Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə23/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   19   20   21   22   23   24   25   26   ...   86

73 
 
olmaq da investora həmin subyektin idarə olunmasında tam işti-
rak etmək hüququ vermir. Vəziyyət həm də  Azərbaycanda  yük-
sək  ixtisaslı menecmentin az olması üzündən daha da qəlizləş-
məkdədir, belə ki, dünya təcrübəsində olduğu kimi ölkədə də tə-
sərrüfat subyektinin idarə olunmasında  investorun kənarlaşdırıl-
masından  sonra  investisiya  layihəsinin  səmərəliliyi  ciddi  prob-
lemlərlə qarşılaşır. Azərbaycanda investisiya fəaliyyətinin həya-
ta keçirilməsinin yetərincə strukturlaşdırılmış şərait və risklərini 
formalaşdıran  yeni  iqtisadi  sistem    yaradılmaqdadır.  Lakin,  bu 
sahədə  mövcud problemlərdən başlıcası investorun  hüquqlarını 
daha ciddi şəkildə qoruyacaq,  o cümlədən, səhmlərin sahibi ki-
mi  onun  təsərrüfat  subyektinin  idarə  olunmasında  iştirak  etmək  
hüququnu  müdafiə  edəcək  mükəmməl  işlək  və  çevik  qanunve-
ricilik bazasının yaradılması və ya bu sahədə olan hüquqi əsas-
ların müasir tələblər baxımından təkmilləşdirilməsi ilə bağlıdır.  
Azərbaycana  xarici  kapital  axınının  yüksələn  xətlə  inkişaf 
etməsi  ölkə  iqtisadiyyatının  inkişafı  baxımından  müsbət  hal-
dırsa, onun iqtisadiyyatın ümumilikdə inkişaf tələblərinə uyğun 
şəkildə istifadə edilməsi  daha vacib  amildir. Ölkədə həyata ke-
çirilən investisiya siyasətində, investisiya layihələrində əsas diq-
qətin investorlarla yanaşı, digər maraqlar dairəsinə, o cümlədən, 
cəmiyyətin, dövlətin, ekologiyanın, sosial və s. qrupların maraq-
larının  tələblərinə  də  uyğunlaşdırılaraq,  yönəldilməsi  cari  və 
perspektiv inkişafın məqsədəuyğunluğu baxımından zəruridir.  
İnvestisiya axınlarının ölkədə yüksəlişi ümumi iqtisadi inki-
şafın əsas  təminatçısı kimi əhəmiyyət kəsb edir. İnvestisiya yö-
nəlmələrinin, əsasən də xarici investisiya qoyuluşlarının 75 faiz-
dən  çoxu  ölkənin  hasilat  sahəsi  olan  neft-qaz  sektoruna  yönəl-
mişdir. Neft-qaz sənayesinin inkişafı ilə yanaşı, ona infrastruktur 
xidmətləri  göstərən,  müvafiq  sahə  üzrə  avadanlıq  istehsalı  eyni 
zamanda da digər qeyri-neft sektoruna aid olunan yerli təsərrüfat 
subyektlərinin fəaliyyətində hələ köklü irəliləyişlər nəzərə çarp-
mır (27). Belə ki, bu sektorda əsas kapitala yönələn investisiya-
larda zəruri avadanlıq və texnologiyaların alınmasında xarici öl-


74 
 
kələrin  istehsalına  üstünlük  verilməkdədir.  Digər  tərəfdən  isə, 
ölkədə mövcud olan əsas fondların və istehsal  güclərinin vəziy-
yəti qənaətbəxş qiymətləndirilə bilməz. Belə ki, istehsal sahəsin-
də  mövcud  olan  əsas  fondların  yarıdan  çoxu  öz  amortizasiya 
dövrünü yaşamışdır, lakin bu güclərin müəyyən hissəsindən hələ 
istifadə  edilsə  də  onların  istehsal  etdiyi  məhsullar  öz  yüksək 
məsrəfləri  ilə  bazarda  rəqabətə  davam  gətirə  bilmir.  Əsas  kapi-
tala yönəldilmiş investisiyaların texnoloji quruluşunu tədqiq et-
dikdə görünür ki, yeni texnoloji avadanlıq və alətlər alınmasının 
xüsusi çəki göstəricisini müasir iqtisadiyyatın inkişafı  baxımın-
dan yüksək qiymətləndirmək mümkün deyildir (27, 35).   
İnvestisiya qoyuluşlarında, onların mənimsənilməsində cid-
di regional və sahəvi fərqlər özünü göstərir. İnvestisiya qoyuluş-
larının həyata keçirilməsində neft-qaz sektorunun üstünlük  təş-
kil etdiyi və işgüzar mühitin inkişaf etdiyi Bakı-Abşeron regio-
nu daha çox fərqlənir (ümumi investisiya qoyuluşlarının 85%-i). 
Banklar üçün regional investisiya qoyuluşları, burada iqtisadiy-
yatın  canlanması  üzrə  kredit  ayırmaları  kifayət  qədər  cəlbedici 
sayılmır.  Bu  amil  investisiya  qoyuluşlarının  məqsədəuyğunlu-
ğunun  müəyyən  edilməməsi,  bu  istiqamətdə  zəruri  iqtisadi 
stimullaşdırıcı dəstəyin və hüquqi-normativ bazanın tam təkmil 
səviyyədə olmaması ilə daha çox bağlıdır. Ümumilikdə, belə nə-
ticəyə gəlmək olar ki, Azərbaycanda bütün investisiya fəaliyyəti 
üçün bərabər hüquqi  rejim və şərait yaratmaq üzrə zəruri nor-
mativ hüquqi və təşkilatı-texniki baza mövcud olmasına baxma-
yaraq, onun ərazi və sahələr üzrə mütənasib paylanması, habelə 
əhalinin yoxsulluq səviyyəsinin azaldılması, məşğulluğun təmin 
edilməsi  və  ekoloji  vəziyyətin  yaxşılaşdırılması  məqsədi  ilə 
təkmlləşdirilməsinə ehtiyac duyulur. 
Ölkə  iqtisadiyyatının  canlandırılmasında  investisiya  və 
innovasiya siyasətləri bir-birindən ayrı fəaliyyət göstərə bilməz. 
Bu siyasətin  əsas  məqsədi-bazarın artan tələbatını  ödəyən,  yük-
sək  və  modern  texnoloji  quruluşlu,  rəqabət  qabiliyyətli  təsərrü-
fat subyektlərinin fəaliyyətinin təmin edilməsidir. Azərbaycanda 


75 
 
investisiya fəaliyyəti ilə  bağlı dövlət  səviyyəsində  bir sıra  ciddi 
addımlar atılsa da, bu sahənin təşkili və tənzimlənməsi ilə bağlı 
hüquqi-normativ baza formalaşmağa başlasa da, innovasiya fəa-
liyyəti ilə  bağlı belə  əsaslı tədbirlərin həyata keçirilməsi  nəzərə 
çarpmır.  
İnvestisiya və innovasiya fəallığı ilə bağlı ölkədə bank, ma-
liyyə-kredit  təşkilatlarının,  qiymətli  kağızlar  bazarının  mövqe-
yindəki  passivlik  artıq  uzun  müddətdir  ki,  davam  etməkdədir. 
İnvestisiya və innovasiya fəaliyyətinin inkişafında əsasən dövlət 
və  xarici  donorların  maliyyə  resurslarından  istifadə  səviyyəsi 
hələ ki, üstünlük təşkil edir (27, 37, 38).   
Heç şübhəsiz, bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq 
dövlətin  iqtisadi  funksiyaları  dəyişilə  bilməz.  Artıq  dövlət  iqti-
sadiyyatın  ayrı-ayrı  sahələrinə  kapital  qoyuluşlarının  mərkəz-
ləşdirilmiş qaydada reallaşdırılmasını həyata keçirmir. Bir tərəf-
dən  dövlətin  maliyyə  resurslarının  məhdud  olması,  digər  tərəf-
dən  də  liberal  iqtisadiyyatın  tələb  və  şərtləri  dövlətin  potensial 
investor  kimi  çıxış  etməsinə  imkan  vermir.  Lakin,  bu  heç  də  o 
demək deyildir ki,  dövlət  investisiya və  innovasiya prosesindən 
kənarda  qalmalıdır.  Əksinə,  iqtisadiyyatın  liberallaşdırıldığı  bir 
vaxtda bu proseslərin dövlət tərəfindən tənzimlənməsinə, inves-
tisiya  və  innovasiya  siyasətinin  həyata  keçirilməsinə  daha  çox 
ehtiyac artmaqdadır.  
Yerli  təsərrüfat  subyektlərinin  əksərində  idarəetmə  struk-
turunun təşkilindəki  mövcud çatışmazlıqlar, həmin subyektlərin 
maliyyə-təsərrüfat  fəaliyyətinə  öz  mənfi  təsirini  göstərir.  Möv-
cud strukturda korporativ idarəetmə sisteminin lazımi səviyyədə 
formalaşmaması,  fəaliyyətlə  bağlı  korporativ  məsuliyyət  yükü-
nün  düzgün  və  məqsədəuyğun  bölüşdürülməməsi,  təsərrüfat 
subyektlərində  daxili  audit,  marketinq,  digər  zəruri  bölmələrin 
formal şəkildə yaradılması və bu sahəyə qeyri-peşəkar şəxslərin 
cəlbi  son  nəticədə  təsərrüfat  subyektlərinin  maliyyə-təsərrüfat, 
uçot,  nəzarət  sisteminin  təkmilləşdirilməsinə  neqativ  təsir  gös-
tərir.   


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə