  tədqiqatlar  göstərir  ki,  son  on  ildə  büdcə  gəlir-
lərinin  yüksək  artımında  vergi  ödənişləri  əsas  rol  oynamışdır. 
Lakin,  bu  müsbət  tendensiyanın  əldə  olunmasında  neft  sekto-
runun və onunla əlaqəli təsərrüfat subyektlərinin, hüquqi və fizi-
ki şəxslərin ödədiyi müxtəlif vergilərin təsiri əhəmiyyətli şəkil-
də fərqlənmişdir.  Son dövrlərdə büdcəyə vergi daxil olmaların-
da    neft  sektoru  üzrə  ödənişlər  ümumi  vergi  ödənişlərinin  təq-
ribən 80%-ni, qeyri-neft sektoru üzrə ödənişlər isə 20%-ni təşkil 
etməkdədir (40). 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə