Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə19/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   15   16   17   18   19   20   21   22   ...   86

61 
 
sını,  rəqabət  aparan  təsərrüfat  subyektlərinin  qeyri-peşəkarlığı 
nəticəsində  yarana  bilən  itkiləri  və  digər  belə  halları  təcəssüm 
etdirir).  
İqtisadiyyatda  bazar  mexanizminin  təşəkkül  səviyyəsi  nə 
qədər yüksəkdirsə, dinamik amillərin rəqabət qabiliyyətinə təsiri 
də bir o qədər zəif olur. Məhsulların rəqabət qabiliyyətində sta-
tik və dinamik  amillərin  qarşılıqlı  əlaqəsini aşağıdakı  sxemdəki 
kimi əks etdirmək məqsədəuyğundur. 
 Sxem 3. 
Məhsulların rəqabət qabiliyyətində statik və dinamik amillərin 
qarşılıqlı əlaqəsi 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
2.1

1.4 
1.1 
1.2 
1.3 
MРГ 
2.2

2.3

2.4

MРГ-məhsulların рягабят габилиййяти 
1-рягабят габилиййятинин статик amilləri 
1.1-məhsulun кейфиййяти 
1.2-məhsulun гиймяти 
1.3-сервис xidmətinin кейфиййяти 
1.4-məhsulların istehlakı иля баьлы хяръляр 
2-рягабяt габилиййятинин динамик amilləri 
2.1-идаряетмянин кейфиййяти 
2.2-müəssisənin рягабят габилиййяти 
2.3-хариъи мцщитин гейри-мцяййянлик amilləri 
2.4-юлкянин рягабят габилиййяти 


62 
 
1.3. Təsərrüfat subyektlərinin inkiĢafının 
 nəzəri-metodoloji problemləri 
 
     Müasir  şəraitdə  Azərbaycan  Respublikasının  təsərrüfat 
subyektlərinin  inkişafı  yalnız  bu  subyektlərin  fəaliyyət  dairə-
sinin genişləndirilməsi ilə bağlı olmayıb, həm də onların bütün 
imkanlarından istifadə etməklə, ölkənin sosial, iqtisadi və intel-
lektual  yüksəlişinin  təmin  edilməsi,  iqtisadi  təhlükəsizliyin 
möhkəmləndirilməsi  ilə  sıx  əlaqədardır.  Bütün  bu  ciddi  prob-
lemlərin  həllində  təsərrüfat  subyektlərinin  fəaliyyətinin  müasir 
tələblər baxımından təşkilinə, onların istehsal güclərinin və im-
kanlarının artırılmasına və bu sahədə elmi-texniki tərəqqinin son 
nailiyyətlərindən  istifadə  edilməsinə  diqqətin  daim  artırılması 
xüsusi zərurətdən irəli gəlir. 
   Tədqiqatlar  göstərir  ki,  ölkənin  iqtisadi  inkişafında  son  on 
ildə nəzərəçarpacaq nailiyyətlər əldə olunsa da, təsərrüfat və sa-
hibkarlıq  subyektlərinin  fəaliyyətindəki  fəallıq  yüksək  qiymət-
ləndirilə bilməz. Belə ki, bu amil xüsusilə özünü qeyri-neft sek-
toruna  aid  əksər  təsərrüfat  subyektlərinin  inkişaf  tendensiya-
sında aydın büruzə verməkdədir (27). Mövcud neqativ vəziyyət 
təsərrüfat  subyektlərinin  fəaliyyətinə  təsir  edən  nəzəri-metodo-
loji baxımdan ciddi problemlərin olması ilə bağlıdır. 
         Azərbaycan  Respublikasında  sənaye  və  digər  istehsal  yö-
nümlü  təsərrüfat  subyektlərinin  60  %  -dən  çoxu  Bakı  və  onun 
ətraf  rayonlarında  yerləşmişdir.  Bu  amilin  əsası  keçmiş  SSRİ 
dövründən  qoyulsa  da,  müstəqillik  dövründə  ölkədə  başlıca  iş-
güzar mühitin və əlverişli infrastruktur şəraitinin burada inkişa-
fına  daha  çox  diqqət  yetirilməsi  mövcud  problemin  yaranması 
üçün mühüm təsir qüvvəsinə malik olmaqdadır. Təbii ki, 2003-
cü  ildən  başlayaraq,  Azərbaycan  Respublikasının  regionlarının 
sosial-iqtisadi  inkişafı  ilə  bağlı  Dövlət  proqramlarının  qəbulu, 
bu sahədə tədbirlərin həyata keçirilməsinə başlansa da, istər iqti-
sadi inkişaf, istərsə də sənaye məhsullarının istehsalı və xidmət-
lərin  göstərilməsi  sahəsində  bu  balans  yenə  də    ciddi  şəkildə 


63 
 
mərkəzin  xeyrinə  dəyişməkdədir.  Problemin  ciddiliyi  onunla 
bağlıdır ki, vəziyyətin belə şəkildə davam etməsi 60% -ə yaxın 
ölkə  əhalisinin  yaşadığı  digər  regionların  sosial-iqtisadi  inkişa-
fına nail olunmasında, həmin ərazilərdə yerləşən və təşkil olun-
ması nəzərdə tutulan təsərrüfat və sahibkarlıq subyektlərinin in-
kişafında  gözlənilən  nəticələrin  təmin  edilməsini  mürəkkəb-
ləşdirir.  Xüsusilə,  bu  regionlarda  yerləşən  müxtəlif  istiqamətli 
təsərrüfat subyektlərinin fəaliyyətini müasir tələblər baxımından 
canlandırmaq  üçün  ciddi  ehtiyac  duyulan  maliyyə-investisiya 
mənbələrini  cəlb  etmək,  müvafiq  subyektlərin  rəqabət  qabiliy-
yətli məhsul istehsalını təmin edəcək tədbirləri həyata keçirmək 
mühüm problemlərdən biri olaraq qalmaqdadır.  
       Azərbaycan Respublikasında sənaye istehsal sahələrinin  və 
təsərrüfat  subyektlərinin  tarazlı  və  məqsədyönlü  inkişafı  üçün 
təkmil sənaye siyasətinin və ya strategiyasının müəyyən edilmə-
si xüsusi zərurətdən irəli gəlir. Ölkə Prezidentinin sərəncamı ilə 
Sənaye  və  Energetika  Nazirliyi  tərəfindən  hazırlanan  “Sənaye-
nin inkişafı üzrə Dövlət Proqramı” təsdiq edilsə də, onun icrası 
2009-2013-cü  illəri  əhatə  edən  regionların  sosial-iqtisadi  inki-
şafı  Dövlət  proqramına  daxil  edilmişdir.  Sənayenin  inkişafı 
proqramında  yeni  müəssisələrin  inşası  ilə  yanaşı,  yeni  qanun-
ların qəbulu və digər məsələlər də əksini tapmışdır. Proqramda 
ikinci istiqamət mineral resursların və təbii ehtiyatların öyrənil-
məsini  təşkil  etməkdir.  Bu  məqsəd  ilə  regionlarda  araşdırmalar 
aparılacaqdır.  Burada  müəssisələrin  yerləşdirilməsi,  xammal 
təchizatı,  işçi  qüvvəsinin  dislokasiyası  məsələləri  öyrəniləcək-
dir. Üçüncü istiqamət kimi mövcud texnologiyaların yerləşdiril-
məsi,  müasir  texnologiyaların  tətbiqi,  yerli,  o  cümlədən,  regi-
onal  bazarların  araşdırılması,  cəlbedici  istiqamətlərin  seçilməsi 
nəzərdə tutulur. Müvafiq proqramı müasir tələblərə cavab verən 
təkmil  hüquqi  sənəd  kimi  qiymətləndirmək  qeyri-mümkündür. 
Belə  ki,  Azərbaycan  iqtisadiyyatının  inkişafını,  dəyişən  qlobal 
təsirləri  nəzərə  almaqla  onun  orta  müddətli,  beş  illik  dövr 
baxımından  müəyyən  edilməsini  proqramın  əsas  problemlə-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə