Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə7/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   2   3   4   5   6   7   8   9   10   ...   86

20 
 
ləşirlər.  Akselerator  prinsipi  fikrinə  Aftalionu  yalnız  Bem-
Baverkin kapital nəzəriyyəsi deyil, eləcə də onun daim müraciət 
etdiyi  Vizerin  təhkimetmə  nəzəriyyəsi  gətirmişdir  ki,  bu  nəzə-
riyyəyə əsasən, istehlak mallarının qiyməti ilə  investisiya malla-
rının qiyməti arasında qarşılıqlı əlaqəli bağlılıq mövcud olur və 
ya istehlak mallarının qiyməti öz ifadəsini investisiya mallarının 
qiymətində  tapır.  Aftalion  bu  istiqamətdə  yalnız  onu  əlavə  et-
mişdir ki, istehlak mallarının qiymətlərində baş verən dəyişiklik 
istehsal  proseslərinin  uzunmüddətli  davamlı  fəaliyyəti  ilə  əla-
qədar  olub,  əmtəələrin  qiymətlərinin  artırılmasına  təsir  göstərir 
(10.s.198).  Beləliklə,  ümumi  iqtisadi-nəzəri  yanaşmada,  Aftali-
onun nəzəriyyəsi “Avstriya məktəbinin” köklərinə bağlı olsa da, 
o, bir çox iqtisadçıların tədqiqatlarına da müraciət etmişdir. La-
kin,  bu  onun son  əsəri olan “İşgüzar  tsikl və  Avstriya nəzəriy-
yəsi” Avstriya məktəbinin əsas nəzəri yanaşmalarından bir qədər 
fərqliliyi ilə seçilir. Həmin məktəbin nümayəndələrinin əsas ya-
naşmalarına  görə,  iqtisadi  tənəzzülün  başlıca  səbəbi  bankların 
istifadə  etmək  imkanları  olmayan  artıq  maliyyə-kredit  resursla-
rıdır  ki,  bu  amil  də  faiz  dərəcəsi  vasitəsi  ilə  iqtisadiyyata  təsir 
göstərərək,  istehsal  dövrünün  həddən  artıq  uzanmasına  gətirib 
çıxarır. 
Leon  Valrasın  nəzəri  yanaşması  iqtisadi  inkişafın  yüksəl-
məsi  və  istehsal  münasibətlərinin  təkmilləşməsi  baxımından  öz 
fərqliliyi  ilə  səciyyələnir.  Onun  müəyyən  etdiyi  ümumi  taraz-
lığın  ardıcıl  təhlili  fikri  mərhələ-mərhələ  abstraksiyanın  ardıcıl 
azalması  prosesinə  əsaslanmaqla,  iki  əmtəənin  qarşılıqlı  barter 
mübadiləsindən  başlayaraq,  əmtəələrin  mövcud  ehtiyatları  za-
manı onların çoxsaylı mübadiləsi ilə kapitalın yığımı və forma-
laşması,  nəhayət,  pul  və  kredit  resurslarından  istifadə  ilə  başa 
çatan geniş bir sistemi formalşdırır (11, s. 97-98). Valras özünün 
iki  əmtəənin  barterinin  təhlilində,  Cevonsonun    tətbiq  etdiyi  is-
tehlakçıların gəlirlərinin bölüşdürülməsi düsturundan istifadə et-
mişdir.  Bu  düsturda  nəzərdə  tutulur  ki,  tarazlıq  vəziyyətində 
olan iki əmtəənin hər birinin hədd dəyərliliyinin nisbəti, hər bir 


