Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə10/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   ...   6   7   8   9   10   11   12   13   ...   86

29 
 
xüsusi diqqət yetirilir(16, s. 256). Müasir dövrədək ABŞ, bir çox 
Qərbi  və  Şərqi  Avropa  ölkələrində,  o  cümlədən  MDB-yə  daxil 
olan  əksər  dövlətlərdə  (Azərbaycanda  da)  monetarizm  nəzəriy-
yəsi  müəyyən  düzəlişlər  olunmaqla  tətbiq  edilməkdədir.  Xüsu-
silə,  son  dövrdə  dünyada  baş  verən  maliyyə,  iqtisadi  böhranın-
dan çıxış yolları axtarılarkən bu nəzəriyyədən irəli gələn bir çox 
müddəalara üstünlük verilməsi məqsədəuyğun sayılmaqdadır. 
         Neoliberalizm iqtisadi nəzəriyyədə və praktikada artıq sər-
bəst  reqlamentasiyadan  uzaq  olub,  özünü  tənzimləmə  prinsip-
lərinə əsaslanan ayrıca bir istiqamət kimi səciyyələnir. Müvafiq 
nəzəriyyə  liberalizm  baxışları  ilə  müəyyən  mənada  uyğunluq 
təşkil etməklə  nəzərə  çarpır. Müasir iqtisadi liberalizm  nəzəriy-
yəsinin nümayəndələri iki əsas prinsipdən çıxış edirlər. Birincisi, 
bazar  iqtisadi  inkişaf  üçün  daha  əlverişli  şərait  yaratmaqla,  sə-
mərəli  iqtisadi  idarəetmə  və  istehsal  münasibətlərinin  fəaliyyə-
tinin  formalaşmasına  təsir  göstərir.  İkincisi,  iqtisadi  və  istehsal 
fəaliyyətində  sərbəstliyi  prioritet  kimi  götürür(16,s.278).  Libe-
ralizmdə dövlətin əsasən rəqabət mühitini təmin etmə və iqtisadi 
tənzimləmə sistemində mövcud olan zəif həlqələr üzərində nəza-
rəti  həyata  keçirmə  funksiyaları  xüsusi  üstünlüklə  irəli  sürülür. 
Lakin, müasir dövrdə iqtisadi şəraitdən və inkişaf səviyyəsindən 
asılı  olaraq,  dövlət  iqtisadi  tənzimləmə  proseslərində  müxtəlif 
formalarda geniş və aktiv şəkildə iştirak etməkdədir.  
      Neoliberalizm tərəfdarları bazar subyektlərinin, müəssisə və 
təsərrüfat  subyektlərinin  imkanlarını  daha  geniş  qiymətləndi-
rərək,  belə  bir  fikri  əsaslandırırlar  ki,  məhz  bazar  iştirakçıları, 
xüsusi  mülkiyyət  iqtisadi  inkişafı  təmin  etməklə,  qarşıya  çıxan 
fəsadları, inflyasiyanı aradan qaldıra bilər. Bu nəzəriyyənin əsa-
sını qoyub, onun başlıca yaradıcılarından olan Fridrix fon Xayek 
istehsal  və  əmək  münasibətlərində,  xüsusilə  də  insan  fəaliyyə-
tində maksimal sərbəstlik prinsipinin tərəfdarı kimi çıxış etmiş-
dir (16, s. 307). Belə  yanaşma bir növ müəssisə və təsərrüfatla-
rın  bazarda  fəaliyyət  və  manevretmə  imkanlarının  artırılması, 
insanın  intellektual və yaradıcılıq qabiliyyətinin yüksəlməsi ilə 


30 
 
bağlı  olub,  nəticədə  məhsul  istehsalının  və  əmək  məhsuldarlı-
ğının  sürətli  sıçrayışına  səbəb  olacağını  sübut  etməyə  yönəl-
mişdir.  Qeyd  etmək  lazımdır  ki,  bu  nəzəriyyənin  bir  sıra  prin-
sipləri XX əsrin müxtəlif dövrlərində inkişaf etmiş Qərbi Avro-
pa dövlətlərində, xüsusilə Almaniya və ABŞ-da istifadə edilmiş-
dir.  Beynəlxalq  Valyuta  Fondu  əsasən  monetarizm  konsepsiya-
sından çıxış etsə də, bir çox hallarda liberal yanaşmalara da üs-
tünlük verir. Lakin,  iqtisadi inkişaf prosesləri, xüsusilə son 20-
30 -cu illərdə baş verən proseslər, inflyasiya, işsizlik və iqtisadi 
böhran  halları  göstərir  ki,  bu  nəzəriyyə  praktik  həyatda  özünü 
kifayət qədər doğrultma imkanlarına malik deyildir.  
 Müasir iqtisadi nəzəriyyələrdən biri kimi institusional – so-
sioloji  nəzəriyyə  özünəməxsus  xüsusiyyəti  ilə  fərqlənir.  Bu  nə-
zəriyyənin  əsas  nümayəndələrindən  biri  kimi  Ç.Qelbreyt  və 
onun tərəfdarları iqtisadiyyatı bir sistem kimi qəbul edirlər. Bu-
rada  təsərrüfat  fəaliyyəti  ilə  məşğul  olan  subyektlər  arasındakı 
münasibətlərin  iqtisadi  və  qeyri-iqtisadi  amillərin  təsiri  nəticə-
sində  formalaşması  fikrinə  diqqət  artırılır.  Onlar  institutsional 
anlayış altında – korporasiyaları (şirkətləri), həmkarlar ittifaqını 
və  dövləti  nəzərdə  tutur,  iqtisadi  nəzəriyyənin  bu  istiqamətində 
bazar  münasibətlərinin  çatışmazlıqlarını  göstərirlər  (17,  s.  43). 
Bununla  bağlı  əsas  məqsəd  kimi    bazar  münasibətlərinin  daha 
səmərəli istiqamətdə transformasiyası  nəzərdə tutulur. Bu nəzə-
riyyənin tərəfdarlarının  yanaşmalarına  görə  elmi-texniki tərəqqi 
sosial ziddiyyətləri dəf edəcək, münaqişəsiz, ictimai təkamül yo-
lu  ilə  industrial  cəmiyyətdən  postindustrial,  super  industrial  cə-
miyyətə gətirib çıxaracaqdır. 
     İstehsal  fəaliyyətinin  və  münasibətlərinin  təkmilləşdiril-mə-
sində  texnokrat  nəzəriyyəsinin  təsiri  də  xüsusi  maraq  doğurur. 
Müvafiq  nəzəriyyənin  əsas  nümayəndələrindən  olan  C.Qelb-
reytin  bu  sahədə  fikir  və  yanaşmaları,  əsərləri  daha  diqqət  cəlb 
edir. Belə yanaşma və nəzəriyyə Qərbi Avropa ölkələrində, bəzi 
postsovet  dövlətlərində  ciddi  maraq  kəsb  etməklə,  müzakirə 
obyektinə çevrilmişdir.  


31 
 
      Texnokrat nəzəriyyəsində əsas fikir və yanaşma kimi iri mü-
əssisə və istehsal sahələrində “industrial sistem”ə və onunla bağ-
lı məsələlərə üstünlük verilir (17, s.54).  Məhz mövcud nəzəriy-
yəyə əsasən müəssisələrin təşkili və fəaliyyətində aşağıdakı mər-
hələləri səciyyələndirmək mümkündür: 
    -Sahibkarlıq  subyektinə  aid  olan  müəssisələr.  Burada  müəs-
sisənin  təsisçi  və  ya  sahibkarı  idarəetmə  sisteminin  rəhbəri  ol-
maqla yanaşı, eyni zamanda orada  fəaliyyət göstərən menecer-
lərin,  mühəndis-texniki  heyətin,  maliyyə-marketinq  strukturu-
nun işinə nəzarət edir.    
    -İdarəetmə  strukturunun,  menecmentin  geniş  səlahiyyət 
dairəsinə  aid  olan  müəssisələr.  Müvafiq  müəssisələr  menec-
mentin  rəhbərliyi  altında  fəaliyyət  göstərməsi  ilə  xarakterizə 
olunur. 
    -Texnostruktur  müəssisələr.  Belə  müəssisə  və  təsərrüfat  sub-
yektlərində istehsal fəaliyyəti o qədər mürəkkəbliyi və çoxşaxə-
liliyi  ilə  fərqlənir  ki,  onun  idarə  olunmasında  ayrı-ayrı  sahib-
karlar, menecerlər fərdi qaydada iştirak edə bilmirlər.  Müvafiq 
müəssisələrdə  təkmil  və  ixtisaslaşmış  müxtəlif  istiqamətli  ida-
rəetmə sistemi, ciddi şəkildə əlaqələndirilən peşəkar menecment 
və  mütəxəssis  heyətinin  olması  xüsusi  zərurətdən  irəli  gəlir. 
Məhz belə müəssisələr iri və transmilli müəssisələr, şirkətlər ol-
maqla,  korporativ  idarəetmə  sistemi,  əsasən  də  yüksək  texnost-
ruktur quruluşu ilə fərqlənir. Qeyd edilən müəssisələrin, şirkət-
lərin idarəetmə heyəti və strukturu öz geniş sosial tərkibi ilə sə-
ciyyələnir və bu heyətdə, strukturda  yüksək ixtisaslı və  peşəkar 
menecerlər,  elmi-tədqiqat  və  konstuktor  fəaliyyəti  ilə  məşğul 
olan insanlar, iqtisadçılar, mühəndislər, psixoloqlar, təcrübəli iş-
çilər mövcud olur. Mövcud heyətin idarəetmə və istehsal fəaliy-
yəti  ilə  bağlı  qəbul  etdiyi  qərarlar  elmi  və  praktiki  cəhətdən 
əsaslandırılmaqla,  öz  səlahiyyətliliyi,  səmərəliliyi  ilə  fərqlənir. 
Nəticədə,  defakto  müəssisədə,  şirkətdə  hakimiyyət  və  rəhbərlik 
belə heyətin əlində cəmlənir. 


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə