Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə20/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   16   17   18   19   20   21   22   23   ...   86

64 
 
rindən  biri  kimi  qiymətləndirmək  məqsədəuyğundur.  Digər  tə-
rəfdən,  belə  bir  mühüm  proqramın  tətbiqinin  konkret  istiqamət 
üzrə deyil,  onun icrasının 2009 - 2013 -cü illəri əhatə edən regi-
onların sosial-iqtisadi inkişafı Dövlət proqramına daxil edilməsi, 
müvafiq ciddi sənədin ölkədə və beynəlxalq miqyasda ölkə iq-
tisadiyyatının  və  təsərrüfat  subyektlərinin  istifadə  imkanlarını 
bir növ məhdudlaşdırır. 
     Sənayenin  inkişafı  proqramında  nəzərdə  tutulan  isti-qamət-
lərin  beş  illik  dövr  ərzində  həyata  keçirilməsi  özü  ciddi  prob-
lemlər  yaradır,  belə  ki,  proqramın  icra  müddətinin  başa  çatma-
sına artıq üç il qalsa da, sənayenin və sənaye müəssisələrinin in-
kişafında, bu sahədə qanunvericilik sənədlərində, təsərrüfat sub-
yektlərinin  rəqabət  qabiliyyətli  məhsul  istehsalında  əsaslı  dəyi-
şikliklər müşahidə edilmir. Belə irəliləyiş əsasən neft sektoru və 
onunla  bağlı  sahələrdə  nəzərə  çarpmaqdadır  (27).  Həmçinin,  
Azərbaycan  Dövləti  tərəfindən  “2008  -  2011-ci  illərdə  sənaye 
sektorunun inkişaf prioritetləri” təsdiq edilsə də, burada da qısa 
icra müddətinin götürülməsi və bu müddət ərzində kifayət qədər 
mühüm tədbirlərin qarşıya məqsəd kimi qoyulması, onun həyata 
keçirilmə  imkanlarını  xeyli  çətinləşdirir.  Məhz  bu  baxımdan, 
Azərbaycan  Respublikasında  iqtisadi  inkişafın  təmin  olunması, 
sənaye sahələrinin və təsərrüfat subyektlərinin fəaliyyət dairəsi-
nin  genişləndirilməsi  üçün  nəzəri  və  praktik  cəhətdən  əsaslan-
dırılan, orta və uzun müddətli  perspektiv dövr, dəyişkən mühit 
nəzərə alınmaqla konkret hədəfləri, məqsədli və təkmil icra me-
xanizmi olan sənaye inkişaf siyasətinin və strategiyasının hazır-
lanmasına ehtiyac artmaqdadır.  
       Ümumiyyətlə, ötən on beş illik dövr ərzində ölkədə sistem-
li  sənaye  siyasəti  aparılmamış,  sənayeyə  dair  dövlət  səviyyə-
sində qəbul edilən qərarlar əksər hallarda bu və ya digər həlled-
ici vəziyyətin aradan qaldırılması istiqamətinə  yönəlmişdir. Tə-
bii  ki,    bu  və  digər  səbəblərdən  perspektiv  baxımdan  istifadəsi 
əhəmiyyət  kəsb  edən  sənaye  aktivlərinin  xeyli  hissəsi  itirilmiş 
və  rəqabət  qabiliyyətli  məhsul  istehsal  edəcək  təsərrüfat  sub-


65 
 
yektlərinin  fəaliyyəti  üçün  səmərəli  inkişaf  mühiti  formalaş-
mamış, bu sahədə zəruri dövlət tənzimləyici mexanizmi yaradıl-
mamışdır.   
       Bütün  inkişaf  etmiş  ölkələr  iqtisadiyyat  inkişaf  etdikcə  sə-
nayenin  yenidən  qurulması  problemləri  ilə  qarşılaşıblar.  Özəl 
şirkətlər bu problemi müstəqil həll edə bilmirdilər, onların lazı-
mi vəsaiti, uzun müddət ərzində dövlətin və cəmiyyətin onların 
məhsuluna  olan  tələbatını  qiymətləndirmək  bacarığı  olmamış-
dır. Mövcud vəziyyətin özü sənaye və digər iqtisadiyyat sahələ-
rinin  yenidən  qurulmasında  və  modernləşməsində  dövlətin  işti-
rakını zəruriləşdirmişdir. Belə ki, ABŞ-da fəaliyyət göstərən şir-
kətlər Amerika hökumətinin yardımı ilə ötən onilliyin əvvəli və 
ortalarmda perspektivləri qiymətləndirərək inteqrasiya və  ya öz 
ənənəvi rəqiblərinin bəzilərinin müəssisələrini satın almaq yolu 
ilə  güclənmə  strategiyasını  seçmişlər.  Müvafiq  yenidənqurma 
sisteminin və zəruri dövlət tənzimləmə mexanizminin təkmilləş-
dirilməsi iqtisadi inkişafın təmin edilməsi, perspektivli firma və 
şirkətlərinin  fəaliyyət  dairəsinin  möhkəmlənməsi  və  daha  çox 
stabilliyi ilə müşayiət olunmuşdur (28). 
Ölkədə və dünyada artmaqda olan qeyri-stabil inkişaf meyl-
ləri iqtisadiyyatın və təsərrüfat subyektlərinin inkişafında hərtə-
rəfli  əsaslandırılan,  məqsədyönlü  şəkildə  bir-biri  ilə  əlaqələndi-
rilən və müasir tələblərə cavab verən təkmil iqtisadi siyasətin və 
strategiyanın  müəyyən  edilməsini ciddi problem kimi  gündəmə 
gətirməkdədir.  Müvafiq  siyasətin  və  strategiyanın  həyata  keçi-
rilmə  mexanizmi  daha  səmərəli,  daha  çevik  olmaqla,  orta  və 
uzun  müddətli  dövrü  əhatə  etməlidir.  Beynəlxalq  təcürbədə  ol-
duğu kimi, ölkədə də belə siyasət və strategiyanın müəyyənləş-
dirilməsində  makro  və  mikro  səviyyədə  bazar  münasibətlərinə 
uyğun planlaşdırma sisteminin formalaşdırılması xüsusi zərurət-
dən irəli gəlir.    
       Azərbaycan Respublikasında təkmil və çevik idarəetmə sis-
teminin formalaşması yalnız iqtisadi və sosial inkişaf üçün həll-
edici əhəmiyyət kəsb etmir, eyni zamanda ölkədə işgüzar mühi-


66 
 
tin  inkişafına,  təsərrüfat  subyektlərinin  fəaliyyət  dairəsinin  ge-
nişlənməsinə  müsbət  təsir  göstərir.  Lakin,  ölkədə  hələ  də  inzi-
bati  idarəetmə  sisteminin  mövqeyi  güclü  olaraq  qalmaqdadır.  
Ölkədə  həyata  keçirilən  islahatlar,  konstitusiya  keçmişin  iqti-
sadi-idarəetmə sistemini, onun irsini  birdən-birə dəyişə bilməz, 
bu, tədrici bir prosesdir, lakin bu prosesin həyata keçməsində də 
gecikmək  ümumi  iqtisadi  inkişafa  öz  mənfi  təsirini  göstərmək-
dədir.  İqtisadi-idarəçilik  problemi  keçid  dövrünü  yaşayan  digər 
ölkələr üçün ən böyük problemlərdəndir və Azərbaycan özünün 
bu sahədəki bir çox nailiyyətlərinə baxmayaraq, bu cəhətdən is-
tisna təşkil etmir.  
  Müasir  şəraitdə  sovet  idarəetmə  sistemindən  demokratik 
sistemə  keçid  dövrünü  yaşayan  Azərbaycanda  iqtisadi  inkişaf 
üçün  sadəcə  siyasi  sistemin  sabitləşməsi  yetərli  sayıla  bilməz. 
Eyni  zamanda,  Azərbaycanda  hökumətin  iqtisadiyyata  müdaxi-
ləsinin optimal nisbətinin müəyyənləşməsi və paralel olaraq iq-
tisadi artımın yüksək tempini təmin edən qurum və strukturların 
fəaliyyətinin  təkmilləşdirilməsi  tələb  olunur.    Bəzi  yeni  qurum 
və  strukturların  iqtisadiyyatın  inkişafına  xidmət  etmək  üçün 
sadəcə  formal  şəkildə  təşkil  olunması  iqtisadi  yüksəlişi  labüd 
prosesə  çevirmir.  Azərbaycanda  son  dövrlərdə  Ümumi  Daxili 
Məhsulun yarıdan çoxunu istehsal edən özəl sektora xidmət et-
məsi  və  onların  fəaliyyətini  tənzimləməsi  məqsədilə  xüsusi 
strukturlar  yaradılmışdır.  Lakin,  bütün  bunlara  baxmayaraq  9 
milyona yaxın əhalisi olan Azərbaycan nazirlik, baş idarə və ko-
mitələrin sayına görə dünyada aparıcı yerlərdən birini tutur. Bu-
nunla əlaqədar olaraq, bir çox müşavirə və tədbirlərdə ölkə baş-
çısı özünün statusu və strukturlarının təkmilləşdirilməsinə ehti-
yac duyulan Nazirlər Kabinetinin qarşısında iqtisadiyyatın  yeni 
idarəetmə prinsiplərinə uyğun idarə olunması və təşkilat struktu-
runun  təkmilləşdirilməsi  vəzifəsini  qoymuşdur.  Müasir  şəraitdə 
Azərbaycanda  struktur  islahatları  adı  altında  təşkilat  strukturu 
və fəaliyyəti bir-birini təkrar edən qurumların birləşdirilməsi is-
tisna  olmaqla,  bəzi  qurumların  adlarının  dəyişdirilməsi,  ləğv 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə