Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə28/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   24   25   26   27   28   29   30   31   ...   86

88 
 
ÜTT-nin, nə də beynəlxalq kommersiya, ticarət  əlaqələrinin tə-
ləblərinə uyğun səviyyədə deyildir. 
     Azərbaycan  Respublikası  Ümumdünya  Ticarət  Təşkilatı-
na üzvlüklə bağlı daha əlverişli şərtlərin əldə olunması üzrə da-
nışıqlar,  razılaşmalar  aparmaqdadır.  Müvafiq  tədbirlərin  tərki-
bində  təşkilatın  əsas  tələblərindən  biri  olan  ölkənin  təsərrüfat 
subyektlərinin məhsul və xidmətlərinin keyfiyyətinin beynəlxalq 
standartlara  uyğunlaşdırılması  məsələsi  daha  ciddiliyi  ilə  gün-
dəmdə  durmaqdadır.  Bu  baxımdan  ölkədə  beynəlxalq  standart-
ların təsərrüfat subyektləri tərəfindən tətbiqinə şərait yaradılması 
mühüm  problem  olaraq  qalmaqdadır.  Lakin,  bütün  bunlardan 
əvvəl ölkədə beynəlxalq standartların tətbiqi sahəsində mövcud 
vəziyyət dərindən tədqiq olunmalı və əldə olunan nəticələr əsa-
sında  zəruri  tədbirlər  həyata  keçirilməlidir.  Mövcud  vəziyyətin 
tədqiqi göstərir ki, ölkənin yerli təsərrüfat subyektləri hələ ÜTT-
nin  tələb  və  standartlarına  uyğun  fəaliyyət  göstərmək  imkanla-
rına malik deyillər. Bu amil təsərrüfat subyektlərinin maddi-tex-
niki  bazasının  zəifliyi,  idarəetmə  sisteminin  qeyri-təkmilliyi, 
yüksək ixtisaslı və peşəkar kadr, mütəxəssis heyətinin çatışma-
ması,  elm,  innovasiya  yönümlü  məhsul  istehsalının  həcminin 
aşağı  olması,  rəqabət  qabiliyyətliliyinin  zəifliyi,  təsərrüfat  sub-
yektlərinin  maliyyə  vəziyyətinin  çətinliyi,  beynəlxalq  iqtisadi 
əlaqələrlə  bağlı  informasiya  bankının  formalaşmaması,  hüquqi-
normativ  bazanın  beynəlxalq  tələblərə  cavab  verməməsi  və 
onların işlək mexanizminin kifayət qədər inkişaf etməməsi və s. 
ilə üzvi surətdə bağlıdır.  
      Ölkənin  istehsal  sahələrində  kifayət  qədər  problemlər  möv-
cuddur.  Birincisi,  keyfiyyətsiz  ərzaq  və  qeyri-ərzaq  məhsulları-
nın  istehsalı  ölkədə  genişlənməkdədir  və  onlar  asanlıqla  daxili 
bazara daxil olmaqdadır. Azərbaycanda müəyyən dövlət orqan-
ları fəaliyyət göstərsə də, keyfiyyətsiz məhsulların yoxlanılması 
prosesi tələb olunan səviyyədə həyata keçirilmir. Ölkə ixracında 
neft  və  neft  məhsullarının  xüsusi  çəkisinin  95%,  digər  məhsul-


89 
 
ların isə 5% təşkil etməsi də o deməkdir ki, qeyri-neft məhsul-
larımızın keyfiyyəti yüksək səviyyədə deyildir (27).  
      Azərbaycan Ümumdünya Ticarət Təşkilatına vəziyyətin belə 
inkişaf səviyyəsində üzv olduqdan sonra daxili bazarın qorunma 
problemi  daha  da  çətinləşəcəkdir.  Təbii  ki,  müəyyən  müddətə 
ölkəyə  problemləri  həll  etmək  üçün  güzəştlər  veriləcəkdir.  La-
kin,  növbəti  mərhələlərdə  mövcud  problemlər  aradan  qaldırıl-
masa,  bu  güzəştlərin  müddəti  başa  çatdıqdan  sonra  çətinliklər 
yenə də yaranacaqdır. Əsas məqsəd bu dövrdə elə mühitin yara-
dılmasına yönəldilməlidir ki, Azərbaycanın təsərrüfat subyektlə-
rinin istehsal etdiyi məhsullar rəqabət qabiliyyətli olmaqla, həm 
daxili tələbatı ödəsin, həm də onu xaricə ixrac edə bilsin.                                          
     Beynəlxalq  standartların  tətbiqinin  makro  və  mikro  iqtisadi 
səmərələrinə  ümumi  şəkildə  aşağıdakıları  aid  etmək  mümkün-
dür:  rəqabət  qabiliyyətliliyin  yüksəldilməsi;  xərclərin  azaldıl-
ması və gəlirlərin artırılması; istehlakçıların məmnunluğunun və 
təhlükəsizliyinin  təmin  olunması;  beynəlxalq  ticarətin  asanlaş-
ması və transfer xərclərinin azalması; satışın artırılması və mar-
ketinq  aləti  kimi  istifadə  olunması;  riskin  azaldılması  və  idarə 
olunması; təsərrüfat subyektlərinin stabil inkişafının təmin olun-
ması;  təsərrüfat  subyektlərinin  partnyorlar  və  investorlar  qarşı-
sında etibarlılığının yüksəldilməsi; informasiya yayımı və inno-
vasiyanın  inkişafı;  bazara  çıxış  müddətinin  azaldılması,  yeni 
bazarlara çıxışın təmin olunması; işçilərin peşəkarlığının,  əmək 
məhsuldarlığının  və  vəzifə  bölgüsünün  yüksəldilməsi;  bazarın 
dəyişikliklərinə  çevik  uyğunlaşmanın  təmin  olunması;  məhsul-
ların  növ  müxtəlifliyinin  sayının  azaldılması  və  qarşılıqlı  əvəz 
olunmasının təmin olunması; tənzimləmənin bazarın tələblərinə 
uyğun  və  öz-özünü  tənzimləmə  sistemi  üzrə  formalaşdırılması; 
istehlakçıların  məlumatlılıq  səviyyəsinin  yüksəldilməsi;  dövlət, 
istehlakçı və istehsalçı arasında qarşılıqlı inamın və rəğbətin ya-
radılması;  ölkənin  makro  səviyyədə  ixrac  rəqabət  qabiliyyətli-
liyinin  artırılması;  əhalinin  rifah  halının  və  təhlükəsizliyinin 
yüksəldilməsi. 


90 
 
     Qeyd  edilənlər  bir  daha  sübut  edir  ki,  beynəlxalq  standart-
ların tətbiqi hər bir ölkə üçün böyük əhəmiyyətə malikdir və öl-
kə  iqtisadiyyatının  inkişafına  əhəmiyyətli  töhfə  verir.  Azərbay-
canda  da  bu  sahədə  aparılan  işlərin  intensivləşdirilməsinə  və 
yerli  təsərrüfat  subyektlərinin  beynəlxalq  ticarətə  inteqrasiya-
sının təmin olunmasına zərurət artmaqdadır. Azərbaycanda təd-
ricən  tətbiq  olunan  beynəlxalq  standartların  demək  olar  hamısı 
tanınmış  menecment  sistemi  standartlarıdır.  Lakin,  bu  o  qədər 
də yaxşı hal kimi qiymətləndirilə də bilməz. Belə ki, menecment 
sistemi  standartlarının  tətbiqinin  əsası  təsərrüfat  subyektlərinin 
həmin standartların həqiqi üstünlüklərini dərk etmələri deyil, bu 
standartların  digərləri  tərəfindən  tətbiqi  və  tanınmasıdır.  Azər-
baycan  məhsullarının  Qərb  və  digər  xarici  bazarlara  ixracı  yo-
lunda  ciddi  maneələrdən  biri  də  yerli  təsərrüfat  subyektlərinin 
müasir  keyfiyyət  sisteminin  yaradılması  və  onların  uyğunluğu-
nun ümumi  qəbul olunmuş beynəlxalq  normalarla təsdiqi sahə-
sində dünya praktikasından xeyli geri qalmasıdır.                           
      Təsərrüfat  subyektlərində  maddi-texniki  resursların  yeniləş-
dirilməsi  geniş  təkrar  istehsal  prosesinin  əsas  motivini  təşkil 
etməklə  istehsalın  intensivləşdirilməsi  ilə  sıx  əlaqədardır.  Mad-
di-texniki  resursların  iqtisadi  mahiyyəti  əslində  əsas  etibarı  ilə 
əsas və dövriyyə fondlarının yenidən qurulmasını özündə əks et-
dirir.  Təsərrüfat  subyektlərində  geniş  təkrar  istehsal  prosesi  də 
məhz əsas və dövriyyə fondlarının kəmiyyət və keyfiyyət xarak-
teristikalarının  yüksəldilməsini  özündə  birləşdirir.  Təsərrüfat 
subyektlərində  məhsul  istehsalının  intensivləşdirilməsi  ümumi-
likdə, davamlı inkişafın təmin edilməsinin başlıca ilkin şərti ki-
mi  çıxış  etməklə,  həm  də  yerli  istehsalın  xüsusi  çəkisinin  yük-
səldilməsini göstərir. Belə ki, müvafiq subyektlərdə geniş təkrar 
istehsal  prosesinin  həyata  keçirilməsində  istehsalın  intensivləş-
dirilməsinin rolunu xarakterizə edərkən bu prosesin mahiyyətinə 
və  spesifik  xüsusiyyətlərinə  xüsusi  diqqət  yetirilməsi  zərurəti 
yaranır. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə