Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə9/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   5   6   7   8   9   10   11   12   ...   86

26 
 
obyektiv  qiymətləndirmək  üçün  bu  istiqamətlərin  yaxınlaşması, 
sintezləşməsi prosesi xüsusi labüdlükdən irəli gəlir.  
       Con  Meynard  Keyns,  şübhəsiz  ki,  XX  əsrdə  iqtisadi  nəzə-
riyyənin  təkmilləşməsinə  və  inkişafına  əsaslı  təsir  göstərmiş 
alim  və  iqtisadçılardan  biri  kimi  fərqlənir,  hətta  onun  elmi 
fəaliyyəti  Adam  Smit,  Rikardo,  Marşall  və  Valras  kimi  dahi 
şəxslərin  fəaliyyəti  ilə  birgə  iqtisad  elminin  şöhrətlənməsində 
əhəmiyyətli  rol  oynamışdır.  Keynsin  tədqiqatlarında  fərqləndi-
rici  cəhətlərdən  biri  də  dəyişkən  iqtisadi  şəraitdə  əldə  olunan 
nailiyyətlər  üzrə  bütün  məsrəflərin  istehsal  olunan  məhsulun 
qiymətinə,  maya  dəyərinə  deyil,  satışdan  əldə  olunan  gəlirə  aid 
edilməsi ilə bağlı idi. Belə  yanaşma vergitutma bazasını azaltsa 
da,  lakin  bir  tərəfdən  yeni  məhsulun  bazarda  rəqabət  qabiliy-
yətini  artırmasını,  digər  tərəfdən  isə  istehsalçının  maraqlarına 
ciddi zərər verməməsini nəzərdə tuturdu (14, s. 343).  
Keynsin  iqtisadi  nəzəriyyəsi  inkişaf  etmiş  bazar  iqtisadiy-
yatı  şəraitində  iqtisadiyyatın  dövlət  tərəfindən  tənzimlənməsini 
nəzəri  cəhətdən  əsaslandırmışdır.  Keynsin  “Məşğulluq,  faiz  və 
pulun  ümumi  nəzəriyyəsi”  əsərində  dövlət  tərəfindən  iqtisadiy-
yatın  tənzimlənməsi  proqramı  verilmişdir.  Nəzəriyyə  bir  çox 
qərb ölkələrinin iqtisadiyyatının inkişafına əhəmiyyətli dərəcədə 
təsir  göstərmişdir. Keyns böhran şəraitində təkrar istehsalın  qa-
nunauyğunluqlarını  kəmiyyətin  funksional  aspektləri  nöqteyi  - 
nəzərindən tədqiq edir və belə bir fikrə gəlir ki, dövlət tərəfindən 
iqtisadiyyatın  tənzimlənməsi  iqtisadiyyatda  fasiləsiz  istehsalın 
təmin olunmasına imkan yaradacaqdır (14, s. 348-349). 
Bu nəzəriyyəni siyasi iqtisadda “Keyns inqilabı”, onun özü-
nü  isə  kapitalizmin  xilaskarı  adlandırmışlar.  Bununla  yanaşı  o, 
klassik  siyasi  iqtisadın nümayəndələri olan A.Smit və D.Rikar-
donun  nəzəriyyələrindən  bir  sıra  nəzəri  anlayışlara,  həmçinin 
marksist  iqtisadi  nəzəriyyəyə  (xüsusilə  təkrar  istehsala)  istinad 
etmiş, onlardan müəyyən mənada bəhrələnmişdir. Bu da öz növ-
bəsində marksizmlə - keynsçilik arasında bir “körpünün” forma-
laşması haqqında fikir söyləməyə imkan verir. 


27 
 
  Keynsə  görə  bazarın  tutumluğu,  səmərəli  tələb  prinsipi, 
ümumi  məşğulluq  nəzəriyyəsi,  kapitalın  son  hədd  səmərəliliyi 
(effektliyi) və  faiz norması mühüm problemlərdən sayılır, onlar 
istehsal  prosesinin  inkişafı  və  onun  fəaliyyət  sferasının  geniş-
lənməsi üçün əsas yaradır.  Keyns öz əsərlərində bu problemləri 
müxtəlif aspektlərdən tədqiq  edərək, onların həlli  yollarını mü-
əyyənləşdirməyə çalışmışdır. İqtisadiyyat üzrə tam və vahid ta-
razlıq vəziyyətinin əldə olunması, artıq tam olmayan məşğul-luq 
şəraitində tarazlıq anlayışını bildirirdi, lakin bu fikir və yanaşma 
ciddi  fikir  ayrılığı  yaratmışdır.  Belə  ki,  Keynsin  bu  yanaşma-
sının əksinə olaraq, istər onun dövründə yaşamış bir çox iqtisad-
çılar, istərsə də əksər müasir iqtisadçılar tam əminliklə bilirdilər 
ki,  bazar  mühitində  rəqabətdə  olan  qrup  və  qüvvələr  iqtisadiy-
yatın daim inkişafına təsir göstərməklə, avtomatik olaraq həm də 
tam məşğulluq vəziyyətinin davamlı şəkildə bərqərar olmasında 
əsas  rol  oynayırlar.  Keynsin  müasir  dövr  baxımından  xüsusi 
qiymətləndirilən nəzəri konsepsiyalarından biri də iqtisadiyyatın 
inkişafının tənzimlənməsində dövlətin önəmli rol oynaması, fis-
kal, maliyyə-kredit alətlərindən istifadə etməklə, iqtisadi yüksə-
lişə, istehsal fəaliyyətinin  davamlı  inkişafına (büdcə-investisiya 
qoyuluşlarından,  kredit  faizlərindən  səmərəli  və  məqsədli  isti-
fadə etməklə) nail olunmasının təmin edilməsi ilə bağlıdır. Artıq 
müasir  şəraitdə  dünyada  baş  verən  iqtisadi-maliyyə  böhranının 
təzadlarını  aradan  qaldırmaq  məqsədilə  inkişaf  etmiş  və  inkişaf 
etməkdə  olan  dövlətlər  müəyyən  mənada  bu  konsepsiyadan  da 
istifadə etməkdədir. 
      Dünya  iqtisadiyyatında  XX  əsrin  ikinci  yarısında  bazar  iq-
tisadiyyatı  ölkələrində  dövlətin  iqtisadiyyatın  tənzimlənməsinə 
hədsiz  dərəcədə  müdaxilə  etməsi,  ictimai  istehsalın  inkişaf  sə-
viyyəsinin aşağı  düşməsinə, bu vəziyyətdən çıxış  yollarının  ax-
tarılmasına  və  neoklassik,  monetarizm  nəzəriyyəsinin    aktual-
laşmasına  gətirib  çıxarmışdır.  Xüsusilə,  bu  dövrdən  başlayaraq 
monetarizm  və  neoliberalizm  iqtisadi  nəzəriyyələrinə diqqət  ar-
tırılmaqla, onlar arasında orta məxrəcin tapılmasına üstünlük ve-


28 
 
rilməkdədir. Müasir iqtisadçıların  yanaşmasında  əsasən müəssi-
sə,  təsərrüfat  fəaliyyəti,  istehlakçı,  mənfəətin  maksimumlaşdı-
rılması  və  istehsal  xərclərinin  minimumlaşdırılması  amillərinə 
xüsusi üstünlük verilir. 
         Monetarizm  nəzəriyyəsinin  əsas  nümayəndələri  olan 
M.Fridmen, F.Xayks və digərləri xüsusi sahibkarlığın qorunma-
sını əsas götürürlər. Onların fikrinə görə, xüsusi sahibkarlıq fəa-
liyyəti və onu təcəssüm edən amillər iqtisadiyyatı böhran vəziy-
yətindən  çıxarır,  onun  artımını  təmin  edir  və  cəmiyyətin  həyat 
səviyyəsini  yüksəldir (15,  s. 122). Nəzəriyyənin  əsas  mahiyyəti 
ondan  ibarətdir  ki,  dövlətin  iqtisadiyyata  müdaxiləsini  azalt-
maq, vergi dərəcələrini aşağı salmaq siyasətini həyata keçirmək, 
bunun  nəticəsində  isə,  az  xərc  tələb  edən  hökumət  qurmaq. 
ABŞ-da R.Reyqan bu nəzəriyyəyə əsasən iqtisadiyyatı idarə et-
mişdir  və  buna  görə  də  iqtisadi  ədəbiyyatlarda  Reyqanomika 
termini meydana gəlmişdir. 
       Moneterizm  nəzəriyyəsinin  tərəfdarları  iqtisadi  stabilliyi 
təmin etmək üçün pul amilinin rolunu üstün götürməklə, iqtisa-
di  inkişafın  tənzimlənməsində,  müəssisə  və  təsərrüfat  subyekt-
lərinin  fəaliyyətinin  qurulmasında  sərt  və  ciddi  maliyyə  siste-
minin formalaşmasını irəli sürürlər (15, s. 136). Monetarizm nə-
zəriyyəsinin əsas üstünlüyü onunla bağlıdır ki, o, pul kütləsinin 
əmtəə-məhsul  kütləsinə  təsir  mexanizmini  daha  dəqiq  təhlil  et-
məklə,  onlar  arasında  tarazlıq  yaratmağa  çalışır.  Müvafiq  nəzə-
riyyə  eyni  zamanda, mikro, müəssisə  səviyyəsində olan proses-
lərə təsir etməklə, burada istehsal fəaliyyətinin  genişləndirilmə-
si  üçün dövlət  səviyyəsində fiskal,  maliyyə-kredit siyasətindəki 
artıq imtiyazları minimum həddə endirməyi zəruri sayır. Həmçi-
nin, burada daha çox müəssisə və təsərrüfat subyektlərinin malik 
olduğu  resurslardan  səmərəli  istifadə  edilməsinə,  idarəetmə,  is-
tehsal  fəaliyyətinin  səmərəliliyinin  artırılmasına,  daxili  nəzarət 
və audit sistemindən tam genişliyi ilə istifadə edilməsinə, bazar-
da mövcud vəziyyətin mütəmadi olaraq təhlil  edilib qiymətlən-
dirilməsinə  və  bu  baxımdan  istehsal  fəaliyyətinin  qurulmasına 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə