Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə15/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   11   12   13   14   15   16   17   18   ...   86

44 
 
subyektlər  üçün  təsnifləşdirilmiş  prinsiplərindən  fərqli  olaraq, 
onlar,  demək  olar  ki,  əvvəlki  80  il  ərzində  aktual  xarakter  da-
şımışdır və hal-hazırda öz əhəmiyyətini itirmişdir); 
- keyfiyyətin idarə edilməsi (ilk dəfə olaraq sübut olunmuş-
dur ki, məhsulun keyfiyyəti rəqabət qabiliyyəti göstəricisinin əs-
lində  sinonimi  deyil,  onun  mühüm  tərkib  hissəsidir.  Bundan 
əlavə,  sübut  edilmişdir  ki,  məhsulun  keyfiyyət  göstəricilərinin 
tərkibinə  eyni  zamanda  resurs  tutumu  göstəriciləri  və  keyfiy-
yətin idarə olunması ilə bağlı məsələlər də daxildir); 
- resurslara qənaət mexanizmi (iş vaxtına və eləcə də mad-
di-texniki resurslara, canlı əməyə qənaət mexanizmlərini müəy-
yən edir); 
-  müxtəlif  obyektlərin  rəqabət  qabiliyyətinin  qiymətləndi-
rilməsi. 
Təşkilati  -  idarəetmə  metodlarının  elmi  əsaslandırılmış  ya-
rımsistemlərinin tərkibinə eyni zamanda konkret metodlar da şa-
mil edilir ki, bu metodlara aşağıdakıları aid etmək mümkündür: 
- təhlil; 
- proqnozlaşdırma; 
- işçi heyətinin idarə edilməsi
- məhsulun keyfiyyətinin idarə edilməsi
- proseslərin təşkili.  
      Qeyd  edilən  metodlar  bir  qayda  olaraq  təşkilati  -  idarəetmə 
sisteminin  son  mərhələsində  tətbiq  edilir  və  bu  mərhələ  idarə-
etmə  qərarlarının  qəbul  edilməsi  mərhələsi  adlanır.  Ümumiy-
yətlə,  təşkilati-idarəetmə  sisteminin  rəqabət  qabiliyyətli  və  sə-
mərəli  fəaliyyət  göstərməsi  üçün,  ilk  növbədə  iqtisadi  qanun-
ların  və  təsərrüfat  subyektinin  mövcud  fəaliyyət  mexanizminin 
təhlil edilməsi zəruridir, bu amil isə məsələyə elmi cəhətdən ya-
naşma və prinsiplərin tətbiqini obyektiv zərurətə çevirir.  
Təsərrüfat  subyektinin  idarəetmə  sisteminin  təhlilinin  özü-
nəməxsus metodları mövcuddur: 
- müqayisə metodu; 
- indeksli metod; 


45 
 
- balans metodu; 
- şəbəkə metodu; 
- xətti analitik metod; 
- mütərəqqi texnologiyaların və kompyuter texnologiyasının 
tətbiqi olmadan amil təhlil metodu (burada ilk dəfə praktik məq-
sədlərə  nail  olunması  üçün  reqressiv  asılılıqların  qəbul  edilmə-
sinin iqtisadi-riyazi meyarları əsaslandırılır); 
-  funksional  dəyər  təhlili  (ilk  növbədə  obyektin  fəaliyyət 
tsiklinə  çəkilən  məcmu  xərclərin  təhlilinin  meyarları  əsaslan-
dırılır); 
- iqtisadi-riyazi metodlar; 
- svot təhlili; 
- sistemli analiz. 
Təsərrüfat  subyektinin  idarəetmə  sisteminin  fəaliyyətinin 
proqnozlaşdırılmasının  əsas  metodlarına  aşağıdakılar  şamil 
edilir: 
- normativ; 
- eksperimental; 
- parametrik; 
-ekstrapolyasiya; 
- indeks; 
- ekspert metodu. 
Təsərrüfat subyektinin işçi heyətinin idarəetmə metodlarına 
aşağıdakılar aid olunur: 
-məcburiyyət metodu (inzibati metodlarla əvəzlənməklə); 
-həvəsləndirmə metodu (iqtisadi metodlarla əvəzlənməklə); 
-əminlik metodu (sosial-psixoloji metodlarla əvəzlənməklə); 
Məhsulun  keyfiyyətinin  yüksəldilməsi  onun  rəqabət  qabi-
liyyətinin  təmin  edilməsinin  mühüm  prinsipi  hesab  edilir.  Bu 
baxımdan  məhsulun  keyfiyyətinin  yüksəldilməsi  ilə  bağlı  əsas 
elementlərə aşağıdakılar şamil edilir: 
- iş fəaliyyətini əks etdirən dioqram; 
- asılılıq dioqramı; 
- sistemli dioqramlar; 


46 
 
- matris dioqramı; 
- şəbəkə qrafiki; 
- proseslərin planlaşdırılması dioqramı; 
- proseslərin məntiqi sxeminin qurulması; 
- nəzarət vərəqləri; 
- mövsümi mərhələlər; 
- korilyasiya sahəsi;  
- nəzarət xəritələri və başqaları. 
İdarəetmə  sistemi  üzrə  müxtəlif  mənbələrin  təhlili  göstərir 
ki, idarəetmə funksiyalarının mahiyyəti ilk növbədə bu sistemin 
funksiyalarının yaranma mənbələrini və anlayışlarını, həmçinin, 
onun təsnifləşdirilməsi imkanlarını özündə əks etdirməlidir. İda-
rəetmənin funksiyalarının çoxsaylı olması, eləcə də onların anla-
yışlarının  bir  sıra  hallarda  fərqli  anlam  daşıması  və  bu  sahədə 
olan  təsnifatın  fərqli  xarakterə  malik  olması,  iqtisadçı  və  mütə-
xəssislər  arasında  müəyyən  problemlər  yaradır  və  bütün  bunlar 
isə  eyni  zamanda  idarəetmə  proseslərinin  təkmilləşdirilməsində 
çətinliklər  törədir.  Digər  tərəfdən,  qeyd  etmək  lazımdır  ki,  hər 
bir  istehsal  prosesinin,  məhsulun  fəaliyyət  və  mövcudluq  tsik-
linin  mərhələlərinin  müəyyənləşdirilməsi  ilə  bağlı  da  vahid 
yanaşma nəzərə çarpmır (26, s. 211-212).  Bazar münasibətləri-
nin  xarakterik  xüsusiyyətlərini  nəzərə  almaqla  istehsal  prose-
sinin, məhsulun fəaliyyət və mövcudluq tsiklinin aşağıdakı mər-
hələlər üzrə sistemləşdirilməsi müasir dövrün tələbləri baxımın-
dan məqsədəuyğundur: 

 
Strateji  marketinq.  Bu  mərhələ  müəssisə  və  təsərrüfat 
subyektlərinin fəaliyyət strategiyasında və məhsulun rəqabət qa-
biliyyətini təmin edən normativlərin proqnozlaşdırılmasında mü-
hüm amil kimi əhəmiyyət kəsb edir

 
Elmi-tədqiqat və təcrübə - konstruktor işləri; 

 
Məhsul  istehsalının  təşkilati-texnoloji  baxımdan  əsas-
landırılması; 

 
Məhsul istehsalı; 


47 
 

 
Taktiki marketinq; 

 
Məhsul istehlakçılarına servis xidməti; 

 
Məhsulların,  əmtəələrin  istifadə  müddətinin  müəyyən 
edilməsi; 
Aparılan  tədqiqatlar,  istehsal  prosesinin  və  idarəetmə  sis-
teminin  müasir  inkişaf  tendensiyasını  nəzərə  alıb,  idarəetmənin 
funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək mümkündür (belə 
yanaşma  həm  də  idarəetmə  vəzifələrinin  həyata  keçirilməsi  ilə 
bağlı  konkret  əməliyyatların  yerinə  yetirilməsini  və  idarəetmə 
funksiyalarının məğzini daha aydın şəkildə özündə əks etdirir): 
-  idarəetmə  sisteminin  fəaliyyətinin  proqnozlaşdırılması  və 
planlaşdırılması; 
 - idarəetmə sisteminin təşkili; 
- idarəetmə sisteminin təhlili və qiymətləndirilməsi
- idarəetmə sisteminə səmərəli nəzarət formasının tətbiqi; 
-  idarəetmə  sisteminin  və  fəaliyyətinin  əldə  olunan  nəti-
cələr baxımından stimullaşdırılması. 
Müvafiq  idarəetmə  funksiyaları  bütövlükdə  idarəetmənin 
müxtəlif    tsikllərinin  reallaşdırılmasında  da  əhəmiyyətli  iştirak 
imkanına  malikdir.  Bundan  əlavə,  idarəetmənin  bir  çox  funk-
siyaları  bütövlükdə  istehsal  və  təsərrüfat  fəaliyyəti  tsiklində  öz 
əhəmiyyətliliyi ilə çıxış edir. Məhz bu baxımdan, müvafiq funk-
siyaları  aşağıdakı  kimi  təsnifləşdirmək  və  onları  uzlaşdırmaq 
məqsədəuyğundur: 
- təhlil; 
- proqnozlaşdırma; 
- planlaşdırma; 
- təşkil; 
- nəzarət; 
- motivləşdirmə; 
- koordinasiya. 
Qeyd  olunan  idarəetmə  funksiyalarının  uzlaşdırılmasında 
planlaşdırma, təşkil, nəzarət və motivləşdirmə funksiyaları daha 
çox  iştirak  edirlər.  Digər  idarəetmə  funksiyaları  isə  idarəetmə 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə