Азярбайъан милли елмляр академийасы игтисадиййат институту



Yüklə 2,77 Mb.
Pdf görüntüsü
səhifə6/86
tarix15.08.2018
ölçüsü2,77 Mb.
#62615
1   2   3   4   5   6   7   8   9   ...   86

17 
 
nöqsan  və  çatışmazlıqlarla  bağlıdır.  Marksın  və  onun  tərəfdar-
larının əlavə dəyər və izafi məhsul, onun nəticələrinin aidiyyəti, 
bazar  iqtisadiyyatının,  sənayenin  və  istehsalın  inkişafının  işçi 
qüvvəsinin  istismarını  gücləndirməsi,  bazar  münasibətlərində 
izafi  məhsulun  və  dəyərin  kapitalistlər  tərəfindən  mənimsə-
nilməsi,  iqtisadi  inkişafda və cəmiyyətdə  bununla bağlı  antaqo-
nist ziddiyyətlərin artması və digər bu  yönümlü yanaşmaları bu 
problemləri  yeni  qurulan  sosialist  sistemlərində  həll  etmədi, 
əksinə,  bu  sistemin  bazar  qanunauyğunluqlarından  uzaqlaşması 
onun tənəzzülünü labüdləşdirdi.  
       İqtisadi  nəzəriyyədə  marjinalizm  yanaşması  iqtisadi  və  is-
tehsal münasibətlərinin inkişafına öz təsirini göstərmişdir. Mar-
jinalistlər  istehsal  amillərinə  -  torpaq,  əmək,  kapital  və  sahib-
karlıq  fəaliyyətini  aid  edir,  sahibkarlıq  fəaliyyətinə  müstəqil 
amil kimi baxmaqla, xüsusi mülkiyyətin üstünlüyünü vurğulayır 
və mənsub olduqları sinfin mənafeyini müdafiə edirlər. Sey əm-
təələrin  dəyərinin  müəyyən  olunmasında  onun  faydalılığını, 
daha  doğrusu,  istehlak  dəyərini  əsas  götürməyi  təklif  edirdisə, 
Karl Menqer bu yanaşmada əmtəələrin qeyri-adiliyi və ya artıq-
lığı  anlayışı  ilə  müəyyənliyini  irəli  sürürdü.  Fridrix  Fon  Vizer 
Bem-Baverkdən sonra Menqerin ən layiqli və məşhur davamçısı 
olmuşdur. O, özünün ilk əsəri olan “İqtisadi dəyərin  yaranması 
və  onun  əsas  qanunları”nı  (Uber  der  Uhrsprung  una  die 
Hauptgesetze  des  wiktschaftlichen  Wertes,  1884)  yazmışdır. 
Əsərdə digər mühüm məsələlərlə  yanaşı, həmçinin, faydalılığın 
istehsal  amilləri  əsaslı  şəkildə  tədqiq  olunmuş  və  burada  qeyd 
olunur  ki,  məhsullar  istehsalçıların  tələbini  ödəməsə  də,  onlar 
tərəfindən alınmasa da, bu məhsulların istehsal öhdəliyi müəssi-
sənin üzərinə düşür və məhz müəssisə mövcud problemin həllin-
də, istehlakçı tələbinin ödənilməsində daim yeni imkan və vasi-
tələrdən istifadə etməlidir (8, s.123). 
Vizer yazdığı “Təbii dəyərlilik” (Natural Value, 1889) əsə-
rində dəyər anlayışını müxtəlif aspektlərdən tədqiq etmiş və gös-
tərmişdir  ki,  dəyərin  sonradan  qiymət  şəklində  ifadəsi  mühüm 


18 
 
iqtisadi    kateqoriya  olub,  hər  hansı  bir  cəmiyyətdə,  dövlətdə, 
onun  iqtisadi-tənzimləmə  institutlarında,  mülkiyyət  növündən 
asılı olmayaraq fəaliyyət göstərən təsərrüfat və istehsal subyekt-
lərində  əsas  funksional-əlaqələndirici  rolunu  oynayır  (9,s.73). 
Əsərin əsas bölmələrində mərkəzləşdirilmiş planlı iqtisadiyyatda 
dəyərin  formalaşmasının  və  praktiki  olaraq  fəaliyyət  göstərmə-
sinin mümkün nəticələri əks olunmuşdur. Burada məsələnin belə 
qoyuluşu Lüdviq fon Mizesin (1881-1973) sosializmdə rasional 
iqtisadi hesablamaların, dəyərin istifadəsinin tam qeyri-mümkün 
olması haqqında irəli sürdüyü fikirlərin məqsədəuyğun olmama-
sını sübut etməklə bağlı idi. Vizer bazar iqtisadiyyatında forma-
laşan ideal bazar rəqabətindəki dəyər determinatları ilə sosial iq-
tisadiyyat  şəraitindəki  qeyri-təkmil  rəqabət  mühitində  fəaliyyət 
göstərən müəssisə və təsərrüfatların, əmək kollektivlərinin  inki-
şafını  mütəmadi  müqayisə  və  təhlil  edərək  qiymətləndirmişdir. 
O, müasir dövrdə məsrəflərin təhlili və onların nəticələrinin qiy-
mətləndirilməsi əsasında sosial iqtisadiyyatın tənzimlənməsi üz-
rə  dövlətin  fəaliyyət    proqramını  hazırlamışdır.  Vizer  hesab 
edirdi  ki,  Avstriya  nəzəri  məktəbində  əsas  götürülən  faydalılıq 
və hakimiyyətin sosial nəzəriyyələrindən birgə istifadə etməklə, 
səmərəli  iqtisadi  siyasət  proqramı  işləyib  hazırlamaq  müm-
kündür.  Belə  proqramın  mövcudluğunun  dövlətə  Marşall  və 
Piqunun  “iqtisadi  rifah”  nəzəriyyəsində  nəzərdə  tutduğundan 
çox fayda verəcəyi mümkün sayılırdı. 
       Uilyam  Stenli  Cevons  “son  faydalılıq  nəzəriyyəsi”nin  ilk 
müəyyənedicilərindən biri sayılsa da, bəzən onun bu nəzəriyyəni 
ilk  olaraq  deyil,  təkrar  müəyyən  etdiyini  qeyd  edirlər.  Cevon-
sun  faydalılığın  son  həddi  nəzəriyyəsini  müəyyən  etməsini  də-
qiqliklə  əks  etdirən  əsəri  “Siyasi  iqtisad  nəzəriyyəsi”nin  (The 
Theory  of  Poliitical  Economy,  1871)  formalaşmasında  təyinatı 
üzrə  istifadə  olunmuşdur.  Onun  mikro  iqtisadiyyat  sferasının 
müəyyən  hissəsini  əhatə  etməsinə  baxmayaraq  (müəssisələrin 
istehsal  və  bazarda  hərəkət  nəzəriyyəsini  deyil,  istehlakçıların 
davranış  nəzəriyyəsini  əhatə  etməsi),  bu  əsəri  ilə  eyni  vaxtda 


19 
 
nəşr olunan Menqerin və Valrasın konsepsiyası birlikdə iqtisadi 
nəzəriyyə  tarixinə  yeni    fikir  gətirməklə,  bu  nəzəriyyədə  yeni 
dönüş dövrü açılıb, sonradan “marjinalist inqilabı” adlanan elmi 
yanaşmanın əsasını qoymuşdur.  
       Cevonsun  bu  əsərində  əhəmiyyətli  məqamlardan  biri  də 
əməyin son ağırlıq  həddi  ilə onun istehsal etdiyi məhsulun son 
faydalılıq  həddi  arasındakı  balansın  tədqiq  olunmasıdır  (10,  s. 
152-153), lakin burada kapitala olan tələb müəyyən qədər səthi 
nəzərdən  keçirilsə  də,  müəssisələrin  fəaliyyətinin  istehsal  amil-
ləri  ilə  əlaqələndirilməsi  məsələsi  nəzərə  alınmamışdır.  İqtisad-
çının qiyməti müəyyən edən məşhur cədvəli aydın göstərir ki, o, 
qiyməti, tələbi və təklifi eyni vaxtda dərk edib, əlaqələndirmək-
də çətinlik çəkmişdir.  
İqtisadçı  alim  Albert  Aftalion  apardığı  bir  neçə  illik  tədqi-
qatlardan sonra, “işgüzar tsikl” nəzəriyyəsini yaratmağa cəhd et-
mişdir. O, bir sıra sələflərindən fərqli olaraq, bu istiqamətdə da-
ha geniş araşdırmalar aparmağa nail olmuşdur. Sismondinin iqti-
sadi  ideyalarının  əsasında  yazdığı  əsərlərindən  sonra,  Aftalion 
1908-ci ildə “Ümumi ifrat istehsal” mövzusunda məqalələr yaz-
mış,  sonra  isə    “İfrat  istehsalın  dövri  böhranları”  adlanan  iki 
cildlik iri həcmli əsərini nəşr etdirmişdir. Bu əsərin əsas təməlini 
Bem-Baverkin  “kapitalist  istehsalının  dolayı  xarakteri”  nəzə-
riyyəsinə əsaslanan istehsal tələbinin akseleratoru prinsipi təşkil 
edir.  Müvafiq  nəzəriyyəyə  əsasən  istehlak  mallarına  olan  tələ-
batın  dəyişməsi  fikri  investisiya  mallarına  tələbatın  dəyişmə-
sinin sürətlənməsinə səbəb olur. İqtisadiyyatda tez-tez üzləşilən 
ciddi  bir  fikir  kimi  tənəzzüldən  sonra  qiymətlərin  aşağı  düşmə-
sinin nəyə  görə dərhal iqtisadiyyatın sağlamlaşmasına deyil, iq-
tisadi aktivliyin spiralvari azalmasına gətirib çıxarması problemi 
bir  çox  iqtisadçıların  tədqiqat  obyekti  olmuşdur.  Bir  sıra  iqti-
sadçıların əsərlərində istehsalın “dolayı” təbiəti ilə bağlı olaraq, 
bu  fikir  belə  izah  edilir:  sahibkarlar  istehsal  amillərini  əldə  et-
mək üçün daha  yüksək  qiymətlər üzrə    müqavilələr bağlayır və 
nəticədə, investisiyaların azalmasına gətirib çıxaran itkilərlə üz-


Yüklə 2,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə