44
subyektlər üçün təsnifləşdirilmiş prinsiplərindən fərqli olaraq,
onlar, demək olar ki, əvvəlki 80 il ərzində aktual xarakter da-
şımışdır və hal-hazırda öz əhəmiyyətini itirmişdir);
- keyfiyyətin idarə edilməsi (ilk dəfə olaraq sübut olunmuş-
dur ki, məhsulun keyfiyyəti rəqabət qabiliyyəti göstəricisinin əs-
lində sinonimi deyil, onun mühüm tərkib hissəsidir. Bundan
əlavə, sübut edilmişdir ki, məhsulun keyfiyyət göstəricilərinin
tərkibinə eyni zamanda resurs tutumu göstəriciləri və keyfiy-
yətin idarə olunması ilə bağlı məsələlər də daxildir);
- resurslara qənaət mexanizmi (iş vaxtına və eləcə də mad-
di-texniki resurslara, canlı əməyə qənaət mexanizmlərini müəy-
yən edir);
- müxtəlif obyektlərin rəqabət qabiliyyətinin qiymətləndi-
rilməsi.
Təşkilati - idarəetmə metodlarının elmi əsaslandırılmış ya-
rımsistemlərinin tərkibinə eyni zamanda konkret metodlar da şa-
mil edilir ki, bu metodlara aşağıdakıları aid etmək mümkündür:
- təhlil;
- proqnozlaşdırma;
- işçi heyətinin idarə edilməsi;
- məhsulun keyfiyyətinin idarə edilməsi;
- proseslərin təşkili.
Qeyd edilən metodlar bir qayda olaraq təşkilati - idarəetmə
sisteminin son mərhələsində tətbiq edilir və bu mərhələ idarə-
etmə qərarlarının qəbul edilməsi mərhələsi adlanır. Ümumiy-
yətlə, təşkilati-idarəetmə sisteminin rəqabət qabiliyyətli və sə-
mərəli fəaliyyət göstərməsi üçün, ilk növbədə iqtisadi qanun-
ların və təsərrüfat subyektinin mövcud fəaliyyət mexanizminin
təhlil edilməsi zəruridir, bu amil isə məsələyə elmi cəhətdən ya-
naşma və prinsiplərin tətbiqini obyektiv zərurətə çevirir.
Təsərrüfat subyektinin idarəetmə sisteminin təhlilinin özü-
nəməxsus metodları mövcuddur:
- müqayisə metodu;
- indeksli metod;
45
- balans metodu;
- şəbəkə metodu;
- xətti analitik metod;
- mütərəqqi texnologiyaların və kompyuter texnologiyasının
tətbiqi olmadan amil təhlil metodu (burada ilk dəfə praktik məq-
sədlərə nail olunması üçün reqressiv asılılıqların qəbul edilmə-
sinin iqtisadi-riyazi meyarları əsaslandırılır);
- funksional dəyər təhlili (ilk növbədə obyektin fəaliyyət
tsiklinə çəkilən məcmu xərclərin təhlilinin meyarları əsaslan-
dırılır);
- iqtisadi-riyazi metodlar;
- svot təhlili;
- sistemli analiz.
Təsərrüfat subyektinin idarəetmə sisteminin fəaliyyətinin
proqnozlaşdırılmasının əsas metodlarına aşağıdakılar şamil
edilir:
- normativ;
- eksperimental;
- parametrik;
-ekstrapolyasiya;
- indeks;
- ekspert metodu.
Təsərrüfat subyektinin işçi heyətinin idarəetmə metodlarına
aşağıdakılar aid olunur:
-məcburiyyət metodu (inzibati metodlarla əvəzlənməklə);
-həvəsləndirmə metodu (iqtisadi metodlarla əvəzlənməklə);
-əminlik metodu (sosial-psixoloji metodlarla əvəzlənməklə);
Məhsulun keyfiyyətinin yüksəldilməsi onun rəqabət qabi-
liyyətinin təmin edilməsinin mühüm prinsipi hesab edilir. Bu
baxımdan məhsulun keyfiyyətinin yüksəldilməsi ilə bağlı əsas
elementlərə aşağıdakılar şamil edilir:
- iş fəaliyyətini əks etdirən dioqram;
- asılılıq dioqramı;
- sistemli dioqramlar;
46
- matris dioqramı;
- şəbəkə qrafiki;
- proseslərin planlaşdırılması dioqramı;
- proseslərin məntiqi sxeminin qurulması;
- nəzarət vərəqləri;
- mövsümi mərhələlər;
- korilyasiya sahəsi;
- nəzarət xəritələri və başqaları.
İdarəetmə sistemi üzrə müxtəlif mənbələrin təhlili göstərir
ki, idarəetmə funksiyalarının mahiyyəti ilk növbədə bu sistemin
funksiyalarının yaranma mənbələrini və anlayışlarını, həmçinin,
onun təsnifləşdirilməsi imkanlarını özündə əks etdirməlidir. İda-
rəetmənin funksiyalarının çoxsaylı olması, eləcə də onların anla-
yışlarının bir sıra hallarda fərqli anlam daşıması və bu sahədə
olan təsnifatın fərqli xarakterə malik olması, iqtisadçı və mütə-
xəssislər arasında müəyyən problemlər yaradır və bütün bunlar
isə eyni zamanda idarəetmə proseslərinin təkmilləşdirilməsində
çətinliklər törədir. Digər tərəfdən, qeyd etmək lazımdır ki, hər
bir istehsal prosesinin, məhsulun fəaliyyət və mövcudluq tsik-
linin mərhələlərinin müəyyənləşdirilməsi ilə bağlı da vahid
yanaşma nəzərə çarpmır (26, s. 211-212). Bazar münasibətləri-
nin xarakterik xüsusiyyətlərini nəzərə almaqla istehsal prose-
sinin, məhsulun fəaliyyət və mövcudluq tsiklinin aşağıdakı mər-
hələlər üzrə sistemləşdirilməsi müasir dövrün tələbləri baxımın-
dan məqsədəuyğundur:
Strateji marketinq. Bu mərhələ müəssisə və təsərrüfat
subyektlərinin fəaliyyət strategiyasında və məhsulun rəqabət qa-
biliyyətini təmin edən normativlərin proqnozlaşdırılmasında mü-
hüm amil kimi əhəmiyyət kəsb edir;
Elmi-tədqiqat və təcrübə - konstruktor işləri;
Məhsul istehsalının təşkilati-texnoloji baxımdan əsas-
landırılması;
Məhsul istehsalı;
47
Taktiki marketinq;
Məhsul istehlakçılarına servis xidməti;
Məhsulların, əmtəələrin istifadə müddətinin müəyyən
edilməsi;
Aparılan tədqiqatlar, istehsal prosesinin və idarəetmə sis-
teminin müasir inkişaf tendensiyasını nəzərə alıb, idarəetmənin
funksiyalarını aşağıdakı kimi təsnifləşdirmək mümkündür (belə
yanaşma həm də idarəetmə vəzifələrinin həyata keçirilməsi ilə
bağlı konkret əməliyyatların yerinə yetirilməsini və idarəetmə
funksiyalarının məğzini daha aydın şəkildə özündə əks etdirir):
- idarəetmə sisteminin fəaliyyətinin proqnozlaşdırılması və
planlaşdırılması;
- idarəetmə sisteminin təşkili;
- idarəetmə sisteminin təhlili və qiymətləndirilməsi;
- idarəetmə sisteminə səmərəli nəzarət formasının tətbiqi;
- idarəetmə sisteminin və fəaliyyətinin əldə olunan nəti-
cələr baxımından stimullaşdırılması.
Müvafiq idarəetmə funksiyaları bütövlükdə idarəetmənin
müxtəlif tsikllərinin reallaşdırılmasında da əhəmiyyətli iştirak
imkanına malikdir. Bundan əlavə, idarəetmənin bir çox funk-
siyaları bütövlükdə istehsal və təsərrüfat fəaliyyəti tsiklində öz
əhəmiyyətliliyi ilə çıxış edir. Məhz bu baxımdan, müvafiq funk-
siyaları aşağıdakı kimi təsnifləşdirmək və onları uzlaşdırmaq
məqsədəuyğundur:
- təhlil;
- proqnozlaşdırma;
- planlaşdırma;
- təşkil;
- nəzarət;
- motivləşdirmə;
- koordinasiya.
Qeyd olunan idarəetmə funksiyalarının uzlaşdırılmasında
planlaşdırma, təşkil, nəzarət və motivləşdirmə funksiyaları daha
çox iştirak edirlər. Digər idarəetmə funksiyaları isə idarəetmə
Dostları ilə paylaş: |