Könül Nəhmətova
30
kədə ibadət etməklə və ariflərlə həmsöhbət olmaqla ömrünü keçir-
miĢdir. Mirzə Tahir Nəsrabadinin qeydinə görə, onun təzkirəsin-
dən (h.q. 1081/1670) bir neçə il əvvəl vəfat etmiĢdir [88. 241].
«Fərhəngi - İbrahimi» - təzkirəsinin müəllifi Ġbrahim Mir-
zə Əbülfət Səfəvilər sülaləsindən olan Zəhirəddin Bəhram Mir-
zənin oğludur. O, həddi-buluğa çatdıqdan sonra I ġah Təhmasib
öz qızı Gövhər Sultan xanımı Əbülfətə ərə vermiĢ və Xorasanın
hökmdarlığını ona tapĢırmıĢdır. Əbülfət orada on iki il
(h.q.979/1571-ci ilədək) hökmdarlıq etmiĢdir. Ġbrahim Mirzənin
məclisləri həmiĢə elm və ədəbiyyat xadimlərinin yığıncağı olmuĢ,
Hindistana səfər edən hər söz ustası Xorasandan keçdikdə Ġbrahim
Mirzə onu bir müddət öz yanında qonaq saxlayar və ona böyük
hörmət göstərərdi.
II ġah Ġsmayıl taxta çıxdıqdan sonra ġamxal Sultan h.q.
984-cü il zilhiccə ayının 5-də, Ģənbə günü (1576, 24 fevral) onun
əmri ilə bu gənc alimi öldürmüĢdür.
M.Tərbiyət Ġbrahim Mirzədən bəhs edən mənbələr haqqında
xəbər verərək yazırdı: «Əbülfət əruz və qafiyə elmlərini yaxĢı bi-
lirdi, onun fars və türk dillərində Ģeirləri vardır. Təxəllüsü «Cahi»
olmuĢdur. Mir MünĢinin oğlu Hacı Əhməd Qumlu yazdığı altı
cildli «Xülasətül-təvarix» əsərində, eləcə də «TəzkirətüĢ-Səlatin
vəl-ü məmra» və «Gülüstani-hünər» əsərlərində Əbülfət Ġbrahim
Mirzənin tərcümeyi-halını geniĢ vermiĢ, onun üç min beytdən iba-
rət divanını tərtib edib, giriĢ yazmıĢdır. «Xülasətül-əĢ’ar» əsərinin
müəllifi (Tağı KaĢani – K.M.) də onun haqqında geniĢ məlumat
verərək Ģeirlərindən 82 beyt nağıl etmiĢdir. Digər təzkirələrdə də
bu Ģahzadə barəsində müfəssəl və ya müxtəsər məlumat vardır
[88. 162].
«DaniĢməndani – Azərbaycan» təzkirəsindən bizə məlum
olur ki, Ġbrahim Mirzənin görkəmli söz ustalarının tərcümeyi-halı
və yaradıcılığı haqqında «Fərhəngi-İbrahimi» (Ġbrahimin lüğət
kitabı) adlı sanballı bir təzkirəsi olmuĢdur. Bu əsər «Səfineyi-
XoĢgu» müəllifinin istifadə etdiyi mənbələrdən olmuĢdur [88.
163].
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
31
«DaniĢməndani–Azərbaycan»da Tövfi adlı bir Ģair və onun
təzkirəsi haqqında xəbər verilir. ġairin yaĢadığı dövr göstərilməsə
də, mətndən məlum olur ki, o, XVIII əsr Ģəxsiyyətlərindən olmuĢ-
dur. «O, rəvan dildə bir təzkirə iərtib etmiĢ, orada öz dövründəki
bir çox görkəmli Ģairlər haqqında məlumat vermiĢdir. O dövrdə
yaĢayan Ģairlərin çoxu, o cümlədən, Əczi, Səburi və Həkim Əbu
Talib onun Ģagirdlərindən olmuĢlar» [88.337]. Tövfi haqqında
məlumat «Xülasətül-əĢar”» və «ġühufi-Ġbrahim» təzkirələrinə
əsasən verilmiĢdir.
«Təzkirətül-əfkar»ın müəllifi Ağa Səid Saleh Hacı Molla
Məhəmməd Səid oğlu Xalxalinin oğludur. Hacı Molla Saleh h.q.
1175 (1761)-ci ildə Xalxalda səksən yaĢında vəfat etmiĢdir.
«Bəhrül-ülum» (1794) və «Riyazül-cənnə» (1801) Fani
Mirzə Həsən Zünuzinin əsərləridir. Mirzə Həsən h.q. 1172-ci il sə-
fər ayının 17-də (1758, 20 oktyabr) Xoy Ģəhərində doğulmuĢdur.
O, gəncliyində Təbrizdə Mövlana Məhəmməd ġəfi Tufarqanlının
yanında, sonra isə beĢ il Mövlana Əbdünnəbi ġərəfəddin Məhəm-
məd oğlu Təsucinin yanında ədəbiyyat elmini oxumuĢdur. O, h.q.
1195 (1780)-ci ildə Ətəbata getmiĢ və orada Ağa Məhəmməd
Behbahainin, Mirzə Mehdi ġəhristaninin və Ağa Seyidəlinin ya-
nında biliyini təkmilləĢdirmiĢdir. Fani h.q.1203 (1788)-ci ildə
MəĢhədə gedib iki il orada yaĢamıĢ və Xoy Ģəhərinə qayıtmıĢdır.
O, Xoyda Hüseynquluxan Dünbülinin tapĢırığı ilə «Bəhrül-ülum»
(Elmlər dənizi) və «Riyazül-cənnə» əsərlərini yazmıĢdır. Faninin
bu iki kitabı öz zamanının ensiklopediyası sayılır. «Bəhrül-ülum»
əsəri yeddi bəhrdə yazılmıĢdır. «Riyazül-cənnə» əsəri isə
müqəddimə, səkkiz rövzə və xatimədən ibarətdir. Dördüncü,
beĢinci və yeddinci fəsilləri alimlər, filosoflar, Ģairlər və vəzirlərin
tərcümeyi-halları, əsərləri, Ģeirləri və yaradıcılıqları haqqındadır
[88. 345].
Səhab təxəllüslü Seyid Məhəmməd Seyid Əhməd Hafiz
oğlunun sona çatmamıĢ bir təzkirəsi qalmıĢdır. Bu Ģəxs Ordudad-
dan olmuĢ, h.q. 1222 (1807)-ci ildə vəfat etmiĢdir. Tərbiyət onun
haqqındakı məlumatı «Nigaristani-Dara» təzkirəsindən almıĢdır
Könül Nəhmətova
32
[88. 316].
«DaniĢməndani–Azərbaycan»da az tanınmıĢ və yaxud heç
məlum olmayan təzkirələr haqqında məlumat verilsə də, XVIII əs-
rin ən məĢhur təzkirəsi – «Atəşkədə»nin üzərindən sükutla keçil-
miĢdir.
«AtəĢkədə» təzkirəsinin müəllifi Lütfəli bəy Azər (1711-
1781) Eldəgizlərdən olan məĢhur Bəydil xanın nəslindəndir. Bəy-
dili tayfası iki qismə bölünür. ġah ölkəsindən Ġrana mühacirət
edənlər Bəydili-ġamlı, Türküstan və Ġranda qalanlar isə Bəydili
adlanırlar. Azər Lütfəli bəyin atası Ġsfahanda məĢhur olan Ġma-
müddövlə Məhəmməd Mömin xanın oğlu Ağa xan da Bəydili
ġamlı hesab olunur [59. 11].
Lütfəli bəy Azərin fars dilində yazdığı “AtəĢkədə»” təzkirə-
si 19 ilə (1760-1779) yazılmıĢdır. Təzkirəyə verilən bu ad müxt-
əlif cür izah olunur. Lütfəli bəy Azər özü bu barədə yazır: «Bu ki-
taba «AtəĢkədə» adı verirəm və bundan əvvəlki təzkirəçilərin
dəftərlərini qısqanclıq oduna atdım» [57. 25].
Ruqiyyə Qənbərqızına görə, «AtəĢkədə» təzkirəsində Ģairlər
xronoloji və yaxud adlarının əlifba sırası üzrə deyil, coğrafi
prinsip, yəni bölgələr üzrə (məsələn, Gəncə Ģairləri, ġirvan
Ģairləri, Ġsfahan Ģairləri və s.) təsnif edilmiĢdir [99. 34]. Lakin
müəllif özü əsərinin quruluĢu haqqında belə yazır: «Tarix
kitablarına müraciət edib Ģairlərin anadan olma illəri və mənsub
olduqları yerləri təyin etdim. Hər hansı ölkənin və Ģəhərin Ģairi
haqqında məlumatı həmin Ģair üçün ayrılmıĢ səhifədə qələmə
aldım. ġairlərin adlarını çəkərkən, kimin sonra yaĢadığını, kimin
qələminin qüvvətli və kiminin zəif olmasını nəzərdə tutmadım və
əsəri əlifba sırası ilə yazdım [59. 69].
Lütfəli bəy «AtəĢkədə»ni iki «məcmə»yə bölmüĢdür. Birin-
ci məcmədə qədim Ģairlər haqqında məlumat verilmiĢdir. «Məc-
mə» də öz növbəsində «Ģöbə», «üç qığılcım» və «iĢıq» hissələrinə
ayrılır.
«ġöbə» – Ģeir yazmıĢ əmir və Ģahzadələr;
«Üç qığılcım» – Ġran, Turan və Hindistan;
Dostları ilə paylaş: |