Könül Nəhmətova
36
Ədəbiyyat tarixçiliyimiz üçün əhəmiyyətli təzkirələrdən biri
də «Nigaristani-Dara»dır. «Nigaristani-Dara» təzkirəsi Məftun tə-
xəllüslü Əbdürrəzzaq bəy Dünbüli tərəfindən 1825-ci ildə yazıl-
mıĢdır. Bu əsər FətəliĢah dövründəki (1797-1834) Ģairlərin tərcü-
meyi-halına və onların yaradıcılığına aiddir.
Məftunun tərcümeyi-halı və yaradıcılığı «DaniĢməndani-
Azərbaycan» təzkirəsində ətraflı öyrənilməmiĢdir. M.Tərbiyət
Məftunun bioqrafiyasını belə iĢıqlandırır: «Əbdürrəzzaq bəy
Dünbüli h.q.1176 (1762)-ci ildə Xoy Ģəhərində anadan olmuĢdur.
O, on yaĢında ikən atası onu böyük oğlu Fəzləlibəyin əvəzinə
ġiraz hökmdarının yanına girov göndərmiĢdir. Əbdürrəzzaq bəy
ġirazda on dörd il ev dustağı qalmıĢ, bu müddətdə elm və bilik
öyrənməklə vaxtını keçirmiĢdir. Əlimuradxan Kərim xan Zəndin
qardaĢı Sadıqxanın əleyhinə qoĢun çəkib doqquz ay vuruĢduqdan
sonra ġirazı almıĢ və ġirazda Azərbaycandan girov saxlanmıĢ
adamları Ġsfahana göndərmiĢdir. H.q. 1199-cu il rəbi-əl əvvəl ayı-
nın 14-ündə (1785, 25 yanvar) Əlimuradxan vəfat etdikdən sonra
Ağa Məhəmməd Ģah Ġsfahana gedib Azərbaycandan girov alınmıĢ
adamlara, o cümlədən, Məftuna Azərbaycana qayıtmaq icazəsi
vermiĢdir. Məftun h.q. 1241 (1825)-ci ildə Məkkəyə gedib qayıt-
mıĢ və h.q. 1243 (1827)-ci ildə Təbrizdə vəfat etmiĢdir [88. 204].
«DaniĢməndani-Azərbaycan» əsərindən məlum olur ki,
Məftun çox məhsuldar yaradıcılığa malik bir Ģəxsiyyət olmuĢdur.
O, fars və ərəb dillərində nəzm və nəsrdə əsərlər yaratmıĢ, ərəb
Ģairlərinin və rəvayətçilərinin yaradıcılıq incəliklərini öyrənmiĢdir.
O, çox vaxt mütaliə və tədqiqatla məĢğul olaraq ömrünü əsərlər
yazmaqla baĢa çatdırmıĢdır. Məftunun «Nigaristani-Dara» təzkirə-
sindən baĢqa bioqrafik səciyyə daĢıyan digər əsərləri də vardır ki,
onlar aĢağıdakılardır:
1.
«Hədaiqül-cinan» (BehiĢt bağları) əsərində Məftu-
nun ġirazda baĢına gəlmiĢ macəralar, o Ģəhərdə olan müasir Ģairlər
və ədəbiyyatçıların tərcümeyi-halı, eləcə də, Ağa Məhəmmədxan
hökmdar olan zamanadək Kərimxan Zəndin tərcümeyi-halı verilir.
2.
«Təcrübətül-əhrar və təsliyətül-əbrar» (Sərbəst adamlara
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
37
təcrübə və azad adamlara təsəlli) əsəri. Bu əsərdə müəllif Dünbü-
lülər sülaləsindən qısaca danıĢdıqdan sonra bir sıra alimlərin, Ģair-
lərin və görkəmli Ģəxsiyyətlərin tərcümeyi-halını, eləcə də, öz
mənzum və mənsur yaradıcılığının bir hissəsini verir. O, bu əsəri
h.q.1228 (1813)-cü ildə bitirmiĢdir.
3.
«Hədiqə» (Bağ) əsəri. Bu əsər ərəb Ģairlərinin tərcümeyi-
halına və onların bir sıra Ģeirlərinin izahına həsr edilmiĢdir.
4.
«Rövzətül-adab və cənnətül-əlbab» (Ədəbiyyat bağı və
həqiqətlər behiĢti) əsəri. Bu əsər də ərəb Ģairlərinin tərcümeyi-halı-
na və onların nadir Ģeirlərinə və yaradıcılığına aiddir. Əsər
h.q.1224 (1809)-cu ildə bitmiĢdir.
5.
«Həqayiqül-ənvar» (ĠĢıqların həqiqəti) əsəri. Bu əsər fars
dilində, ərəb, eləcə də əcəm Ģairlərinin tərcümeyi-halı və çətin ba-
Ģa düĢülən sözlərin izahı haqqındadır. Əsər h.q.1230 (1814)-cü il-
də yazılmıĢdır.
6.
«Hədaiqül-üdəba» (Ədib bağları) əsəri. Bu əsər fars dilin-
də olub 23 hədiqədən (fəsildən) ibarətdir ki, onda ərəb və əcəm
Ģairlərinin yaradıcılıqları, fikirləri və bədii sözləri, eləcə də, Ģahla-
rın siyasəti, vəzirlərin rəftarı, dini, əxlaqı və tutduqları mövqe,
bunlardan əlavə tarix və dilçilik məsələləri və sairə haqqında mə-
lumat verilir. Müəllif bu əsəri h.q.1232 (1816)-cı ildə Abbas Mir-
zə Naibüssəltənənin adına yazmıĢdır.
Əbdürrəzzaq bəy Dünbülünin «Nigaristani-Dara» təzkirə-
sində Əsir, Nüsrət Sultan Hüseynbəy TalıĢi, Sabit Xalxali, Mirzə
Əbdürrəhim Sağər, Mirzə Ələkbər Səbur, Sədrəddin Məhəmməd
Təbrizi, Səhab, Mirzə Məsum Xavəri, Ağa Hüseynqulu Heyrət,
Hüseyn Küzəkünani, Hüseynquluxan Çakər, Molla Rza ġəfa və s.
Azərbaycan Ģairləri haqqında məlumat verilmiĢdir.
«Təzkireyi-MəhəmmədĢahi» əsərinin müəllifi Bəhmən
Mirzə Naibüs-səltənə Abbas Mirzənin oğlu, FətəliĢah Qacarın
nəvəsi idi. O, 1811-ci ildə anadan olmuĢ və saraya məxsus yüksək
təhsil almıĢdır. Bəhmən Mirzə 1843-cü il may ayının 12-də Lən-
kəran paraxodu ilə Bakıya gəlir, 20-də isə Tiflisdə olur. O, 1851-ci
il oktyabrın 4-də Tiflisdən ġuĢa Ģəhərinə köçüb. Məlikbəylərovun
Könül Nəhmətova
38
evini satın alıb, ömrünün sonunadək orada yaĢayıb [74. 77].
Bəhmən Mirzənin «Təzkireyi-MəhəmmədĢahi» əsərinin ya-
zılma tarixi dəqiq məlum deyildir. Məlum olan ancaq budur ki, bu
təzkirə Məhəmməd Mirzənin Ģahlıq dövründə (1834-1848) yazıl-
mıĢdır. Əsərin AMEA-nın Əlyazmalar Ġnstitutunda saxlanılan
nüsxəsinin müqəddiməsində onun yazılma səbəbi belə izah olunur
ki, Bəhmən Mirzə bir gün Məhəmməd Ģahın hüzurundaykən söh-
bət əsnasında Ģah ona deyir ki, yaxĢı olardı ki, bir adam söz sənət-
karlarının müntəxabatını yazaydı. Bu sözdən sonra Bəhmən Mirzə
fikrini fars dilində belə izah edir: «Elə ki, mərhəmətli Ģah bu mə-
sələni dedi, bu iĢ üçün mən kəmərimi bağladım» [74. 80].
Əlifba quruluĢu sistemində yazılan bu təzkirə üç riĢtədən
ibarətdir:
1.
Mütəqədimlər haqqında;
2.
Bəzi Ģahzadələr, görkəmli tacirlər, əmirlərdən olan
Ģairlər haqqında;
3.
Bəhmən Mirzənin öz müasirləri olan Ģairlər haqqında.
Bəhmən Mirzə təzkirədə biblioqrafik məlumatlardan çox
Ģeir nümunələrinə yer vermiĢdir.
M.Məmmədova «MəhəmədĢahi» təzkirəsinin «AtəĢkə-
də»nin təsiri ilə yazıldığını iddia edirək yazır: «Lütfəli bəydən
sonra Məhəmməd Ģah təzkirə yazdırmaq istəyərkən yeni yaradıla-
caq əsərin «AtəĢkədə»dən üstün olmasını arzu etmiĢsə də, Bəh-
mən Mirzə həmin sifariĢi yerinə yetirərkən «AtəĢkədə»dən irəli
gedə bilməmiĢ və əksər məlumatları Lütfəli bəydən götürmüĢdür»
[59. 71].
Salman Mümtaz isə Bəhmən Mirzənin öz təzkirəsini tama-
milə Məftunun «Nigaristani-Dara» əsərindən iqtibas etməsi fikrini
irəli sürmüĢdür [67.33]. Bu fikirlərdən hansının daha doğru olma-
sını təsdiqləmək üçün isə hər üç təzkirə müqayisəli tədqiq olun-
malıdır. Bəhmən Mirzənin təzkirəsi «Nigaristani-Dara»dan bir qə-
dər sonra yazılmıĢdır. Ərazi və tarix baxımından hər iki təzkirənin
yaxın olması faktı Salman Mümtazın qənaətinə Ģərik olmamıza
əsas verir.
Dostları ilə paylaş: |