21 
 
tərəf üçün onların qiymətlərinin nisbətinə bərabər olmalıdır. La-
kin  Cevonsdan  fərqli  olaraq,  o,  bu  nəzəri  yanaşmanı  təkmilləş-
dirərək,  əmtəələrə  olan  tələbin  azalma  funksiyasının  geniş  və 
əsaslı təsviri üçün istifadə etmişdir. Onun tərəfindən, əmtəələrin 
çoxsaylı  mübadiləsinin  hər  bir  mərhələsinin  proseduru  təkmil-
ləşdirilmiş, bu da rəqabət, istehsal amillərinin çevik mobilliyi və 
qiymət dəyişkənliyinin düzgün müəyyənləşdirilməsi nəticəsində, 
tələb və təklif üzrə abstrakt  düsturların, tənliklərin formalaşma-
sına  səbəb  olmuşdur.  Burada  əsas  məqsəd,  ümumi  tarazlıq  sis-
temi üzrə qərarların mövcudluğunun təmin olunması üçün taraz-
lığa təsir edən amillərin və məlum olmayan amillərin hesablan-
masını  müəyyən  etmək  olmuşdur.  Əgər,  bu  amillərin  sayı 
bərabər  olarsa,  o,  göstərirdi  ki,  ümumi  tarazlıq  vəziyyətinin  ən 
azı  təmin  olunma  imkanları  mövcud  olur.  Müvafiq    tarazlığın 
müəyyən  edilməsinin  təsvirinin  ardınca,  rəqabət  mexanizminin 
reallıqda  belə  tarazlığı  necə  təmin  edə  bilməsinin,  istehsal  fəa-
liyyətinin  və  əmək  məhsuldarlığının  şərhi  verilmişdir.  Lakin, 
Valras ümumi tarazlığın təmin olunmasına mübadilə nəzəriyyəsi 
ilə  istehsal  nəzəriyyəsində  fərqli  yanaşmalar  irəli  sürmüşdür. 
Müasir dövrdə belə hesab etmək olar ki, rəqabət, həm əmtəələrə, 
həm də istehsal prosesinə təsir göstərməklə  çox vaxt bazarlarda 
ümumi  tarazlığın  təmin  olunmasına  gətirib  çıxarır.  Onun  “İqti-
sadi  nəzəriyyənin  xalis  elementləri”  əsərində  istehsal  nəzəriy-
yəsi  belə  bir  mülahizəyə  əsaslanır  ki,  amillərin  əvəzlənməsi 
istisna  olunmaqla,  məhsul  istehsalı  daimi  texniki  əmsallarla 
bağlıdır. Valras  bu əsərin sonrakı nəşrində  demək olar ki, itali-
yalı  tələbəsi  Baronenin  köməyi  ilə  məhsuldarlıq  həddinə  əsas-
lanan  tamamlanmış  bölgü  nəzəriyyəsi  formasında  müvafiq  əm-
salların müəyyən edilməsinin təhlilini vermişdir.  
Alferd  Veber  iqtisadi  nəzəriyyədə  “İstehsalın  təşkili  nə-
zəriyyəsi”  (Theory  of  the  location  of  Industries,  1909)  əsəri  ilə 
tanınmışdır.  Lakin  bu  əsərin əhəmiyyətliliyi onunla  əlaqədardır 
ki,  o  müasir  dövrədək  istehsalın  məkan  baxımından  təşkili  ilə 
bağlı  yazılmış əsərlərə öz təsirini göstərməkdədir. Veberin əsə-


22 
 
rini uzunmüddətli və maraq kəsb etməsi baxımından  qəbul edib, 
onu istehsalın təşkili nəzəriyyəsinin inkişafına və iqtisad elmin-
də  bu  sahədə  məqsədli  tədqiqatların  aparılmasına  təsir  edən 
uğurlu  iş  kimi  də qiymətləndirmək mümkündür. Veberin isteh-
sal  ilə  bağlı  ərazi  seçiminə  və  istifadəsinə  dair  fikirləri  bir  çox 
hallarda  digər  iqtisadçı  və  alimlər  tərəfindən  qəbul  olunmaqla, 
qeyd edilmişdir. Lakin o, əsərinə diferensial əmək məsrəflərinin 
və diferensial nəqliyyat  xərclərinin təhlilini  əlavə etmiş, “aqlo-
merasiyaya qənaət”, yəni istehsal fəaliyyəti üzrə məsrəflərin xü-
susi çəkisinin qonşu ərazilərdə digər analoji müəssisələrin cəm-
lənməsi hesabına dəyişməsi fikrini, istehsalın aqlomerasiya təsiri 
nəticəsində  zəifləməsi  anlayışını  iqtisadi  leksikona  daxil  etmiş-
dir. Hətta, iqtisadi fəaliyyətin ərazi üzrə yerləşdirilməsi nəzəriy-
yəsində klassik baxımdan “üç nöqtə probleminə” müraciət edər-
kən  Veber  özündən  əvvəlki  iqtisadçıların  müəyyən  etdiyi  nəzə-
riyyə ilə müqayisədə, bu problemin daha sadə və ümumi qrafik  
təhlilini vermişdir (11, s. 154). 
Veberin  nəzəriyyəsinə  görə,  hər  bir  sənaye  və  istehsal  mü-
əssisəsi əvvəldən müəyyən edilən, sonradan isə əldə olunan  re-
surslardan istifadə etməklə yalnız bir və ya bir neçə əmtəəni is-
tehsal edir və bu amil  müəssisələrin coğrafi-ərazi cəhətdən opti-
mal  yerləşdirilməsində  mühüm  rol  oynayır.  Müvafiq  optimal-
lığın yeganə qiymətləndirmə meyarı – bütün resursların və əm-
təələrin daşınmasına çəkilən məcmu xərclərin minimumlaşdırıl-
ması  ola  bilər.  Veber,  həmçinin,  məhsul  istehsalı  xərclərinin 
araşdırılması  ilə  bağlı,  istehsalın  kalkulyasiyası  problemlərinə 
diqqətini  artıraraq,  qeyd  edirdi  ki,  məhsul  istehsalı  prosesində 
xammal  və  materialların  dəyəri  tam  həcmdə  özünü  yeni  hazır 
məhsulun dəyərinin tərkibində tapır. Lakin, müasir istehsal pro-
sesində olduğu kimi, o, öz zəmanəsində istehsal prosesində isti-
fadə olunan xammal və materialların bir hissəsinin təbii itki kimi 
istehsal  prosesində  itirildiyini  əsaslandırırdı.  Veber  istehsalda 
xammal  və  materialların  xüsusi  çəkisində  texnoloji  amillərlə 
bağlı  təbii  itkilərin  labüd  olduğunu  qeyd  etməklə,  istehsalın 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə