Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
33
«ĠĢıq» – müxtəlif diyarlara məxsus Ģairlər haqqında
məlumat verir.
Ġkinci «Məcmə» müəllifin müasirlərini əhatə edir. Bu fəslin
quruluĢu isə aĢağıdakı kimidir:
I Pərtöv – müəllifin müasirləri.
II Pərtöv – müəllifin özü haqqında məlumat verir.
Təzkirənin ikinci fəsli daha sonra iki «əxgər»ə ayrılır.
I »əxgər» beĢ «Ģərarə»dən ibarətdir.
I Ģərarə – XVIII əsrin II çərəyinə qədər Azərbaycanın bütün
ərazisində yaĢayan Ģairlər;
II Ģərarə – Xorasan Ģairləri;
III Ģərarə – Təbəristan (indiki Mazandaran ölkəsi), Gürcan
və sair ölkələrin Ģairi;
IV Ģərarə – 2 Ģüaya bölünür: I Ģüa – Ġraq və ərəb; II Ģüa –
Ġraqi-Əcəm Ģairləri;
V Ģararə – fars vilayəti Ģairləri haqqındadır.
II «əxgər» üç «Ģərarəyə» bölünür:
I Ģərara – Bəlx ərazisi və ona tabe sahəyə;
II Ģərarə – Hindistan Ģairlərinə;
III Ģərarə – KəĢmir Ģairlərinə həsr edilmiĢdir.
Əsərin «Füruğ» (iĢıq) adlandırılan hissəsində müxtəlif
zamanlarda yaĢamıĢ Əzəmət Səmərqəndi, AyiĢə Səmərqəndi,
Ġffəti, Lalə xanım, Mütribə, Mehri, Məhsəti, Nurcahan bəyimdən
ibarət Ģairlərdən məlumat verilir.
Əsərin əvvəlinə bir föhrüst əlavə olunmuĢdur ki, «oxuyanlar
üçün asan olsun».
Təzkirədə Yaxın ġərqdə yaĢayıb-yaratmıĢ 842 Ģair haqqında
məlumat verilmiĢdir ki, bunlardan yüzə qədəri azərbaycanlıdır.
«AtəĢkədə» fars dilində yazıldığından Azərbaycan Ģairlərinin
yalnız fars dilindəki Ģeirlərindən nümunələr gətirilmiĢdir.
Mehri Məmmədova «AtəĢkədə» təzkirəsini bir ədəbi əsər
kimi yüksək qiymətləndirərək yazır: «AtəĢkədə» quruluĢu və
məlumatlarının
dolğunluğu
cəhətdən
özündən
əvvəlki
təzkirələrdən fərqlənir. Məhz buna görə sonrakı əsrlərdə yazılmıĢ
Könül Nəhmətova
34
təzkirələrin bir çoxunda həmin formadan istifadə olunmuĢdu. Lüt-
fəli bəyin əsərinin dili aydın və oxunaqlıdır. Ədəbiyyatı tarixi had-
isələr, tarixi məlumatlarla bağlama bacarığı yüksəkdir, öz münd-
ərəcəsinə, tərtib prinsipinə görə təzkirəçiliklə ədəbiyyatĢünaslıq
arasında bir körpü təĢkil edən qiymətli mənbədir. Burada təkcə
Ģair və sənətkarlar haqqında deyil, onları yetiĢdirən ictimai mühit,
yaĢadıqları Ģəhərin coğrafi mövqeyi və iqlimi barədə, eyni
zamanda Ģairin öz dövrünün tarixi, ədəbiyyatı haqqında
əhəmiyyətli Ģərhlər verilməsi «AtəĢkədə» müəllifinin hərtərəfli
biliyə malik olmasını göstərən bir güzgüdür» [59. 71].
Nazif Qəhrəmanlı «AtəĢkədə» təzkirəsinin mənfi və müsbət
cəhətlərini açıqlayaraq yazır: «Bu təzkirədə əsas ədəbi-tarixi
faktlar nədən ibarətdir? Qətran Təbrizinin, Xaqani ġirvaninin
Azərbaycan övladları olduğunun təsdiqi, Xaqani ġirvaninin Əbül
Ülanın Ģagirdi olması, sarayda mövqe qazanması, sonra saraydan
uzaqlaĢması, yaradıcılığı, yeni üslub yaratdığı, Sürxab qəbiristan-
lığında dəfn olunması və s. Lakin Bəydili tayfasından olan Lütfəli
bəy Azərin fasdilli tendensiyası özünü göstərir, Xaqaniyə Ģəxsi
rəğbət bəsləməklə bərabər Nizamini Ġran Ģairi adlandırır, Füzuli və
Saib Təbriziyə laqeyd münasibət bəsləyir [59. 20].
Görkəmli ədəbiyyatĢünas Salman Mümtaz da Lütfəli bəy
Azərin «AtəĢkədə»sində milli təəssübkeĢliyin görünməməsini hid-
dətlə qarĢılayırdı: «Bu türk oğlu türk olan Azər kəndi «AtəĢ-
kədə»sinə nümunə üçün də olsa bir türk Ģeri yazmadığı kimi, ġah
Xətaini də bir fars Ģairi simasında meydana çıxartmıĢdır» [67.
302].
Türk alimi prof.dr.Əbdülqadir Qaraxan Lütfəli bəy Azərin
«AtəĢkədə» təzkirəsini yazarkən Əhməd Razinin «Həft iqlim»
(1593) təzkirəsindən təsirləndiyini qeyd edir [101. 37].
Ġran alimi Əhməd Gülçin Məani isə «Təzkirehai-farsi»
əsərində belə bir fikir söyləyir ki, Azər Bəydili iddia etsədə ki,
«AtəĢkədə»ki nümunələri özü Ģəxsən Ģairlərin divanlarından
seçmiĢdir. Lakin görünən budur ki, o keçmiĢ Ģairlər haqqında h.q.
XI (m.XVII) əsrin əvvəllərinədək yaĢamıĢ Ģairlər haqqında
Məhəmmədəli Tərbiyətin «Danişməndani-Azərbaycan» əsəri
35
məlumat verən «Xülasətül-əĢ’ar və zübdətül əfkar» adlı böyük
təzkirədən müxtəsər bir xülasəni bizə «AtəĢkədə» adı ilə təqdim
etmiĢdir» [59. 14]. Lakin Mehri Məmmədova Gülçin Məaninin bu
fikrinə etiraz edərək yazır ki, Lütfəli bəy Azər özündən əvvəlki
təzkirələrdən – Əliquluxan Ləzginin «Riyazül-Ģüəra», DövlətĢah
Səmərqəndinin «TəzkirətüĢ-Ģüəra», Məhəmməd Övfinin «Lüba-
bül-əlbab»ından istifadə etdiyi kimi, Tağı KaĢaninin də təzkirəsin-
dən faydalanmıĢdır [59. 73]. Mehri Məmmədova daha sonra yazır:
«Ümumiyyətlə, Lütfəli bəy «AtəĢkədə»nin əvvəlindən sonuna ki-
mi istifadə etdiyi əsərlərini, mənbə və divanların adını qeyd edir.
Bu hal «AtəĢkədə» əsərinin qiymətini daha da artırır və Lütfəli
bəyin hansı mötəbər mənbələrdən istifadə etdiyini, həmin
mənbələrə münasibətini və s. aydınlaĢdırır [59].
«AtəĢkədə» təzkirəsi özündən sonra böyük bir məktəb ya-
ratmıĢdır. Bəhmən Mirzənin «MəhəmmədĢahi» təzkirəsi, Mirzə
Məhəmməd Axundov Lənkəraninin «Təzkireyi-Ziyai». Seyid
Əzim ġirvaninin «TəzkirətüĢ-Ģüəra», Firudun bəy Köçərlinin
«Azərbaycan ədəbiyyatı tarixi» materialları əsərinin yazılmasında
«AtəĢkədə»nin təsiri aydın görünür. Əlbəttə ki, epiqonçu bir əsər
özündən sonra belə böyük bir təsir buraxa bilməzdi. Azərbaycan
ədəbiyyatĢünaslığı tarixində qazandığı bu Ģöhrətə «AtəĢkədə» təz-
kirəsi kəsb elədiyi əhəmiyyətə, təzkirəçilik ənənələrinə gətirdiyi
yeniliklərə görə nail olmuĢdur.
«AtəĢkədə»nin əhəmiyyətli yeniliyi isə burada ənənəvi
regional prinsipə məhəlliçilik prinsipinin əlavə olunmasıdır. Lütfə-
li bəy Azər öz əsərində Herat təzkirəçilik ənənəsi ilə XVII-XVIII
əsrlər fars təzkirəçilərinin təcrübəsini birləĢdirərək Azərbaycan
təzkirəçiliyinin inkiĢafını yeni bir istiqamətə yönəltmiĢdir.
Lütfəli bəy Azərdən sonra Bəhmən Mirzə də «Təzkireyi
MəhəmmədĢahi» əsərini kataloq prinsipi ilə təltif etmiĢdir. Lakin
burada XIX əsr Azərbaycan təzkirəçiliyinin səciyyəvi xüsusiyyəti
- Ģairlərin «mütəqədimlər və müasirlər»ə bölünməsi prinsipi də
nəzərə çarpır. Bəhmən Mirzə təzkirədə Ģahzadələrə və əmirlərə
ayrıca fəsil ayırmaq ənənəsindən də istifadə etmiĢdir.
Dostları ilə paylaş: |