Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə11/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   7   8   9   10   11   12   13   14   ...   86

32 
 
       Texnokrat  nəzəriyyəsinə  görə  hakimiyyətdə,  rəhbərlikdə 
olan korporativ sistemin əsas məqsədi yalnız maksimal mənfəət 
əldə olunmasına yönəlməməlidir, o həm də mikro və makro sə-
viyyədə inkişafa xidmət etməklə, iqtisadiyyatda baş verən neqa-
tiv  təsirlərin  (böhran,  inflyasiya,  işsizlik  və  s.)  aradan  qaldırıl-
masında müvafiq dövlət institutları ilə birgə vahid proqram çər-
çivəsində  çalışmalıdır.  Eyni  zamanda,  dövlətin  iqtisadi  tənzim-
lənməsində belə  müəssisə  və  şirkətlərin fəaliyyətinə  münbit  zə-
min  yaradılmaqla,  onların  daha  məhsuldar  çalışmasına  dəstək 
verilməlidir (17,s.61). Bu nəzəriyyəyə  əsasən, məhz belə müəs-
sisələr  istehsalın  genişləndirilməsinə,  yeni  və  müasir  tələblərə 
cavab verən məhsullar istehsalına, məqsədli investisiya qoyuluş-
larına,  qabaqcıl  innovasiya  tədbirlərini  həyata  keçirməyə,  yük-
sək ixtisaslı və peşəkar kadr, işçi heyəti hazırlamağa qadir olur-
lar.  Ümumilikdə,  artıq  dünyada  mövcud  olan  iri  və  transmilli 
şirkətlər bu əsaslara yaxın olmaqla fəaliyyət göstərirlər. Müvafiq 
müəssisə  və  şirkətlərin  bir  mühüm  səciyyəvi  cəhəti  də  ondadır 
ki, burada ayrı-ayrı sahibkarlara məxsus kapitala sahiblik hüqu-
qu  çox  yüksək  deyildir  (məsələn,  BP,  Ford,  Microsoft-Word    
və  s.),  əksinə,  adi  vətəndaşlara  və  xırda  səhmdarlara  məxsus 
səhm  paketi  60-70%  olmaqla  öz  yüksək  üstünlüyi  ilə  fərqlənir 
(17, s 63). Bu amil bir növ, artıq iqtisadçı və alimlər tərəfindən 
etiraf  edildiyi  kimi,  xüsusi  kapitalın  böyük  hissəsinin  bazar 
münasibətləri  şəraitinə  uyğun  olmaqla  ictimailəşməsinə  doğru 
getdiyini  göstərir.  Xüsusilə,  son  illərdə  dünyada  baş  verən  ma-
liyyə  böhranı  nəticəsində  müflisləşmə  şəraitində  olan  iri  və  qa-
baqcıl müəssisələrin fəaliyyətini davam etdirməsini təmin etmək 
məqsə-dilə,  onlara  dövlət  tərəfindən  verilən  irihəcmli  maliyyə 
yardımları  nəticəsində,  həmin  subyektlərə  məxsus  kapitala  sa-
hiblik  hüququnun,  səhm  paketinin  dövlətin  nəzarətinə  keçməsi 
bu  prosesi  bir  qədər    də  sürətləndirir.  Texnokrat  nəzəriyyəsinin 
müasir  davamçıları  dünyada  baş  verən  proseslərin  iqtisa-
diyyatın  inkişafında  bazar  münasibətlərinin  səmərəli  və  zəruri 
prinsipləri  saxlanılmaqla,  idarəetmə,  iqtisadiyyat  və  istehsal 


33 
 
sahələrində sosializmə xas xüsusiyyətlərin formalaşmasını sübut 
etməyə çalışırlar. 
      Bazar  münasibətləri  şəraitində  iqtisadi  inkişafın  planlaş-
dırılması  və proqnozlaşdırılması  ilə bağlı nəzəri-konseptual  ya-
naşmalar XX əsrdə daha aktuallığı ilə çıxış etməkdədir. Müvafiq 
konseptual  yanaşma  sosializmdə  mövcud  olan  planlı  təsərrüfat 
və  idarəetmə  sistemindən  əsaslı  şəkildə  fərqlənməklə,  özünün 
tövsiyəvi  xarakteri,  iqtisadiyyat  sahələrinin  və  təsərrüfat  müəs-
sisələrinin  fəaliyyətinin  uzlaşdırılması,  sağlam  bazar  və  rəqabət 
mühitinin yaradılması, milli iqtisadiyyatın səmərəliliyinin artırıl-
ması  və  prioritet  istiqamətlərinin  müəyyən  edilməsi  kimi  mü-
hüm cəhətləri ilə əhəmiyyət kəsb edir. Belə təcrübə geniş şəkil-
də ilk dəfə İkinci Dünya müharibəsindən sonra Almaniya və Ya-
poniyada (10-25 illik iqtisadi plan və proqramlar şəklində) tətbiq 
edilmiş və bu ölkələrin iqtisadiyyat sahələrinin, sənaye və digər 
təsərrüfat  subyektlərinin  dünyada  qabaqcıl  yerlərə  çıxmasında 
önəmli  rol  oynamışdır  (18,s.39-40).  Artıq  inkişaf  etmiş  ölkələ-
rin təcrübəsində  belə orta və uzun müddətli  plan və  proqramla-
rın tətbiqi dövlət və bazar subyektləri səviyyəsində əsaslandırıl-
maqla qəbul edilir. Belə konsepsiyalar ölkə və beynəlxalq aləm-
də baş verən əhəmiyyətli amillərin təsirini nəzərə almaqla daim 
təkmilləşməkdədir.  Müasir  iqtisadi  inkişaf  planları,  proqramları 
və  proqnozları  hazırlanarkən  müəssisə  və  təsərrüfat  subyektlə-
rinin perspektiv imkanları, iqtisadiyyat sahələrinin inkişaf istiqa-
mətləri  və  onun  zəruriliyi,  əldə  olunacaq  nəticələrin  iqtisadi  və 
maliyyə  baxımından  qiymətləndirilməsi  və  digər  bu  kimi  mü-
hüm amillər əsas götürülür. Hazırkı dövrdə iqtisadi inkişaf plan-
ları  və  proqnozları  dövlətin  milli  və  iqtisadi  təhlükəsizliyi  ilə 
birbaşa bağlı olduğu üçün onun tərtibi nəzəri və praktik baxım-
dan  ciddi  şəkildə  əsaslandırılmaqla,  zərurət  olduqda  ona  əlavə 
və dəyişikliklər edilir. Müvafiq plan və proqnozların  əsas məq-
sədi  –  iqtisadiyyatın  optimal  inkişaf  səviyyəsinə  nail  olmaq, 
məşğulluq  problemini  həll  etmək,  inflyasiyanın  qarşısını  almaq  
və  digər  bu  kimi  mühüm  məsələlərin  həllinə  nail  olmaqdır     


34 
 
(18,s.47). Qeyd edilən proqram və proqnozların tərtibi müəssisə, 
təsərrüfat subyektləri, iqtisadiyyat sahələri tərəfindən hazırlanan 
iqtisadi inkişaf proqram və proqnozları ilə bağlı olub, onlar ara-
sında ciddi əlaqəlilik yaradır. XX əsrin II yarısından başlayaraq 
bir  çox  iqtisadçı  və  alimlər,  institutlar  artıq  dövlət  və  müəssisə 
səviyyəsində  iqtisadi  inkişaf  proqramlarının,  planlarının  və 
proqnozlarının  hazırlanmasına  xüsusi  üstünlük  verməklə,  bu 
prosesdə fəal iştirak etməyə başlamışlar. Xüsusilə, texnokrat, in-
stitutsional  nəzəriyyələrin  nümayəndələri  müəssisənin  fəaliyyət 
dairəsinin  genişlənməsi  məsələlərinə  xüsusi  diqqət  yetirməklə, 
burada müəssisə daxili  və xarici  amilləri  nəzərə  alıb, təsərrüfat 
fəaliyyətinin  elmi  və  praktik  əsaslara  uyğun  planlaşdırılmasını 
önəmli sayırlar (19, s. 234). 
     Müvafiq  plan  və  proqnozlar  hər  iki  səviyyədə  (istər  dövlət, 
istərsə  də  müəssisə)  hazırlanarkən,  onların  üç  növü  əsas  diqqət 
mərkəzində götürülür: 
    1. Uzun müddətli (10-25 illik); 
    2. Orta müddətli (3-5 illik); 
    3. Qısa müddətli (1 illik). 
        Bazar  münasibətləri  şəraitində  planlaşdırmaya  daha  çox 
mikro, müəssisə səviyyəsində yanaşmaya üstünlük verilir və bu 
amil istehsal fəaliyyətinin, qoyulan investisiyaların, tətbiq edilən 
innovasiyaların  bazarın  dəyişən  tələblərlə  uzlaşması,  subyektin 
mənfəətlilik  imkanlarının  artırılması,  bazarda  rəqabət  qabiliy-
yətinin gücləndirilməsi ilə sıx bağlıdır.  Belə ki, istehsal olunan 
məhsulun həcminin, keyfiyyətinin artırılması və ya yeni, təkmil 
məhsul  növünün  istehsalı,  müəssisədə  struktur  dəyişikliklərinin 
həyata  keçirilməsi,  bazarda  marketinq  tədqiqatlarının  aparılma-
sını,  nəzəri  və  praktiki  cəhətdən  əsaslandırılmış  plan  və  proq-
nozların  hazırlanmasını,  fəaliyyət  sahələrinin  piroritet  istiqa-
mətləri üzrə elmi-texniki tərəqqinin müəyyən edilməsini zəruri-
ləşdirir. Müvafiq əsaslara uyğun olaraq istehsal fəaliyyətinin ge-
nişləndirilməsi,  yeni  investisiya  qoyuluşları  və  innovasiya  təd-
birlərinin konkret və məqsədli tətbiqi ilə bağlı ciddi qərarlar qə-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə